Mövzu: 3 İşgüzar ünsiyyətin idarə edilməsi



Yüklə 19,27 Kb.
tarix28.11.2023
ölçüsü19,27 Kb.
#137747
Mövzu - 3 1 (1)


Mövzu: 3
İşgüzar ünsiyyətin idarə edilməsi
İşgüzar ünsiyyətin idarə edilməsi İşgüzar ünsiyyətin idarə edilməsi insanları qarşılıqlı fəaliyyətinin idarə edilməsinin çoxsayılı forma və metodlardır.İşgüzar ünsiyyət prosesində artıq qurulmuş əlaqələrin hesabına insanların hansısa məlumatları qəbul etməsi,əhvalruhiyyələri,şayiələrin yayılması, yaxud yayılmasının qarşısının alınması,informasiya mənbələrinin müdafiə edilməsi, yaxud dağıdılması baş verir.Tamamilə aydındır ki, bütün işgüzar insanlar həm fərdi,həm də kollektiv səviyyədə canlı əlaqə texnikasına,həmçinin sözlə davranma bacarıqlarına yiyələnməlidir. Ünsiyyət zamanı,ən azı, iki şəxsiyyətin qarşılıqlı təsiri baş verir;ünsiyyət müstəqil insan fəaliyyətinin bir növü və fəaliyyətin digər növlərinin bir atributudur.İşgüzar ünsiyyət təkcə işçinin formalaşması və təkmilləşməsinin yox, həm də onun mənəvi və fiziki sağlamlığının mühüm amilidir. Bundan başqa, ünsiyyət- başqa insanları,onların daxili aləmini dərk etməyin universal üsuludur.İşgüzar ünsiyyət sayəsində işçi özünün təkrarolunmaz şəxsiişgüzar xassələrini formalaşdırır. İşgüzar ünsiyyət müxtəlif vəzifələri yerinə yetirir.Onlardan başlıca olan aşağıdakılardır:
 Qarşılıqlı fəaliyyətin təşkili;
 Şəxsiyyətlərarası münasibətlərin formalaşdırılması və inkişaf etdirilməsi;
 İnsanların bir-birini dərk etməsi. Bütün bunlar ünsiyyətin kommunikativ texnikası olmadan həyata keçirilə bilməz.Ona yiyələnmə səviyyəsi işçinin peşəyə yararlığının ən başlıca göstəricisidir.Başqa sözlə,peşəkar işçi aşağıdakıları bacarmalıdır:
 Ünsiyyətin məqsəd və vəzifələrini ifadə etməyi;
 Ünsiyyəti təşkil etməyi;
 Şikayət və ərizələri araşdırmağı;
 Ünsiyyətin bacarıq və üsullarına, taktika və strategiyasına yiyələnməyi;
 Danışıqlar aparmağı,işgüzar müşavirəni idarə etməyi;
 Münaqişələrin qarşısını almağı və onları həll etməyi;
 Sübut etməyi və əsaslandırmağı,dəlillər göstərməyi və inandırmağı,razılıq əldə etməyi,söhbət,diskussiya,dialoq,mübahisə aparmağı;
 Psixoterapiya həyata keçirməyi,həmsöhbətindəki stressləri,qorxu hissini aradan qaldırmağı,onun davranışını idarə etməyi. Ünsiyyətin idarə edilməsinin sosial-psixoloji metodları mövcuddur: yoluxdurma, təlqinetmə, təqlidetmə, inandırma, dəb, məcburetmə. Yoluxdurma-şəxsiyyət tərəfindən müəyyən psixoloji vəziyyətin təbii şəkildə və qeyri-iradi qəbul edilməsidir. Təlqinetmə-bu subyektin başqalarına fəal surətdə təsir göstərməsidir.Təlqinetmə təlqin mənbəyinin nüfuzlu olması, həmin mənbəyə inamın güclülüyü və təlqinedici təsirə müqavimətin olmaması şəraitində baş verir. Təqlidetmə-bir insan tərəfindən başqa insanın müəyyən davranış nümunəsinin,danışıq tərzinin və s. təqlid edilməsidir.Təqlidin ən kütləvi təzahürü dəbə uyğunlaşma,xüsusilə,geyim,danışıq tərzinin düşünmədən təkrarlanması və özünün cəmiyyətin pərəstiş etdiyi ən müxtəlif insanlar kimi aparmaqdır. İnandırma-bir insanın dünyagörüşünün başqa birisinin baxışlar sisteminə köçürmək üçün edilən məqsədyönlü təsir olub,şəxsiyyətin şüur sahəsinə təsirin əsas üsuludur.Onun məqsədi informasiyanın mənimsənilməsi zamanı şəxsiyyətin təfəkkürünü fəallaşdırmaq,inamı formalaşdırmaqdır. İnandırma metodu həm adi həm də nəzəri təfəkkürə təsir göstərir. Adi təfəkkür səviyyəsində bu təsir nəticəsində anlama yaranır.Bu təfəkkür formasında nə haqdasa anlayışlar,ötürülən informasiyaya inam mövcuddur.Bütün bunlar sadədərketmə xarakterinə malikdir. Yalnız şəxsiyyət adi dərketmə sərhədlərini aşaraq, hansısa hadisənin əsaslı, məzmunlu dərk edilməsi səviyyəsinə yüksəldikdə, onun şüurunda inamlar,yəni şəxsi mövqe yaranır. İnandırma insanlara təsir göstərmənin metodu kimi nadir hallarda ayrıca tətbiq olur.O, daim təqlid və təqlidetmə ilə qarşılıqlı fəaliyyət göstərir. Bu anlayışlar arasında fərq ondan ibarərdir ki, inandırma insanların onlara ünvanlanan informasiyanı şüurlu surətdə dərk etməsini, təqlid və təlqinetmə isə onların bu informasiyanı düşünmədən,yalnız ona ötürən insanın nüfuzuna,auditoriyanın əhval-ruhiyyəsinə əsaslanaraq, yaxud ictimai fikirin təzyiqi, şəxsi dəyərlər sistemi əsasında qəbul etməsini nəzərdə tutur. Bu cür psixoloji təsiri mühazirə dinləyərkən,kütləvi teatr,idman tədbirləri keçirərkən müşahidə etmək mümkündür. Təqlid və təlqinin yüksək nəticələrə malik olmasını göstərən ən parlaq nümunələr dəb və şayələrdir. Təlqinetmə daha mürəkkəb metoddur. Bu, insanın idarəsinin ziddinə onun söz, yaxud digər bir vasitə ilə lazım olan psixoloji vəziyyətə (əhvalruhiyəyə, təəssürat, fəaliyyət) gətirilməsidir. Təlqinetmənin təqlidetmədən fərqi ondan ibarətdir ki, təqlidetmə zamanı məqsədə nail olma informasiya mənbəyinin əyaniliyi, yaxud ondan gələn informasiyanın yüksək cazibədarlığı ilə əldə olunur.Burada obraz (daha dəqiqi-obyekt) informasiyanın dərk edilməsində əsas rol oynayır.Təlqinetmə zamanı isə məqsədə çatma bilavasitə emosional təsirlə müəyyən edilir ki, onun da əsas qüvvəsi sözdür. Məcburetmə-əvvəlki metodlara müqayisədə insanlara təsirin ən zorakı üsuludur,çünki insanları öz arzu və inamlarını əksinə getməyə məcbur etməyi nəzərdə tutur. Məcburetmənin əsasında cəzalandırma və s. kimi fərd üçün arzuolunmaz nəticələrdən qorxmaq dayanır.Etik baxımdan məcburetməni yalnız müstəsna hallarda,məsələn,məsələ hüquqi qaydaların, yaxud cəmiyyətin əxlaq normalarının pozulmasına qədər gedib çatdığı halda haqlı saymaq olar. Ünsiyyət prosesindəinandırma,təlqinetmə,təqlidetmə və məcburetmə bir-biri ilə qarşılıqlı əlaqədə olan metodlar sistemi kimi tətbiq olunur.Rəhbər işçi yığıncaqların, müxtəlif kütləvi görüş və müşavirlərin keçirilməsi zamanı onlardan ağılla istifadə etməyi bacarmalıdır. Ünsiyyət üslubuna təsir göstərən amilləri nəzərdən keçirək:
1. Auditoriyanın tərkibi.Burada onun mədəni-təhsil,milli, yaş,psixoloji və peşəkarlıq keyfiyyətlərini səciyyələndirən hər bir məsələnin nəzərə alınması vacibdir.Müxtəlif auditoriyalar yaxşı kommunikasiya təsirinin əldə edilməsi üçün xüsusi yanaşma tələb edir.
2. Çıxışın materialının məzmunu və xarakteri. Məsələn, peşəkar fəaliyyətin aktual məsələlərinin işıqlandırdığı çıxışda avtoritar intonasiya, sərt mülahizələr yolverilməzdir. İnsanlara daha çox inam nümayiş etdirmək, çıxış prosesində onlarla məsləhətləşmək lazımdır. Bu zaman dostyana şəkildə fikir mübadiləsi,biliklərinizi qarşılıqlı surətdə zənginləşdirmək arzusunun açıq göstərilməsi kommunikativ ünsiyyətin etibarlı variantıdır.
3. Çıxış edənin öz şəxsi-işgüzar keyfiyyətlərini,insanlara şərh etmək istədiyi problemlərə peşəkar bələdliyini obyektiv şəkildə qiymətləndirməsi. Elmiiqtisadi və əməli hazırlığım qiymətləndirərkən nə çox yüksəyə qalxmaq,nə də olduqca aşağı enmək lazımdırş Şəxsi kommunikasiya keyfiyyətlərini tənqidi şəkildə qiymətləndirmək lazımdır.Çıxış edən ünsiyyət texnikası üzərində ciddi düşünməli,ünsiyyət prosesində özünü nəzarətdə saxlamalıdır. İşgüzar ünsiyyətin bir neçə növü mövcuddur:
 Mentorçu-öyrədici,nəsihətamiz;
 Ruhlandırıcı-insanları ruhən yüksəldən,onlara öz mənəvi qüvvələrinə və şəxsi keyfiyyətlərinə inam aşılayan;
 Qarşıdurma yaradan-insanlarda etiraz etmək,razılaşmamaq arzusu doğuran;
 İnformasiya verən-dinləyicilərə müəyyən məlumatların verilməsinə,onların yaddaşında hansısa biliklərin bərpa edilməsinə yönəldilən. Mentorçu ünsiyyətdən hər vasitə ilə xilas olmağa çalışmaq,rəhbər işçinin nitqində nəsihətamiz ünsiyyət çalarlarının yaranmasından çəkinmək lazımdır. Ünsiyyət zamanı özünün insanlar üzərində intellektual,yaxud hər hansı üstünlüyünü nümayiş etdirən,şərh edilən materiala onların reaksiyasına əhəmiyyət vermədiyinizi göstərən duruş tərzi olmamalıdır. Müasir insanlar informasiya ünsiyyətinə təmkinlə yanaşırlar.Onlar fikir mübadiləsi etmək,real amilləri elmi şəkildə anlamaqla özlərini təsdiq etmək,şəxsi inamlarını formalaşdırmaq istəyirlər. Hazırda ruhlandırıcı ünsiyyətin populyar olması heç də təsadüfi deyil.Belə ünsiyyət gedişində insanlar intellektual ünsiyyətin üstünlüklərindən zövq alırlar.Onlarda öz mənəvi aləmlərini təkmilləşdirmək tələbatı aktuallaşır. Ruhlandırıcı ünsiyyıt yüksək ünsiyyət mədəniyyətinin göstəricisidir. Qarşıdurma yaradan ünsiyyət bir sıra hallarda didaktik baxımdan zəruri olur. Passiv, yaxud necə deyərlər, heç nə ilə heyrətləndirmək mümkün olmayanauditoriyalar olur. Ya da elə çıxış mövzuları olur ki,ən müxtəlif səbəblərdən insanlarda maraq yaratmır.Belə hallarda ünsiyyətin qarşıdurma yaradan tərzi insanların diqqətini fəallaşdırmaq,onları müzakirə edilən problemə cəlb etməklə daha çox diskussiyaların yaranmasına, müxtəlif nəzər nöqtələrinin qarşılaşdırılmasına səbəb olur. İşgüzar ünsiyyətin aşağıdakı prinsipləri müəyyənləşdirilmişdir:
 Şəxsiyyətin yaradıcı potensialının və peşəkar biliklərinin aşkara çıxarılması üçün şərait yaradılması;
 Səlahiyyət və məsuliyyətlər;
 Rəğbətləndirmə və cəzalandırma;
 İş vaxtından səmərəli istifadə.
 Bütün bunlar haqqında daha ətraflı məlumatı kitabın sonunda verilmiş ədəbiyyat göstəricisindəki mənbələrdən almaq mümkündür. Təlqin etmək-bir şeyi anladıb,inandırmaq, beyninə yeritmək, qəbul etdirməkdir.



Yüklə 19,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə