Jurnal XII


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   2   3   4   5   6   7   8   9   ...   29

­  2 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

Müzəffər Ağazadə

Əməkdar hüquqşünas

XULİQANLIQ CİNAYƏTLƏRİ İLƏ BAĞLI BƏZİ

MƏSƏLƏLƏR BARƏDƏ

Statistik məlumatlar göstərir ki, cinayət qanunvericiliyində xuliqanlıq kimi tövsif edilən ictimai

təhlükəli əməllər ölkəmizdə çox yayılmış hadisələr sırasına aiddir. Təsadüfi deyildir ki, xuliqanlıq

cinayəti kimi qiymətləndirilən əməllər son yüz ilə yaxın müddət ərzində həm qanunverici orqanların,

həm də məhkəmə və hüquq‐mühafizə orqanlarının necə deyərlər, daim diqqət mərkəzində olmuşdur.

Bu  müddət  ərzində  xuliqanlıq  cinayətlərinin  anlayışı  dəfələrlə  dəyişikliklərə  məruz  qalmış,

məhkəmələrin ali orqanları bu cinayətlərlə bağlı qanunların məhkəmə‐istintaq orqanları tərəfindən

tətbiq olunması qaydaları barədə izahlar və şərhlər vermişlər. Bu proses indiki vaxtda da davam

etməkdədir.

Bu  yazının  mövzusu  üçün əhəmiyyət  kəsb  etdiyindən  son  yüz  ilə  yaxın  müddət  ərzində

dövlətimizin  müxtəlif  dönəmlərində  qəbul  olunan  Azərbaycan  Respublikasının  Cinayət  (Cəza)

Məcəllələrində  xuliqanlıq  cinayətinin  hansı  anlamda  başa  düşülməsi  kimi  məqamlara  diqqət

yetirmək maraqlı olardı.

Xuliqanlıq cinayəti Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9/XII‐22‐ci ildə qəbul etdiyi Cəza

Məcəlləsində

­

“ açıqdan açığa ayrı‐ayrı vətəndaşlara və ya bütövlükdə cəmiyyətə hörmətsizlik ifadə edən,



xüsusilə istənilən cür azqınlıqla, həyasızlıqla, kobud söyüş söyməklə və s. yaramaz hərəkətlər” kimi

(176‐cı maddə),

Azərbaycan SSR MİK və XKS‐nin 3/XII‐27‐ci ildə qəbul etdiyi Cəza Məcəlləsində

­

“cəmiyyətə qarşı açıqcasına ehtiramsızlıqla edilmiş yaramaz əməllər ” kimi (103‐cü maddə),



Azərbaycan SSR Ali Sovetinin 8/XII‐60‐cı il tarixli Qanunu ilə qəbul etdiyi Cinayət Məsəlləsində

­

“ ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli



hərəkətlər, habelə il ərzində xırda xuliqanlıq üçün barəsində inzibati təsir tədbiri görülmüş şəxsin

xırda xuliqanlığı” kimi (207‐ci maddə),

Azərbaycan  Respublikası  Milli  Məclisinin  30/XII‐99‐cu  il  tarixli  Qanunu  ilə  qəbul  olunmuş

Cinayət Məcəlləsində

­

“ ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar



üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının

məhv  edilməsi,  yaxud  zədələnməsi  ilə  müşayiət  edilən  qərəzli  hərəkətlər”  kimi  (221‐ci  maddə)

verilmişdir.

Birinci  üç  Cinayət  Məcəlləsində  (CM)  qüvvədə  olduqları  dövrdə  xuliqanlıq  cinayətlərinin

anlamında dəfələrlə dəyişikliklər edildiyindən biz yuxarıda müvafiq maddələrin mətninin yalnız son

variantını verməli olduq. Qeyd olunmalıdır ki, cəmiyyət həyatının  inkişafının müxtəlif dövrlərində

xuliqanlıq cinayətinin anlamı, bu cinayətlər üçün sanksiyalarda dəyişikliklər edilməsi ilə yanaşı bu

növ cinayətlər üçün müxtəlif ağırlaşdırıcı tövsif edici əlamətlər də müəyyən edilmiş, yaxud mövcud

normalar dəyişdirilmişdir.

Tərkibində olduğumuz Sovet dövləti dağılana qədər başqa müttəfiq respublikalarda olduğu

kimi Respublikamızın da   cinayət   qanununda   nəzərdə   tutulan   xuliqanlıq   cinayətinin   anlamı

Mühasibələr və mövqelər



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

­  3 ­

mahiyyət  etibarılə  Rusiya  Federasiyası  qanunvericiliyindəki  normalarda  üst‐üstə  düşürdü.

Müstəqillik  əldə  etdikdən  sonra da  bu  ölkələrin  qanunvericiliklərində  bir  çox oxşar  cəhətlər

qalmaqdadır. Məsələn, AR CM‐nin 221‐ci maddəsi 24/V‐96‐cı ildə qəbul olunmuş RF CM‐nin 213‐cü

maddəsinin  ilkin  variantının  hərfbəhərf  tərcüməsi  olmuşdur  .  Lakin  qısa  müddətdən  sonra  RF

CM­nin 213‐cü maddəsi köklü surətdə dəyişikliklərə məruz qalmışdır. (8/XII‐03‐cü və 24/VII‐07‐ci

il tarixli qanunlarla).

Hazırda RF CM‐nin 213‐cü maddəsinə görə ictimayyətə qarşı açıq‐aşkar hörmətsizliklə ifadə

olunan, ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən əməllər yalnız o halda xuliqanlıq

üstündə cinayət məsuliyyətinə səbəb ola bilər ki, bu əməllər silah və ya silah qismində istifadə olunan

predmetlər tətbiq etməklə, yaxud siyasi, ideoloji, irqi, milli və ya dini nifrət və ya düşməncilik motivi

ilə və ya hər hansı sosial qruplar barəsində nifrət zəminində törədilmiş olsun.

Göründüyü  kimi  son  illərdə  xuliqanlıq  cinayətlərinin  anlamı  məsələsində  həm  Azərbaycan

Respublikasi, həm də Rusiya Federasiyası qanunvericiliklərində ciddi dəyişikliklər baş vermişdir.

Əvvəlki  qanunlardan  fərqli  olaraq  AR  CM‐nin  xuliqanlıqdan  bəhs  edən  maddəsində  indi  xüsusi

azğınlıq  və  ya  müstəsna  dərəcədə  həyasızlıqla  fərqlənən  hərəkətlərin  xuliqanlığın  ağırlaşdırıcı

tövsifedici əlamətləri kimi qiymətləndirilməsi nəzərdə tutulmur. RF cinayət qanunvericiliyi isə daha

irəli gedərək hətta özgə əmlakının məhvi və zədələnməsi, ictimai‐kütləvi tədbirlərin pozulması ilə

müşayiət olunan ictimai qaydanın kobud surətdə pozulmasını da əgər belə hadisələr zamanı silah

və  ya  silah  qismində  tətbiq  olunan  predmetlər  tətbiq  edilməmişsə  xuliqanlıq  hesab  etmir.  Qeyd

olunduğu kimi bunların əvəzinə qanuna xuliqanlıq cinayətinin siyasi, ideoloji, irqi, milli və ya dini

nifrət  və  ya  düşməncilik  motivi  ilə,  və  ya  hər  hansı  sosial  qruplar  barəsində  nifrət  zəminində

törədilməsi kimi yeni əlamətlər daxil edilmişdir. Indi Rusiyada cinayət hadisəsinin xuliqanlıq niyyəti

ilə törədilməsi təsdiq olunsa belə bu cür əməllər həyat və ya sağlamlıq əleyhinə cinayətlərdə olduğu

kimi ya məsuliyyəti ağırlaşdırıcı tövsifedici əlamət kimi (məsələn RF CM‐nin 167‐ci maddəsinin 2‐ci

hissəsi) , yaxud da cinayətin motivi və ya obyektiv cəhətindən , hadisənin nəticəsindən asılı olaraq

CM‐nin müxtəlif fəsillərindəki maddələrlə tövsif olunur.

Oxucular bizə irad tuta bilərlər ki, müstəqil dövlət olduğumuz halda nə üçün belə məsələlərdə

bəzən özgə dövlətin qanunlarına istinad etməli oluruq. Məsələ burasındadır ki, bunsuz təhlili fikir

söyləmək də çətindir. Çunki, yuxarıda qeyd etdiyimiz kimi, bir çox qanun normalarımız, o cümlədən

CM‐nin 221‐ci maddəsi RF CM‐dan götürülmüşdür, daha doğrusu RF CM­nin 213‐cü maddəsinin

əvvəlki variantının tərçüməsidir. Belə olduqda biz həmin normaların anlamını bir‐birindən fərqli

şəkildə təsəvvür belə edə bilmərik.

Hazırda qüvvədə olan AR CM‐nın xuliqanlıqdan bəhs edən 221‐ci maddəsi qüvvədə olduğu 16

il ərzində ciddi dəyişikliyə məruz qalmamışdır. Qeyd etdiyimiz kimi həmin maddənin normaları RF

CM‐nin 213‐cü maddəsinin ilkin variantı ilə üst‐üstə düşür.

Təbii  ki,  qanunların,  o  cümlədən  cinayət  qanunvericiliyinin vaxtaşırı dəyişikliklərə

uğramasında  heç  bir  qeyri‐adilik  yoxdur.  Dövlət  özünün  təhlükəsizliyi,  ictimai  maraqların

qorunması,  vətəndaşların  Konstitusiya  ilə  müəyyən  edilən  hüquq  və  vəzifələrinin  daha  səmərəli

həyata keçirilməsi naminə qanunvericiliyi vaxtaşırı təkmilləşdirməyə borcludur. Mövcud qanunlar

cəmiyyətin konkret inkişaf mərhələsində cinayətkarlıqla mübarizə məsələlərində yetərli olmadıqda,

yaxud vətəndaşların hüquq və vəzifələrinin effektiv surətdə təmin etmədikdə yeni qanun normaları

yaradılmaqla köhnələri qüvvədən salınır.

Qanunvericiliyin  təkmilləşdirilməsi  ilə  bağlı  bu  proseslər  (reformalar)  başqa cinayət

tərkiblərinə münasibətdə ciddi problemlərlə üzləşməsə də xuliqanlıq anlamına qiymət verilməsi

məsələsində oxşar fikir söyləmək çətindir. Cünki xuliqanlıq adlı cinayət tərkibinin anlamı ilə bağlı

qanunvericilikdə dəfələrlə dəyişikliklər edilməsinə, qanunun düzgün tətbiqi üçün Ali Məhkəmə və

Konstitusiya  Məhkəməsi  Plenumları  tərəfindən  izah  və  şərhlər  verilməsinə  baxmayaraq  bu

normanın istintaq‐məhkəmə təcrübəsində tətbiqi sahəsində ciddi problemlər hələ də qalmaqdadır.

Bu  da  səbəbsiz  deyildir.  Həm  əvvəllər  müvcud  olmuş,  həm  də  qüvvədə  olan  cinayət

qanunlarındakı xuliqanlıq adlandırılan normaların mətnləri təhlil edilərkən belə nəticə çıxarmaq




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə