Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə40/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   36   37   38   39   40   41   42   43   44

Mahir Dadaşov
122
10.Sosial şəbəkələr vasitəsilə yeni iş qurmaq Modelləri (Crowdsourcing)
Crowdsourcing, “ənənəvi olaraq bir dövlət sektorunda çalışanın və ya ictimai sektora 
xidmət verən bir işi, sərhədləri bəlli olmayan böyük bir qrup vətəndaşlara pulsuz olaraq 
xidmət verən bir sistemi izah edən bir termindir.Böyük qrup vatandaşın gördüyü iş, 
yeni bir texnologiyanı inkişaf etdirmək, bir dizayn tətbiq etmək, bir alqoritm üzərində 
çalışmaq ya da böyük bir məlumatı analiz etmək olabilir.
Bir çox idarəedicilər, öz işçilərinə ya da özəl təşkilatlara Crowdsourcing veb saytı 
qurduraraq könüllü vətəndaş qruplarından ictimai sektorun iş prosesinin yaxşılaşdırmaq 
üçün bu cür addımlar atırlar. Bu məqsədlə istifadə olunan sistem, könülli vətəndaşların 
bu veb saytlara üzv olaraq təklifl ərini sistem vasitəsilə paylaşırlar. 
Aşağıdakı şəkildə göründüyü kimi, istifadəçilər eyni zamanda digər istifadəçilərin 
paylaşdıqları fi kirləri dəstəkləyə və ya tənqid edə bilirlər. Hər fəaliyyətləri üçün bal 
qazanaraq, topladıqları balları bir sıra mükafatlar almaq üçün istifadə edə bilirlər.
Şəkil 5. Crowdsourcing Veb saytı nümunəsi (Kansas Şəhəri, Missouri, ABŞ)
Beynəlxalq təcrübəyə əsasən E-hökumət portalı əsas hansı funksionallıqlara 
sahib olmalıdır? (nümunə olaraq ABŞ-ın rəsmi dövlət portalı) 
Portal bir veb-sayt olub internet vasitəsilə fəaliyyət gösteren bir çox veb saytlara 
yönələbilməyi təmin edən ana çıxış qapısını ifadə edir.Portalın məqsədi istifadəçilərin 
arzuladıqları sahədə axtardığı informasiyanı asan tapa bilmək və boş zaman sərf 
etməməkdir.


Elektron hökumətin inkişaf meyarları üzrə perspektivləri: Beynəlxalq  təcrübə
123
Nümunəvi portal hansı xidmətlərə sahib olmalıdır.?!
Vətəndaşlar  (G2C)
Təşkilatlar və maddi 
maraq güdməyən 
qurumlar (G2B)
İctimai xadimlər, 
dövlət işçiləri
(G2E)
Dövlət qurumları 
arasında əlaqələrin 
inkişafı  (G2G)
Dövlətin faydaları 
Alış-Veriş saytları
Parklar və İstirahət 
mərkəzləri 
İctimai, dövlət işlər I 
üçün müraciət 
Ünvan dəyişikliyi
Sosial Güvənlik
Pasport müraciəti
Sürücülük vəsiqəsi 
yenilənməsi
İmmiqrantların vəzi-
yyətinə nəzarət
Sağlamlıq, Təhlükəsiz-
lik, Ailə, Ev və Birliklər
vb.
……………….
İctimai xidmətlər, 
İctimai cəmiyyətlərlə 
işləmək, T-enderlər, 
Konvensiyalar və 
Razılaşmalar, Vergi 
sənədləri, Ödəniş 
hesabatları, İxracat 
Lisenziyaları, Online 
təhsil, Məlumat və 
statistika, Dövlətdən 
satınalma, Dövlətə satış, 
Ticarət icazəsi, 
Maddi yardım, 
Beynəlxalq Ticarət
………………
Məhsul satınalma və 
xidmətlər, Təqaüd 
planları, Təhsil 
imkanları, Sağlamlıq 
planları, İş fürsətləri, 
Şəxsi məlumatların 
aktivləşdirilməsi, 
Karyera İnkişaf 
şərtləri, Qurumlar arası 
əməkdaşlıq, İctimai 
işçi siyasəti, İdarəetmə 
üsulları, İdarəetmə 
texnikası.
…………………..
Təsisatlar arası 
əlaqə və inkişaf, Xəritə 
vasitəsilə təşkilatları 
tapmaq mexanizminin 
inkişafı, İnzibati proses 
və əməliyyatların 
aparılması, 
Fövqəladə hallarda 
idarəetmə, İqtisadi 
İnkişaf, Sağlamlıq və 
Ailə təhsili, Beynəlxalq 
Əməkdaşlıq şəbəkələri, 
Nəşrlər və araşdırma 
və.s
…………….
Bildiyimiz kimi, ölkəmizdə də “elektron hökumət”in formalaşdırılması beynəl xalq 
təcrübəyə  əsaslanır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub-
likasında Rabitə  və  İnformasiya Texnologiyalarının  İnkişafı üzrə 2010-2012-ci illər 
üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərən-
camı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində  bəzi 
tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi akt-
larla fəaliyyət üçün hüquqi baza yaradılmışdır. Ölkəmizdə keçən il bu istiqamət üzrə 
görülən işlər çərçivəsində “E-hökumət” portalının yeni versiyası istifadəyə verilib və 
dövlət orqanlarının “E-hökumət” portalına qoşulması prosesi davam etdirilir.Bütün 
dövlət qurumları, mərkəzi icra hakimiyyəti orqanlarının bu prossesə qoşularaq daha 
geniş şəkildə “e-xidmət”ləri göstərməyə başlayıblar. 
Hazırda “elektron hökumət” portalına 35 –dən çox dövlət təşkilatları informasiya 
sistemlərinə qoşulmuşdur. Bunlara Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil 
Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, 
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi, Tələbə Qəbulu üzrə 
Dövlət Komitəsi, Dövlət Sosial Müdafi ə Fondu və digər strukturları aid etmək olar. Bu 
qurumların 400-dən yuxarı elektron xidmətlərinin portal vasitəsilə həyata keçirilməsi 
təmin olunmuşdur.
Son iki ayda, yeni e-xidmətlərin istifadə sayına görə  Əmək və  Əhalinin Sosial 
Müdafi ə Nazirliyi birinci yeri tutmaqdadır. Nazirliyin 6 xidməti ən aktual xidmətlər 
sırasındadır. «Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması  və bu barədə 


Mahir Dadaşov
124
işəgötürənə məlumatın verilməsi», «Əmək müqaviləsi bildirişləri barədə məlumatların 
işçilər tərəfi ndən  əldə edilməsi « kimi elektron xidmətlər ölkədə  əmək müqaviləsi 
bildirişlərinin qeydiyyata alınmasına qoyulan tələblə əlaqədar olaraq artmış, ən aktual 
elektron xidmətlər sırasına yüksəlmişdir. Ümumilikdə,  ƏƏSMN-in təqdim etdiyi 6 
xidmət üzrə 1116873 dəfə istifadə qeydə alınmışdır.
Ümumi olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 43 xidməti 
üzrə 111986 dəfə, Dövlət Sosial Müdafi ə Fondunun təqdim etdiyi 17 elektron xidmət 
üzrə 54992 dəfə istifadə qeydə alınmışdır.Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 
39 xidməti üzrə 7045 dəfə istifadə qeydə alınmışdır.Prezident Yanında Dövlət Qulluğu 
Məsələləri üzrə Komissiyanın 6 xidmət üzrə 5453 dəfə istifadə qeydə alınmaqla, aktual 
qurumlar sırasında yer alır.
Son 10 ildə ölkəmizin bu sahədə mühüm nailiyyətlər əldə etməsi ilə əlaqədar, BMT-
nin elektron hökumət üzrə son hesabatında Azərbaycan 28 pillə irəliləyərək 193 ölkə 
arasında hazırda 68-ci yerdə qərarlaşıb. Azərbaycan peykinin orbitə çıxarılması isə 
10 ilin nailiyyətləri arasında xüsusi yer tutduğunu da qeyd etməliyik.
Təbii ki, inkişaf üçün müəyyən addımları atılsada, yenə də iş prosesini gücləndirmək 
və əhaliyə keyfi yyətli iş təklif etmək üçün beynəlxalq təcrübədən maksimum dərəcədə 
yaralanmalıyıq.
E-hökumətin tətbiqində etik normalarının tənzimlənməsi (E-mədəniyyət) 
E-hökumətin həyata keçirilmə prosesində keyfi yyətli elektron mühit yaratmaq 
üçün bir sıra  şərtləri, onlardan biri olan e-mədəniyyəti yerinə yetirmək lazımdır. 
Bu baxımdan dövlət qurumları arasında e-mədəniyyət inkişaf etdirilməsi və  təbliğ 
olunmalıdır.E-mədəniyyət anlayışını mənimsəyən bir e-dövlət, öz qurumları arasında 
eləcə  də  cəmiyyətdə e-mədəniyyətin təbliğatını genişləndirsə, o zaman informasiya 
texnologiyalarının tətbiqində arzuolunan nəticəni verilməsi istiqamətində  məqsədə 
çatılacaq. E-mədəniyyət proqramlarının hazırlanması  və qüvvəyə minməsi bu 
maneələrin aşılması  və informasiya- texnologiyalarının tətbiqində köməkçi rol 
oynayacaq. 
“İnformasiya gücdür” anlayışı artıq “İnformasiya mübadiləsi gücdür”düşüncəsi 
ilə əvəz olunmuşdur. 
Dövlət qurumlarında e-mədəniyyət mühitinin yaradılması, texnologiyanın 
təminindən daha önəmli bir problemdir. Yüksək texnologiya əlbəttə ki, bir çox işçinin 
etdiyi işi daha sürətlə  və problemsiz həll etmək deməkdir. Bu baxımdan dövlət 
qurumlarında çalışanlar da digər çalışanlar kimi hər yeni texnologiya ilə birlikdə 
narahatlıq yaşayırlar.Bunların qarşısını almaq üçün təşkilatlarda fəaliyyət, ödəmə 
siyasəti, işəgötürmə prosesləri, nizam-intizam, rüşvət və korrupsiyaya qarşı mübarizə, 
e -işin strukturu və s . kimi mövzularda dövrün tələb etdiyi infrastruktur təmin 
edilməlidir. 


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə