Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

Zeynəddin Şabanov
28
düşülür, ikincisi isə, instrumental xarakter kəsb edən və demokratik dəyərlər konteks-
tində səmərəli həyata keçirilən sosial-siyasi fəallıq qaydalarına əsaslanan iştirak kimi 
başa düşülür.
İştirakın məhz bu forması özündə sosial tərəfdaşlığın ünsürlərini əks etdirir. Haki-
miyyətdə iştirak yalnız siyasi deyil, həm də sosialdır. İnsanların dövlət proqramlarına 
cəlb edilməsi yalnız siyasi deyil, həm də sosial tərəfdaşlığın problematikasının həyata 
keçirilməsini inzibati – idarəetmə cəhətdən aktuallaşdırır.
İştirak yalnız siyasi deyil, insanların hər hansı idarə olunan birliyinin ayrılmaz xü-
susiyyətidir və onların maraqlarının ifadə və əldəolunma vasitələrindən biridir. Cəmiy-
yətin dövlət təşkili şəraitində vətəndaşların qərar qəbuletmə və idarəetmə prosesinə 
cəlb olunması bu və ya digər dərəcədə sosial iqtisadi və mədəni sahələrdə siyasiləşir. 
Sosial iştirak demokratiyanın, münaqişələrin həllinin əsas xüsusiyyəti, siyasi sosial-
laşma və siyasi tərbiyə vasitəsi kimi dəyərləndirilir (2, s.216).
Bütövlükdə, bu istiqamətdə tədqiqat aparan Rusiya tədqiqatçılarının gəldiyi nəti-
cəyə görə, postsovet Rusiyasında hələ bütün siyasi sosiallaşma sistemi, inkişaf etmiş 
iştirak institutları çox zəifdir. Vətəndaşların fəal iştiraklarına dair siyasi liderlərin və 
dövlət hakimiyyəti orqanlarının qarşılıqlı təsiri tam inkişaf etməyib. Vətəndaşlar tərə-
fi ndən siyasi iştirak tələbatlarının dərk olunması siyasi sistemin irəli sürdüyü imkanla-
rı təmin etmir. Eyni zamanda bu tələbatların ifadə edilməsi hakimiyyətin özünü ciddi 
müqavimətə sürükləyir; hakimiyyət əvvəlki kimi qərar qəbuletmə və işləyib hazırla-
manı xalqla bölüşdürməyi arzulamır (3, s. 326).
Rusiyalılarda “demokratik iştirak göstəriciləri - öz iştirakının səmərəliliyinə su-
byektiv inam, bir-birilərinə, dövlət və yerli idarəetmə institutlarına siyasi etibar və 
vətəndaş məsuliyyəti hissi, özündə ictimai maraqları əks etdirən müxtəlif təşkilatlara 
üzvlük zəif ifadə olunub, vətəndaş borcuna, vətəndaş inamına səmərəlilik və loyallığa 
münasibətdə pozitiv qaydalar kimi başa düşülən iştirak mədəniyyəti müəyyənləşmə-
mişdir. Müasir Rusiyada siyasi iştirak daha çox münaqişəli xarakter daşıyır. Bu zaman 
hakimiyyət vətəndaşların tərəfdaşı, maraqlarının müdafi əçisikimi deyil, daha çox rəqi-
bi kimi nəzərdən keçirilir.
Daha çox rusiyalılarda siyasi fəaliyyətə yadlaşma meyili müşahidə olunur. Onlar 
hakimiyyətə qanuni təsir üsullarının səmərəliliyinə inanmırlar. Həmin şəraitdə, sosial 
tərəfdaşlıq hakimiyyət və cəmiyyətin qarşılıqlı təsiri prosesinə, dövlət proqramlarının 
həyata keçirilməsinə fərdlərin cəlb olunması vasitəsilə cəmiyyətdə gərginliyin azalma-
sına, sosiumun bütün təbəqələrinin maraqlarının balansına riayət olunmasına imkan 
verir (15, s.376).
Bununla əlaqədar olaraq şəxsiyyətin yaradıcı fəallığını gücləndirməyə yönələn, is-
tedadlı adamların fərdi uğurları üçün geniş imkanlar yaradan iştirak idarəetməsi prob-
lemi aktuallaşır. İştirak idarəçiliyinin inkişafı ilə vətəndaşların yetkinliyi artır, həyata 
keçən qərarların təsiri güclənir, onların reallaşmasına mane olan mövcud problemlərin 


Cəmiyyətin stabilliyində sosial tərəfdaşlığın əhəmiyyəti
29
aradan qalxması təmin olunur, fərdlərin məlumatlılığı yüksəlir, kommunikasiya yaxşı-
laşır, yeniliklərin səmərəliliyi artır.
Sosial tərəfdaşlıq ideologiyasının öyrənilməsinə  əsas nəzəri yanaşmaların təhlili 
nəticə  çıxarmağa imkan verir ki, o, özündə ahəngdar funksiyanı  təmin edən sosial 
qarşılıqlı təsirin ən yüksək formasını əks etdirir, demokratik cəmiyyətdə deskruktiv 
proseslərə qarşı durur, ən ümumi rifaha yönəlmiş sosiumun ağıllı fəaliyyətini təşkil 
etməyə imkan verir (16, s.253).
İctimai münasibətlərdə sosial qüvvələrin, seqmentləşdirilmiş qrupların bir-birinə 
qarşılıqlı təsiri məcburi və ya könüllü xarakter daşıya bilər.
Sosial tərəfdaşlıqda sosial razılıq
Razılıq, həmrəylik, yekdillik ideyası Antik fəlsəfədə meydana gəlmişdir. “Konsen-
sus” (yunanca “consensus”) termininin ilkin ifadəsi “razılıq” mənası verərək, “consen-
sus omnium”– ümumi razılıq, hamının razılığı kontekstində işlənmişdir. Hələ Aristotel 
dünyadakı nizamlılığın, uyğunluğun, mütəşəkkilliyin, ortaq ölçünün müəyyən dərəcə-
sini belə qeyd edirdi: “Biz gərək tədqiq etməliyik ki, təbiət hansı şəkildə tam şəkildə 
öz daxilində zəif və yaxşıya malikdir, onlara özündə hər hansı ayrıca kimi və öz-özlü-
yündə mövcud olan kimi malikdirmi... Hər şey məlum şəkildə əlaqələnib, lakin heç də 
hamısı eyni cür əlaqələnməyib... Hər bir sistem vəhdət və müxtəlifl iyin qarşılıqlı təsiri 
kimi səciyyələnir. Vahidə eynilik, oxşar, bərabərlik, çoxluğa – müxtəlif, oxşar olma-
yan, bərabər olmayan aiddir” (4, s.67). Əlaqələndirmənin, nizamlılığın, uyğunlaşma-
nın yekdillik, razılıq kimi Aristotel şərhi fəlsəfədə teleoloji konsepsiyaların fəlsəfi  və 
sosial-tarixi anlaşılması üçün açar oldu.
Platonun ideal dövlət haqqında təlimində dünya hadisələrinin insan, insan tələ-
batlarının qarşılıqlı əlaqələri və qarşılıqlı şərtliliyi qeyd olunmuşdur. İnsanların daim 
nəyə isə ehtiyacları olur və bu səbəbdən də bir-birilərinə kömək etmək üçün birləşirlər. 
Məsələn, Siseron insanların həmrəyliyi haqqında insanların bir-birilərinə fayda ver-
mək üçün doğulduqları haqqında yazır. İnsanların birliyinin səbəbini onların zəifl iyi 
ilə deyil, anadangəlmə bir yerdə yaşamaq tələbatından irəli gəldiyini qeyd edir: Sise-
ron “konsensus”u (“consensus juris”) Roma Respublikasının mövcudluğu və qorunub 
saxlanmasının zəruri şərti kimi hüquqi sahədə saziş, razılıq mənasında şərh edirdi (8, 
s.285).
Razılıq – hər hansı münasibətdə iki və daha artıq fərdlər arasında baxışların vəhdəti 
və oxşar yönümlərin mövcudluğudur. Sosioloji mənada razılıq hər hansı birliyin əhə-
miyyətli dərəcədə çox insanların fəaliyyətdə ifadə olunan sosial qaydaların nisbətən 
ən mühüm aspektlərinin konsensusudur. Rəylərdə razılığın bu və ya digər dərəcəsi və 
fəaliyyət uyğunluğu sosial ünsiyyətin hər hansı formaları, hər hansı sosial təşkilatlar 
üçün zəruridir. Sosial tərəfdaşlıq nə qədər razılığa əsaslanırsa, onda o bir o qədər so-
nuncunun bütün xüsusiyyətlərinə malik olur. Və öz növbəsində cəmiyyətdəki sosial 
razılıq və sülh-sosial tərəfdaşlığın əsas nəticəsidir.


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə