Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə38/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

Elektron hökumətin inkişaf meyarları üzrə perspektivləri: Beynəlxalq  təcrübə
115
Şəkil 2. Federal İnformasiya Texnologiyaları (İT) Kontrol Paneli 
Dövlət sektorundakı texnoloji layihələrinin siyasi, inzibati və texnoloji mə suliy-
yətləri ilə birlikdə, layihənin inkişaf mərhələsini, hər kəs tərəfi ndən istifadə edilə 
bilən bir platformada, uğurlu və ya uğursuz olduğunu hər kəs rahat izləyə bilər.Bu 
da siyasi və inzibati layihələrin rəhbərlərinin qoyduqları investisiyalarının nəticəsini 
görərək, layihəyə gələcək olan qaynaqlar haqqında daha sağlam qərar verə bilmələrini 
təmin edir. İnformasiya Texnologiyalar Kontrol Paneli, Veb-saytdan bir layihənin 
dəyərləndirilməsinə aid nümunə aşağıdadır.
Bir başqa tətbiqdə isə  iş analitikliyi (business analytics) adlanan bir üsulla daha 
çox məlumatların təhlili yolu ilə dövlət qurumlarının texnologiyada qoyduqları 
invesitisiyaların layiq olduğu təşkilatlara verməsidir. Bu yolla da edilə biləcək hər 
hansı bir səhvin və ya qəsdən edilən yanlış qərarların düzəlməsi ilə bərabər 100 milyard 
dollara yaxın qənaət əldə ediləcəyi düşünülür .
1.İnformasiyanın mərkəzi olaraq işləməsi və paylanmasını təmin etmək 
Vivek Kundra ilk dəfə  vəzifəyə  gəldiyində  şərait hər qurumun özünəməxsus 
informasiya texnologiya sistemi olan dağınıq bir vəziyyətdə idi. ABŞ federal bir 
hökumət quruluşuna sahib olub 1 federal, 51 Federal hökumət və 90.000 yaxın yerli 
rəhbərlik vahidinə bölündüyündən dövlət quruluşu paylaşılmış bir quruluşa uyğun 
idi. Son illərdə isə, əksinə olaraq, texnologiya layihələrinin və məlumat bazalarının 
bütöv olduğu və bir-birləriylə əlaqə quraraq inkişaf etməsini nümunə kimi göstərə 
bilərik.


Mahir Dadaşov
116
Şəkil 3. Federal İnformasiya Texnologiyalar Kontrol Panelindən Bir proyektin də-
yərləndirilməsinə aid nümunə
Mənbə: http://www.itdashboard.gov/ investment?buscid=253 
2.Virtual təhlükəsizliyə xüsusi əhəmiyyət vermək: 
Virtual təhlükəsizlik mövzusunda, dövlət işçiləri tərəfi ndən edilən səhvlər ilə 
şəxsi mənfəət və ya şöhrət arxasınca qaçan kompüter piratları, mütəşəkkil cinayət 
təşkilatlarının üzvləri və xarici hökumətlər üçün çalışan şəxslər, texnoloji sistemləri 
çökdürməsinə cəhdlər edirlər.Bu cür cəhdlər, həm E-hökumət infrastrukturu vasitəsilə 
təqdim edilən məlumat və xidmətlərin problemsiz bir şəkildə çalışmasına maneə 
törədilməsində, həm də bu sistemlər vasitəsilə aparılan əməliyyatların təhlükəsizliyi 
üçün ciddi bir təhlükə yaradır. ABŞ-da virtual təhlükəsizlik mövzusunda yazıya və 
sənədləşməyə dayanan bir yanaşmadan, tətbiqə, hətta proaktiv davranmağa (yəni 
təhlükə və risk meydana cıxmadan bunu görmək və lazımlı tədbirlə almaq) qədər sahib 
olan təsirli bir sistemlə işləyir.
Bu anda müzakirə edilməsi lazım olan bir mövzu, “Anonymous” adı ilə tanınan 
kompüter pirat qrupu kimilərinin necə qarşısını almaq olar?
Onların bu cür meydana gəlmələri  İnternet vasitəsilə ticarət adı ilə  şəxslərin 
hüquq larına hörmət göstərmədikləri  şirkətlərə, dövlətə qarşı apardıqları virtual 
hücum və etirazları hansı səviyyədə qarşısını almaq olar. Bənzər bir sualı, dövlətlərin 
gizli məlumatlarını  şəffafl ıq adı ilə, verilənlər bazasından alaraq İnternetdə yayan 
“Wikileaks”  üçün də soruşa bilərik. 


Elektron hökumətin inkişaf meyarları üzrə perspektivləri: Beynəlxalq  təcrübə
117
3. Xalqın yaradıcı fi kirlərindən daha çox yararlanmaq: 
İnformasiya Texnologiyalarından istifadə edərək, dövlət rəhbərliyi tərəfi ndən 
idarə olunan sistemdə çalışanların fərqində belə olmadan, sistemdən kənarda yəni 
istifadəçilər tərəfi ndən verilən ideya və yenilikləri axtarmaq, onları  dəyərləndirmək 
üçün  əlaqələr yaradılmalıdır. Beləcə dövlətin  əlində olan informasiyaların yeni bir 
şəkildə istifadəsi mövzusunda xalqın ideyalarından yararlanmaq olar. 
4. Dövlətin mövcud olan informasiya qruplarını paylaşması: 
Dövlətin bir çox qurumlarının əlinin altında müxtəlif məqsədlər üçün istifadə edilən 
informasiya qrupları vardır.Bu informasiya qrupları inzibati və ya ticarət sirləri, ya da 
şəxsi məlumatların paylaşılması xaricində xalq və özəl təşkilatlarla paylaşılmasının 
yararlı olacağı düşünülür.Özəl sektorun bu informasiya qruplarından yaradıcı  iş 
fürsətləri  əldə edə biləcəyi, bununla da insanların həyatını daha asanlaşdıra biləcək 
informasiya paylaşmalarını da edə biləcəyini təxmin edirlər.2009-cu ildə 49 müxtəlif 
informasiya qruplarının internet vasitəsilə http://www.data.gov saytında paylaşılmağa 
başlayan proses, 2011-ci ildə  təhsildən səhiyyəyə  qədər 390.000 informasiya 
qruplarının paylaşılması  nəticəsi ilə yüksək səviyyəyə çatmışdır.Bunlardan istifadə 
edərək insanların həyatlarını asanlaşdıra biləcək ideyalar təklif edən  şəxslərə ABŞ 
hökuməti pul mükafatları təltif etmişdir.
.Məsələn sağlıq sığortası sistemləri vasitəsilə alınan informasiyalarla xəstəxanaların 
xidmət səviyyəsini və xəstələrin məmnuniyyətini dəyərləndirmək üçün bu mövzuda 
yeni ideyalar və tətbiqetmələr ortaya çıxmışdır. 
Şəkil 4. Federal İnformasiya Qrup Paylaşma Veb saytı 


Mahir Dadaşov
118
ABŞ xaric olmaqla, bütün ölkələrdə E-Hökumət sahəsində yaxın gələcəkdə 
müəyyən edilə biləcək başqa planlardan danışmaq olar.Bunun üçün hansı addımları 
ata bilərik.
5. E-Hökumətlə bağlı layihələrdə azad və açıq mənbə kodundan daha çox fayda-
lanmaq : 
Azad və açıq mənbə kodu ( Free and Open Source Software, FOSS), bir layihədə 
istifadə proqramı ilə maraqlanan hər kəsin araşdırmasını, istifadə etdiyi proqramı pay-
laşmasına və ya ticarət məqsədilə istifadə etməmək  şərti ilə istifadəsinə icazə ver-
ilən bir proqram növüdür.E-hökumət layihələrində istifadə edilən proqramların əsas 
məqsədi şəffaf olması ilə yanaşı, maliyyə və hərbi kimi həssas sahələrdə, informasiya 
təhlükəsizliyi baxımından olduqca əhəmiyyət kəsb edir. 
Azad və açıq mənbə kodunun mənfi   sayıla biləcək xüsusiyyətlərini də burada 
vurğulamaq lazımdır: İlk olaraq fərdi və korporativ istifadəçi vərdişlərinin lisenziyalı 
proqramlar istiqamətində olması keçid dövründə  çətinliklər yaşanmasına səbəb ola 
bilər.İkincisi, proqrama verilən texniki dəstəyin sahibinin müəyyən olmaması (hansı 
ki, bu sahədə ticarət dəstək göstərən şirkətlər adı ilə artıq fəaliyyət göstərirlər) prob-
lem yaranarsa, göstərilməli olan texniki dəstəyin hüquqi vəziyyəti, sürəti və keyfi yyəti 
mövzusunda şübhə işarələri vardır
Beynəlxalq sahədə Avropa Birliyi və Çin kimi əhəmiyyətli qlobal aktyorlar də 
azad və açıq mənbə kodu proqramlarını dəstəkləyirlər.Beynəlxalq səviyyədə “Linux 
İstifadəçilər Dərnəyi” kimi digər vətəndaş cəmiyyəti təşkilatları da elmi şuralarında 
pulsuz təhsil təqdim etmək məqsədilə, azad və açıq qaynaq kodunun informasiya tex-
nologiya layihələrinin tətbiqində dəstəkləyici fəaliyyətlər həyata keçirir. Azad və açıq 
mənbə kodunun yuxarıda sıralanan üstünlükləri və istifadəsinə nəzər saldıqda, bu cür 
tətbiqetmələrin gələcəkdə də artaraq davam edəcəyi nəzərdə tutula bilər.
6. Bir İnsan haqqı və İnternetden geniş istifadə etmək xidməti.Nümunə olaraq, 
Finlandiya ölkəsi
Bu məlumatların e-hökumətin qanuni olaraq, 2005-ci il tarixli və 5369 saylı qərarın-
da Universal Xidmət Qanunundan bəhs edilmişdir. Qeyd edilən qərarda sabit telefonun 
bir lüks olaraq deyil, hər kəsin istifadə etməsi necə bir ehtiyac halına gəlmişsə, mobil 
telefon və İnternet xidmətlərinin də bu cür ictimai ehtiyac xidməti haqqında bəhs edilir. 
Bu baxımdan ticarət baxımdan, mobil telefon və İnternet vasitələri kimi ünsiyyət xid-
mətlərində az istifadə edən şəxslər və zonalarda bu xidmətin yüksək səviyyədə qanuni 
olaraq dövlət tərəfi ndən təşkil edilməsi, bu məqsədlə provayder şirkətlərinin həyata 
keçirdiyi xidmətlər sayəsində əldə olunan gəlirlər üçün bir pul hovuzu yaradılmışdır. 
Buna bənzər məntiqlə amma fərqli bir şəkildə, Finlandiya hökuməti, 2010-cu ildə 
qəbul etdiyi qanunla İnternet xidmətindən istifadənin bir insan haqqı və ictimai xidmət 
kimi təqdim etmişdir. Bu məqsədlə hökumət, ölkədəki telekommunikasiya şirkətlərinə


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə