Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

­  33 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

Məhkəmə aktları

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15‐ci

maddəsinin şərh edilməsinə dair

28 mart 2017­ci il                                                                                       Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr),

Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev,  Rafael Qvaladze və

Kamran Şəfiyevdən (məruzəçi‐hakim) ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

maraqlı  subyektlərin  nümayəndələri  Sumqayıt  Apellyasiya  Məhkəməsinin  hakimi  Xəyalə

Cəmilova və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin

baş məsləhətçisi Vasif Əmiraslanovun,

ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə

fəlsəfə doktoru Sübhan Əliyevin,

mütəxəssislər  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  hakimi  Xəqani  Məmmədov  və

Azərbaycan Respublikası  Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət

Reyestri Xidmətinin Hüquq şöbəsinin müdiri Oktay Həsənovun  iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI  hissəsinə müvafiq olaraq

xüsusi  konstitusiya  icraatı  üzrə  açıq  məhkəmə  iclasında    “Daşınmaz  əmlakın  dövlət  reyestri

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  8.0.1  və  15‐ci  maddələrinin  Azərbaycan

Respublikası Konstitusiyasının 29‐cu maddəsinin I, II və III hissələrinin tələbləri baxımından şərh

edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş  üzrə  hakim  K. Şəfiyevin  məruzəsini,  maraqlı  subyektlərin  nümayəndələrinin  və

mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə

(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək  “Daşınmaz əmlakın dövlət reyestri

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  (bundan  sonra  –  “Daşınmaz  əmlakın  dövlət

reyestri haqqında” Qanun) 8.0.1 və 15‐ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının

(bundan sonra – Konstitusiya) 29‐cu maddəsinin I, II və III hissələrinin tələbləri baxımından şərh

edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilir ki, Şabran rayon Pirəbədil bələdiyyəsi Azərbaycan Respublikası Əmlak

Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi

İdarəsinə  (bundan  sonra  –  DƏDRX‐in  5  saylı  Ərazi  İdarəsi)  qarşı  iddia  ərizəsi  ilə  Sumqayıt

İnzibati‐İqtisadi Məhkəməsinə müraciət edərək, Şabran rayon Pirəbədil bələdiyyəsinin 30 iyun

2014‐cü il tarixli iclas protokolunun qərarı ilə   sənədləşdirilməsi   nəzərdə   tutulmuş   Zöhramlı




­  34 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

kəndində  yerləşən  sahəsi  300  kv.m.  olan  torpaq  sahəsi  üzərində  Şabran  rayon  Pirəbədil

bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına

alınması və bununla bağlı müvafiq çıxarışın Şabran rayon Pirəbədil bələdiyyəsinə təqdim edilməsi

öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

Sumqayıt  İnzibati‐İqtisadi  Məhkəməsinin  29  iyul  2016‐cı  il  tarixli  qərarı  ilə  iddia  təmin

edilmiş  və  həmin  torpaq  sahəsi  üzərində  Şabran  rayon  Pirəbədil  bələdiyyəsinin  mülkiyyət

hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi

cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.

Birinci  instansiya  məhkəməsi  iddia  tələbini  təmin  edərkən  belə  qənaətə  gəlmişdir  ki,

“Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında”  Qanunun  15‐ci  maddəsində  ayrılmış  torpaq

sahəsinin  hansı  kateqoriya  torpaqlara  aid  olduğunun  göstərilməməsi  hüquqların  dövlət

qeydiyyatına alınmasından imtinanın əsası kimi müəyyən edilməmişdir.

DƏDRX‐in  5  saylı  Ərazi  İdarəsi  apellyasiya  şikayəti  verərək,  Sumqayıt  İnzibati‐İqtisadi

Məhkəməsinin  həmin  qərarının  ləğv  edilməsini  xahiş  etmişdir.  Apellyasiya  şikayəti  onunla

əsaslandırılmışdır  ki,  Pirəbədil  bələdiyyəsinin  xəritəsində  ayrılmış  ərazinin  hansı  kateqoriya

torpaqlara  aid  olduğu  göstərilmədiyindən  həmin  torpaq  sahəsinin  təyinatını  müəyyən  etmək

mümkün deyildir və bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 və

15‐ci maddələrinə əsasən iddia təmin olunmamalıdır.

Sumqayıt Apellyasiya Məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən torpaq sahəsinin

təyinatının müəyyən edilməsinin mümkün olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına

alınmasından imtina edilməsi konstitusiya hüquqlarının pozulmasına gətirib çıxara bilər.

Müraciətedənin fikrincə, belə müraciətlərə münasibətdə inzibati orqan tərəfindən inzibati

icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati

icraat haqqında” Qanun) tələblərinə uyğun şəkildə aparılmalı, torpaq sahəsinin hansı kateqoriyaya

aid  edildiyi  araşdırılmalı  və  yalnız  bundan  sonra  obyektiv,  qanuni  və  əsaslı  inzibati  akt  qəbul

edilməlidir.  Məhkəmə  həmçinin  qeyd  edir  ki,  inzibati  orqan  bəzi  hallarda  “Daşınmaz  əmlakın

dövlət reyestri haqqında” Qanunun 15.1.1 və 15.1.5‐ci maddələrinə təhrif etməklə istinad edərək

hüquqların dövlət qeydiyyatına alınmasından imtina edir.

Sumqayıt Apellyasiya Məhkəməsinin qənaətinə görə, təcrübədə yaranan qeyri‐ müəyyənliyin

aradan qaldırılması və insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması məqsədilə

“Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında”  Qanunun  8.0.1  və  15‐ci  maddələrinin  şərh

edilməsinə zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu xüsusi konstitusiya icraatı üzrə işi araşdıraraq belə

qənaətə gəlir ki, müraciətdə qaldırılan məsələnin düzgün həll edilməsi üçün  “Daşınmaz əmlakın

dövlət reyestri haqqında” Qanunun 15‐ci maddəsi Konstitusiyanın 29‐cu maddəsinin VI hissəsinin

tələbləri nəzərə alınmaqla şərh edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri

hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Hər  kəsin  mülkiyyət  hüququ  vardır.  Mülkiyyətin  heç  bir  növünə  üstünlük  verilmir.  Mülkiyyət

hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar

və  daşınmaz  əmlak  ola  bilər.  Mülkiyyət  hüququ  mülkiyyətçinin  təkbaşına  və  ya  başqaları  ilə

birlikdə  əmlaka  sahib  olmaq,  əmlakdan  istifadə  etmək  və  onun  barəsində  sərəncam  vermək

hüquqlarından  ibarətdir.  Heç  kəs  məhkəmənin  qərarı  olmadan  mülkiyyətindən  məhrum  edilə

bilməz (Konstitusiyanın 13‐cü maddəsinin I hissəsi və 29‐cu maddəsinin I, II, III və IV hissələri).

Mülkiyyət  hüququ  “İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında”

Konvensiyanın (bundan sonra – Konvensiya)  1 saylı Protokolunun 1‐ci maddəsində də öz əksini

tapmışdır.

Konstitusiya  Məhkəməsinin  mülkiyyət  hüququ  ilə  bağlı  formalaşdırdığı  hüquqi  mövqeyi

ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13‐cü maddəsinin müddəaları nəzərə



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə