Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

onların ifadə  tərzini  aşağı  səviyyədə  olduğunu  nümayiş  etdirən  hər  hansı  bir  hərəkətə  yol

verməməlidir. Sadəcə onları hörmətlə dinləməli və atacağı addımın nədən ibarət olmasını, eləcə də

söyləcəyi sözün nədən ibarət olmasını müəyyənləşdirməlidir.

Hərəkətsizlik

Nitqin hərəkətsizlik forması iki hissədən ibarətdir:

1. Dinləmə;

2. Qiymətləndirmə.

Dinləmə


Dinləmə mərhələsi elə bir vacib mərhələdir ki, bu mərhələdə vəkilin əldə etdikləri onun bütün

çıxışını (özünü ifadəni) büsbütün dəyişə, yaxud zənginləşdirə bilər. Bunun üçün vəkildən yalnızca

nitq söyləyənləri (özünü ifadə edənləri) rahat və diqqətli şəkildə dinləmək (Müəllif qeydi: Dahi Höte

(1749‐1832) əski yunan təfəkkürünə əsaslanaraq "Sənətkarın işi danışmaq yox, yaratmaqdır" deyirdi.

Bu, mövqedən çıxış edən Ernest Heminquey (1891‐1966) isə "Yaxşı yazıçı danışmaqdan çox yazmağa

üstünlük verməlidir" ideyasını irəli sürmüşdü. İstər sənətkar, istərsə yazıçı yaradıcı insan təbəqəsinə

aid olduqları üçün təbii ki, onların yaratdıqlarında daha çox fayda var. Lakin vəkil həm yazıçıdan,

həm  də  sənətkardan  bir  qədər  fərqlənir,  bu  baxımdan  ifadəni  bir  qədər  yumuşaltmaq  lazımdır.

Beləliklə, vəkilə gəlincə hesab edirik ki, vəkilin vəzifəsi xidmət göstərməkdən ibarətdir, ona görə də,

vəkil çox danışmaqdansa, çox xidmət göstərməlidir.) tələb olunur. Lakin bu dinləmə müəyyən bir

müddətədək (qiymətləndirməyə başlamaya qədər) davam etməli, əsassız olaraq uzadılmasına imkan

verməməlidir.

Dinləyən  zaman,  nitq  söyləyənin  nitqini  kəsmək  hər  hansı  bir  ifadəni  bildirən  (göstərən)

hərəkətləri (əl, baş və s.) etmək nitq mədəniyyətindən kənar bir hərəkət olmaqla yanaşı vəkilə qəbul

edilən informasiyanı düzgün və ətraflı qiymətləndirməyə mane olur.

Prosessin digər iştirakçısının nitqini dinlərkən zəruri hesab olunan məlumatları qeyd etməli,

əgər  bu  məlumatlar  tam  aydın  deyilsə,  yaxud  natamam  verilmişsə  o  zaman  nitq  bitəndən  sonra

müvafiq suallar verməli, məlumatı dolğunlaşdırmaq və dəqiqləşdirmək zəruridir.

Biz  dinləməni  sakit  ünsiyyət  də  adlandıra  bilərik  (Müəllif  qeydi:  Burada  ispan  ədibi  Xuan

Ximenesin (1881‐1958) “Sükut bülbülün oxumasından da yaxşıdır” ifadəsinin nə dərəcədə düzgün

olmasını irəli sürmək niyyətindəyik.). Əslində sakit ünsiyyət Hüqo Qrotsinin (1583‐1645) təbii hüquq

təliminə əsaslanır. Belə ki, təlimə görə təbii hüququn mənbəyi insan idrakıdır, burada insanın digər

insanlarla sakit ünsiyyətə can atması əsasdır.

Qiymətləndirmə

Nitqin  təsirli  və  cəlbedici  olması  onun  dinləyiciləri  özünü  dinlətdirmək  qabiliyyətinə  malik

olması deyil (baxmayaraq ki, bu xüsusi şərtin olması nitq mədəniyyətinin dinləmə mərhələsi üçün

olduqca vacibdir), onun dinləyicini düşündürməyə malik olmasıdır. Çünki düşündürücü nitq ilk öncə

dinləyiciyə fikrini aydınlaşdırmaq, qətiləşdirmək, yaxud meydana gətirmək kimi bir seçimlə üz­üzə

qoyur ki, bu bir növ nitq sahibinə öz nitqini rahat şəkildə çatdırmaq üçün bir zəmin yaradır.

Düşündürücü qabiliyyətə malik nitq tək nəzəri cəhətdən nitqin (dilin) forma və qaydalarına

uyğunluqla  ifadə  olunması  ilə  bitmir,  burada  başlıca  xüsusiatlardan  biri  nitqin  fikri  ifadə  olunan

mövzunun sistem şəkilində qanuniləşdirilməsindən (qanun, normativ hüquqi akt və s.) istinadlaın

gətirilməsi  və  bu  istinada  şəxsin  mövqeyi  və  bu  istinada  hazırki  nitqin  nə  dərəcədə  əsaslı  olub‐

olmaması münasibətidir.

Məhz  vəkilin  nitqinin  düşündürücü  amilə  malik  olması  nitqin  məntiqi  və  fəlsəfi  əsaslara

əsaslanmasıdır. Bu əsasa görə vəkilliyə qəbulla bağlı keçirilən imtahanda namizəd qanunvericiliklə

yanaşı  məntiqdən  də  test  imtahanı  verilməsi  nəzərdə  tutulub.  Ümumilikdə  belə  bir  qaydanın

mövcudluğu qənaətbəxş hesab olunan bir hərəkətdir, lakin vəkilliyə namizəd olan şəxsin məntiqi

biliklərilə yanaşı fəlsəfi biliklərinin də yoxlanması daha məqsədəmüvafiqdir. Belə olan halda bizim

qənaətbəxş  hesab  etdiyimiz  hərəkət  daha  məqsədəmüvafiq  hesab  olunmaq  niyyətindən

yararlanacaqdır.

Təbii ki, qiymətləndirmə üçün məlumatın dəqiq və ətraflı qəbulu vacibdir və bunun üçün sakit



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

­  22 ­




­  23 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

ünsiyyət  qaçılmazdır.  Burada  sakitlik  başlıca  şərtdir.  Sakitlik  əslində  vəkilə  fikrini  və  diqqətini

cəmləməyə, olanları olduğu kimi və düzgün qəbul etməyə, qiymətləndirmək üçün şüura bütöv və

istisnasız ötürməyə yardımçı olur.

Beləliklə, nitqin  bir  forması  olan  hərəkətsizlik  dinləmə  və  qiymətləndirmə  əsasında

hərəkətdən öncə, yaxud hərəkətdən sonra hərəkətin düzgün olub‐olmamasını qiymətləndirmək,

eləcə də ediləcək hərəkətin nədən ibarət olmasını müəyyən etməklə ifadə olunur.

Vəkil köməkçiləri və vəkilliyə namizəd şəxslərə münasibət

“Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqında”  Qanunun  8‐1‐ci  maddəsinin  I  bəndinə  əsasən,  ali

hüquq  təhsilli  Azərbaycan  Respublikasının  vətəndaşı  vəkilin  köməkçisi  ola  bilər.  Həmçinin

sözügedən maddənin IV bəndinə görə, vəkilin köməkçisi vəkillik sirrini qorumalı, habelə vəkillərin

davranış qaydalarına riayət etməlidir.

Normativ hüquqi aktın sözügedən normasının məzmunundan aydın olur ki, vəkil köməkçisinin

“Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə əməl etməsi onun vəzifəsidir.

Bu səbəbdən hazırki yazıda vəkillə bağlı apardığımız araşdırma və irəli sürdüyümüz münasibət

eyni zamanda vəkil köməkçiləinə də şamil edilməlidir.

Göstərdiklərimiz vəkilliyə namizəd şəxslərə münasibətdə bir qədər fərqli mövqeyə malikdir.

Baxmayaraq  ki,  vəkilliyə  namizəd  şəxslər  başqa‐başqa  vəzifələr  daşıyırlar  və  onlardan

əksəriyyətinin sahəvi etik davranış qaydaları mövcuddur. Onların istəklərinin gələcəkdə vəkillik

sahəsi olması onların azad iradə ifadələri bildirməkləri əsasında müəyyən olunmuşdur. Belə olan

təqdirdə həmin namizədlər vəkilliyə məxsus etik davranış  qaydalarından fərqli olaraq xüsusi, məhz

vəkil olmaq üçün keçirilən müsahibədə məhz vəkil üçün müəyyən edilmiş nitq mədəniyyətindən

yüksək  səviyyədə  istifadə  etməlidirlər.  Onların  bu  davranışı  gələcəkdə  onların  vəkil  kimi  qəbul

olunması,  eləcə  də  bir  vəkil  kimi  formalaşmasına  müsbət  təsir  göstərəcəyi  danılmazdır.  Hər  bir

namizəd unutmamalıdır ki, daşıdıqları vəzifədən və onun məsuliyyətindən asılı olmayaraq onun

vəkil  adını  qazanmaq  üçün  yüksək hüquqi biliyə  malik  olması  ilə  yanaşı  mədəni  keyfiyyətlərə

(ünsiyyət və s.) də malik olması mütləqdir.

NİTQ MƏDƏNİYYƏTİ

Nitq mədəniyyəti dedikdə, nitqin mövcudluğu və inkişafı üçün dildən ünsiyyət vasitəsi kimi

müəyyən edilmiş istifadə qaydaları başa düşülür (Müəllif qeydi: Əlavə və ətraflı məlumat üçün bax:

Gülsəda Quluqızı. Nitq mədəniyyəti. Nitqin yığcamlığı üzərində iş. “Təhsil problemləri”. Bakı, 2014;

Abdullayev  N.Ə.  Nitq  mədəniyyətinin  əsasları.  Dərs  vəsaiti.  Bakı,  2013;  Hüseynov  S.S.  Nitq

mədəniyyəti (dərslik). Bakı, “Yazıçı” nəşriyyatı, 2010.). Bu istifadə qaydalarına düzgün və dəqiq

müraciət  nəticəsində  şəxs  həm  nitqi  (nitqini),  həm  mədəniyyətini,  həm  də  nitq  mədəniyyətini

nümayiş etdirmiş olur. Təbii ki, burada nitqin bir mədəniyyət forması kimi təbliği başlıca yer tutur,

lakin unutmaq lazım deyil ki, məhz hərəkətin (yaxud hərəkətsizliyin) mədəni bir formaya salınması

müəyyən olunmuş qaydalara riayət etməklə yanaşı, şəxsin zaman və məkan şəraitində mövcud və

ağlabatan  davranış  formasından  müəyyən  və  istifadə  etməsi  olduqca  mühümdür.  Belə  bir

mühümlülük nitqin mədəni forma daşımasını vacib məqsəd hesab edərək onun mədəniliyə doğru

irəliləməsi və öz əldə etdiyi mövqeyini möhkəmləndirməsi prosesini əhatə edir.

Vəkilə gəlincə, vəkilin nitq mədəniyyətinin məqsədi aşağıdakı başlıqlardan ibarətdir:

1. Mövcud olma (vəkilə inamın yaranması);

2.  Mövcudu  qoruma  (keyfiyyətli  yardım  almaya  inam,  vicdanlılıq  nümunəsi  olma,  hüquqi

yardımın  keyfiyyətli  olmasına  inam,  hüquqi  yardımın  səmərəli  olmasına  inam,  vəkilliyə  inamın

möhkəmləndirilməsi, ictimai etimadın qorunması (artırılması);

3.  Mövcudu  artırma  (vəkilin  nüfuzunun  artırılması,  vəkilə  etimadın  yüksəldilməsi,  vəkilin

fəaliyyətində səmərəliyin artırılması, vəkilə hörmətin və diqqətin artırılması).

Göstərilən  məqsədlərə  çatmaq  mühüm  şərtdir,  lakin  “çatmaq”  mərhələsinə  doğru  atılacaq

addımlardan  olduqca  çox  şey  asılıdır  ki,  bütün  bunlar  yekunda  mədəniyyətə  xidmət  edən  nitqə

əsaslanır.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə