Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

­  31 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

robotun öyrədilməsinə daha cox vaxt sərf edilmişdirsə, onu öyrədənin öhdəliyi də bir o qədər çoxdur,

və təbii ki, robotun davranışı ilə vurulan zərərin nəticəsində məsuliyyət daşıyan tərəf axtarılarkən,

robotun əldə etdiyi bacarıqlar onun özünüöyrətmə bacarıqlarından fərqləndirilməlidir.

Bundan başqa, robotun qeyri‐düzgün davranışı hansı mənbədən əmələ gəldiyi kimi məqamlar

ayırd edilməlidir, məsələn, robot həmin davranışı istehsalçı tərəfdən aldığı bacarıqlar çərçivəsində

etmişdir, yoxsa, digər mənbələrdən faydalanmışdır ?

Robot instruksiya edilərək hərəkətə gətirilir. Həmçinin, robotun sizin instruksiyanız olmadan

hansı davranışı öyrənə bilməsi kimi məsələ də aydınlaşdırılmalıdır, məsələn, robot tozsaranın evdə

hər hansı əşyanı sındırması zamanı insan faktoru arxa plana çəkilə bilər, yoxsa yox ?

Gələcəkdə hazırlanacaq qanunvericilik aləti bu suallara cavab tapmaq üçün robotlar tərəfindən

dəyə biləcək zərəri müəyyənləşdirmək üçün robotların zərərli davranışı ilə vurulan zərər arasındaki

səbəbli əlaqəni özündə bir norma kimi ehtiva etməlidir.

Nəticə və təklif:

Beləliklə, bu yazıda müəllif robotlara xüsusi statusun, başqa sözlə, üçüncü tip hüquqi statusun

verilməsi təklifi ilə çıxış edir. Məhdud hüquq və vəzifələrin verilməsi yolu ilə robotlar xüsusi status

ala bilərlər.

Bu cür status robotların hüquq və vəzifələrini hüquq münasibətlərinin birbaşa və ya məhdud

şəkildə iştirakçıları olmaqla hüquqi norma çərçivəsində həyata keçirməyə imkan yaradır. Nə qədər

gülməli  səslənsə  də  bəzi Avropa İttifaqının  hüquqşünasları  tərəfindən  robotları  insanlardan

fərqləndirmək  üçün  onların  əlinə  qırmızı  bayraq verilməsi və  ya  hər  hansı  digər  vasitələrlə

nişanlanması kimi təkliflərlə də çıxış edənlər olmuşdur.

Bildiyiniz kimi, heyvanlar hüququn obyekti statusuna malikdirlər, lakin onlar əvvəlcədən görə

bilmədikləri hərəkətləri yerinə yetirə bilərlər.

Bəzən ev heyvanlarının sahibləri müxtəlif tipli təlimlərə göndərilir və bu zaman biz heyvanların

törətdiyi hər hansı zərərlə bağlı onların sahiblərinin nə dərəcədə biliklərə malik olması və bu cür

zərəverici hərəktlərin baş verməsi arasındakı səbəbli‐əlaqə araşdırılır.

Anqlo‐sakson hüququnda ev heyvanları vəhşi heyvanlardan fərqləndirilir, onlar belə hesab

edirlər ki, vəhşi heyvanlardan fərqli olaraq ev heyvanın edə biləcəyi hərəkəti onun sahibi  əvvəlcədən

görə bilmə qabiliyyətinə malikdir və onların zərərverici hərəkətlərinə görə onların sahibləri öhdəlik

və ya məsuliyyət daşıyırlar.

Əlbəttə,  robotları  heyvanlarla  müqayisə  etmək  ağılasığmazdır,  heyvanlardan  fərqli  olaraq,

süni intellektin həyata keçirəcəyi hərəkətlər barədə bizdə daha az hiss və təcrübə vardır.

O  da  qeyd  edilməlidir  ki,  ‘Distributed  autonomous  organzations’  (DAOs)  kompüter

proqramlarında kodlaşdırılmış qaydalar əsasında fəaliyyət göstərən təşkilatdır və bü tip təşkilatların

robotlara xüsusi status və ya üçüntü tip hüquqi statusun verilməsi üçün onların davranışlarının

formalaşdırılmasında böyük təsiri vardır.

Bundan başqa, yuxarıda yazılanlardan aydın olur ki, robotların hərəkətlərini hüquqi öhdəlik

münasibətləri  çərçivəsində  tənzimləmək  çətindir.  Bu  səbəbdən xüsusi sığorta  sisteminin  və  ya

kompensasiya fondunun yaradılması arzuolunandır. Əlbəttə, bu sığorta sxemi bu sahədə fəaliyyət

göstərən sahibkarlar üçün daha böyük öhdəlik və ya məsuliyyət deməkdir. Bu sahibkarlıq sahəsi

artıq müstəqil avtomobillərin və kiber‐sığortanın yaratdığı risklərlə mübarizə ərəfəsindədir. Sığorta

kompensasiyadan onun süni intellekt üçün yaratdığı stimulverici hallara görə daha çox seçilir. Bu

məsələnin hüquq, kompüter və sığorta sahələri tərəfindən daha dərin tədqiq olunmasına ehtiyacı

vardır.


Həmçinin  süni  intellekt  (proqram  təminatı)  və  robotlar  arasında  da  yaranan  simmetrik

problemlər nəzərə alınmalıdır. Çünki, bunlar sıx əlaqəlidirlər – robotların işlək hala gətirilməsində

və müstəqil hərəkətində süni intellektin birbaşa danılmaz rolu vardır. Robotların daşıdığı öhdəlik

üçün səmərəli mexanizm yaratmaq məqsədilə proqram təminatı ilə bağlı öhdəlikərin robotlarların

hüquq münasibətlərindən irəli gələn öhdəliklərindən ayrılmaz olduğu əmin edilməlidir.



­  32 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

Beləliklə,  cəmiyyətdə  robotların  bacarıqlarının  daha  da  məhdudlaşdırılması,  onların

təhlükəsiz saxlanılması sahəsində, mülki hüquqi zərərin, cinayətlərin qarşısını almaq üçün və sosial

dəyərləri daha da möhkəmləndirmək üçün bir sıra tədbirlər həyata keçirilə bilər. Bunun üçün daha

mürəkkəb  hüquq  mexanizmin  yaradılmasına,  başqa  sözlə,  aşağıdakı  tədbirlərin    həyata

keçirilməsinə ehtiyac vardır:

a) İcbari sığorta sxeminin hazırlanması ­ istehsalçılar, istehlakçılar və ya satıcılar tərəfindən

zərər vuran robotlara qarşı tətbiq olunan qoruyucu mexanizm kimi;

b) Robotların vurduğu zərəri sığorta qarşılamadığı təqdirdə, yaradılan kompensasiya fondu

tərəfindən  zərərin  kompensasiya  edilməsi,  bundan  başqa bu  cür kompensasiya  fondu  bir  sıra

maliyyə  əməliyyatları  üçün  robotların  marağı  çərçivəsində, məsələn,  investisiya  və  ya  digər

maliyyələşdirmə  üsülları  vasitəsilə  müstəqil  robotların  inkişafı  və  onların  davranışının

tənzimlənməsi sahəsində görüləcək tədbirlərdə çox faydalı ola bilər. Belə fond həm ümumi olaraq,

həm də hər robot tipi üçün fərdi fond şəklində yaradıla bilər;

c)  Robotun  qeydiyyatı  zamanı  onun  hansı  sığorta  sistemi  vasitəsilə  tənzim  olunduğu,

kompensasiya fondu ilə əlaqəsini və digər detalların müəyyən edilməsi üçün onların kodlaşdırılaraq

qeydiyyata alınması;

d)  Robotlar  üçün  məhdud  hüquq  və  vəzifələrin  müəyyən  ediılməsi  yolu  ilə xüsusi  hüquqi

statusun verilməsi.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə