Jurnal XII


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   2   3   4   5   6   7   8   9   ...   29

­  8 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

Əvvəlcə hər cür hüquq normaları, o cümlədən konstitusion normaların keyfiyyətlilik əlaməti

üzərində dayanaq. Sosial həyatın keyfiyyəti ictimai münasibətləri tənzimləyən hüquq normalarının

keyfiyyətinə  bağlı  olduğundan,  hüquq  normalarına  aid  başlıca  tələblərdən  biri  onların  sosial

tərəqqiyə zəmin yaratması, ədalətli, əsaslı, dəqiq və anlaşılan olmasıdır.

Hüquq ədəbiyyatında qanunun keyfiyyət əlamətinin üç müstəqil növü ayırd edilir:

1) qanunun hüquqi keyfiyyəti;

2) qanunun instrumental‐hüquqi keyfiyyəti;

3) qanunun texniki­hüquqi keyfiyyəti.

Qanunun keyfiyyətliliyinin  göstərilən  növlərindən  hər  biri öz  növbəsində  yarımnövlərə

bölünür  və  bunlar öz  səviyyəsinə  uyğun  olaraq  nisbi  müstəqil  anlayış  statusunda  nəzərdən

keçirilirlər.

1. “Qanunun hüquqi keyfiyyəti” anlayışı çərçivəsində aşağıdakı yarımnövlər qrupunu ayıra

bilərik:


a) qanunun kompetensiya keyfiyyəti;

b) qanunun məzmun‐hüquqi keyfiyyəti;

c) qanunun prosedur keyfiyyəti.

2.  “Qanunun  instrumental‐hüquqi keyfiyyətliyi”  anlayışı  hüquq  realizəsinin  yuridik

vasitələrinin  qanunvericilik  qaydasında  reqlamentləşməsini  ifadə  edir  və özündə  aşağıdakı

yarımnövləri ehtiva edir:

a) status reqlamentləşdirməsinin keyfiyyəti (hüquq münasibətləri iştirakçılarının statusunun

qanunvericilik səviyyəsində təsbitinin keyfiyyəti);

b)  hüquq  münasibətləri  iştirakçılarının  hüquqlarının müdafiəsinin  hüquqi  vasitələrinin

keyfiyyəti;

c) qanunun tətbiq prosedurlarının keyfiyyəti;

ç)  yurisdiksiya  hüquqi  vasitələrinin  qanunvericiliklə  reqlamentləşdirilməsinin  keyfiyyəti

(qanunun yurisdiksion instrumental‐hüquqi keyfiyyəti).

3.  Qanunun  texniki‐hüquqi keyfiyyətini  analoji  qaydada  aşağıdakı  yarımnövlərdə

konkretləşdirmək olar:

a) qanunun strukturunun keyfiyyəti;

b)  qanunda  formal  və  qiymətləndirici  elementlərin  nisbətinin  keyfiyyəti  (burda  ən  vacib

aspektlərdən biri kimi, qiymətləndirici anlayışlardan rasional istifadə problemini göstərmək olar);

c) qanunun linqvistik keyfiyyəti [1].

Bu  tədqiqatın  məqsədləri  üçün,  məhz  qanunun  texniki‐hüquqi keyfiyyəti  daha  böyük

əhəmiyyət  kəsb  edir.  Buna  görə, ümumi  formada  ifadə  edə  bilərik  ki,  qeyd  olunan  aspektdə

keyfiyyətli  qanun  dedikdə,  hüququn  mənbəyi  kimi  daşımalı  olduğu  bütün  xassələri  özündə  əks

etdirən;  normativ  dürüstlük  və  eynicürlük,  tamlıq,  konkretlik,  sistemlilik,  sadəlik,  aydınlıq,

qənaətcillik, məntiqi səhihlik kimi meyarlara cavab verən; sosial reallıqlarla şərtlənmiş və onların

adekvat hüquqi tənzimi tələblərinə cavab verən normativ‐hüquqi akt nəzərdə tutulur [2, 8].

Qanunun keyfiyyəti onun effektiv işləməsinin əsas şərtlərindən biri olduğundan, bu iki anlayış

(keyfiyyət və effektivlik) qarşılıqlı əlaqəlidir və dialektik vəhdət təşkil edirlər. Həm keyfiyyət, həm

də  effektivlik  qanunun  sosial  faydalılığının  və  zəruriliyinin  göstəricisidir.  Hüquq ədəbiyyatında

mövcud baxışlara əsaslanaraq qanunun effektivliyi anlayışını ümumən belə müəyyə etmək olar:

qanunun mövcudluğu  və  tətbiq  praktikası  qanunvericinin  qarşıya  qoyduğu  məqsədlərin  əldə

olunasına nə dərəcədə cavab verir. Məsələn, V.Vlapayevanın verdiyi tərifə görə, qanunun effektivliyi

– qanunda əks olumuş hüquq normlarının məqsədləri və bu normaların realizə nəticələri arasında

nisbəti əks etdirir [3, 209].

“Keyfiyyət” və “effektivlik” təyinlərinin hüquqi müstəvidə nə kimi anlam daşıdığını müəyyən

etməklə, konkret məsələyə: hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun keyfiyyət

və effektivlik səviyyəsinə baxmaq olar. Keyfiyyət və effektivlik həm də müqayisəli qiymətləndirmə

predmeti olduğundan, baxılan hüququn xarici ölkələrdə konstitusion tənziminin müqayisəli analizi

bizə istinad materialı verir.




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

­  9 ­

Öncə onu qeyd edək ki, hər kəsin hüquqi yardım almaq hüququ bir qayda olaraq dünyanın

əksər ölkələrinin qanunvericilik aktlarında bu və ya digər formada təsbit edilmişdir.

Başlanğıc  üçün,  Avropa  Birliyinin  bəzi  ölkələrinin  konstitusiyalarına  baxaq.  Məsələn,  Polşa

Respublikasının  konstitusiyasında bu  hüquq  birbaşa  göstərilməsə  də,  müvafiq  normaların

məzmunundan irəli gəlir: Polşa Konstitusiyasının 42‐ci maddəsinin 2‐ci hissəsi (barəsində cinayət

mühakimə icraatı aparılan hər kəs özünə vəkil seçə bilər, yaxud qanunla müəyyən edilmiş prinsiplərə

uyğun olaraq məhkəmənin təyin etdiyi müdafiəçinin xidmətindən istifadə edə bilər) və 80‐ci maddəsi

(publik  hakimiyyət  orqanları  tərəfindən  hüquq  və  azadlıqları  pozulmuş  olan  hər  kəs  qanunla

müəyyən ediliş prinsiplərə uyğun olaraq Mülki Hüquqların Müdafiəçisinə yardım üçün müraciət edə

bilər) [4].

Göründüyü  kimi,  Polşa  Republikasının konstitusion  normalarında  da Azərbaycan

Respublikasının Konstitusiyasında olduğu kimi “hər kəs” ifadəsi işlədilir, yəni vətəndaşlıq, irqi, milli,

dini və sair mənsubiyyət və ya vəziyyətindən asılı olmayaraq hüquqların müdafiəsi hüququ istənilən

şəxs üçün keçərlidir. Başqa sözlə, istənilən şəxs maddi vəziyyətindən asılı olmayaraq müdafiəçinin

yardımından  istifadə  edə  bilər.  Polşa  Respublikası  bu  hüququ  konstitusion  səviyyədə  yalnız

cinayət‐mühakimə icraatı və publik hakimiyyət orqanları tərəfindən hüquq və azadlıqların pozulması

hallarına aid etsə də, praktikada ödənişsz hüquqi yardımın geniş spektri təqdim olunur. Fikrimizcə,

bu,  tamamilə  doğru  yanaşmadır,  dövlətlər  ödənişsiz  hüquqi  yardım  qarantiyasını  yalnız  cinayət

mühakimə icraatı ilə məhdudlaşdırmamalıdır.

İtaliya  Respublikasının  Konstitusiyasında  (24‐cü  maddənin  3‐cü  hissəsi)  hər  kəsin  hüquqi

yardım almaq hüququna bilavasitə qarantiya verilir: “Xüsusi müəssisələr maddi imkanı olmayan

şəxslərə bütün məhkəmələrdə iddia qaldırmaq və müdafiə olunmaq üçün imkan və vasitələr təqdim

edirlər” [5].

Göründüyü kimi, bu Konstitusiyada hüquqi yardım almaq hüququ müəyyən çərçivələrə salınsa

da, cinayət‐mühakimə icraatı ilə  məhdudlaşdırlımır və deməli, buna mühakimə icraatının istənilən

növünü əhatə edən dövlət qarantiyası kimi baxıla bilər.

Niderland Krallığının Konstitusiyasında da bu subyektiv hüququ birbaşa təsbit edən normalar

möcuddur. Belə ki, Niderland Konstitusiyasının 18‐ci maddəsində yazılır: “Hər kəs mülki, cinayət və

inzibati proseslərdə öz maraqlarının təmsil olunması üçün hüquqi yardım almaq hüququna malikdir.

Aztəminatlı şəxslərə hüquqi yardım göstərilməsinin qaydaları Parlament aktı ilə müəyyən olunur”

[6].

İspaniya Konstitusiyasında bu hüququn daha detallı təsbiti yer alır. Belə ki, Konstitusiyanın



17­ci  maddəsinin  3‐cü  hissəsinə  görə:  “Saxlanılan  şəxsə  polis  və  məhkəmə  aktlarının

rəsmiləşdirilməsi zamanı vəkil iştirakı və yardımı qanunla müəyyən edilmiş qaydada təmin olunur.”

[7].  Digər  hüquqlarla  yanaşı,  24‐cü  maddənin  2‐ci  hissəsi  hər  kəsin  müdafiə  olunmaq  və  vəkil

köməyindən istifadə etmək hüququnu təsbit edir. Maraqlıdır ki, ölkədə fövqəladə vəziyyət rejimi

tətbiq olunan hallarda Konstitusiya ilə müəyyən edilmiş bəzi hüquqların məhdudlaşdırılması nəzərdə

tutulur, lakin bu hüquq (17‐ci maddənin 3‐cü hissəsi) istisnalardan biri kimi göstərilir. Bu isə hüquqi

yardım amaq hüququna necə yüksək əhəmiyyət verildiyini bir daha təsdiq edir.

Eyni yanaşmanı Danimarkanın Konstitusiyasında da görürük. “Əsas qanun”un 71‐ci maddəsinin

7‐ci  hissəsində  təsbit  olunur  ki,  bu  maddənin  “b”  bəndində  sadalanan  şəxslər  Folketinqin  bu

məqsədlə yaratdığı şuraya yardım üçün müraciət edə bilərlər [8].

Sadalanan nümunələrdən göründüyü kimi, AB ölkələrində hər kəsin keyfiyyətli hüquqi yardım

almaq hüququ ya birbaşa Konstitusiyada təsbit olunur, ya da bu məsələ ayrıca normativ aktlarda

tam yaxud qismən tənzimlənir. Yəni ki, istənilən halda AB ölkələrinin hamısında bu hüquq nəzərdə

tutulmuşdur və geniş tətbiq olunmaqdadır. Bundan əlavə, bu ölkələrdə baxılan hüququn realizəsi

ilə məşğul olan institutların geniş və çeşidli şəbəkələri diqqəti cəlb edir. Avropa Birliyi ölkələri üçün

bu  məsələdə  ümumi  cəhətlərin  daha  çox  olması  təbiidir,  çünki  Avropa  Birliyinin  əsas  hüquqular

haqda Xartiyasının 47 və 48‐i maddələri hər kəsin vəkil, müdafiəçi yardımından istifadə etmək və

öz nümayəndəsini təyin etmək hüququna mailk olduğunu təsbit edir. Kifayət  qədər  maddi  imkanı




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə