Jurnal XII


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   2   3   4   5   6   7   8   9   ...   29

­  6 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

İndinin özündə də CM‐nin bəzi maddələrində söylədiyimiz fikirlərlə üst‐üstə düşən nümunələr

vardır. Məsələn AR CM‐nin 120,126 və 127‐ci maddələrində nəzərdə tutulan əməllərin xuliqanlıq

zəmnində törədilməsi halı ağırlaşdırıcı tövsif edici hal kimi nəzərdə tutulmuşdur. CM‐nin əmlakı

qəsdən  məhv  etmə  və  ya  zədələmə  cinayətindən  bəhs  edən  186‐cı  maddəsində,  yol  hərəkəti  və

nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərindən bəhs edən 263‐cü maddəsində

və digər maddələrdə də belə ağırlaşdırıcı tövsif edici əlamətlər nəzərdə tutula bilər.

Cinayət  qanununda  (CM‐nin  263‐1‐ci  maddəsin)  yol    hərəkəti  və  ya  nəqliyyat  vasitələrinin

istismarı qaydalarının sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs

tərəfindən  pozulması  ağırlaşdırıcı  tövsif edici  əlamət  kimi  nəzərdə  tutulduğu  halda,  ağır  nəticəli

yol‐nəqliyyat hadisəsinin məhz xuliqanlıq zəmnində törədilməsi (avtoxuliqanlıq) ağırlaşdırıcı tövsif

edici əlamət kimi nəzərdə tutulmur. Halbuki, bir sıra yol‐nəqliyyat hadisələrinin məhz avtoxuliqanlıq

(sürət yarışı) şəklində törədilməsi  nəinki ağır nəticələrə gətirib çıxarır, həm də əhalinin dincliyini

nümayişkaranə şəkildə pozan bu hərəkətlərlə cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirilir.

Xatırladaq ki, ağır nəticəli   olmayan belə əməllər üçün İnzibati Xətalar Məcəlləsində kifayət qədər

ciddi tənbeh tədbiri nəzərdə tutulmuşdur. (İXM‐nin 511‐ci maddəsi)

Bunu  da  xatırlatmağı  lazım  bilirik  ki,  aldığımız  məlumata  görə  dünyanın əksər  ölkələrinin

cinayət qanunvericiliklərində xuliqanlıq qismindı ayrıca norma yoxdur. Bu faktın özü də həmin növ

cinayət tərkibinin qanundan çıxarılmasının vətəndaşların qanunla qorunan hüquqlarının  həyata

keçirilməsinə mənfi təsir etməyəcəyinə dəlalət edir.

Əlbəttə yazı müəllifi başa düşür ki, cinayət qanunundan xuliqanlıq adlanan cinayət tərkibinin

birdəfəlik çıxarılması yaxın gələcəyin işi deyildir. Xuliqanlıq mövcudluğu mübahisə doğurmayan bir

cinayət tərkibi kimi şüurumuza hopmuşdur və bu sahədə tezliklə radikal dəyişikliklər etməyin bəlkə

də  vaxtı  çatmamışdır. Biz  isə  bu  təklifin  gec‐tez  qəbul  ediləcəyi  ümidi  ilə  məsələnin  gündəmdə

saxlanmasını zəruri hesab edirik.

Nəhayət xuliqanlıq cinayətləri ilə bağlı bir anlaşılmaz məsələyə də diqqət cəlb etmək istəyirik.

Məlumdur  ki,  həyat  və  sağlamlıq əleyhinə  cinayətlərdən  olan  qəsdən  adam  öldürmə,  qəsdən

sağlamlığa ağır zərər vurma və qəsdən sağlamlıqa az ağır zərər vurma kimi cinayətlər xuliqanlıq

zəmnində  də törədilir. Qanunverici belə əməllərin xuliqanlıq zəmnində törədilməsini ağırlaşdırıcı

tövsifedici əlamət kimi qəbul etməklə qanunda müvafiq norma yaratmışdır. (CM‐nin 120.2.2. 126.2.4

və  127.2.3‐cü maddələri). Amma bu da mübahisesiz faktdır ki, xuliqanlıq zəmnində baş verən hadisə

zamanı zərərçəkmişin sağlamlığına  nəinki ağır, yaxud az ağır, həmçinin yüngül zərər də vurula bilər.

Lakin hansı səbəbdənsə xuliqanlıq zəmnində zərərçəkmişin sağlamlığına yüngül zərər vurulması

qanunda (CM‐nin 128‐ci maddəsi) ağırlaşdırıcı tövsif edici əlamət kimi nəzərdə tutulmamışdır. Bunu

məntiqə uyğun heab etmək olmaz və qanundaki bu anlaşılmazlıq tezliklə aradan qaldırılmalıdır.

Biz öz tərəfimizdən qəsdən sağlamlığa yüngül zərər vurmadan bəhs edən CM‐in 128‐ci maddəsi

ilə müəyyən olunan normanın aşağıdakı kimi verilməsini  təklif edirik.

Maddə 128. Qəsdən sağlamlığa yüngül zərər vurma.

128.1 

Sağlamlığın  qısa  müddətdə  pozulmasına  və  ya ümumi  əmək  fəaliyyətinin  cüzi



itirilməsinə  səbəb  olmuş  qəsdən  sağlamlığa  yüngül  zərər  vurma  –  üç  yüz  manatdan beş  yüz

manatadək  miqdarda  cərimə  və  ya  altı  ayadək  müddətdə  islah  işləri  və  ya  altı  ayadək  müddətə

azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

128.2 


 Eyni əməllər xuliqanlıq niyyəti ilə törədildikdə ‐ beş yüz manatdan min manatadək

miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum

etmə ilə cəzalandırılır.



­  7 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

Anar Bağırov

VKRH‐nin üzvü

AZƏRBAYCAN RESPUBLİKASINDA VƏ XARİCİ

ÖLKƏLƏRDƏ ÖDƏNİŞSİZ HÜQUQİ YARDIM

ALMAQ HÜQUQUNUN  KONSTİTUSİON TƏNZİMİ:

BƏZİ KEYFİYYƏT VƏ EFFEKTİVLİK MƏSƏLƏLƏRİ

Ölkədə konstitusionalizmin nəzəriyyə və praktikasının müasir inkişaf mərhələsi sosial‐hüquqi

dövlətçilik ideyasının tanınması və həyata keçirilməsi ilə səciyyələnir ki, bu da funksional olaraq

bütün  ictimai‐siyasi  institutların  demokratik  inkişafına  yönəlmişdir. Konstitusion  quruculuğun

strategiya və taktikasının başlıca məqsədi “əsas qanun”da təsbit olunmuş siyasi, hüquqi, iqtisadi və

sosial  məqsəd  və  dəyərlərin  əldə  olunması  istiqamətində  konstitusion‐hüquq münasibətləri

subyektlərinin bütün hərəkətlərinin sistemləşdirilməsi və koordinasiyasından ibarətdir.

Baxılan kontekstdə,  ali hüquqi qüvvəli akt olaraq Azərbaycan Respublikası Konstitusiyasının

rolunun, əsas istiqamət məzmununun və tənzimedici təsir formalarının tədqiqi mühüm əhəmiyyət

kəsb edir. Bura ən vacib ictimai münasibətlərin qurulması, inkişafı və təkmilləşdirilməsi, o cümlədən

insan  və  vətəndaşın keyfiyyətli  hüquqi  yardım  almaq  hüququ,  bu hüququn  müdafiəsi,  onun

realizəsinin  effketivliyi  və  məhsuldarlığının  təmin  edilməsi  daxildir.  Məlumdur  ki,  demokratik,

hüquqi  və sosial  dövlətin  bütün  institutularının  qurulması  və  fəaliyyəti  onun  Konstitutsiya

normalarının məzmunundan, onların realizəsinin keyfiyyət və effektivliyindən birbaşa asılıdır.

Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi

və  unitar  respublika  kimi  müəyyən  etməklə,  bir  tərəfdən,  onun  demokratizminin  sistemqurucu

əlamətlərini  təsbit  edir,  hansılar  ki,  dövlətin  və  cəmiyyətin  suverenliyində,  xalqın  hakimiyyətin

mənbəyi olmasında, dövlət hakimiyyətinin qanunverici, icra və məhkəmə qollarına bölünməsində,

ideoloji,  iqtisadi  və  siyasi  plüralizmdə  (müxtəliflikdə)  və  sair  prinsiplərdə  ifadə  olunurlar,  digər

tərəfdən, ictimai həyatın müxtəlif sferalarında Azərbaycan dövlətinin funksiyalar sistemini müəyyən

edir ki, bu sferalardan biri də, insan və vətəndaşın keyfiyyətli hüquqi yardım almaq hüququ, bu

fundamental hüququn təmin olunması və müdafiəsidir. Azərbaycan Respublikasının Konstitusiyası

digər əsas hüquqlar kimi bu hüququn praktiki realizəsinin fundamental normativ‐hüquqi bazasını

təşkil  edir. Konstitusion  normaların  keyfiyyət  və  effektivlik  kimi  əlamətlərinə  digər  bütün

normalarda olduğu kimi bu normalarda da əməl olunması çox vacib əhəmiyyət kəsb edir. Buna

görə, hazırkı tədqiqat çərçivəsində ilk növbədə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq

hüququnu  tənzim  edən  Azərbaycan  Respublikası  Konstitusiya normalarının  keyfiyyətlilik  və

effektivlik əlamətləri baxımından nəzərdən keçirilməsini zəruri sayrıq.

Qeyd edək ki, hər kəsin yüksək keyfiyyətli hüquqi (yuridik) yardım almaq hüququnun tədqiqi

ilə B.K.Botnev, L.K.Ayvar, Q.B.Mirzoyev, İ.S.Yartıx, Y.Q.Tarlo, O.Y.Kutafin, A.A.Levi və digər görkəmli

alimlər məşğul olmuşlar. Bununla belə, Azərbaycan Respublikasının müasir konstitusion­hüquqi

inkişaf  mərhələsi,  xüsusən,  tədqiq  olunan hüquq  institutunun  qanunvericilik  səviyyəsində

tənzimlənmə ərəfəsində olması mövzunu yüksək səviyyədə aktuallaşdırır.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə