Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

Bundan  başqa  nəzərə  alsaq  ki,  hüquq  aləmində  vəkilin  nitqinin  onun  hüquq,  yaxud  vəzifəsi

olması barədə kifayət qədər fikir ayrılığı mövcuddur, o zaman bununla bağlı hər hansı bir müddəanın

Əsasnamədə  deyil  prosessual  qanunvericilikdə  nəzərdə  tutulduğu  aydın  olar,  lakin  biz  vəkil  nitqi

deyəndə nəyi nəzərdə tutduğumuzu ifadə edərkən bildirməliyik ki, vəkil nitqi qanunvericilikdə yalnız

cinayət mühakimə icraatının məhkəmə hissəsində nəzərdə tutulmuşdur, ancaq biz bu münasibətlə

razılaşa bilmərik, çünki, nitq dedikdə danışıq nəzərdə tutulur ki, buradan da belə nəticəyə gəlmək

mümkündür ki, əslində vəkilin bütün danışığı onun nitqidir. Təqdim etdiyim bu yazıda da biz vəkil

nitqinin müvafiq qanunauyunluqlarını araşdırmaqla əslində vəkilin danışıq mədəniyyətini çözməyə

çalışmışıq.

Nitq, insanların ünsiyyət qurmaq, daha doğrusu insanın özünü və düşüncəsini ifadə etmək üçün

istifadə etdiyi bir üsuldur (Müəllif qeydi: Nitq dillə möhkəm bağlılıq təşkil edir ki, burada semantika

elminin  təsiri  əvəzsizdir.  Semantika  –  dilçiliyin,  sözlərin,  ifadələri  mənalarından  və  onların

dəyişilməsindən bəhs edən şöbəsidir.).

Həmçinin, nitq, insanın başqalarına özünü iradə ifadəsini bildirən bir üsuldur. Bu üsul, başlıca

olaraq danışıq tərzini ifadə etməklə, bəzən özünü susmaqla (qismən hərəkətsizliklə) təzahür edir.

Nəzəriyyədə əksər müəlliflər nitqin 3 hissədən ibarət olması fikrini əsas götürürlər:

1. Mənimsəmə nitqi;

2. Nitqin tələffüsü;

3. Daxili hiss (Müəllif qeydi: Əlavə və ətraflı məlumat üçün bax: S.Mustafayeva. Nitqin inkişafı.

Dərs vəsaiti. Ali məktəblərdə xarici tələbələr üzrə hazırlıq kursu üçün nəzərdə tutulmuşdur. Bakı,

2011, 269 səhifə.).

İstinad olunan müəlliflərin yanaşmalarına hörmət aşılayaraq göstərilən hissələrə hər hansı bir

münasibət bildirmədən, məhz vəkilin nitqi ilə bağlı öz nəzəriyyəmizi irəli sürmək niyyətindəyik.

Əsasnamənin  8.2‐ci  maddəsinə  əsasən  vəkil  insanların  hüquq  və  azadlıqlarını,  qanuni

maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya

hərəkətsizliyə) yer verməməlidir. Biz nitqin və nitq mədəniyyətinin nəzəri baxımından təhlil etmək

niyyətində  deyilik,  sadəcə  vəkilliklə  bağlı  nitqin  təcrübi  baxışın  müəyyən  prizmadan  təsvirini  və

şərhini vermək niyyətindəyik. Lakin buna baxmayaraq araşdırma mövzusunu sistem şəkildə müəyyən

etmək kimi niyyətimizdə mövcuddur.

Beləliklə, nitqin formalarına aiddir:

1. Hərəkət;

2. Hərəkətsizlik.

Hərəkət

Nitqin hərəkətli forması danışıqdır (Müəllif qeydi: Əslində hərəkətli nitqə danışıqdan başqa



müəyyən hərəkətlər (jestlər və s.) də daxildir. Lakin bu cür hərəkətlərin sırf nitq baxımından təhlilini

vermək bir qədər məqsədəmüvafiq deyildir. Bu səbəbdən hərəkətli nitqin bu hissəsini hazırki yazıda

münasibət  bildirmək  fikrində  deyiləm.),  yəni  sözdən  ibarətdir  (Müəllif  qeydi:  Çili  ədibi  Pablo

Nerudanın (1904­1973) söz barəsində işlətdiyi cümlələr öz əhəmiyyət gücünə görə olduqca dəyərli

hesab olunur. Ədib yazırdı: “...Nə deyirlər desinlər, dünyadakı hər şey – bəli, bəli, məhz hər şey elə

sözdür.  Söz  mahnıya  dönə  bilir,  söz  fəzaya  qalxıb  yerə  enə  bilir...  Mən  onların  qarşısında  baş

əyirəm...”). İnsan danışmaqla (hərəkətlə) özünü bir canlı varlıq kimi nəyə qadir olduğunu və nəyi

bacardığını ətrafına bildirmək istəyir. Bunun üçün o, nitqi mədəni bir forma kimi qəbul edərək onun

xüsusitlarından yalnız mədəni bir şəkildə istifadə etməlidir. Daha doğrusu edərsə, o zaman onun nitqi

daha əhəmiyyətli, daha mənalı olar ki, bununla da istədiyinə daha tez və düzgün çatar.

Hərəkətli nitq insanı ifadəni danışmaqla biruzə verir. Belə ki, şəxs fikrini və münasibətini ifadə

etmək üçün mütləq hərəkət etməli və bunun üçün müvafiq olaraq danışmalı, müəyyən sözlərdən (söz

yığınından) istifadə etməlidir.

Hərəkətli  nitq  olduqca  məsuliyyətli  və  ehtiyatlı  bir  münasibətdir.  Yəni  şəxs  istənilən  zaman

deyil, zamanı şüurlu şəkildə müəyyən etməklə danışıb‐danışmamasını, eyni zamanda hansı danışıq

tərzini seçməsini müəyyən etməlidir. Belə ki, vəkil danışmaq lazım olanda susmamalı, susmaq lazım



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

­  20 ­




­  21 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

olanda  susmamalı,  susmaq  lazım  olanda  danışmamalıdır. Bax,  bu,  olduqca  zəruri  məsələdir.

Doğrudanda  bir  insan  kimi  vəkilin  danışıq,  yaxud  susma  zamanının  müəyyən  edilməsi  öncədən

mümkün deyil, yaxud öncədən mümkün olması olduqca çətindir. Bunlar vəkilə hüquq kimi verilsə

də, lakin vəkil bunu, hüququ olmaqla yanaşı vəzifəsi kimi də qəbul etsə daha məqsədəmüvafiq olardı

(Müəllif qeydi: Bu məsələnin olduqca vacib və zəruri olduğu ilə bağlı amerika yazıçısı Çarlz Bukovski

(1920­1994) deyirdi: “Biz, danışmaq lazım olanda susuruqsa, sonradan peşman oluruq, susmaq

lazım olanda danışırıqsa, sonradan məhv oluruq”.).

Vəkil  nəinki  məhkəmə  iclasında,  hətta  məhkəmə  iclasından  kənarda  hər  hansı  bir  hüquqi

xidməti  həyata  keçirərkən  fikrini  tələsmədən,  çəkinmədən,  gecikdirmədən,  düşünülmüş  və

nəticələnmiş  bir  şəkildə  bildirməlidir  (Müəllif  qeydi: Amerika  yazarı  Penelopa  Cillit  “Sürgün”

hekayəsində olduqca ibrətamiz sözlər qələmə almışdı: “Vacib deyil ki, çox danışasan, yaxud çox şey

eləyəsən,  əsas  odur  ki,  nə  danışdığını  və  elədiyini  biləsən,  hər  bir  sözünü,  hərəkətini  səylə

ölçüb‐biçəsən.”).

Vəkil  nitqi  ilə  ətrafdakılara özünün nəyə  qadir  olduğunu  bildirmək  əvəzinə,  ətrafdakıların

başa  düşəcəyi  tərzdə  özünü  onlara  tanıtdırmalıdır  (Müəllif  qeydi:  Bu başlıca  hərəkət özünü

barəsində “Özünü dərk” hissəsində söhbət açdığımız “Özünüdərk fəlsəfəsi”nin mədəni aspektlərində

tapır.).  Əgər  ətrafdakı  insanlar  müxtəlif  şüur,  dünyagörüşü  səviyyəsinə  malikdirlərsə  və  bu,

açıq‐aydın vəkilə  məlumdursa,  o  zaman  natiq  kimi ortaq  düşüncə  tərzinə  xidmət  edən  bir  nitq

söyləməlidir (hərəkət etməlidir).

Beləliklə, vəkil fikrini özünə aydın və rahat şəkildə deyil, ətrafdakılara aydın və rahat olacaq

şəkildə bildirməlidir.

Nobel  ödüllü  Tomas  Eliot (1888‐1965)  digər  Nobel  ödüllü  Redyar  Kiplinqin (1865­1936)

yaradıcılığı  tənqid  olunduğu  dövrlərdə  onu  qızğın  müdafiə  edirək  deyirdi:  “...Kiplinqin  əsas

keyfiyyəti “İnsanları başa düşməyə” məcbur etmək olmuşdur.” Sözün və şüurun misilsiz qüdrəti

bucağından baxaraq müəllifin insan şüurunun necə aliliklə qiymətləndirilməsi göz önündədir. Bəli,

söz qüdrəti barədə xüsusi fikirlər irəli sürmüş və demək olar ki, sözün qüdrətini yüksək bir pilləyə

qaldıran Nizami (Müəllif qeydi: Azərbaycanın böyük ədibi Nizami Gəncəvi (1141‐1209) nəzərdə

tutulur.) yaradıcılığına nəzər yetirəndə bunu aydın müəyyən etmək olur ki, söz insanı nəinki başa

düşməyə, hətta onu dəyişməyə və inkişafa qadir olan bir vasitədir.

İnsanları başa düşməyə “məcbur etmək”, insanları düşünməyə “məcbur etmək”lə eyni anlam

kəsb  etmir,  burada  başlıca  məqsəd  insanın  düşünməsi  deyil,  onun  başa  düşməsidir.  Yəni  insan

istədiyi an nitqin təsiri ilə düşünməyə məcbur ola bilər, lakin bu hələ o demək deyil ki, insan onu

düşünməyə  məcbur  edən  nitqin  nə  demək  istədiyini  anlamışdır.  Burada  təbii  ki,  insanın başa

düşməsi vacib olduğundan onun düşünməklə yanaşı eyni zamanda dərk etməsi olduqca zəruridir.

Bunun  üçün  də  nitqin  hərəkətli  forması  olan  danışıq  zamanı  sözün  qüdrətindən  istifadə  etmək

lazımdır.

Vəkil  nitq  zamanı  dəqiq  və  düzgün  danışmalı, əsassız  və  şübhə  doğuran  ifadələrə  yol

verməməli, dinləyicilərdə pis aura yaradan sözlərdən istifadə etməməlidir. Həmçinin danışan zaman

boşboğazlıq (Müəllif qeydi: L.Qrossman yazır ki, böyük rus yazıçısı F.M.Dostoyevski (1821­1881)

Fransada  olarkən  dövrü  üçün  maraqlı  olan  bir  məhkəmə  prosesində  məşhur  vəkil  Jül  Favrın

(1809‐1880, 1870‐ci il müvəqqəti hökümətinin başçısı olmuşdur) çıxışını dinləməli olmuşdur. Bu,

melodramatizm və dərin təsir oyatmaq aludəsi olan yüksək və coşqun üslub naqqalı idi. Dostoyevski

bu fransız tribuna ustasının xüsusi təmtəraqlı manerasını çox gözəl ifadə edərək, onun metafonik

və  ahəngli  üslubunu  tutarlı  və  gülməli  şəkildə  təqlid  etmişdir  (bax:  L.Qrossman.  Dostoyevski.

“Gənclik”  nəşriyyatı.  Bakı, 1972.  Səhifə  258)  etməməli,  gülüş  hədəfinə  çevriləcək  hər  hansı  bir

hərəkətə yol verməməlidir.

Vəkil üçün başlıca mədəni davranışlardan biri də insanları alçatmamaqdır. Yəni vəkil, özünü

ifadə edən şəxsi ifadə tərzini (hər cür ifadə tərzini) hörmətlə qarşılamalı, əsla gülməməli (Müəllif

qeydi: Spinoza  (1632‐1677)  yazırdı:  “Mən  həmişə  çalışırdım  ki,  insan  hərəkətlərinə  gülməyim,

onlardan mütəəsir olmayım və onları lənətləməyim, əksinə dərk edim”.), mane olmamalı və ən əsası



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə