Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə37/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

Mahir Dadaşov
112
Bir istiqamətli ünsiyyət: 
•  Bir istiqamətli ünsiyyətdə yalnız irəli sürülən hər hansı bir fi kir açıqlanır. 
Bir istiqamətli ünsiyyətdən əldə edilən informasiyanın uzunmüddətliliyi infor-
masiyanın səviyyəsindən cox asılıdır. Yəni informasiya nüfuzlu və hörmətli 
birindən gələrsə bir istiqamətli ünsiyyət vasitəsilə aparılan təbliğat da etibarlı 
qəbul edilə bilər. 
•  Struktur baxımdan televiziya və radiolar da, bir istiqamətli ünsiyyət vasitələridir. 
•  Dinləyici və təbliğatçı ilə eyni fi kirdə olarsa, istər onun mövzu haqqındakı ümu-
mi məlumatı və təhsil səviyyəsi az olsa da, bu anda bir istiqamətli təbliğat da 
daha təsirli ola bilər.
Eyni zamanda Sosial Media və ənənəvi media arasında olan kiçik fərqlilikləri qısa 
olaraq belə ifadə etmək istərdim : 
Sosial Media, fəal bir ünsiyyət meydanıdır.İstifadəçilər sosial mediada infor masi-
yaları izləməkdən başqa, özləri də paylaşmaq mövqeyində ola bilirlər. Sosial Media 
ilə heç bir xərc ödəmədən kiçik və ya böyük kütlələrə informasiya ötürülür, ənənəvi 
media ilə istər böyük və ya kiçik də olsun informasiya ötürülməsinə xərc çəkilir. 
Ənənəvi media, istifadəçilərlə aparılan bir istiqamətdə aparılan informasiya ti-
ca rətidir. Ənənəvi mediada istifadəçilər sadəcə dinləyici, izləyici və ya oxucu möv-
qeyindədirlər.  Ənənəvi mediada nəşriyyat işləri cox ciddi miqdarda sərmayə  tələb 
etdiyinə görə sadəcə özəl və dövlət qurumları tərəfi ndən əsasən istifadə olunur.
Dünyada və Azərbaycanda Sosial Medianın istifadəsinə aid nümunələr 
Sosial Media vasitələri e-hökumətin istər idarəedilməsində istərsə də siyasi aspek-
dən ciddi təsir edə biləcək qüvvəyə sahibdir.Sosial Media vasitələrindən idarəetmə 
orqanlarında xüsusilə də
• Dövlət orqanlarının şəffafl ıq və hesabvermə qabiliyyətinin artırması, 
• Mövcud dövlət-vətəndaş münasibətlərinin təsirinin artması, 
• Yeni qoşulma kanalları açması, 
• Vətəndaşların qərar vermə proseslərində daha çox iştirak edilməsi gözlənilir. 
Dövlət, sosial mediadan istifadə edərək, vətəndaşın qərar verməsini gözləmədən 
özü onun olduğu yerə getməyi seçir. Məsələn, sosial mediadan istifadə edərək, qeyri-
hökumət təşkilatları müxtəlif vasitələrdən istifadə edərək, vətəndaşlara çatdırırlar. 
Dünya səviyyəsində yaşanılan bir çox nümunələr bunu dəstəkləyir: 
•  ABŞ-da bir çox ictimai təşkilatlar YouTube vasitəsilə təşkilatları və cəmiyyətə təqdim 
etdiklər xidmətlər haqqında tanıdıcı videolar qoyaraq öz səhifələrini yaradıblar.


Elektron hökumətin inkişaf meyarları üzrə perspektivləri: Beynəlxalq  təcrübə
113
•  Mobil telefonları vasitəsilə gələn qısa mesaj xidməti (SMS) və İnternet bloqları 
formatlarını birləşdirərək  İnternetə daşımasında yaranan Twitter, 2009-cu 
ildə  İran seçkilərindən sonra küçələrdəki etirazların dünya ictimaiyyətinə çat-
dırılmasında çox əhəmiyyətli bir rol oynamışdır.
•  Son dövrlərdə  də  ərəb ölkələrində yaşanan ictimai etiraz aksiyalarının təş ki-
latlanmasında sosial media vasitələrindən sıx olaraq yararlanması açıq-aşkar 
görünür.
•  Sosial media vasitəsilə korrupsiyanın və ədalətsizliyin ortaya çıxarılmasına aid 
2 konkret nümunə verə bilərik: dünya səviyyəsində dövlətlərin haqqsızlıq və 
gizli yazışmalarını internet vasitəsilə paylaşan Wikileaks, Əfqanıstan prezident 
seçkilərinin nəticələrini işlənilməmiş məlumat şəklində nümayiş edən veb-sayt. 
(http://www.afghanistanelectiondata.org)
•  ABŞ-da QHT-ri və  vətəndaşları  məlumatlandırmaq, onların  fi kir  və 
şikayətlərini  şərhləri vasitəsilə almaq üzrə daimi olaraq İnternet bloqları 
fəaliyyət göstərir. 
•  Dövlət xaricində də bir çox sahibkarlar də sosial media vasitəsilə E-hökumət 
sisteminə qoşulan, ictimaiyyətin problem və  fi kirlərini bildirə biləcəyi  
SeeClickFix və FixMyStreet kimi veb xidmətləri fəaliyyət göstərir.
İstər ümumilikdə, istərsə  də E-hökumət sistemində sosial media vasitələrindən 
is ti fadə etməklə keyfi yyətli və şəffaf bir mühitin ortaya çıxaracaq yüksək gözləntilər 
gözləməsək daha yaxşı olar. Bu dəyişikliklər prosesini yaxşı idarə edə bilmək 
üçün ictimai təşkilatları işçilərinin sosial mediadan istifadə etməsində açıq və sadə 
qaydalar qoyulmalıdır., Bu müddətdə diqqət edilməsi lazım olan əsas bölmələr 
aşağıdakılardır.Bu mövzu yeni texnologiyaların köməyi vasitəsilə müzakirə edilməli 
və həll olunmalıdır. 
•  Texnologiyaya çıxışı olmayan və texnologiyandan əlavə  dəyər mənbəyi kimi 
istifadə edən kütlələrin problemini ifadə edən «informasiya uçurumu» anlayışı, 
sosial mediayaya da aiddir.İctimai məlumatlar və xidmətlər sosial media yolu ilə 
çatdırılırsa, sosial mediyaya çıxışı olmayanların və ya sosial media vasitələrindən 
istifadə etməyə üstünlük verməyənlərin vəziyyəti necə olacaq? Bu dəfə də bir 
“sosial media uçurumu” ortaya çıxmayacaqmı?
•  Sosial media vasitələrində təqdim olunan fərdi məlumatların məxfi  saxlanılması 
ilə bağlı qaydalara diqqətlə əməl olunmalıdır. 
•  E-hökumət sisteminin tətbiqində məcbur deyildir ki, bütün sosial media va si-
tə lərində istifadə olunmalıdır.Bunun üçün, hansı sosial medianın hansı xü su-
siyyətləri nə dərəcədə, hansı ölçüdə E-Hökumət sistemi ilə bütünləşib işlənilməsi 
vətəndaşlardan soruşulmalıdır. 


Mahir Dadaşov
114
•  Sosial media vasitələri, yalnız hal-hazırda mövcud xidmətlərə istiqamətli bir əla-
qə vasitəsi olaraq qalmamalı, başqa hansı ictimai xidmətləri yeni üsul və tex-
nologiyalarla sorğulayan bir quruluşa malik olmalıdır. 
•  Zaman- zaman sosial şəbəkələr vasitəsilə qeyd olunan ön mühakimə, irqçilik və 
ya ayrı-seçkilik kimi faktorlara bölüne bilən «nifrət ifadəsi» nin qarşısı planlı 
şəkildə tənzimlənməli və qarşısı alınmalıdır. 
Elektron – hökumətdən gələcəyə...
Bu hissədə e-hökumətin inkişafı üçün dünyada bu sahədə liderlik edən ABŞ, Avropa 
və Uzaq Asiya dövlətlərinin informasiya və texnologiya mərkəzlərinin təcrübəsindən 
faydalanmışıq. İlk növbədə sərmayələrin səmərəli şəkildə xərclənməsindən və nəticə 
verdiyindən əmin olmaq lazımdır. 
Sərmayə görəsən nə kimi nəticələr vermişdir?
Araşdırmamız nəticəsində, bu investisiyalar nəticəsində ortaya çıxan 25.000 web 
səhifəsinin və 13.000 çox tək informasiya sistemi layihəsinin həyata keçirilməsi 
nəzərdə tutularkən nəinki hələ bir hissəsinin belə başa çata bilməsi, hətta bir çox 
layihənin tamamilə müvəffəqiyyətsiz olacağı say şəklində görülmüşdür. Dövlətin 
yaratdığı informasiya sistemlərinin çalışma gücünün sadəcə orta faiz olaraq 27%-
nin, saxlama gücünün isə yalnızca 40%-dən istifadə oluna biləcəyi müəyyən olun-
muşdur.Hətta belə çox vaxt və pul xərclənən bu proyektlərin ləğvi belə ABŞ-na 
2010-11-ci illərdə 23-25 milyard dollar pul qazadırmışdır.Bu sahədə daha çox diqqət 
çəkən və yeni bir proqram olan, hal- hazırdakı ictimai Sektor üzrə informasiya 
texnologiyaları layihələri və bu layihələrin maliyyə və icra proseslərini daha yaxşı 
izləyə bilmək üçün 2009-cu ilin iyun ayında  İnternet vasitəsilə yaradılan Federal 
İnformasiya Texnologiyaları (İT) Kontrol Panelidir. (Federal IT Dashboard Online). 
Bu yolla Federal Hökumətin E-hökumət layihələri üçün ayrılan maliyyə hesablarının 
düzgün hesablanması və planlaşdırılan zamanda bitib-bitməyəcəyi asanca öyrənilir.
Federal  İnformasiya Texnologiyala Kontrol Panelinə Control Paneli’nə dörd fərqli 
informasiyalar yerləşdirilmişdir. 
1. Hər hansı bir layihədən siyasi cəhətdən məsuliyyət daşıyan qurum və nazirliyin 
məlumatları 
2. Layihədən məsul qurumun informasiya üzrə əsas məsul şəxsin (Chief Information 
offi cer, CIO) fotoşəkili və məlumatları, Layihəyə dəstək verən özəl sektor şirkətlərinin 
informasiyaları, 
3. Layihə ilə  əlaqədar maliyyə  və inzibati məlumatların köməyi ilə layihənin 
hansı inkişaf mərhələsində olduğunu və planlaşdırılan şəkildə inkişaf edib-etmədiyi 
haqda ( işıqfor məntiqi ilə yaşıl, sarı və qırmızı rənglərin köməyi ilə) məlumatlar 
göstərilir.


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə