Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

müdafiə etməklə məşğulsan, onda hardan biləsən ki, bunu nəyin xatirinə eləyirsən. Həqiqətən onların

həyatını xilas etmək istədiyinə görəmi, yoxsa özün məşhurlaşmaq, güclü vəkil kimi şan‐şöhrət tapmaq

naminəmi? Bəlkə, sən də başqaları təki istəyirsən ki, hər dəfə bu andır məhkəmə prosesindən qalib

çıxanda lap elə o sarsaq filmlərdəki kimi hamı əlini kürəyinə qoyub səni təbrik eləsin. Necə biləsən

ki, sən bununla özünü gözə soxmaq istəmirsən? İş də bundadır ki, bunu heç vaxt anlaya bilməyəcəksən.”

Yaxud braziliya yazıçısı Paulo Koelyo (1947) “Şeytan və senyorita Prim” əsərində yazır ki, “...vəkil

tutmaq üçün onun heç vaxt bir yerdə görmədiyi qədər pul lazım olduğu məlum olacaqdı və nəhayət,

məhkəməni gözləməyib qızıldan imtina edəcəkdir.”

Həmçinin, dahi hind mütəfəkkiri Rabindranat Taqor (1861‐1941) 1892‐ci ildə qələmə aldığı bir

hekayəsində yazırdı: “O, bilirdi ki, vəkillər görkəmli adamların ləyaqətlərini nəzərə almırlar. Məhkəmə

onları camaatın qarşıında təhqir edirlər.”

Bundan  başqa ərəb  yazıçısı  Zunnun  Əyyub  məşhur  “Namus”  hekayəsində  vəkilin  məhkəmə

iclasında çıxışını təsvir  edirdi: “...Nəhayət vəkil ayağa qalxıb uca səslə namusdan danışmağa başladı.

Onun nitqi orta məktəb şağirlərinin bazar ertəsi adi iclaslarda söylədiyi nitqdən az fərqlənirdi.” Daha

sonra vəkilin nitqinin əsassızlığı barəsində bunları yazırdı: “...Vəkil öz nitqini bitirib qatilin məşhur

qəbilələrdən  birinə  mənsub  olduğunu  sübut  edən  kağızları  məhkəməyə  təqdim  etdi  və  ona  qarşı

“qəbilələr haqqında qanunu” tətbiq etməyi tələb etdi. Sonra isə uzun‐uzadı mənası mənə qaranlıq

qalan hansısa maddə və paraqrafları sadaladı. Mən isə qəlbim kədərlə dolu vəziyyətdə məhkəmə

zalını tərk etdim.”) formalaşdırdı.

İstər kilsə hakimiyyəti dövründə, istərsə də intibah dövründə bu, qayda zəifləsə də öz qüdrətini

saxlamağı bacarırdı. Volter (Müəllif qeydi: Volter (Fransua Mari Arue, 1694‐1778), Fransa maarifçisi,

filosofu.), Mönteskyö (Müəllif qeydi: Mönteskyö (Şarl Lui Mönteskyö, 1689‐1755) Fransa filosofu.)

və  başqalarının yaradıcılığında  bu  münasibətlərin  necə  aydın  şəkildə  çatdırılması  diqqətdən

yayınmamışdır. Sonradan müəyyən hüquq sistemlərinin (roman‐german və anglo‐sakson) (Müəllif

qeydi: Türkiyə  mülki  hüquq  sahəsində  tanınmış  alim,  prof.  Mustafa  Dural  həmmüəllifi  olduğu

"Vərəsəlik  hüququ"  kitabına  yazdığı  ön  sözdə  belə  cümlələr  işlətmişdi:  "..ölkədaxili  hüququmuza

yavaş‐yavaş Anglo‐Sakson hüququ hakim olmaqdadır. Bu isə bizim də daxil olduğumuz Avropa hüquq

sistemini  Anglo‐Sakson  hüquq  məntiqi  ilə  açıqlamaq  mümkün  deyildir.  Nə  var  ki,  gənc  elm

adamlarının xarici dil olaraq İngiliscəni tərcih etmələri əlaqəli olaraq bu sonluğu meydana gətirmişdir.

Bundan  bir  an  öncə  imtina  etmək,  hüququmuzun  mənbəyinə  qayıtmaq  lazımdır." Əslində  Anglo‐

Sakson və Roman‐German hüquq sistemlərinin fərqli və eyni zamanda da özünəməxsus xüsusiyyətləri

mövcuddur ki, bunlar hər iki hüquq sistemini həm inkişafa, həm də fərqliliyə aparır. Məsələn, bəzi

hüquq müəlliflərinin qəbul etmədiyi Anglo‐Sakson hüquq sistemində mübahisənin həll edilməməsinin

qeyri‐mümkünlüyü halı mövcud deyildir. Yəni, hüquq sistemi hər bir mübahisənin həllini mümkün

hesab edir, əgər mübahisəni tənzimləyən norma və ya təcrübə yoxdursa, o zaman yeni təcrübənin

(presidentin) yaranması ilə mübahisə həll olunur. Bu hal Roman‐German hüquq sistemində qismən

öz həllini tapır. Belə ki, mübahisənin tənzimlənməsində konkret normanın yoxluğu yalnız qanunun

və  ya  hüququn  analogiyasından  istifadəyə  icazə  verməklə  həllini  tapır.  Biz Anglo­Sakson  deyil,

Roman‐German hüquq sistemlərinə aid olduğumuzu unutmamalı, onun mövcud qaydalarına əməl

etməli və yanaşmanı digər hüquq sahələrində olduğu kimi vəkillikdə də tətbiq etməliyik (bu barədə

hazırki yazının “Özünü dərk” hisəsində ətraflı məlumat verilmişdir) formalaşması və inkişafı fonunda

vəkillik də müəyyən xüsusiyyətlər üzrə formalaşmağa başladı. Hətta bu formalaşma özünüo dərəcədə

nümayiş etdirdi ki, buna münasibət bildirmək zəruriliyi yarandı.

ÖZÜNÜ DƏRK

İnsanın ifadə forması özünü dərketmədən başlayır.



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

­  16 ­




­  17 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

Fəlsəfi  baxımdan  dərkdilməsi  gözlənilən  bir  hərəkət  (davranış  forması)  dərketdirən

tərəfindən  elə  bir  halda  (yəni  dərkedəcək  şəxsin  dərketmə  qabiliyyəti  nəzərə  alınmaqla)

çatdırılmalıdır  ki,  həmin  hərəkət  (davranış  forması)  dərkedilən  olsun.  Bunun  üçün  dərketdirən

şəxsin  özünün  dərketmə  qabiliyyəti  yüksək  səviyyədə  olması  zəruridir  (Müəllif  qeydi: Müəllifin

təməlini  qoyduğu  “Dərketmə  fəlsəfəsi”  əslində  insanın  özünü  dərki  ilə  yanaşı ətrafının da

dərketməsinin  zəruriliyi  təbliğ  etməkdədir.  Dərketmə  fəlsəfəsinə  görə,  insan  (dərketdirən)  onu

dinləyən insana fikir bildirmədən öncə onun dərk etmə qabiliyyətinin hansı səviyyədə olduğunu

müəyyən  etməlidir.  Bunun  üçün  o,  insan  “dərk  edən  insan”  səviyyəsinə  malik  olmalı,  özünün

formalaşdırdığı (bu ifadə malik olduğundan öncə əldə etdiyi ifadəsinin birgə fəaliyyəti nəticəsində

formalaşmanı nəzərdə tutur) dərk etmə gücü ilə qarşısındakı insanı “dərk etmək gücünün hansı

səviyyədə olması” üçün onun hansısa bir özünü ifadə hərəkəti vasitəsilə onun şüuruna daxil olmalı,

onun dərketmə gücünü müəyyən etməli (bunun üçün onun dərketmə gücü kifayət qədər olmalıdır)

yenidən  onu  tərk  etməli  və  özünü  ona  dərk  etdirməyə hazırlamalıdır.  Bundan  sonra  insan

(dərketdirən) insanın (dərkedənin) anlayacağı tərzdə özünü ifadə etməlidir (lakin dərketdirməyə

çalışan  şəxsin  hərəkəti  üçüncü  şəxslər  tərəfindən  iki  mənada  dərk  olunmalıdır,  birincisi,  onlar

dərkolunmanı  dərk  etməlidirlər,  ikincisi,  onlar  dərk  etməyə  çalışan  insanı  olduğu  kimi  deyil,

dərketməyə  çalışan  insana  çevrildiyini  dərk  etməlidirlər),  yəni  ifadə  elə  bir  tərzdə  olmalıdır  ki,

burada digər insan (müşayidəedən) dərketdirənin ifadəsindən anlamalıdır ki, onun ifadə tərzi məhz

ikinci insanın (dərkedənin) başa düşülməsi üçündür. Əslində “dərketmə fəlsəfəsi” bununla bitmir,

tamam başqa dördüncü insan (təsviredən) bu hadisələrə inanmalı və elə təsvir etməlidir ki, burada

istər birinci insan (dərketdirən), istər ikinci insan (dərkedən), istərsə də üçüncü insan (təsviredən)

bütün  olanları  dərketmə  gücündədirlər,  yəni  onların  şüurunda  görünməz  dərketmə  bağlılığı

mövcuddur və onlar bir‐birini dərk edirlər.

Əslində müəllif bu fəlsəfəsi ilə oxucuya çatdırır ki, istənilən özünü ifadə forması dərkedilməyə

söykənməlidir, əgər onun dərki mümkün deyilsə, o zaman onun ifadəsi də əhəmiyyətli və əlçatımlı

deyil.).

Hüquq  və  vəzifənin  dərkedilənliyi  insanın  nəzəri  biliyinin  kifayət  qədər  olması  ilə

əlaqələndirmək doğru deyildir, bunun üçün şəxsin yetərincə nəzəri biliyi olmaya bilər (burada bilik

dedikdə, hüquq və vəzifənin mahiyyətini anladan normativ hüquqi akt və ya onun norması nəzərdə

tutulur); başlıcası şəxsin təcrübi biliyə malik olmasıdır (Müəllif qeydi: Müəllif kimi hesab edirəm

ki, ümumilikdə mənbə dedikdə, nəzəri və təcrübi ilə yanaşı şüur da mühüm əhəmiyyət kəsb edir.

Yəni  fikrimcə  mənbə  ‐  nəzəri,  təcrübi  və  şüur  olmaqla  üç əsas  hissədən  ibarət  olur.  Belə  bir

yanaşmanın ilk dəfə irəli sürüldüyünü nəzərə alaraq bildirirəm ki, şüur əsasında yaranan ideya

yazıya  çevrilirsə  nəzəri,  hərəkətə  çevrilirsə  təcrübi  olur.  Burada  ideyanın  bitmə  anına  (yazılma,

yaxud hərəkət) qədər olan müddət və proses şüur mərhələsinə aiddir. Bu mərhələ nəticəsində insan

mövcud zaman daxilində baş verənlərə nəzəri və təcrübi mövqedən yox, şüuri mövqedən yanaşaraq

bir  çıxış  yolu  (özünü  ifadə  yolu)  əldə  edir.).  Burada  əsas  hərəkət  kimi  təcrübənin  nəzəriyyənin

metodları əsasında  formalaşması  və  daha  çox  onun  müəyyənləşdirdiyi  formada  həyata

keçirilməsidir.

Gəldiyimiz  nəticə  zaman  və şüur  (Müəllif  qeydi: Böyük  fransız  mütəfəkkiri  Jan  Pol  Sartr

(1905‐1980) hesab edirdi ki, “sadəcə şüur – “xalis şüur” yoxdur, bizi əhatə edən xarici aləm, bizim

əhatəmizdə olan əşyaları dərketmə var. İnsanlar öz fəaliyyətləri və əməllərinə görə özləri qarşısında

cavabdehlik  daşımalıdırlar.  Fəaliyyətin  hər  bir  növü  isə  insanların  özlərinə  hesabat  verib‐

verməməsindən asılı olmayaraq müəyyən dəyərlər daşımalıdır.” Bu, dəyərlərdən başlıcası nitq və

onun mədəniyyətidir. Məsələn, ingilis yazıçısı Uliyam Qoldinq (1911‐1993) “Varislər” romanında

qədim  insanın  (neandertal  adamın)  nəyin  doğru,  nəyin  yanlış  olmasını  ayırd  etmə  düşüncəsini

“başımın  içində  görmə”  kimi  qiymətləndirirdi.  Belə  ki,  qədim  insan  tirdən  körpü  kimi  istifadə

etmənin mümkünlüyünə əmin olduğunu belə təsvir edirdi: “mən başımın içində bunu görürəm”.

Qoldinq neandertal insanın düşüncə (qavrayış və fikirləşmə) tərzini özünəxas formada ifadə edirdi,

məsələn, neandertal insan nəsə bir şey fikirləşəndə deyirdi: “mən başımın içində görürəm”.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə