Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə39/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   36   37   38   39   40   41   42   43   44

Elektron hökumətin inkişaf meyarları üzrə perspektivləri: Beynəlxalq  təcrübə
119
vətəndaşlara    saniyədə 1 megabayta qədər istifadə edə biləcək İnternet xidmətini pul-
suz olaraq cəmiyyətə  təqdim etmə istiqamətində qanun qəbul etmişdir.Bu qanunun 
tətbiqi, 1 İyul 2010 –cu il tarixindən etibarən qüvvəyə minmişdir.. Bu qərarda üç əsas 
təməl faktor rol oynayır :
1. Digər Skandinivaya ölkələrində olduğu kimi, Finlandiyadada dövlət anlayışı 
çərçivəsində, sosial rifah, vətəndaşların iqtisadi- siyasi hüquqlarını, eyni zamanda 
yaxşı yaşamaq üçün vacib olan şərtləri həyata keçirməkdir.
2. Finlandiya, mürəkkəb coğrafi   məkanda və  əhalinin yaşama  şərtlərini nəzərə 
alaraq, rabitə  və informasiya texnologiyaları sahəsinə uzun müddətdir ki, xeyli 
sərmayələr yatırmışdır. Məsələn mobil telefon və mobil texnologiya infrastrukturu 
bazarında dünya səviyyəsində məhşur olan “ Nokia” şirkətini misal göstərə bilərik.
Ölkədə texnologiya sahəsinə edilən hər bir sərmayə Finlandiya texnologiya təşkilat-
larına da iş fürsətləri yaradır.
3. Soyuq, uzun və qaranlıq qış mövsümü, günəşin çox görünməməsi səbəbindən 
insanların melonkolik ruh halını və intihar hadisələrinin çox göründüyü ölkədə virtual 
ticarət, virtual sosiallaşma və virtual bürokratiya sahəsində aparılan işlərin cox yüksək 
qiymətləndirilməsi təəccüblü deyildir.
Bu qərara  əlavə olaraq, Finlandiya Hökuməti, 2015-ci ilin sonuna qədər hər bir 
vətəndaşına saniyədə 100 megabaytlıq İnternet xidməti ilə təmin edəcəyinə dair söz 
vermişdir.. Ümumi 5.3 milyonluq əhalinin 96%-nin İnternet əlaqəsinə sahib olduğu bir 
ölkədə bu qanunun təşkilatlara verdiyi vəzifələrin nəticəsi olaraq, yalnız geriyə 3.000 
ədəd evin İnternet xidməti ilə təmin olunması qalır. 
Finlandiyanın pulsuz İnternet xidməti sahəsində atdığı bu addımın ictimai və 
iqtisadi baxımdan nəticələrini tam yüksək səviyyədə görmək hələki mümkün deyil. 
Amma əsas İnternet xidmətinin həqiqətən bir insanın haqqı olduğuna və ictimai xidmət 
sayılmasının vacibliyi böyük bir nümunədir. 
Finlandiya vətəndaşlarına böyük ölçülərdə  İnternet xidmətləri ilə  təmin edən bir 
ölkədir. Buna bənzər bir qanuna ölkəmizdə tətbiqi hələki mümkünsüz görünür. Çünki 
hələ Azərbaycan əhalisinin coxunun belə İnternet əlaqəsi yoxdur. Əhalinin hamısının 
pulsuz İnternet xidməti ilə təmin və tətbiq etmək cox bahalı və çətin olacaq..
7. D övlət sektorlarında Bulud sisteminin ( Cloud Computing) tətbiqi 
Bulud sistemi, təşkilatların təchizat, proqram təminatı və İnternet şəbəkəsi vasitəsilə 
tətbiq olunan əməliyyatların təşkilatın xaricinə  çıxmasını  təmin edən bir sistemdir.
Dövlət sektorunda təşkilatlar bulud sisteminin tətbiqi ilə : 
•  İnformasiya sistemlərinin xərclərini azaldaraq, qənaət edilərək başqa sahələrə 
yönləndirmək, 


Mahir Dadaşov
120
• Dövlət sektorundakı fəaliyyəti artırmaq, 
• Ortaq çalışaraq, işçilər arasında real vaxtda məlumat, fayl və təqvim paylaşımını 
gerçəkləşdirmək, 
• Video konfranslar və mobil əməliyyatlar vasitəsilə işçilərin sistemə daxil olma və 
qoşulmasını təmin etmək, 
• Təbii fəlakətlərdə  məlumatların itməsi riskinə qarşı bulud sistemindən istifadə 
edərək məlumatların qorunmaq kimi faktorları yerinə yetirmiş olacaqlar. 
Bulud sisteminin tətbiqi ilə əldə olunan faydalarına baxmayaraq, məlumat təhlükə-
sizliyi və etibarlılıq, daxil olma və idarəetmədə problemlərinin də olmasını qeyd 
etməliyik. Bu problemlərə konkret bir nümunə olaraq, məlumatların təhlükəsizliy-
ində problemlərin yarana biləcəyini düşünən bəzi təşkilatlar, Google Applications’a 
“CloudLock” adlı bir proqram əlavəsi yükləyərək bulud üzərindən kimin kimlərlə 
hansı məlumat və faylları paylaşdıqlarına nəzarət etməyə başlamışdırlar. 
ABŞ fayda və risklərini düşünərək, bulud sistemini önümüzdəki dövrlər üçün əsas 
ictimai-siyasi prioritet kimi görür. Federal İnformasiya İdarəçisi “(Federal CIO) Vivek 
Kundra, ” İlk öncə Bulud “(Cloud First) siyasətini  əsas tutaraq, 20 milyard dollar-
lıq texnologiya investisiyasının bulud sisteminin tətbiqində necə xərclənməsini plan-
laşdırmışdır. 
8.Ətraf Mühit texnologiyası 
«Green Information Technology» (Green IT) olaraq ifadə edilən “yaşıl” ya da “ətraf 
mühit texnologiyası “ anlayışı, rabitə və informasiya texnologiyalarının istehsalı və 
istifadəsində, istehsalçı  və istifadəçilərə  ətraf mühitin qorunması  gərəyini xüsusi 
vurğulayır.
Ətraf Mühit texnologiyasının əsas məzmunu, 4 əsas bölümdə ifadə olunur. 
• Elektron tullantılarının azaldılması və yenidən istehsalı, 
• Enerji istifadəsinin azaldılması, 
• Təbii ehtiyatlardan daha səmərəli istifadə və 
• Elektromaqnit çirkliliyin azaldılması.
Ətraf Mühit texnologiyasının ən əhəmiyyətli faktorlarından biri olan ölçülərindən 
biri olan e-tullantılar, dünya səviyyəsində daha böyük bir problem olaraq qəbul 
olunur.. Dünyada ildə 50 milyon tona yaxın e-tullantıların çıxarıldığı hesablanmışdır. 
. Bu e-tullantılardakı yenidən istifadə ediləmə, bu mövzuda məcburedici qanuni 
tənzimləmələrin olduğu ABŞ-da belə% 25 səviyyəsində qalmışdır. 
E-tullantılar böyük bir ticarət bazar meydanına çevrilməməkdədir. Dünya e-tullantı 


Elektron hökumətin inkişaf meyarları üzrə perspektivləri: Beynəlxalq  təcrübə
121
bazarının 2009-ci ildə 11 milyard dollar ətrafında olduğu hesablanmışdır. Məsələn, 1 
ton mobil telefonunda 250 qrama yaxın qızıl vardır. Elektron cihazların bu cür yenidən 
istifadəsi, mədənçilik fəaliyyətlərini də azaldacağından, təbii ehtiyatların daha yaxşı 
istifadəsini və ətraf mühitin daha az kirlənməsini də təmin edəcəkdir. 
Ətraf Mühit Texnologiyasının digər bir faktoru da enerji istifadəsinin azaldılması ilə 
əlaqədar olaraq, günorta yeməyinə gedərkən kompüteri söndürmək və ya evdə istifadə 
edilən elektron qurğularını gecələri hazır vəziyyətdə tutmaq yerinə söndürmək, bəlkə 
də sadə lakin təsirli tədbirlərdəndir. 
Ətraf Mühit Texnologiyasının ən əhəmiyyətli dəstəkverəni isə dizayn edərkən belə 
ətraf mühiti və yenidən istehsal oluna bilən informasiya texnologiyaları məhsullarını 
seçən istehsalçılardan da çox asılı olacaq . Bu da öz növbəsində qanunda tənzimləmələrə, 
şüurlu şəkildə ətraf mühit hərəkatının uğurlu olmasını təmin edə bilər
9. İctimai sahələrdə nəzarət və yoxlama proqramları: Kameralardan istifadə 
İngiltərə kimi ölkələrdə 1960-cı ildən bəri məşhur olaraq istifadə edilən kameralar, 
indiki vaxtda bir nəzarət və yoxlama vasitəsi kimi xüsusilə şəhərdə ictimai sahələrdə 
olan binaları, prospekt və küçələri, parkları, avtomobil parklarını, alış-veriş mərkəzləri 
kimi yerlərdə bütün dünyada məşhur və vacib bir istifadə sahəsi kimi tanınır. Ölkəmizdə 
də, digər ölkələrə bənzər şəkildə, ictimai təşkilatları, xərcdən və işçi heyətinə qənaət 
etmək, təhlükəsizlik qüvvələrini problemli bölgələrə daha yüksək səviyyədə intiqal 
etdirə bilməsi, xalqa ictimai sahələrdə etibarda olduqla cinayətkarların törətdikləri 
cinayətlərinin qeydə alınacağını hiss etdirmək məqsədilə yüksək səviyyədə kameralı 
sistemlər qurulur. Kameralı sistemlər, yalnız cinayətkarlara qarşı deyil, yol nəzarəti 
kimi digər ictimai siyasi problemlərin həllində də misilsiz rol oynayır. Tıxac sıxlığını 
azalmasında yardımcı olan məlumat idarəetmə kameralar sistemi ilə  həll etmək 
gündən-günə inkişaf edir. 
Sinqapurda buna bənzər tətbiq olunan sistemdə isə sistemdə qeydə alınan hər bir 
avtomobildə olan elektron bir etiketlə, cəza xərclərini ödəmək üçün, yol məlumat 
sisteminə bank hesab nömrələrini bildirən sürücülərin bank hesablarından avtomatik 
olaraq kəsilir. 
Kameralı yoxlama sistemlərinin təbii ki, bəzi çatışmamazlıqları da mövcuddur: 
Belə ki, 
• Şəxslərin bir çox şəxsi hüquqlarının pozulması, 
• Şəxsi məlumatların (görünüşlərin) qorunması, 
• Məqsəddən kənar istifadənin qarşısının alınması, 
• Kameralar üzərində mərkəzi yoxlama və bağlantının qurulması və ya qurulmaması 
olaraq sıralana bilər.


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə