Azərbaycanda multikulturalizmin xüsusiyyətləri və istiqamətləri
61
və davamlı inkişafı üçün digər etnomədəni qrupların nümayəndələrinə münasibətdə
ayrı-seçkiliyə yol vermək qəbul edilməzdir. Heydər Əliyevin birbaşa yaxından iş-
tirakı ilə hazırlanmış və 1995-ci ildə qəbul olunmuş Konstitusiya layihəsində istis-
nasız olaraq hər bir kəsin bərabər hüquqlara malik olması aydın ifadəsini tapmışdır.
Yəni, mənşəyindən, irqindən, dilindən, dinindən asılı olmayaq hamı bərabərdir, eyni
hüquqlara malikdir.[1] Ümumiyyətlə, multikulturalizm
siyasətinin mərkəzi elementi-
ni təşkil edən tolerantlılıq və ya dözümlülük prinsiplərinin Azərbaycan Respublikası
Konstitusiyasında dəqiqliklə təsbit olunmuşdur. Məsələn, Azərbaycan Respublikası
Konstitusiyasının 45-cü maddəsində “Bərabərlik hüququ”, 44-cü maddəsində “Milli
mənsubiyyət hüququ”, 45-ci maddəsində “Ana dilindən istifadə hüququ” və s. əks
olunması bir daha sübut edir ki, Azərbaycan Respublikasında multikulturalizm si-
yasətinin səmərəliliyini təmin edəcək zəngin konseptual əsaslar mövcuddur. Təbii
ki, bu, həm də onun sübutudur ki, ulu öndər Heydər Əliyev Azərbaycanda multi-
kulturalizm siyasətinin əsasını qoymaqla, onu cəmiyyətin demokratik inkişafının va-
cib şərti, ayrılmaz elementi kimi qiymətləndirmişdir. Heydər Əliyev mənşəyindən,
irqindən, dilindən, dinindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının
bərabər
hüquqlara malik olduğunu təşviq etməklə, elə multikultural ideyaları dəstəklədiyini,
ona sadiqliyini nümayiş etdirirdi. Ümummilli lider Heydər Əliyev demişdir: “dinin-
dən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquq-
lara malikdirlər”.[2] Ulu öndər ölkədə multikulturalizm siyasətinin səmərəli olması
üçün onun konseptual əsaslarının zənginləşdirilməsi məsələsinin vacibliyindən çıxış
edərək bu istiqamətdə ciddi addımlar atmışdır. O, multikulturalizm siyasətinin həyata
keçirilməsinin, ideyalarının zənginləşdirilməsinin cəmiyyətin, konkret olaraq Azər-
baycan dövlətinin inkişafı üçün vacibliyini dəqiq və aydın əsaslandıraraq qeyd edirdi:
“Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olur, çünki onların
hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbay-
can əhalisinin çoxmilli
tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiy-
mətləndiririk və qoruyub saxlayacağıq”.[2] Nəzərdən keçirdiyimiz məqamlar aydın
göstərir ki, ümummilli lider Heydər Əliyev özünün müdrik, uzaqgörən siyasəti ilə
Azərbaycanda tarixən mövcud olmuş və ölkənin səciyyələndirən mühüm cəhətlərdən
biri kimi nəzərdən keçirilmiş multikultural ənənələrin qorunub saxlanılmasının, inki-
şaf etdirilməsinin ciddi konseptual əsaslarını hazırlamaqla, multikulturalizm siyasə-
tini keyfi yyətcə yeni mərhələyə qaldırmışdır. Azərbaycan ərazisində yaşayan milli
azlıqların mədəniyyətlərinin,
tarixlərinin, dillərinin, dinlərinin qorunub saxlanması-
nın və inkişaf etdirilməsinin qanuni əsaslarının yaradılması məhz ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır. Çünki, Heydər Əlieyin siyasi hakimiyyətə qayıdı-
şından sonra Azərbaycanda yaşayan müxtəlif etnimədəni qrupların nümayəndələrinin
mədəni kimliyinə təminat verən çoxsaylı qanunlar qəbul olunmuşdur. Ümummilli
lider Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o,
multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi müəyyənləşdirərək
təqdim etmişdir.[4] Ümummilli lider Heydər Əliyevin multikulturalizm ideyalarının
genişləndirilməsi, ənənələrinin qorunması və inkişaf etdirilməsi
sahəsindəki təşəb-
Cahangir Cahangirli
62
büsləri, fəaliyyəti beynəlxalq qurumlar tərəfi ndən həmişə yüksək qiymətləndirilmiş-
dir.[6, 4] Bütün bunlar bir daha, Azərbaycan multikulturalizminin siyasi banisinin ulu
öndər Heydər Əliyevin olduğunu qeyd etməyə əsas verir.
Həqiqətən də, Azərbaycandakı hazırkı və tarixi reallıqları nəzərdən keçirərək təhlil
etməklə, ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə multikulturalizmin
ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyinə tam əmin olmaq mümkün-
dür. Qeyd etmək lazımdır ki, tarixən Azərbaycan ərazisində yaşamış müxtəlif et-
nomədəni qrupların üzvləri həm də Azərbaycanın ictimai-siyasi həyatında
da sərbəst
fəaliyyət göstərmişlər. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanda tarixən mul-
tikulturalizm təcrübəsi mövcud olmuşdur. Tarixə diqqət yetirsək, görərik ki, Azərbay-
can ərazisinə köçmüş digər milli azlıqların nümayəndələri də Azərbaycan xalqından
multikulturalizm və tolerantlıq ənənələrini öyrənmişlər. Azərbaycanda milli münasi-
bətlərin tənzimlənməsinin yaxşı təcrübəsi sayəsində burada etnomilli zəmində ciddi
zidiyyətlər müşahidə olunmamışdır.[8, 92] Həqiqətən də əksər tədqiqatçıların fi krincə,
Azərbaycanda etnomühit tarixən sabit olmuşdur. Azərbaycan ərazisində yaşayan bü-
tün etnomədəni qrupların
nümayəndələrinə demək olar ki, eyni münasibət bəslənil-
mişdir.[9, 29] Təbii ki, Azərbaycan ərazisində yaşayan etnik ermənilər istisna təşkil
etmişlər. Belə ki, xarici qüvvələrin təsiri ilə Azərbaycan ərazisində yaşayan erməni
azlığı müxtəlif ixtilafl ar törətməklə yanaşı, həm də ümumilikdə bütün milli azlıqlar
arasında ziddiyyətlər yaratmağa çalışmışlar. Buna baxmayaraq, Azərbaycan multikul-
tural ənənələrin qorunmasında və inkişaf etdirilməsində konseptual əsaslara söykənən
siyasət həyata keçirməkdədir və beynəlxalq ictimaiyyət
ölkəmizin bu sahədəki uğur-
larını təqdir edir, yüksək qiymətləndirir. Azərbaycan dövləti daxili siyasətinin mühüm
istiqaməti kimi müəyyənləşdirməklə yanaşı, həm də müxtəlif etnomədəni qrupların
nümayəndələrinin mədəni dəyərlərinin qorunmasının müsir dövlətlərin vacib funksi-
yası və öhdəliyi olduğunu təşviq edir.
Azərbaycan Respublikasında formalaşmış və bütün dünyanın təqdir etdiyi təc-
rübə aydın göstərir ki, zəngin konseptual əsaslara söykənən və düzgün həyata ke-
çirilən multikulturalizm siyasəti fərqli mədəni dəyərlərin daşıyıcılarının dinc ya-
naşı yaşamasını təmin edir. Müasir mərhələdə bəşəriyyətin
inkişaf səviyyəsi və
tendensiyaları müxtəlif mədəniyyətlərin yanaşı mövcud olmasını tələb edir. Bunun
alternativnin olmadığı Azərbaycan Respublikasında aydın dərk edilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənabları multikultural dəyərlərin qorun-
masını və inkişaf etdirilməsini cəmiyyətin sabitliyinin və inkişafının başlıca şərti
kimi qiymətləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı ola-
raq demişdir: “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu
gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir”.
[20] Multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində ulu öndər
Heydər Əliyevin müdrik siyasətini yeni elementlərlə zənginləşdirərək davam et-
dirməklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları müxtəlif
mədəniyyətlər və dinlərarası münasibətlərin sağlam bünövrə üzərində qurulmasına