Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   2   3   4   5   6   7   8   9   ...   29

­  10 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

olmayan  şəxslər  ədalət  mühakiməsinə  zəruri  çıxış  imkanlarını  təmin  etmək  naminə  məhkəmə

xərclərindən azad  olunurlar. Bundan əlavə, hər bir təqsirləndirilən şəxsə müdafiə hüququnun təmin

olunacağı qarantiyası verilir [9]. Qeyd olunan məsələlərin Xartiya səviyyəsində nəzərdə tutulması

o deməkdir ki, bütün AB ölkələri bu şərtlərə dönmədən əməl etməlidirlər.

Hazırkı tədqiqiat üçün maraqlı olan aspektdə AB ölkələrinin konstitusiyaları ilə yanaşı, digər

ölkələrin müvafiq konstitusion normalarınının analizi məqsədəuyğudur. Ümum dünya təcrübəsini

mümkün qədər əhatə etmək üçün, müxtəlif kontinentlərdə yerləşən ölkələrin təcrübəsinə müraciət

edəcəyik.

Məsələn, Yaponiya Konstitusiyasının 37‐ci maddəsinə görə, cinayət işləri üzrə təqsirləndirilən

şəxslər istənilən halda yardım üçün peşəkar vəkilə müraciət edə bilərlər; təqsirləndirilən şəxs bunu

etməyə özü qadir olmadıqda, vəkil dövlət tərəfindən təyin olunur [10].

Hindistan  Konstitusiyasının  39‐cu  maddəsi  “Hər  kəs  üçün  bərabər  ədalət  mühakiməsi  və

ödənişsiz hüquqi yardım” adlanmaqla belə bir mətni təsbit edir: “Dövlət ədalət mühakiməsini hər

kəsə bərabər imkanlar əsasında təmin edir. Müvafiq qanunvericilik aktarı və ya proqramları yaxud

digər üsullarla yaradılmış qarantiyalar ədaləti təmin etməli və hər hansı vətəndaşa iqtisadi və ya

digər  xarakterli imkansızlığı  üzündən  huquqi  yardım  göstərilməməsi  hallarını  istisna  etməlidir

[11].


İsveçrə, Norveç və digər zəngin və yüksək inkişaf etmiş ölkələrin “əsas qanun”larına baxdıqda

belə, bu hüququn qüvvəsinin məhz insanın maliyyə vəziyyəti ilə əlaqləndirildiyini görürük. Belə ki,

məsələn,  İsveçrə  Konstitusiyanın  29‐cu  maddəsinin  3‐cü  hissəsində  göstərilir  ki,  kifayət  qədər

vəsaiti olmayan hər kəs sərbəst hüquqi  yardım almaq hüququna malikdir. Bundan başqa, hər kəs

öz  hüquqlarının  müdafiəsi  üçün  zəruri  olan  hədlərdə  ödənişsiz  hüquqi  təmsilçilik  hüququna

sahibdir [12].

Yuxarıda sadalanan ölkələr arasında İsveçrə hüquqi yardım almaq hüququnun konstitusion

səviyyədə  ən  əhatəli  şəkildə  tənzimləndiyi  ölkə  kimi  qeyd  oluna  bilər.  Konstituion  normalar  bu

hüququ  nə hansısa  məhkəmə  işləri,  nə  də  yardımın  konkret  növü  ilə  məhdudlaşdırmır.  Bütün

mümkün hallar üçün əsas şərt, şəxsin ödəniş qabiliyyətinə malik olmamasıdır. Fikrimizcə, bu cür

yanaşma ən  düzgün  və  məntqili  variantdır,  belə  ki,  şəxs  müvafiq  xidmətlərə  görə  ödəniş  etmək

iqtidarındadırsa, bu zaman dövlətin xərc çəkməsi haqlı olaraq istina edilir. Yox əgər şəxsin kifayət

qədər maliyyə resursu yoxdursa, nəinki məhkəmə işlərinə baxılmasında, habelə hüquqi məsələlər

üzrə  məsləhətlər  almasını  dövlət  hesabına  təmin  etmək  məqbuldur,  çünki  məhz  bu  cür

məsləhətləşmələr bir çox hallarda hüquqi münasibətlərin məhkəmə səviyyəsinə çatmadan məqbul

şəkildə həllinə zəmin yaradır və əks halda yarana biləcək daha böyük xərclərin qarşısını alır.

Braziliya Konstitusiyanın 5‐ci maddəsinin LV hissəsində göstərilir ki, məhkəmə və ya inzibati

proseslərin tərəflərinə və ittiham altında olan bütün şəxslərə vaxtında və tam müdafiə hüququ,

habelə bunun üçün zəruri olan imkan və vasitələr təmin edilir. Eyni maddənin LXXIV hissəsində

isə göstərilir ki, maddi ikanlarının yetərsiz olduğunu sübut edən hər kəsə hüquqi yardım dövlət

tərəfindən ödənişsiz qaydada təqdim olunur [13]. Maraqlıdır ki, Braziliyada əhalinin həyat səviyyəsi

İçveçrədəki kimi yüsək olmasa da, dövlət öz vətəndaşlarına istənilən növdən olan hüquqi yardıma

konstitusion qarantiya verir. Bu hal insan hüquq və azadlıqlarının dövlət tərəfidən yüksək səviyyədə

qayğı və müdafiəsinə dəlalət edir.

Ukrayna Konstitusiyasında bu hüququ tənzimləyən 59‐cu maddə hər kəsin hüquqi yardım

almaq hüququna malik olduğunu bəyan edir, habelə göstərilir ki, qanunla nəzərdə tutulmuş hallarda

bu hüquq əvəzsiz qaydada təqdim edilir. Hər kəs öz hüquqlarının müdafiəsi üçün vəkil seçimində

sərbəstdir.  İttihamdan  müdafiə  hüququnun  təmin  edilməsi,  məhkəmələrdə  və  digər  dövlət

orqanlarında işlərin baxılması zamanı hüquqi yardımın təqdim edilməsi üçün Ukraynada Vəkillər

Kollegiyası  fəaliyyət  göstərir  [14].  Konstitusiya  hüquqi  yardım  almaq  hüququnu  genişləndirici

norma  ilə  nəzərdə  tutmasına  (hüquqi  yardımın konkret  növləri  ilə  məhdudlaşdırmır)  rəğmən,

maraqlıdır ki, bu hüququ təmin edən subyektlərin dairəsini faktiki olaraq məhdudlaşdırır.Belə ki,

təminat mexanizminin Vəkillər Kollegiyası ilə əlaqələndirilməsi bu işin yalnız  kollegiya  üzvü  olan



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

­  11 ­

vəkillərlə aid edilməsi anlamına gəlir. Lakin Ukrayna Konstitusiya məhkəməsi müvafiq qərarında

bu məsələni şərh edərkən qeyd etmişdir ki,  “...məhkəmələrdə və digər dövlət orqanlarında işlərin

baxılması zamanı hüquqi yardmın təqdim edilməsi üçün Ukraynada Vəkillər Kollegiyası fəaliyyət

göstərir”  cümləsi  şəxsin  hüquqi  (yuridik)  yardım  almaq  üçün  öz  mülahizəsi  ilə  vəkil  seçmək

hüququnu  nəzərdə  tutur;  bu  norma,  əgər  Ukrayna  qanunları  ilə  konkret  məhdudiyyətlər

göstərilməmişdirsə, hüquqi yardım üçün digər şəxslərin yardımından istifadə imkanlarını istisna

etmir  [15].  Göründüyü  kimi,  Ukrayna  Konstitusiyası  Vəkillər  Kollegiyasına  göndəriş  etsə  də,

Konstitusiya Məhkəməsinin qərarı bu hüququn yalnız Vəkillər Kollegiyası ilə məhdudlaşdırılmasını

təkzib edir. Bu hal konstitusion normalar və onların rəsmi şərhi arasında ziddiyət kimi görünə bilər.

Fikrimizcə, məhz Konstitusiya səviyyəsində hüquqi yardım işinin bütün subyektlərinə aid edilməsi

daha məntiqli olardı.

Rusiya Federasiyasının Konstitusiyası da hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququnu

genişləndirici  mənada  qarantiya  altına  alır.  Belə  ki,  qanunla  nəzərdə  tutulmuş  hallarda  hüquqi

yardımın ödənişsiz əsaslarla göstərildiyi təsbit olunur. RF Konstitusiyanın 48‐ci maddəsinə uyğun

olaraq,  saxlanılmış,  həbs  olunmuş,  cinayət  törətməkdə  ittiham  olunan  hər  kəs  saxlanıldığı,  həbs

olunduğu, yaxud ittihamın elan edildiyi andan vəkilin (müdafiəçinin) yardımından istifadə etmək

hüququna sahibdir [16].

Beləliklə, başqa ölkələrin analoji konstitusion normalarının müqayisəli təhlili bizə bu qənaətə

gəlməyə əsas verir ki, Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin hüquqi yardm almaq

hüququnu  kifayət  qədər  yüksək  səviyyədə  tənzim  edir.  Konstitusiyanın  61‐ci  maddəsi  hər  kəsin

yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna malik olduğunu və qanunla nəzərdə tutulmuş

hallarda bu hüququn ödənişsiz, yəni dövlət hesabına göstərildiyini təsbit edir. Maddənin III hissəsinə

görə,  hər  bir  şəxsin  səlahiyyətli  dövlət  orqanları  tərəfindən  tutulduğu,  həbsə  alındığı,  cinayət

törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

Lakin  bu  norma  ödənişsiz  hüquqi  yardım  almaq  hüququnun  yalnız  cinayət  işləri  ilə

məhdudlaşdırılmasını müəyyən  etmir,  sadəcə  olaraq,  cinayət  işləri  üzrə  hüquqi  yardım  almaq

hüququnun  hansı  andan  işə  düşdüyünü  göstərir.  Başqa  sözlə,  Azərbaycan  Respublikasının

Konstitusiyası  hüquqi  yardım  almaq  hüququnu  hüquqi  yardımın  konkret  növləri  ilə

məhdudlaşdırmır.

Beləliklə, araşdırmanın  nəticələrini  aşağıdakı  kimi  xülasə  edə  bilərik.  Əvvəla  qeyd  edək  ki,

müxtəlif kontinentlərdə yerləşən ölkələrin təcrübəsinə müraciət etməklə biz bu hüquqla bağlı dünya

reallıqlarını mümkün qədər geniş əhatə etməyə çalışdıq. Aydın oldu ki, ölkələrin bir‐birindən coğrafi

uzaqlığı, fərqli dövlət quruluşları, hər birinin öz unikal konstitusiya tarixi, mədəni və sair fərqlərin

mövcudluğuna rəğmən, bu vacib sosial‐hüquqi faktor, yəni aztəminatlı insanların ödənişsiz hüquqi

yardımla təmin olunma məsələsi bütün dünya ölkələrinə xas olan universal dəyərdir, hər bir ölkənin

qanunvericiliyində bu və ya digər formada təsbit edilmişdir.

Qanunvericilik  sistemləri  nəzərdən  keçirilən  bir  çox  ölkələrdə,  xüsusən  Avropa  Birliyi

ölkələrinin  konstitusiyalarında  ödənişsiz  hüquqi  yardım  almaq  hüququnun  mühakimə  icraatı

çərçivələri  ilə  məhdudlaşdırıldığını  görürük,  bununla  belə,  mühakimə  icraatına  aid  olmayan

məsələlərdə  də  bu  hüququn  realizəsi  imkanları mövcuddur.  Bunlar  müvafiq  qanunvericilik

aktlarında detallı şəkildə tənzim edilir. Ümumi qaydalar belədir ki, hüququi yardıma ehtiyacı olan

şəxslərə bu hüququn ödənişsiz təqdim olunması üçün riayət edilməli müəyyən prosedurlar tətbiq

olunur. Xüsusən, şəxsin ödəniş qabiliyyətinə malik olmamasının müəyyən edilməsi: gəlirlərin (rəsmi

maaş, müavinətlər, digər hər hansı yolla əldə olunan pul vəsaitləri, pula çevrilə bilən əmlak və digər

aktivlər) və hər cür əsaslı xərclərinin aşkar olunması; ödənişsiz hüquqi yardıma iddia edə şəxsin

öhdəliklərinin təmin edilməsi, habelə nəzərə alınmalı olan digər şərtlər (ailə vəziyyəti, himayəsində

olanların sayı və sair məslələr).

Son olaraq qeyd edək ki, hər kəsin hüquqi yardım almaq hüququnu tənzim edən konstitusion

normaların  maksimal  keyfiyyət  və  effektivlik  şərtlərinə  nail  olmaq  üçün  bu  normalar  hüquqi

yardımın konkret növləri ilə məhdudlşdırılmamalı, onun hər cür mümkün növlərini əhatə etməlidir.

Fikrimizcə,  yalnız  bu  halda  yüksək  qanunvericilik  texnikasına  nail  olmaq  və  müvafiq  hüquq

münasibətlərinin effektiv fəaliyyətini təmin etmək mümkündür.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə