Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə11/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   7   8   9   10   11   12   13   14   ...   204

25

25

Riyaziyyat.Fizika.Astronomiya

YANV

AR

Zahid Xəlilov 

1911-1974 

105 

 illiyi

Ə d ə b i y y a t 

İstinad nöqtəsi: [Zahid 

Xəlilov-100] /[ön söz. 

Z.Məmmədəli].- Bakı: 

Qismət, 2011.- 246 s. 

Hacıyeva, Z. Xəlilov 

Zahid İsmayıl oğlu            

//Hacıyeva Z. AMEA 

prezidentləri. Şanlı 

yolun mərhələləri.- Bakı, 

2014.- S.56-61.

Специальные вопросы 

функционального 

анализа и их 

применении к теории 

дифференциальных 

уравнений и теории 

функции /Халилов З.- 

Баку, 1968.- 132 с.

Функциональный 

анализ: Некоторые 

вопросы теории 

дифференц. уравнений 

и теории функции: 

Сборник статей /Ред. 

акад. З.И.Халилов.- 

Баку: Изд.АН,Аз.ССР, 

1967.- 214с.

Асланов, Р. Захид 

Исмаил оглы Халилов,  

(1911-1974)  //Асланов 

Р. Знаменитые 

математики: 

историко-

математические 

Zahid  İsmayıl  oğlu  Xəlilov  1911-ci  il 

yanvar ayının 14-də Tiflis quberniyasının 

Ekatrinenfeld  nahiyəsinin  (indiki  Bolnisi 

rayonu)  Saraçlı  kəndində  anadan  olmuş-

dur. Tiflisdə orta məktəbi və Türk Pedaqoji 

Texnikumunu  bitirdikdən  sonra  1929-cu 

ildə Bakıda Azərbaycan Dövlət Universite-

tinin (indiki BDU) riyaziyyat şöbəsinə da-

xil olmuş, 1930-1934-cü illərdə universitet 

bağlandığına görə ali təhsilini Azərbaycan 

Pedaqoji İnstitutunda başa vuraraq yenidən 

Tiflisə qayıtmış və Dəmir yolu Nəqliyyatı 

Mühəndisləri İnstitutunda işləmişdir.

1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitu-

tunun aspiranturasına daxil olmuş, 1940-cı 

ildə  dissertasiya  müdafiə  edərək  Qafqaz 

türkləri  arasında  ikinci  (İbrahim  İbrahi-

movdan  sonra)  fizika-riyaziyyat  elmləri 

namizədi  alimlik  dərəcəsi  alan  şəxsdir. 

Elə həmin il ADU-ya dəvət edilmiş, öm-

rünü həmişəlik Azərbaycan və onun elmi 

ilə bağlamışdır. 1946-cı ildə isə doktorluq 

dissertasiyası  müdafiə  etmiş,  35  yaşında 

Azərbaycanın ilk fizika-riyaziyyat elmləri 

doktoru olmuşdur. 1955-ci ildə Azərbaycan 

EA-nın həqiqi üzvü seçilmişdir.

1944-1960-cı  illərdə  BDU-da  nəzəri 

mexanika kafedrasının müdiri, 1950-1956 

və  1967-1974-cü  illərdə  Riyaziyyat  və 

Mexanika  İnstitutunun  direktoru,  1957-

1959-cu  illərdə  Azərbaycan  EA  Fizika-

riyaziyyat  və  Texnika  elmləri  bölməsinin 

akademik-katibi,  akademiyanın  vitse-

prezidenti  seçilmiş,  1962-1967-ci  illərdə 

Azərbaycan SSR EA-nın prezidenti olmuş-

dur. 1967-ci ildən ömrünün sonuna qədər 

isə özünün yaratdığı Riyaziyyat və Mexa-

nika  İnstitutuna  rəhbərlik  etmişdir.  Əsas 

tədqiqatları funksional analiz, onun inteq-

ral  və  diferensial  tənliklərə  tətbiqi,  bütöv 

mühit  mexanikası,  avtomatik  idarəetmə 

sisteminin  riyazi  nəzəriyyəsi,  tətbiqi  ri-

yaziyyat  və  riyaziyyatın  başqa  sahələrinə 

aiddir. Alim funksional analiz məktəbinin 

əsasını qoyaraq poliharmonik tənliklər sis-

temi  üçün  ümumi  sərhəd  məsələsini  həll 

etmiş,  dəyişənlərinə  ayrılmayan  qarışıq 

məsələlərin həlli üçün Furye üsulunun ana-

loqunu, qarışıq tipli model tənlikləri üçün 

şəbəkə  üsulunu  vermişdir.  O,  mücərrəd 

sinqulyar  operatorlar  nəzəriyyəsini  yarat-

mış, yeraltı hidromexanikanın neft və qaz 

yataqlarının  işlənməsində  tətbiq  olunan 

bir  çox  məsələnin  həllini  vermiş,  Banax 

fəzasında öz-özünə qoşma olmayan opera-

torun spektrini tədqiq etmişdir. Z.İ.Xəlilov 

əski  sovetlər  birliyində  funksional  ana-

liz  üzrə  ilk  monoqrafiyalardan  biri  olan 

“Funksional  analizin  əsasları”nın  (1949, 

rus  dilində)  müəllifi  olmuşdur.  Onun 

tərəfindən  qazın  və  qazlaşdırılmış  neftin 

süzülmə  nəzəriyyəsinin  ümumi  məsələsi 

həll  edilmişdir.  “Funksional  analiz  və 

onun  tətbiqləri”  ümumittifaq  jurnalının 

redaksiya heyətinin üzvü olmuşdur. Onun 

rəhbərliyi ilə 30-dan çox elmlər namizədi 

və elmlər doktoru yetişmişdir.

Akademik  Z.İ.Xəlilov  “Əməkdar  elm 

və texnika xadimi” fəxri adına layiq görül-

müş, SSRİ Ali Sovetinə deputat seçilmiş, 

iki  dəfə  Qırmızı  Əmək  Bayrağı  ordeni, 

“Şərəf  nişanı”  ordeni  və  keçmiş  SSRİ-

nin bir neçə medalı ilə təltif olunmuşdur. 

Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin 

prezidenti seçilmişdir.

Xəlilov  Zahid  İsmayıl  oğlu  4  fevral 

1974-cü  ildə  Bakı  şəhərində  vəfat  etmiş, 

Fəxri  Xiyabanda  dəfn  olunmuşdur.  Bakı 

şəhərində adına küçə və məktəb var.



14

Akademik


26

Kimya.Biologiya.Tibb

YANV

AR

Məryəm Mahmudbəyova

1921-1992

Nəsibə Hüseynova

1926

 

 

95 

 illiyi

90

 

 illiyi

Ə d ə b i y y a t 

Mahmudbəyova Məryəm 

//Azərbaycan Sovet En-

siklopediyası: 10 cilddə.- 

Bakı,  1982.-C.6.- S.396.

Mahmudbəyova Məryəm 

Fərəməz qızı //Naxçıvan 

ensiklopediyası.- Bakı, 

2002.- S.291.

Məryəm      Fərəməz  qızı    Mahmud-

bəyova  1921-ci  il  yanvar  ayının  2-də 

Naxçıvan şəhərində anadan olmuşdur.

1953-cü ildə Q.M.Musabəyov adına 

Azərbaycan  Elmi-Tədqiqat  Virusolo-

giya  və  Gigiyena  İnstitutunda  işləmiş, 

1966-cı ildə tibb elmləri doktoru alim-

lik  dərəcəsi  almışdır.  1976-1979-cu 

illərdə  Azərbaycan  Elmi-Tədqiqat 

Qanköçürmə  və  Hemotologiya  İnstitu-

tunda  İmmun-hemotologiya  şöbəsinin 

müdiri vəzifəsində çalışmışdır. Tədqiqatı 

müasir  təbabətin  aktual  məsələlərinin 

(bioloji  aktivliyi  yüksək  olan  mikro-

molekulların,  zülalların,  nuklein  turşu-

sunun  həll  olunan  antigen  fraksiyaları-

nın) öyrənilməsinə həsr olunmuşdur.

Musabəyovanın antigen quruluşa aid 

tədqiqatlarından  immun  preparatların 

istehsal texnologiyası sahəsində, habelə 

xəstəliklərin  profilaktika  və  diaqnosti-

kasında geniş istifadə edilir.

Azərbaycan  səhiyyəsi  sahəsindəki 

xidmətlərinə  görə  1973-cü  ildə 

“Azərbaycanın  Əməkdar  həkimi”  fəxri 

adına layiq görülmüşdür. 

Məryəm  Mahmudbəyova  1992-ci 

ildə Bakıda vəfat etmişdir. 

Nəsibə Ağa  İsmayıl  qızı  Hüseynova  1926-cı  il 

yanvar ayının 25-də Bakıda anadan olmuşdur.

1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna 

(indiki ATU) daxil olmuş, 1948-ci ildə Moskvada-

kı N.İ.Piroqov adına II Tibb İnstitutunu bitirmişdir. 

Həmin ildən Azərbaycan Dövlət Tibb İnstitutunun 

uşaq  xəstəliklərinin  propedevtikası  kafedrasının 

kliniki  ordinatoru  vəzifəsində  çalışmışdır.  1950-

1951-ci  illərdə  Laçın  şəhərindəki  qadın  və  uşaq 

məsləhətxanasının  müdiri,  1955-1959-cu  illərdə 

Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İns-

titutunda  baş  elmi  işçi,  şöbə  müdiri  vəzifəsində 

çalışmışdır.1959-cu ildən Azərbaycan Dövlət Tibb 

İnstitutunun  Hospital  pediatriya  kafedrasının  do-

senti  olmuş,  1969-cu  ildə  tibb  elmləri  doktoru 

alimlik dərəcəsi almış, 1970-ci ildən isə həmin ka-

fedranın professorudur.

1959-1961-ci illərdə İraqda həkim işləmiş, 1971-

1976-cı illərdə Bakı şəhərində baş pediatr, 1976-cı 

ildə Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi-

nin baş uşaq qastroenteroloqu olmuşdur.

Əsasən  uşaqların  qidalanması  məsələlərinə 

dair  tədqiqatlar  aparmışdır.  200-dən  artıq  elmi 

məqalənin və metodiki tövsiyələrin müəllifidir.

1970-1992-ci illərdə  ATİ-nin müalicə-profilak-

tika  fakültəsinin  Uşaq  xəstəlikləri  kafedrasının 

müdiri, 1992-ci ildən həmin kafedranın professoru 

vəzifəsində çalışmışdır.

1986-cı  ildə  “Əmək  Veteranı”  medalı,  1990-

cı  ildə  “Azərbaycanın  Əməkdar  həkimi”  fəxri 

adını  almış,  2010-cu  il  20  sentyabr  tarixində 

Azərbaycanda tibb təhsilinin və elminin inkişafın-

dakı  xidmətlərinə  görə Azərbaycan  Respublikası 

Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə 

təltif edilmişdir.



Ə d ə b i y y a t 

Hüseynova Nəsibə Ağa İsmayıl qızı //Azərbaycan qadını ensiklo-

pediyası /red. hey. R.Mehdiyev [və b.]; baş red. İ.Vəliyev; [müəl. 

X.Abbasov [və b.]].-Bakı, 2002.- S.182.

2

   Mikrobioloq-immunoloq

   Həkim

25


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə