Kbt я25 uot (059) Baş redaktor


Siyasət.Hüquq.Hərbi iş 310



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə8/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   4   5   6   7   8   9   10   11   ...   204

19

Siyasət.Hüquq.Hərbi iş

310 

 illiyi

Bencamin Franklin 

1706-1790 

YANV

AR

Bencamin  Franklin  1706-cı  il  yan-

var  ayının  17-də  Bostonda  anadan  ol-

muşdur. 17 uşaqlı ailənin 15-ci övladı 

olmuşdur.

Müstəqil  təhsil  almışdır.  Mad-

di  sıxıntı  üzündən  məktəbə  yalnız  2 

il  gedə  bilmiş,  12  yaşından  qardaşı-

nın  mətbəəsində  çalışmağa  başlamış-

dır.  1727-ci  ildə  Filadelfiyada  şəxsi 

mətbəəsini  yaratmışdır.  1731-ci  ildə 

Amerikada  ilk  dəfə  olaraq  pulsuz 

kütləvi  kitabxana  yaratmışdır.  Həmin 

dövr üçün bu görünməmiş addım idi. 

1743-cü  ildə  Amerika  Fəlsəfə 

Cəmiyyətinin və Filadelfiya Akademi-

yasının yaradıcısı olmuşdur. 

1737-1753  illərdə  Pensilvaniyanın, 

1753-1774-cü  illərdə  isə  bütün  Şimali 

Amerika  koloniyalarının  poçtmeysteri 

vəzifəsini icra etmişdir. 

1776-cı  ildə  İngiltərəyə  qarşı  itti-

faq  yaratmaqdan  ötrü  Fransaya  səfir 

göndərilmişdir.  Xüsusi  diplomatik  ba-

carığı nəticəsində fransız-amerikan da-

nışıqları uğurla başa çatmışdır. 

1783-cü  ildə  Versal  danışıqlarında 

Böyük Britaniyanın Amerikanı suveren 

və müstəqil olduğunu rəsmən tanıması 

da onun əməyinin nəticəsidir. 

1785-ci ildə vətəninə qayıdanda qa-

nunverici  yığıncağın  prezidenti  seçil-

mişdir.

Bir çox ölkələrin, o cümlədən Rusi-



ya Elmlər Akademiyasının üzvü (1789-

cu ildə, Rusiyanın ilk amerikalı üzvü) 

seçilmişdir.  

Bencamin Franklin Amerika Konsti-

tusiyasının müəlliflərindən biri olmuş-

dur. 


Elmdə elektrik və optika sahəsindəki 

tədqiqatları ilə tanınır. O, Pensilvaniya-

da ilk yanğınsöndürmə idarəsinin yara-

dıcısıdır.

ABŞ-ın  baniləri  arasında  yeganə 

şəxsdir  ki,  Amerika  Birləşmiş  Ştatla-

rının  yaranmasında  əsas  rol  oynayan 

hər  üç  sənədə  imza  atmışdır.  Bun-

lar  ABŞ  İstiqlal  Bəyannaməsi,  ABŞ 

Konstitusiyası və 13 Britaniya koloni-

yasının  müstəqillik  uğrunda  apardığı 

müharibəni  bitirən  1783-cü  il  Versal 

sülh müqaviləsidir.

1928-ci  ildən  Franklinin  portreti 

ABŞ-ın 100 dollarlıq pul əskinaslarının, 

müxtəlif  illərdə  poçt  markaları-

nın  üzərin-də  təsvir  olunur.  Bir  çox 

şəhərlərdə büstü, abidəsi qoyulmuşdur.

O,  yalnız  dövlət  qulluqçusu  və  qu-

rucusu  kimi  deyil,  həm  də  alim  kimi 

o  dövrün  ən  məşhur  simalarından  idi. 

Belə ki, müasir dövrdə ən çox müzakirə 

edilən insan hüquqları ilə bağlı elmi ya-

naşmanın  banilərindən  biri  olmuşdur. 

Franklin yaşamaq hüququ, azadlıq hü-

ququ  və  mülkiyyət  hüququnu  insanın 

təbii  ayrılmaz  hüquqlarından  sayırdı. 

Onun  elmi  pamfletləri  və  məqalələri 

əsasında  günümüzdə  ən  inkişaf  etmiş 

dövlətlər insan hüquqları sahəsində öz 

daxili strategiyalarını müəyyən edirlər.

Bencamin Franklin 1790-cı il aprel 

ayının 17-də Filadelfiyada vəfat etmiş-

dir. 


Ə d ə b i y y a t 

Dombrovski, V. Frank-

linin həyatı: bioqrafik 

povest /V.Dombrovski, 

A.Şmulyan; tərc. ed. 

Z.Balıyev.- Bakı: 

Gənclik, 1979.- 156 s.

Время - деньги! 

/Б.Франклин.- Москва: 

АСТ, [2015].- 317 с.

Айзексон, У. 

Бенджамин Франклин. 

Биография /Уолтер 

Айзексон; пер.: 

В.Кузин, Д.Айше.- 

Москва: «Манн, Иванов 

и Фербер», 2013.- 480 с. 

Иванов, H.  Отцы-

основатели. Рождение 

США /Н.Иванов, 

П.Черкасов, А.Исеров.- 

Москва: АСТ-Пресс

[2013].- 126 с.

İ n t e r n e t d ə

www.anl.az

www.americansights.ru

www.az.wikipedia.org

17

Dövlət xadimi


20

Tarix

Əbdülkərim Əlizadə

1906-1979 

YANV

AR

Əbdülkərim Əli oğlu Əlizadə 1906-cı 

il yanvar ayının 11-də Bakı yaxınlığın-

dakı Bilgəh kəndində anadan olmuşdur. 

1927-ci ildə Leninqrad Şərq İnstitu-

tuna  qəbul  olmuş,  1930-cu  ildə  həmin 

institutu bitirmişdir.

1935-1941-ci  illərdə  SSRİ  EA-nın  

Şərqşünaslıq  İnstitutunda,  eyni  za-

manda  Leninqrad  Şərq  İnstitutunda  və 

Leninqrad  Dövlət  Universitetində  ça-

lışmışdır.  1935-ci  ildə  namizədlik  dis-

sertasiyası  müdafiə  etmişdir.  1941-ci 

ildən  ömrünün  sonunadək Azərbaycan 

EA  sistemində  işləmiş,  1944-1950-ci 

illərdə  Tarix  İnstitutunun  direktoru  ol-

muşdur.

Ə.Əlizadə 1954-cü ildə tarix elmləri 



doktoru  elmi  dərəcəsi  almış,  1955-ci 

ildə  Azərbaycan  EA-nın  həqiqi  üzvü 

seçilmişdir. 1950-1957-ci illərdə qədim 

və  orta  əsrlər  tarixi  şöbəsinin,  sonra 

şərqşünaslıq  şöbəsinin  müdiri,  ictimai 

elmlər üzrə akademik katib olmuşdur.

1958-1963-cü  illərdə  akademiyanın 

Şərqşünaslıq  İnstitutunun  ilk  direkto-

ru  olmuşdur.  1963-cü  ildən  ömrünün 

sonuna  kimi  Şərqşünaslıq  İnstitutunun 

Mətnşünaslıq və məxəzləri çapa hazır-

lama şöbəsinə rəhbərlik etmişdir.

Akademik  Ə.Əlizadə  görkəmli 

şərqşünas  İ.P.Petruşevski  ilə  birlikdə 

Azərbaycanın  orta  əsrlər  tarixşünaslı-

ğının əsasını qoymuşdur. Azərbaycanın 

və  qonşu  Yaxın  Şərq  ölkələrinin 

Səlcuqilər  və  monqollar  dövrü  tari-

xinin  tədqiqatçısıdır.  Alimin  1956-cı 

ildə  nəşr  olunmuş  “XIII–XIV  əsrlərdə 

Azərbaycanın  sosial-iqtisadi  və  siya-

si  tarixi”  adlı  sanballı  monoqrafiya-

sı  (rus  dilində)  və  60-dan  artıq  elmi 

məqaləsi  Azərbaycanın  və  eləcə  də 

qonşu  Şərq  ölkələrinin  orta  əsrlər  ta-

rixinin  öyrənilməsi  sahəsində  xü-

susi  əhəmiyyət  kəsb  edir.  Onun 

rəhbərliyi ilə onlarla elmlər doktoru və 

elmlər  namizədi  yetişmişdir.  Nizami 

Gəncəvinin  “İsgəndərnamə”  əsərinin 

“Şərəfnamə”  hissəsinin  elmi-tənqidi 

mətnlərini hazırladığı üçün 1948-ci ildə 

ona SSRİ Dövlət mükafatı verilmişdir. 

Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ni, 

Rəşidəddinin  “Cami  Ət-Təvarix”, 

Məhəmməd  ibn  Hinduşah  Naxçıvani-

nin “Dəstur Əl katib fı təyin əl məratib”, 

A.A.Bakıxanovun “Gülüstani İrəm” və 

bir  sıra  başqa  əsərlərin  elmi-tənqidi 

mətnlərini hazırlamışdır.

Şərqşünasların  Münhen  (1957), 

Moskva  (1960),  Tehran  (1966,  1969), 

Ankara  (1961,  1970),  Varşava  (1955), 

Təbriz  (1969)  konqreslərinin  və  digər 

elmi  məclislərinin  iştirakçısı  olmuş, 

Azərbaycanın tarix elminin yeniliklərini, 

nailiyyətlərini  dünya  alimlərinə  çatdır-

mışdır.  Ə.Əlizadənin  60-a  qədər  elmi 

əsəri nəşr olunmuşdur. Əsərləri ingilis, 

alman, ərəb, türk, fars və bir sıra başqa 

dillərə tərcümə olunmuşdur. 

Akademik  1960-cı  ildə  “Əməkdar 

elm  xadimi”  fəxri  adına,  1978-ci  ildə 

Azərbaycan SSR Dövlət mükafatına la-

yiq görülmüş, “Qırmızı Əmək bayrağı”, 

“Qafqazın  müdafiəsi”,  “Böyük  Vətən 

müharibəsində  şərəfli  əməyə  görə”, 

“Şərəf  nişanı”  orden  və  medalları  ilə 

təltif olunmuşdur.

Əbdülkərim  Əlizadə  1979-cu  il  de-

kabr ayının 3-də Bakıda vəfat etmişdir. 

Paytaxtın  mərkəzi  küçələrindən  biri 

akademikin adını daşıyır.

Ə d ə b i y y a t

Akademik Əbdülkərim 

Əlizadə: Azərbaycan 

şərqşünaslıq elminin ba-

nisi: sənədlər, məktublar

xatirələr /tərt. Z.Əlizadə; 

red. Y.Mahmudov.- Bakı: 

Təhsil, 2005.- 196 s.

Əlizadə Əbdülkərim Əli 

oğlu //Azərbaycan Sovet 

Ensiklopediyası.-Bakı, 

1980.- C.IV.- S.170.

Социально-

экономическая и 

политическая история 

Азербайджана: XIII-

XIV вв.: [монография]           

/Абдул-Керим Али-

заде (предисл.); ред. 

И.Петрушевский; отв. 

за вып. З.Али-заде; 

Ин-т Стратегических 

Исследований Кавказа 

(ISSC).- Баку: Кавказ, 

2012.-460 с.

К вопросу об освещении 

ширванско-грузинских 

отношений в XI-XII 

веках /А.Али-заде //Изв. 

АН Азерб. ССР. Сер. 

истории, философии и 

права.- 1977.- №4.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.istoriya.az

11

110 

illiyi

Akademik



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə