Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə12/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

Zeynəddin Şabanov
32
Razılaşmanı - cəmiyyətin ideal vəziyyəti kimi deyil, onun mövcudluğunun, da-
ğılmasının, eyni zamanda elementar qaydalara malik olmasının ayrılmaz səciyyəsi 
kimi anlamaq lazımdır. Cəmiyyətdə razılaşma da, ixtilaf da qanunauyğundur, lakin 
mühüm olan odur ki, aparıcı rolu razılaşma oynasın. Cəmiyyətdə razılaşma, birin-
cisi, cəmiyyətin ümumi vəzifələrini həll etmək, onu təkmilləşdirmək üçün subyekt-
lərin  şüurlu fəaliyyətlərinin ümumi məqsədlərlə birləşməsi kimi; ikincisi, zorakı-
lıq tətbiq etmədən düşmənçilik və dözümsüzlük göstərmədən müxtəlif sosial-siyasi 
qüvvələrin birgəsivilizasiyalı, demokratik norma və qaydalarla işləyib hazırladığı 
razılaşdırılmış siyasət kimi; üçüncüsü, insanlar arasında münasibətlərdə müəyyən 
güzəştləri genişləndirən siyasi mübarizədə sadə ümumbəşəri normalara riayət edil-
məsi kimi başa düşülür. 
Razılaşmanın  əldə edilməsi müxtəlif sosial qrupların kifayət qədər geniş ümumi 
maraqlara malik olması şəraitində mümkündür. Bu sfera ola bilsin ki, hakimiyyətin 
ədalətsiz siyasəti və ya ekstremist qüvvələrin hərəkətləri sayəsində  kəskin  şəkildə 
məhdudlaşa, bəzi hallarda isə yox ola bilər. Ümumi maraqların obyektiv bazasının 
məhdudlaşması – inzibatçılığın əsas mərkəzi vəzifələrindən biri hesab olunan sosial 
təhlükənin xəbərdar edilməsindən biridir. Bütün cəmiyyət üzvləri, dövlət orqanları və 
bələdiyyə hakimiyyəti, korporasiyalar, əhalinin müxtəlif qrupları arasında məqsədlə-
rin uzlaşmasını təmin edən sosial münasibətlər formasından biri kimi sosial tərəfdaşlıq 
ictimai həyatın mühüm problemlərinin həllində bu cür vəziyyətlərin meydana gəlməsi 
ehtimalını istisna etməyə imkan verir (16, s.38).
Bəzən ictimai şüurda sosial tərəfdaşlıq anlayışının özü düzgün şərh olunmur. Bir 
çoxları bu hadisəni korporativdaxili əməkdaşlıq və yaxud digər təşkilatlarla tərəfdaşlıq 
münasibətlərinin qaydaya salınması kimi başa düşürlər. Nəticədə, sosial tərəfdaşlığın 
həqiqi mənası təhrif olunur və anlayışın dəyişməsi baş verir.
Sosial tərəfdaşlığın tarixi şüarı sinfi  münaqişə və inqilabın antitezi kimi, əmək və 
kapital arasında ziddiyyətlərin həlli üsulu kimi meydana gəlmişdir. Dövlət quruluşu-
nun əsas konsepsiyasının – sosializmin, dövlət təhlükəsizliyinin və modernləşmənin 
böhranı yeni yanaşma axtarışlarını tələb etdi. İctimai və siyasi təsirin fokusunda qey-
ri-kommersiya və ictimai hərəkatlar birliklərində birləşən vətəndaşların təşəbbüskar-
lıqları meydana gəldi.
Bu gün sosial tərəfdaşlığın mənası ictimai arenada üç qüvvə – dövlət strukturla-
rı, kommersiya müəssisələri və qeyri-kommersiya təşkilatları (bu qüvvələr müvafi q 
olaraq birinci, ikinci, üçüncü sektor adlanır) arasında konstruktiv qarşılıqlı  təsirləri 
qaydaya salmaqdan ibarətdir.
Sosial tərəfdaşlıq – problemə görə bölünmüş məsuliyyətə və insan həmrəyliyi hiss-
lərinə əsaslanan sosial fəaliyyətdir. Ən ümumi halda demək olar ki, sosial tərəfdaşlıq 
üç sektorun nümayəndələri birlikdə işlədikdə, hər bir qrupun cəmiyyətdə bütöv halda 
faydalı olduğunu dərk etdikdə əmələ gəlir.


Cəmiyyətin stabilliyində sosial tərəfdaşlığın əhəmiyyəti
33
Sosial tərəfdaşlıq ideologiyasında aşağıdakı əsas məqamları göstərmək olar: 
- sosial problem;
- tərəfdaşların maraqları;
- tərəfdaşların hüquqi əsaslandırılması; 
- tərəfdaşların imkanları və güclü tərəfl əri; 
- qarşılıqlı təsir və qarşılıqlı nəzarət qaydaları; 
- informasiya sahəsinin mövcudluğu;
- tərəfl ərin birgə təşkili üsulu kimi layihənin mövcudluğu;
- sosial tərəfdaşlığın daimiliyi və stabilliyi;
- sosial problemlərin innovasion həlli yolları (12, s.249).
Sosial tərəfdaşlığın ətrafında formalaşdırdığı əsas məqam – sosial problemdir. La-
kin onun təzahür etməsi və hamı tərəfi ndən dərk olunması sosial tərəfdaşlığın əmələ 
gəlməsi üçün kifayət deyildir – tərəfl ərin maraqlarının nəzərə alınması zərurətdir: 
- tərəfl ərdən hər biri üçün sosial problemlərin əhəmiyyəti; 
- mümkün tərəfdaşlardan hər birinin maraqlarının bərqərar olması;
- fəaliyyətin vəzifə və məqsədlərinin birgə formulə edilməsi;
- problemlərin həlli üzrə öz imkanlarının qiymətləndirilməsi, cəmiyyətdə özünün 
statusunun, rolunun dərk edilməsi; 
- əməkdaşlıq prosesində dəqiq hərəkət qaydalarının işlənməsi;
- tərəfl ər tərəfi ndən onların qüvvə və vasitələrinin birləşməsinin kumulyativ səmərə 
verməsinin dərk olunması (13, s.266). 
Hər  şeydən  əvvəl, yuxarıdakılarla tənzim olunan gündəlik problemlərin həllində 
səylərin, cəhdlərin sadə qarşılıqlı  təsirini və yaxud birliyini sosial problemləri həll 
etməyə  cəhd edən və bölünən tərəfl ərin bərabərhüquqlu, uzunmüddətli və qarşılıqlı 
faydalı əməkdaşlığına əsaslanan sosial tərəfdaşlıqdan fərqləndirmək lazımdır. 
O.Olsen özünün «Partnership For Sosial Welfare» adlı  əsərində yazır ki, «tərəf-
daşlıq – kooperasiyadan böyükdür. Ona tərəfdaşlar tərəfi ndən qəbul edilən, vəzifələ-
rin bölgüsü (məsuliyyətin) mühiti kimi layihə mədəniyyətinin inkişafı, tərəfdaşların 
bir-birinə cəlb etdikləri yeni qərar axtarışları prosesi daxildir. O özündə müqavilə öh-
dəliklərini, bütün tərəfdaşların yaxşılaşdırmaq və inkişaf etdirmək istədikləri keyfi y-
yətin artırılması sistemini əks etdirir(14, s. 325)». 


Zeynəddin Şabanov
34
Sosial tərəfdaşlıq sistemində hər bir bölmə özünün güclü və zəif tərəfl ərinə ma-
likdir. Dövlətin güclü tərəfi  – onun hakimiyyət mexanizmləri, biznesin güclü tərəfi  
- maliyyə ehtiyatları ilə təmin etmək qabiliyyətidir, üçüncü bölmə yeni ideyaların 
təşəbbüskarıdır. Lakin onlardan birgə istifadə etmək bir sıra problemlər doğurur. 
Birincisi, ən çətin vəzifələrdən biri layihələrin maliyyələşdirilməsi mənbəyinin ax-
tarışıdır. Əksər hallarda sosial problemlər həcmi işlərin nəticələrinin real keyfi yyə-
tindən praktiki olaraq asılı olmayan yalnız büdcə dotasiyası vəsaitləri ilə həll olunur. 
Belə ki, dövlət təşkilatları üçün büdcə stroku həmişə ciddi şəkildə  məhdud olur. 
Bundan başqa, Rusiya tərəfi ndən indiyədək Qərb ölkələrində ciddi maliyyə mənbəyi 
olan xeyriyyəçilik fəaliyyətinin həvəsləndirilməsi sistemi yaradılmışdır. Xarici xey-
riyyəçi təşkilatların və fondların qrant vəsaitləri də sosial tərəfdaşlığın geniş inkişafı 
üçün kifayət deyildir (21, s.164). 
İkincisi, insan resurslarının, ehtiyatlarının  əskikliyi problemi, daha dəqiq desək, 
sosial tərəfdaşlıq prosesinin səmərəliliyini təmin etməyə qabil olan peşəkarların ça-
tışmazlığı problem də mühümdür. Bu və ya digər layihənin reallaşması  təşəbbüsü, 
hər şeydən əvvəl, üçüncü sektordan gəlir. Onun nümayəndələrində inzibati fəaliyyət, 
vəsaitlərin cəlb olunması təcrübəsinin olmaması tərəfdaşlığın güclü sosial səmərəsinə 
mane olur. Coşqunluq, peşəkarlıq bazasına əsaslanmalıdır. Əks halda o, tez sönə bilər.
Üçüncü problem – innovasiyalara uyğunlaşmamaq problemidir. İctimai təşkilat-
ların təşəbbüskarlığı ilə irəli sürülən və ya digər ölkələrin təcrübəsindən alınmış işin 
texnologiyası  və novatorluq metodikası  həmişə sosial sistemin mövcud çərçivəsinə 
tətbiq edilməyə də bilər (21, s. 165).
Vəziyyət həm də ona görə ağırlaşır ki, müxtəlif dövlət idarəetmə orqanlarının mə-
murlarında, xüsusilə, üçüncü sektordakı işlərdə dəyişikliklərə qərəzli münasibət təza-
hür edir. Bu sektorun nümayəndələri bəzən «iltimasçılar» və yaxud da “tabeolanlar” 
kimi deyil, hətta «rəqiblər» kimi qəbul olunurlar. Elə də olur ki, rəqabət və ya hətta 
qibtə, paxıllıq bir təşkilatın və ya sektorun daxilində elə qızışdırılır ki, bu da əmək-
daşlığın davam etdirilməsinin təcrid olunmasına gətirib çıxarır. Bəzən isə əks şərait də 
əmələ gələ bilər: bu zaman bir sıra ictimai xadimlər belə hesab edirlər ki, dövlət bir 
çox məsələləri müstəqil həll etməlidir. Belə yanaşma vətəndaş cəmiyyəti təsisatlarının 
inkişaf etməməsinin ümumi səbəblərilə izah olunur. 
Sonuncu barışdırıcı və yaxınlaşdırıcı qarşılıqlı faydalı başlanğıcı özündə ehtiva 
edən, təklifl ərin, dəyərlərin, ideyaların, proqramların və s. sosial effekt verən könüllü 
sosial mübadilənin əsasını təşkil edən qarşılıqlı əlaqədə olan subyektlərin maraqları-
nın balansıdır.
Nəticədə, qarşılıqlı fayda əsasında əməkdaşlıq insanları, sosial qrupları  və  təşki-
latları «birlikdə yaşamaq və effektiv ictimai münasibətləri (əlaqələri) idarə etməyə 
öyrədir. Əgər sosial mübadilənin münasibətləri (əlaqələri) nəzərə alınmırsa, o zaman 
subyektlərin qarşılıqlı təsirinin nəticələri qeyri-adekvat, effektsiz olacaq. İctimai mü-


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə