Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

Əgər  onun  həmsöhbəti  “mən  başımın  içində  görürəm”  deyib  nəyisə  təsvir  eləyirdisə,  amma  o,

bununla  razılaşmırdısa  deyirdi:  “mən  belə  görmürəm”.)  məhfumlarının  necə  və  hansı  yönə

dəyişməsinə əyani sübutdur. Əslində bunlar tamam fərqli mahiyyət kəsb edən anlayışlar olsa da,

onları birləşdirən bir ortaq nöqtə var – istək. Təbii ki, bu istək insana kim olduğunu ilk öncə özünə

aydınlatmalı, daha sonra onu başqalarına təqdim etməlidir.

Özünü dərk Sokratdan (Müəllif qeydi: Sokrat (e.ə. 471‐399) yunan filosofu. “Özünü dərk et!”

Sokratı saatlarca düşünməyə vadar edən bu söz bir Apollon məbədinin girişində yazılmışdır. Özünü

dərk  etməyə  çalışan  Sokrat  saatlarca  durduğu  yerdən  tərpənməmiş,  insanı,  daha  doğrusu  öz

timsalında  insanı  dərk  etməyə  çalışmışdır.)  başlayaraq dünya  filosoflarının  müxtəlif  səpkili

əsərlərində insanların şüurunda müəyyən mövqedən yanaşılaraq öz təsirlərini qoymuşdur.

Doğru zamanda və doğru şüurla yaşamaq insandan asılı deyil, lakin bu, mümkünsüz də deyil,

insan bu istəyi naminə çox əziyyət çəkməlidir. Belə ki, daşıdığı peşədən asılı olmayaraq, şəxs ilk

öncə “insan” (Müəllif qeydi: “Bir dəfə qəribə hərəkətlərinə görə bir polis məmuru alman irrasional

filosofu Şopenhauerə yaxınlaşıb “Sən kimsən?” – deyə kobud tərzdə soruşdu. Şopenhauer məmuru

təpədən‐dırnağacan süzür. “Əgər bu suala cavab tapmaqda kömək etsəniz, sizə ömrümün axırınacan

minnətdar olacağam” – filosof cavab verir”.) olmalı və insanlığa nümunə kimi tanınmalıdır. Bu, bəşəri

fəlsəfə  deyil,  bu  ümumqəbul  olunmuş  bir  qayda,  nə  də  ki,  hansısa  bir  adət‐ənənə  deyil,  bu

özünüdərkdir (Müəllif qeydi: Spenser nəzəriyyəsinin tərəfdarları insanın dərkolunanlığını sübuta

yetirərək bildirirdilər ki “dərkolunmayandan başqa Tanrı yoxdur, Spenser isə onun peyğəmbəridir”.

Məhz bu sözün qüdrətini tərəfdarlardan biri qəbul etməyərək inkarını tapmağa çalışmış, lakin bu,

onun vaxtsız ölümünə səbəb olmuşdur.).

İnsan, yalnız reallığı özündə daşıyan insan, özünü, yoxsa həqiqəti dərk etməyin zəruriliyini

aşkara çıxartmaq üçün dərkolunacaq varlığın dərkolunan olub‐olmaması anlamından kənar onun

dərkolunanlığının mövcudluğuna əmin olmalıdır. Bu hal, onun dərkolunacaq varlığın dərk oluna

bilmə səviyyəsində tədqiqi deyil, insanın bunun üçün dərkolunma qüdrətin malik olmasını təzahür

edir.


İnsanın özünü, yaxud həqiqəti dərk etməsi ona nə verir, yaxud nə verə bilər?!

Dini  baxışdan  həqiqətin  dərki,  fəlsəfi baxımdan  insanın  dərkinin  əlçatımlılığı,  yaxud  buna  doğru

uzanıb  gedən  yolun  sonu,  əslində  nəyin  başlanğıcıdır.  Yəni,  bəşər  övladı  nəticəni  öncədən  dərk

etmədən nəticəyə doğru dərk etmə həyata keçirməli, nəticədən maraqlı olmamalıdır. Yaxud əksinə,

dərkolunanlıq sirri bir boşluğun sonuna çatmağa xərclənilən bir zaman olmalıdır, sadəcə bir zaman.

İnsan  həqiqətə  nisbətdə  kiçik  anlama  malikdir,  yəni  insan  həqiqətin  bir  hissəsidir,  lakin

ayrılıqda  bir  hissəni  dərketmədən,  ümumi  bütövlüyü  dərk  etmək  nəinki  çətin,  ümumiyyətlə,

mümkünsüzdür. Bu səbəbdən həqiqəti dərk etmədən öncə insanı (özünü) həqiqət kimi dərk etmək

lazımdır (reallığı reallıq kimi). İnsanı həqiqət kimi dərk etdikdən sonra onun yolu ilə həqiqətin özünü

hissə‐hissə  dərk  etmək  mümkündür  (Müəllif  qeydi:  Rəvayətə  görə  İsa  edamdan  az  öncə  əvvəl

ətrafında olan insanlara “Həqiqəti dərk elə, həqiqət səni azadlığa çıxaracaq” demişdir. Dərk olunan

həqiqi  olmalıdır,  İsa əslində  bunu  ifadə  edib,  yəni  insanın  dərk  etməyə  çalışdığı  varlıq  həqiqi

olmalıdır,  məhz  bu  səbəbdən  mi,  Spenser  tərəfdarları  Tanrını  dərkolunmayan  (həqiqi  olmayan)

hesab edirdilər?! Xronoloji ardıcıllığa nəzər salsaq, ilk öncə insanlar Tanrının şərəfinə inşa etdikləri

məbədə girməmişdən öncə, insana kim olduğunu bildirmək istədilər, yəni özünü tanımasını, daha

sonra həqiqətin dərk olunmasının vacibliyini (lakin mümkünlüyünü deyil) İsa dedi, insana reallığı

anlamağın vacib olduğunu bildirdi, sonra insanlar dərkolunmayanın yalnız Tanrıya məxsus olduğunu

güman etdilər. Beləliklə, dərkolunmayan yalnız Tanrıdır, onu dərk etməyə çalışmaq, sadəcə, vaxt

itirməkdir, həqiqəti istədiyin kimi deyil olduğu kimi dərk etməlisən, bu sənə kim olmağında yardımçı

olacaq və nəhayət, özünü dərk etməlisən, bu sənə Tanrı evinə girən zaman (günahların bağışlanması,

arzuların  gerçəkləşməsini  istəmək  üçün)  vacibdir.),  yetər  ki,  dərk  etmək  istəyən  bunun

dərkolunanlığına  şübhə  etməsin.  Əslində  özünüdərkin  mövcudluğunun  danılmazlığı  həqiqətin

dərkinin şübhəli olmasını aradan qaldırmağa xidmət edir.

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

­  18 ­




­  19 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

NİTQ VƏ ONUN FORMALARI

Vəkilin istər qanunlar, istərsə də əxlaq çərçivəsində necə formalaşmasına baxmayaraq, onun

özünü ifadə forması mövcuddur ki, bu formada başlıca yeri nitq tutur. Digər sahələr üçün nəzərdə

tutulan davranış qaydalarından fərqli olaraq Əsasnamədə nitqlə bağlı xüsusi bir müddəa nəzərə

tutulmur, lakin bu, heç də vəkilə nitq sərbəstliyi, istədiyi nitq üslübu seçimi vermək anlamına gəlmir.

Belə  ki,  Əsasnamə  dolayısıyla  müəyyən  qaydalar  müəyyən  edir  ki,  bu  qaydalara  əməl  olunması

mərhələsi elə nitqdən başlayır. Məsələn, Əsasnamənin 8.2‐ci maddəsinə əsasən, vəkil insanların

hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələyə

biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Əslində Əsasnamə bir qədər vəkilin nitqinin sərhədlərini müəyyən etmiş olur. Diqqət yetirsək

görərik  ki,  Əsasnamənin  3.1‐ci  maddəsində  nəzərdə  tutulmuşdur  ki,  vəkillərin  davranışı

qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə

əlaqədar fəaliyyətdir.

Beləliklə, anlaşılan odur ki, vəkilin nitqi ona aid hüquqların həyata keçirilməsi və vəzifələrin

yerinə yetirilməsi ilə əlaqədar olmalıdır, kənara çıxması nəzərdə tutulmur.

Vəkilin  nitqinin  onun  hüququ,  yaxud  vəzifəsi  olması  barədə  nəzəriyyədə  müəyyən  fikir

ayrılığının  olması  lbaşa  düşüləndir.  Nəzərə  alsaq  ki,  vəkilin  nitq  söyləməsi  onun  prosessual

hüququdur (vəzifəsidir) o zaman daha geniş prosessual hüquq (vəzifə) müəyyən edən normativ

hüquqi akt kimi CPM‐i (Müəllif qeydi: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi

nəzərdə  tutulur.)  götürməliyik.  CPM‐in  92.9.14‐cü  maddəsinə  əsasən,  birinci  və  apellyasiya

instansiyası məhkəmələrinin iclaslarında nitq və replika söyləmək, kassasiya məhkəməsində isə

baxılan məsələ üzrə çıxış etmək müdafiəçinin hüququdur. Həmçinin CPM‐in 92.11.2‐ci maddəsinə

əsasən, cinayət prosesini həyata keçirən orqana müdafiəçi səlahiyyətlərini təsdiq edən sənədləri

təqdim etmək, cinayət mühakimə icraatı zamanı vəkil etikasına riayət etmək müdafiəçi vəzifələrini

yerinə yetirməlidir.

Həmçinin vəkilin nitqi məhkəmədə və məhkəmədən kənar olmaqla müxtəlif məkan və zaman

daşıyıcıları var, hər bir halda onun danışığı məhz ona şəxsə hüquqi yardım göstərilməsi vəzifəsi

həvalə  olunduqdan  sonra  həyata  keçdiyindən  biz  onun  danışığını  məhz  onun  vəzifəsi  kimi

qiymətləndirməliyik.

Beləliklə, buradan aydın olur ki, vəkilin cinayət mühakimə icraatı zamanı vəkil etikasına riayət

etməsi onun vəzifəsidir, nəzərə alsaq ki, vəkilin nitqi də onun etikasının bir hissəsidir, o zaman belə

aydın olur ki, vəkilin nitqi əslində onun bir vəzifəsidir.

Nitqin bir davranış forması kimi mədəniliyi onun nəzakətli, diqqətli və səbirli olmasındadır.

Məhz vəkil bütün şəxslərə münasibətdə nəzakətli, diqqətli və səbirli olmalıdır (Müəllif qeydi: Bax:

Əsasnamənin 9‐cu maddəsinə.).

Nəzakətli dedikdə, şəxsin digər şəxslərə qarşı xüsusi diqqət və hörmətlə münasibətdə olması

anlaşılır.

Şəxsin digər şəxslərə qarşı fikir cəmləmə və dinləmə kimi xüsusi metodlardan istifadə edərək

onun hər bir hərəkət və hərəkətsizliyini nəzərdə saxlaması və anında münasibət bildirməsi onun

diqqətli olması anlamına gəlir.

Səbirli olmaq isə, şəxsin zaman və məkan baxımından, fərq qoymadan digər şəxslərə qarşı

hörmət və diqqət nümayiş etdirməklə onun hərəkət və hərəkətsizliyini sonadək dinləməsi və mane

olmamasından ibarətdir.

Nitq  davranışın  bir  forması  olmağına  baxmayaraq  Əsasnamədə  ona  aid  hər  hansı  bir

müddəanın olmaması, yaxud nəzərdə tutulmamasına dair münasibət bildirməyə gəlincə, bunu bir

pozuntu  kimi  qiymətləndirmək  niyyətimiz  yoxdur  (zatən,  nitq  davranışın  bir  forması  olduğunu

yuxarıda qeyd etmişik, davranışa aid edilən qaydalar isə bir növ onun formalarına da aiddir), sadəcə

nitqlə bağlı hər hansı bir və ya bir neçə müddəanın Əsasnamədə nəzərdə tutulması halı hesab edirik

ki, daha qənaətbəxş olardı.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə