Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

Vəkilin digər peşə sahiblərindən fərqli xüsusiyyətlərə malik olması aydındır (Müəllif qeydi: Bu,

xüsusiyyətlər 28 dekabr 1999‐cu il tarixli, 783‐IQ nömrəli “Vəkillər və vəkillik fəaliyyəti haqqında”

Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir.), lakin daşıdığı prosesssual vəzifələr

baxımından  xüsusi  keyfiyyətlərə  malik  olan  vəkil  məhz  bu  vəzifələr  sayəsində  onun  davranış

formasını və onun çərçivəsini müəyyən edən qaydaların necə ciddi və məsuliyyətli olması anlamına

gəlir. Belə ki, məhz vəkillik sayəsində belə davranışı müəyyən edən “Vəkillərin etik davranış qaydaları

haqqında”  Əsasnamə  (Müəllif  qeydi:  Əsasnamə  davranış  qaydaları  haqqında  ümumi müddəaları,

davranış  qaydalarını  və  bu  qaydaların  həyata  keçirilməsinin  təmin  olunmasını  müəyyən  edir.)

mövcuddur ki, onun tələblərinin pozulması vəkilin intizam məsuliyyətinə cəlb olunması üçün əsas

verir (Müəllif qeydi: Bax, sözügedən Əsasnamənin 14‐cü maddəsinə. Həmçinin, bu mövzu ilə bağlı

yazının “Məsuliyyət” hissəsinə nəzər yetirmək tövsiyyə olunur.). Bu isə öz növbəsində bu qaydalara

əməl etmənin necə məsuliyyətli və lazımlı olmasının əyani sübutudur.

Hazırda müxtəlif prizmalarda nitq mədəniyyəti araşdırılan xüsusi özəlliyi ilə seçilən vəkillik

bəşər  tarixi  ərzində  yaranışından  mövcud  durumuna  qədər  müxtəlif  və  qarışıq  bir  inkişaf  yolu

keçmişdir.  Bu  inkişaf  yolunda  vəkillik  mövcud  zaman  mərhələsində formalaşan  mövcud  şüur

səviyyəsinə uyğun olaraq digər sahələrə nisbətdə daha qabarıq şəkildə inkişaf etmişdir. Həmin inkişaf

tarixinin çox qısa formada təhlil edərkən bəzi xüsusi məqamlar meydana çıxır ki, burada zaman və

şüur məfhumunun necə böyük rol oynadığının şahidi oluruq. Belə ki, dövlət və hüquq nəzəriyyəsi

baxımından Qədim Yunanıstandan çox da böyük bir fərqlə seçilməyən Qədim Romada hüquqşünas

(Müəllif  qeydi:  Qədim  Romada  hüquqşünaslar  3  istiqamət  ‐  təmsil  etmə  (mən  deyirəm),  müdafiə

etmə (mən doğruyam) və təbliğ etmə (o belə deyir) üzrə fəaliyyət göstərirdilər.) olmaq müəyyən

hallarda vacib idi və bunun üçün ilk növbədə “seçilən” olmaq lazım idi. Əgər insan öz zəkasına, eləcədə

bu zəkanın nümayişinə (məsələn, natiqlik və s.) görə digələrindən seçilirdisə, o zaman o, hüquqşünas

olmalı idi (olmaya da bilərdi, lakin hüquqşünas olmaq üçün güclü zəkaya malik olmaq başlıca şərt

idi). Lakin “hüquqşünas” olmaq kifayət deyildi, məhz bu peşənin yüksək mərhələsi, yüksək pilləsi

“vəkillik”  hesab  olunurdu  ki,  bütün  hüquqşünaslara bu  mərhələyə  çatmaq  qismət  deyildi

(ümumilikdə, Qədim Romada hüquqünas və vəkil ayrılığı mövcud deyildi, vəkil yalnız məhkəmələrdə

müdafiə işi ilə məşğul olan hüquqşünaslara deyirdilər). O zamanlar vəkilliklə, daha doğrusu vəkillə

bağlı müəyyən mənada ecazkar qaydalar tətbiq olunurdu ki, bu, insanlar arasında yazılmayan başlıca

təbəqələşmə hesab olunurdu. Məsələn, Qədim Roma küçələrində qarşına vəkilliklə məşğul olan şəxs

çıxardırsa,  sən  ya  kənara  çəkilib  ona  yol  verməli,  ya  da  ki,  qarşılaşmamaq  üçün  öz  yolunu

dəyişməliydin  (Müəllif  qeydi: Buna  oxşar  yazılmayan  qayda  sonralar  Böyük  Britaniyada  mövcud

olmuş  viktorinaçılıq  dövründə  də vardır.  Belə  ki,  sözügedən  dövrdə  bir‐birinə  hörmətlə  yanaşan

insanlar, cəmiyyətin müəyyən bir təbəqəsinə xüsusi hörmətlə yanaşırdılar ki, bu təbəqəyə vəkillər

də  aid  idi.).  Yaranmış  bu  adət  artıq ənənə  halını  almaqdaykən  hakimiyyət  vəkilləri  özünə  doğru,

özünün  idarəçiliyinə  (daha  doğrusu  idrəçiliyin  inkişafı  üçün)  cəlb  etməyə  çəkdi  və  beləliklə,

hakimiyyətin əsas söz sahibləri məhz vəkillər arasından seçilməyə başladı. Artıq vəkil xidmət göstərən

(mirzəlik və s.) şəxs pilləsindən keçdiyi pozulmuş hüquqların bərpası üçün müdafiəçi kimi çıxış edən

şəxs  pilləsindən  növbəti  bir  pilləyə  ‐  hakimiyyətdə  xalqı  təmsil  edən  şəxsə  çevrilirdi.  Bununla  da

vəkillik sübut etdi ki, o əslində xalqı məhkəmələrdə deyil, eyni zamanda hər bir yerdə, hətta dövlətin

özündə  də  təmsil  etməyi  (qorumağı)  bacarır.  Bununla  hansısa  bir  qaydanı  pozmur,  lakin  bu

düşüncənin hakimiyyət tərəfindən nə qədər düzgün bir yanaşma olmadığını tarix tezliklə nümayiş

etdirdi. Belə ki, dövlət vəkilliyin xalqın müdafiəsinə can atmasının qarşısını almaq niyyətindən uzaq

duraraq, əslində onun marağını, xalqı dövlətə qarşı təmsil etməklə bir növ hakimiyyətə gəlmək istəyi,

xalqın  pozulmuş  hüquqlarının  bərpası  üçün  mövcud  şəraitin  yaradılmasına görə  hakimiyyətdə

dəyişiklik etmək istəyinin qarşısını almaq idi.

Vəkillik institutunun çiçəkləndiyi bu dövr uzun zaman davam etmədi, tezliklə hakimiyyət bu

uğurun  sonunun  heç  də  yaxşı  bitmədiyini  və  vəkillərin  hakimiyyətə  doğru  can  atdığını  sezib  bu

təbəqəni  hakimiyyətdən  sıxışdırıb  çıxarmağa  (Müəllif  qeydi:  Belə  bir  yanaşma  tarixin  müəyyən

mərhələlərində mövcud olmudur. Məsələn, Fransada müvəqqəti  hökümət   zamanı   xüsusi vəkillik



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

­  14 ­




­  15 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

təbəqəsi ləğv edilmiş və 2 sentyabr 1790‐ci il tarixli Dekretlə, bütün vətəndaşlara məhkəmələrdə

vəkil  qismində  çıxış  etmək  hüququ  verilmişdir.  Beləliklə,  Fransada  həmin  zaman  istənilən  şəxs

məhkəmələrdə baxılan cinayət işləri üzrə vəkil qismində iştirak hüququna malik idi. Bu barədə

böyük fransız yazıçısı Viktor Hüqo (1802‐1885) müəllifi olduğu “93‐cü il” (1874) romanında maraqlı

bir  məlumat  vermişdir.  Belə  ki,  hərbi  qulluqçu  barəsində  açılmış  cinayət  işinə  baxılan  zaman

təqsirləndirilən şəxsə əsgərlər arasından istənilən şəxsi özün vəkil seçmək şansı verilmişdi. Əslində

müvəqqəti  hökümətin  belə  bir  Dekret  qəbul  etməsi  vətəndaşların  hüquqi  müdafiə  üçün

qarşılaşdıqları çətinliyi (maddi və mənəvi) aradan qaldırılması üçün atılan bir addım idi. Lakin bu

Dekret uzun zaman qüvvədə qalmağı bacarmadı. Belə ki, I Napoleon 14 dekabr 1810­cu il tarixli

Dekreti imzalamaqla 2 sentyabr 1790‐ci il tarixli Dekret qüvvədən düşdü. Baxmayaraq ki, I Napoleon

belə bir Dekret imzalamışdı, amma o, bu Dekretin tamamilə əleyhinə idi. Məhz Dekret hazırlanarkən

o demişdi: “Vəkillər – qiyamçıdır, cinayətdə və xəyanətdə ustadırlar. Nə qədər ki, qılınc əlimdədir,

mən heç vaxt belə bir Dekret imzalamayacağam. Mən istərdim elə bir imkan olsun ki, o vəkilin dilini

kəssin  ki,  o,  hökümətin  əleyhinə  danışmış  olsun”.)  və  yenidən  vətəndaşlara  hüquqi  yardım

göstərməyə məcbur etdi. Bu münasibətdən sarsılan vəkillik məhz hakimiyyətə qarşı uzun zaman

istər özləri, istərsə də müdafiə etdikləri şəxslər üçün mübarizə aparmağa çalışdılar.

Qədim  Romada  başlanan  bu  münasibət  təbii  ki,  digər  dövlət  qurumlarına  da  yayıldı  və

getdikcə, zaman irəlilədikcə vəkillik institutu mövqeyini dəyişməyə məcbur oldu; vəkil daha çox

müdafiə prinsipini həyata keçirən şəxsə çevrildi.

Orta əsrlər zamanı da vəkilə qarşı istər şəxsi, istərsə də hakimiyyət mövqedən baxış birmənalı

olmadı.  Belə  ki,  sözügedən  zamanda  artıq  vəkillik  demək  olar  ki,  adət‐ənənə  (Müəllif  qeydi:

Aristotelin təliminə görə, adətlər əsasında müəyyən edilmiş qanunlar böyük əhəmiyyətə malikdir

və yazılmış qanunlardan daha mühüm olan məsələlərə toxunur (bu barədə bax, Aristotelin şərti və

təbii  hüquq  haqqında  təlimlərinə).  əsasında  deyil,  sırf  hüquq  normaları əsasında  fəaliyyət

göstərməyə başladı. Başlıcası isə qədim dövrdə vəkildən başlıca olaraq natiqlik tələb olunurdusa,

indiki dövrdə vəkildən daha çox qanunları bilmək tələb olunurdu. Artıq insanları vəkilin maraqlı

və diqqət cəlb edən nitqi deyil, müvafiq mübahisənin həllini  tənzimləyən qanunları mükəmməl

bilib‐bilməməsi maraqlandırırdı. Sonralar təbii ki, mövcud zaman daxilində mövcud hakimiyyət

rejiminə uyğun olaraq onların fəaliyyəti, bu fəaliyyəti həyata keçirmək imkanı verən qanunlar, eləcə

də  onların  özlərini  təmsil  etmə  forması  müəyyən  dəyişikliklərə  məruz  qalaraq  uzun,  lakin  asan

olmayan bir inkişaf yolu qət etdi. Nəticədə vəkillik fəaliyyəti hökmüranlıq etdiyi geniş sahədən,

müəyyən bir sahəyə, daha doğrusu sərhədləri müəyyən edilmiş bir sahəyə keçməyə məcbur oldu.

Zaman‐zaman “vəkil” məfhumu “ağıllı”, “hörmətli”, “şöhrətli” və s. titullar qazandı, baxmayaraq ki,

bunlar arasında ən məşhuru və diqqət cəlb edəni “imkanlı olmaq” (Müəllif qeydi: Bu ifadənin təsdiq

edən əlamətlər hətta Qədim Romada, deyimə çevrilmiş “zəngin yaşamaq istəyirsənsə vəkil ol” ifadəsi

ilə öz təsdiqini tapmışdır.) oldu. Məhz insanlar imkanlı olmaları, yaxşı yaşamaları üçün hüquqşünas

olmaq niyyətinə düşdülər (bəşəriyyət inkişaf etdikcə bu hal öz təsdiqini aydın şəkildə tapmaqdadır).

Dahilikdən zənginliyə keçid yolu qət edən hüquqşünaslıq nəticədə zəkadan tam olmasa da, fərqli

formada uzaqlaşmağa başladı. Təbii ki, zəkadan uşaqlaşmaq çox şeydən, o cümlədən mədəniyyət

və ədəbiyyatdan uşaqlaşmaq idi. Məhz bu, “imkanlı olmaq” prinsipi digərlərinə nisbətdə tezliklə

özünü  daha  qabarıq  büruzə  verdi  ki,  bu  da  istər  yaradıcılıqda,  istərsə  də  real  həyatda  mövcud

münasibətdə özünü bütün çılpaqlığı ilə göstərməyə başladı. Bu qayda sonralarda davam etdi və

bəşər övladı vəkil dedikdə ilk əvvəl şüuruna gələn imkanlı, əlçatmayan, seçilən bir insan tipi (Müəllif

qeydi: Bu yanaşma hətta ədəbiyyatda da öz təsdiqini tapmışdır. Məsələn, amerika yazıçısı Cerom

Devid Selincer (1919‐2010) “Çovdarlıqda uçurumdan qoruyan” adlı məşhur əsərində yazırdı: “Vəkil

olmaq pis olmazdı, ancaq... Bilirsən, onlar məhz günahsız adamların həyatını xilas eləsəydilər, bu

heç də pis olmazdı, ancaq iş ondadır ki, vəkil olandan sonra bu heç adamın yadına düşmür. İş‐gücün

daha çox pul qazanmaq, bric, qolf oynamaq, maşın almaq, lovğa‐lovğa kokteyl içmək, modabazlıq

eləmək olur. İkincisi də tutaq ki, vəkil olandan sonra sən həmişə yalnız günahsız adamların həyatını




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə