Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə35/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

Elektron hökumətin inkişaf meyarları üzrə perspektivləri: Beynəlxalq  təcrübə
107
E-hökumətin strateji strukturu
Hər bir dövlət bu sahədə  uğur qazanmaq üçün ilk növbədə e-hökumətin strateji 
strukturunu yaratmalıdır. Bu struktur E-hökumət strategiyasına ümumi abstraksiya 
kimi xidmət edir. Strukturun əhəmiyyətini nəzərə alaraq onu deyə bilərik ki, 
elektron hökumət strategiyası strukturunun bir çox milli e-hökumət strategiyaları 
ilə müqayisədə əksiklikləri vardır. Bu sahədə nümunə göstərə biləcəyimiz ölkələrin 
e-hökumət strategiyalarının  əksəriyyətində belə strateji struktur yoxdur. Elektron 
hökumət strategiyası dedikdə, dövlətin elektron hökumət sistemlərini dəstəkləyən, 
təşkilati məqsədlərinin idarəçilik qabiliyyətini artıran infrastruktur planı hesab etmək 
olar. Bu plan – strateji istiqamətlər, məqsədlər, prinsipləri və onların həyata keçirilmə 
qaydaları haqqında bəhs edən sənədlər toplusundan ibarətdir.Bu sahədə aparılan 
strategiya tez-tez istinad olunaraq istifadə ediləcək bir baza hesab olunduğu üçün, tam 
anlaşıqlı olmalıdır. Bəzi ölkələr strategiyalarına müvafi q diaqramları daxil etsələrdə, 
e-hökumətin strateji struktur nəzəriyyəsini həyata keçirmək kimi hesab edilə bilməz. Bu 
strukturun adekvat şəkildə e-hökumətin strategiyasından uzaqlaşması mümkünsüzdür.
Çünki struktur komponentlərnin görülə bilən, hərəkət nöqtələri və əsas təminediciləri 
var. Tək Sinqapuru e-hökumət strateji strukturunu daxil edən və prinsiplərə cavab 
verən ölkə kimi nümunə gətirmək olar. Təbii ki, uğurlu Elektron hökumət sistemini 
tətbiq edən digər ölkələr də vardır:
•  Sinqapur: Sinqapurun elektron hökumət sisteminin tətbiqindəki  əsas məqsədi 
hər cür ictimai xidmətlərdəki bürokratiyanı ortadan qaldıraraq internet vasitəsilə 
həyata keçirməkdir. Dövlət tərəfi ndən hazırlanan və xüsusi sektorda çalışan “ 
Sinqapur-One” adlı şəbəkəyə bütün xidmətlər üçün yüksək sürətlə çalışan, inter-
netlə təmin olunmuşdur. Məktəblərdə internet təhsilini önə çıxarmaq məqsədilə 
işlər görülmüş, yaşlı, işsiz və əlillər üçün pulsuz Internet təhsilləri verilir.5 yaşın-
dan yuxarı hər vətəndaş pulsuz elektron poçt ünvanları ilə təmin olunur. Ümumi 
olaraq baxdıqda, Sinqapurun yeni iqtisadiyyat yarışında geri qalmaq istəməməsi 
açıq-aydın görünür.
•  İngiltərə: İngiltərə demək olar ki, bütün dövlət xidmətlərini internet mühitin-
də reallaşdırmışdır. Sağlamlıq, turizm, İqtisadiyyat kimi mövzularda online 
məsləhət xidməti verən saytda bütün xidmətlər əlifba sırası ilə düzülmüşdür. 
Ölkədə bu veb sayta internet çıxışı olmayan vətəndaşların telefonları ilə əlaqə 
quraraq dövlət xidmətləri haqqında məlumat alaraq, yönləndirən qaynar xətt-
ləri vardır. 
•  Avropa Birliyi:İlk növbədə Avropa birliyi haqqında məlumat almaq istəyən hər 
kəs üçün ilk olaraq 1995-ci ildə saytı yaranmışdır. Yaranan zaman cəmi 1.5 mil-
yon sənədlərin araşdırması ilə məşğul olan portal, hər gün yenilənir. Portal 11 
dildə xidmət verməkdədir. Portalda e-ticarətin gücləndirilməsi üçün, ağıllı kart 
sistemi ilə etibarlı girişin təmini, əlillər üçün bütün xidmətlər və kağız vasitəsilə 
həyata keçirilən bütün əməliyyatlara dair xidmətlər tam fəaliyyət göstərir.


Mahir Dadaşov
108
Elektron-hökumətin inkişaf mərhələləri
E-hökumət əsas 3 sistem üzrə qurulur. Bu sistemin birincisi, dövlət-vətəndaşın qar-
şılıqlı təsirləridir.Yəni, doğumla birlikdə başlayan vətəndaş-dövlət əlaqələri ölənə qə-
dər davam edir.Vətəndaşın doğum şəhadətnaməsini çıxardılması ilə başlayan proses, 
vergi ödənişləri, faktura ödənişləri, əsgərlik və evlilik prosesləri, ictimai təhlükəsizlik, 
təhsil, sığorta və səhiyyə xidmətləri, e-seçki, pensiya kimi əməliyyatlarla da davam 
edir. Bu baxımdan dövlət vətəndaşla daim əlaqədə olduğu qurumdur. Sistemin ikinci 
bölməsi isə dövlət-özəl sektor əlaqələridir.Özəl sektorda fəaliyyət göstərən hər hansı 
sistem və ya hüquqi şəxs də, vətəndaş kimi doğumundan ölümünə qədər dövlətlə daim 
əlaqə qurur. 
Özəl sektorda aparılan sistem əməliyyatlarından vergi ödəmələrinə, bankçılıq və 
maliyyə əməliyyatlarından gömrük qaydalarına, iş və ictimai təhlükəsizlik işlərindən 
hüquqi  əməliyyatlara qədər hər bir hüquqi şəxs dövlətlə  əlaqələri yaradaraq davam 
edir.
E-hökumət sisteminin sonuncu mərhələsi isə dövlətdən-dövlətə əməliyyatlardır. İc-
timai təşkilatlar arasında qarşılıqlı münasibətlərin təmin edilməsi və bütün təşkilatların 
bütövlük ərz etməsi baxımından da informasiya və kommunikasiya texnologiyalarından 
istifadə bir zərurət halını almışdır. 
Dövlət qurumlarında bu sahədəki inkişaf mərhələlərindəki iş proseslərinin yenidən 
qurulması  və elektron prosesin tam başa çatması aparılan uzunmüddətli proseslərlə 
həyata keçirilir.Elektron hökumətin tətbiqi prosesi aşağıda göstərilən bir sıra mər-
hələlərdən keçir. 
•  İnformasiyanın yayılması.
Dövlət qurumlarının internet mühitində yalnız məlumatlandırma məqsədi ilə məh-
dud sayda rəsmi veb-saytlarında informasiya yerləşdirilir. 
•  Sistemləşdirilmiş şəkildə informasiyanın ötürülməsi.
Vətəndaşlar tərəfi ndən daha çox istifadəsi təmin oluan, veb-saytlarında yer ləş di-
ril məkdən başqa, nizamlı  şəkildə linklər vasitəsilə digər saytlarla əlaqələr yaradılır.
Bundan əlavə, axtarış modulları, e-poçt kimi seçimlərdən də istifadə etmək imkanı bu 
saytlarda yaradılır.
•  Qarşılıqlı fəaliyyət və əlaqələrin genişləndirilməsi.
Vətəndaşların istək və ehtiyaclarını yerinə yetirmək istiqamətində birbaşa infor-
masiyanı  əldə etmək üçün girişi təmin edərək qarşılıqlı  əlaqə yaratmaqlarını  təmin 
etməkdir. Burda əsasən istifadəçilərin inzibati təşkilatlarla  əlaqə yaratmağı, görüş 
təyin etmək, rəsmi anket formalarını doldurmaq və.s bu kimi xidmətlər daxildir.


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə