Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə19/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

Роль стратегий в усвоении словарного запаса иностранного языка
53
Литература:
Moir, J and Nation, P.(2008). Vocabulary and good language learners. Lessons from Good 
Language Learners, Cambridge University Press.
Oxford, R.L., & Crookall, D. (1989). Research on language learning strategies: Methods, 
fi ndings, and instructional issues. Modern Language Journal, 73, 404-419.
Oxford, R. (1994, October). Language learning strategies: An update. Retrieved February 
12, 2010 from http://www.cal.org/resources/digest/oxford01.html.
Takac, (2008).Vocabulary Learning Strategies and Foreign Language Acquisition, 
Multilingual Matters Ltd.


Земфира Зейналова, Арзу Ражабли
54
 
The Role of Strategies in Vocabulary Learning 
of a Foreign Language
Zemfi ra Zeynalova
Arzu Rajabli
Baku Slavic University
The article deals with the role of strategies in vocabulary learning of a foreign 
language. Foreign language learning implies the knowledge of the vocabulary of 
a foreign language and rules of its usage in communication, as well as the ability 
to recognize learned words in reading and listening materials. Vocabulary stra-
tegy instruction contributes to fast learning of new words, to their memorization 
and retention in long memory.
Key words: Word, vocabulary, strategy, learning, memorization.


Роль стратегий в усвоении словарного запаса иностранного языка
55
Xarici dildə söz ehtiyatının öyrənilmə 
strategiyalarının rolu
Zemfi ra Zeynalova
Arzu Rəcəbli
Bakı Slavyan Universiteti
  
Məqalə xarici dildə söz ehtiyatının öyrənilmə və mənimsəmə strategiyaları-
nın roluna həsr edilmişdir. Xarici dilə yiyələnmək dedik də, xarici dildə leksik 
söz ehtiyatına sahib olmaq və həmin söz ehtiyatlarını ünsiyyətdə istifadə etmə 
bacarığına malik olmaq deməkdir. Xarici dildə sözlərin və ifadələrin ünsiyyətdə 
istifadə qaydalarını öyrənməklə yanaşı, öyrənilmiş sözləri xarici dilli oxuma və 
dinləmə materiallarında da tanıya bilmək vacib məsələlərdəndir. Təlim strategi-
yasının öyrənilməsi və xarici dildə sözlərin yadda saxlanılması və istifadə edilmə 
metodları yeni söz ehtiyatlarının sürətli öyrənilməsinə və onların yaddaşda uzun 
müddət saxlanılmasına kömək edir.
Açar sözlər: Söz, söz ehtiyatı, strategiya, mənimsəmə, yadda saxlama



57
Elm və İnnovativ Texnologiyalar jurnalı
Azərbaycanda multikulturalizmin 
xüsusiyyətləri və istiqamətləri
Cahangir Cahangirli
Azərbaycan Respublikasının Prezidenti yanında 
Dövlət İdarəçilik Akademiyası
Müasir dövrümüzün reallıqlarından biri də ondan ibarətdir ki, sosial qloballaşma-
nın növbəti mərhələsi özünü biruzə verməkdədir. Bu mərhələ multikulturalizm kimi 
nəzərdən keçirilir. Multikulturalizm adlanan hadisə dünya əhalisinin sosial və iqtisadi 
həyatlarında baş verən proseslərlə sıx bağlıdır. İqtisadi səbəblərin şərtləndirdiyi əmək 
miqrasiyası müxtəlif mədəniyyətlərin, etnosların, dini konfesiyaların nümayəndələri-
nin yanaşı yaşamaq zərurətini meydana çıxarmışdır. Qloballaşma prosesləri ilə mul-
tikulturalizmin qarşılıqlı əlaqələrinin inkar edilməsi qeyri-mümkündür və bu sahədə 
tədqiqat aparanlar buna heç cəhd də etmirlər. Bildiyimiz kimi, qloballaşma dönməz 
bir proses kimi hələ antik dövrlərdən start götürmüşdür. Tarixi inkişafın sonrakı mər-
hələlərində qloballaşma yeni texnologiyaların inkişafına və onların həyat fəaliyyə-
tinin müxtəlif sahələrində  tətbiqinə  əsaslanırdı. XIX əsrdə müşahidə olunan sürətli 
sənayeləşmə Avropa dövlətləri ilə ABŞ arasında ticarətin və  sərmayələrin ciddi şə-
kildə genişlənməsini şərtləndirmişdir. Qloballaşma proseslərinin ən yüksək templəri 
müharibədən sonrakı illərə  təsadüf etdi. Sənaye istehsalının səviyyəsinin və sürəti-
nin yüksəlməsi beynəlxalq ticarətin genişlənməsini və beynəlxalq sərmayə bazarının 
formalaşmasını təmin etdi. Sözsüz ki, bütün bu proseslər qaçılmaz şəkildə mədəniy-
yətlərin yaxınlaşmasını  şərtləndirirdi. Yəni, iqtisadi qloballaşma ilə yanaşı, mədəni 
qloballaşma da sürətlə inkişaf edirdi. Mədəni qloballaşma üçün ölkələr arasında işgü-
zar və istehlak mədəniyyətlərinin yaxınlaşması  və beynəlxalq ünsiyyət kanallarının 
genişlənməsi səciyyəvidir. Bu, bir tərəfdən xalqların digər ölkələr üçün milli və mə-
dəni ənənələrinin açıqlığına gətirib çıxarır. Digər tərəfdən isə, ayrı-ayrı ölkələrin yeni 
həyat tərzinin populyarlaşması milli mədəni ənənələrin və dəyərlərin sıxışdırılmasını 
şərtləndirir. Bu baxımdan, düzgün multikulturalizm siyasəti müasir cəmiyyətlərin in-
kişafının xarakterini müəyyənləşdirən başlıca amillərdən biri kimi nəzərdən keçirilir. 
Multikulturalizm siyasəti qloballaşmanın ayrı-ayrı ölkələrə və xalqlara təsirinin qiy-
mətləndirilməsinə çoxaspektli yanaşma aləti kimi nəzərdən keçirilə bilər. Bu məqam-
da qeyd edək ki, “multikulturalizm” məfhumu ötən əsrin 60-cı illərində ölkə əhalisinin 
etnomədəni, irqi, dini müxtəlifl iklərini ifadə etmək üçün Kanadada meydana gəlmiş-


Cahangir Cahangirli
58
dir. Multikulturalizmin əsas prinsiplərini nəzərdən keçirməklə, onların cəmiyyətdə in-
kişafın və sabitliyin xidmət etdiyinə əmin olmaq mümkündür. Bu prinsipləri aşağıdakı 
kimi nəzərdən keçirmək mümkündür:
- etnomədəni müxtəlifl iklərə pozitiv münasibət;
- mədəni müxtəlifl iyin mövcud cəmiyyətlərin maddi və mənəvi həyatının zəngin-
ləşdirdiyini qəbul etmək;
- mədəni fərqlərə malik olma hüququ: müxtəlif birliklərin bütün üzvləri və qrupları 
özlərinin mədəni xüsusiyyətlərini saxlamaq hüququna malikdirlər;
- bərabər mədəni dəyərlər və qarşılıqlı tolerantlıq və s.
Göründüyü kimi,  multikulturalizm cəmiyyətlərin dinamik inkişafı üçün başlıca 
şərtlərdən birini təqdim edir. Azərbaycan Respublikasında multikulturalizm ideyala-
rının özünə ciddi yer etməsi və sürətlə genişlənməsi dövlətin məqsədyönlü siyasətinin 
nəticəsidir. Hazırda Avropadakı  və Azərbaycandakı multikulturalizm siyasəti sahə-
sində  vəziyyət aydın göstərir ki, ölkəmiz bu istiqamətdə xüsusi modelini formalaş-
dırmışdır. Azərbaycanda multikulturalizm bütün parametrləri ilə sosial həyat tərzinə 
çevrilmişdir. Bu baxımdan,    multikulturalizm  sahəsində elmi-tədqiqat işlərinin sürətlə 
genişlənməsi müasir reallıqların tələbi kimi qiymətləndirilməlidir.
Multikulturalizm sosial hadisə kimi
Qeyd etdiyimiz kimi, “multikulturalizm” anlayışı nisbətən yenidir və elmi dövriy-
yəyə yalnız örən əsrin 70-ci illərində daxil olmuşdur. Bu, Qərbin inkişaf etmiş ölkələ-
rində cərəyan edən dəyişikliklərə “multikulturalizm konsepsiyası” olaraq cavab kimi 
meydana çıxmışdır. Multikulturalizmi şərtləndirən dəyişikliklər  əsasən keçmiş met-
ropoliyaları  əhatə etmişdir. Yəni,  əvvəllər koloniyalara malik olmuş dövlətlər istər-
istəməz müxtəlif mədəniyyətlərin uzlaşdırılması problemi ilə üz-üzə qalmışlar. Belə 
ki, bu ölkələrə keçmiş koloniyalardan kütləvi əmək miqrantları gəlməyə başlamışlar. 
Sözsüz ki, bunun səbəbi hər şeydən öncə, ondan ibarət idi ki, koloniyalara malik olan 
ölkələrdə sosial-iqtisadi vəziyyət, ümumiyyətlə, həyat şəraiti əhəmiyyətli dərəcədə yük-
sək idi. İlkin vaxtlarda metropoliyalar miqrant axınına qarşı çıxmırdılar. Çünki, sürətlə 
inkişaf etməkdə olan sənaye istehsalına ucuz işçi qüvvəsi tələb olunurdu. Bu baxım-
dan, bir çox hallarda metropoliyaların özləri əmək miqrantlarının gəlməsində maraqlı 
idilər. Sonrakı  mərhələdə isə, onlar multikulturalizm siyasətinin konseptual əsasları-
nın işlənib hazırlanması və reallaşdırılması zərurəti ilə üz-üzə qalmışlar. Qeyd edək ki
“multikulturalizm” anlayışının elmi dövriyyəyə daxil olmasınadək “polimədəniyyət” 
və “çoxmədəniyyətlilik” anlayışları işlədilirdi.[14, 37] Polimədəniyyət və çoxmədəniy-
yətlilik terminləri mahiyyətləri etibarilə sinonimdirlər. Multikulturalizm də demək olar 
ki, oxşar məqamları ifadə etməklə, bu anlayışlara olduqca yaxındır. Bu anlayışların 
konseptual əsasları müasir insanın tolerant, dözümlü, digər mədəniyyətlərin nümayən-
dələrinə münasibətdə yüksək ehtiram hisslərinə malik olmalarını nəzərdə tuturlar. Bu-


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə