Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə11/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

Zeynəddin Şabanov
30
Razılaşma dedikdə, həmçinin tələbatlara, maraq məqsədlərə, eyni zamanda 
hüquqi normalarda təsbit olunmuş onların uğur üsulları haqqında ümumi təsəv-
vürlərə malik sosial subyektlərin vəhdətində olanların arasındakı qarşılıqlı əlaqə 
də başa düşülür.
Sosial razılığı - sosial birlik daxilində  fərdlər arasında və yaxud sosial sistemlə-
rin (birlik, təsisat, cəmiyyət) nisbi fəaliyyət üsullarına baxışların prinsipial vəhdəti 
və onun fəaliyyəti ilə əlaqədar hərəkətlərin vəhdəti ilə səciyyələnən müxtəlif birliklər 
arasında sosial münasibətlərin növü kimi müəyyən etmək olar (9, s.56).
Sosial razılıq sosial həyat hadisələrinin (məqsədlər, dəyərlər, normalar, sosial 
rolların bölgüsü, digər birliklərə  və müxtəlif sosial institutlara münasibətlər) sosial 
birliyinin həyati fəaliyyəti üçün baxışların vəhdətini əhatə edir və insanların ümumi 
maraqları və dəyər yönümləri əsasında formalaşır. Sosial qaydaların formalaşmasın-
da bilavasitə insanların həyat fəaliyyəti prosesindəki qarşılıqlı təsir prosesi həlledici 
əhəmiyyət kəsb edir.
Sosial razılıq stabilliyin mühüm amili kimi çıxış edir və buna görə də sosial sistem-
lərin səmərəli fəaliyyətini təmin edir. Lakin sosial razılığın hansı ideya-siyasi əsasda 
formalaşmasını izah etmək lazımdır. Konkret şəraitlərdə o, demokratik başlanğıc ba-
zasında meydana gələ bilər və fəaliyyəti sosial tərəfdaşlığın təşəkkülü ilə bağlı olan 
sosial-hüquqi dövlətin əsasına xidmət edə bilər. Eyni zamanda, nəticədə, totalitarizmin 
dayağı olan müxtəlif növ mürtəce ideyalar əsasında da formalaşa bilər.
Rus alimi A.B.Dmitriyev konfl iktdən, münaqişədən fərqli olaraq razılığı “hər cür 
qrupların, əksər insanların həyat fəaliyyətlərinin nisbətən ən mühüm problemlərinin, 
maraqlarının, dəyərlərinin və identiklərinin qismən və tam şəkildə üst-üstə düşməsi” 
kimi müəyyən edir. Razılıq onların həlli üzrə birgə fəaliyyəti təmin edir. Razılığın bu 
və ya digər dərəcəsi sosial ünsiyyətin hər cür formaları, hər cür institutlar və təşkilat-
lar üçün zəruridir. Buna görə də, sosial razılığa müxtəlif səviyyələrdə yalnız vəziyyət 
kimi deyil, həm də hərəkət, hər cür proseslərə xas olan statistik və dinamik maraqların 
məcmusu kimi də baxmaq lazımdır (10, s.164). Problem ondadır ki, bu hərəkət hansı 
istiqamətə doğru gedir. Cəmiyyətdə, təbiidir ki, həmişə münaqişə və razılaşma ünsür-
ləri iştirak edir. Bu ünsürlərin müəyyən zaman kəsiyində hansının üstünlüyündən asılı 
olaraq, o, ya nisbətən dinc, əmin-amanlıq, sülh yaradır, ya da toqquşmalara, hətta hərbi 
və inqilabi və münaqişələrə çevrilə bilər.
M.M.Oxotnikova sosial razılığı “vəhdətdə olan, oxşar, uyğun dəyərlərə, tələbatlara, 
məqsəd və maraqlara malik sosial subyektlər arasında qarşılıqlı təsir prosesi, əlaməti, 
vəziyyəti kimi müəyyən edir ki, bu zaman sosial sistem həmrəylik, möhkəmlik, inteq-
rasiya, birlik, nizamlılıq, stabilliyə malik olur və o, öz tamlığını, bütövlüyünü saxlaya 
bilir”(11, s. 274).
Razılaşma, barış ideyası özünün sonrakı inkişafında sosiumun bir çox digər sfera-
larını da əhatə etmiş və razılaşma – onun əksi olan münaqişə kimi hər yerdə mövcud 


Cəmiyyətin stabilliyində sosial tərəfdaşlığın əhəmiyyəti
31
olan ideyaya çevrilmişdir. Bununla yanaşı aşkar edilmişdir ki, razılıq ideyası münaqişə 
ideyası kimi öz funksional rollarına görə də birmənalı deyildir. Razılaşma, yekdillik 
ideyası ziddiyyətlərin sivilizasiyalı həllinə yönəlmiş və sosial-təhlükəli münaqişələrin 
etibarlı sınanmış vasitəsinə çevrilmişdir. Lakin buna həmişə nail olmaq mümkün ol-
mamışdır. Razılıq və qarşıdurma bir-birilə vəhdət və inkarın daxil olduğu sıx qarşılıqlı 
təsir şəraitində olur, onlar obyektlərin və sistemlərin tarazlığına kömək edərək canlı 
ümumdünya tarixi prosesi səciyyələndirirlər. Onların tarazlığı gah az-çox dərəcədə 
tam bərqərar olur, bəzən yeni formalar kəsb edir. Lakin ya razılıq və ya qeyri-razılığın, 
qarşıdurmanın şəriksiz hökmranlığı proseslərində və şəraitində yalnız bəzi mərhələlər 
yarnır ki, öz əksini əvəz edə bilsin.
Razılaşma -obyektiv mövcud olan ehtimaldır ki, əvvəlcədən sözləşmə, razılaşma 
olmadan iştirakçılar qarşılıqlı təsirin bu və digər formalarında konsensus əldə edirlər. 
Razılaşmaya  əsaslanan bu cür davranışın anlaşılması zamanı o, “müqaviləyə” söy-
kənən davranışdan fərqlənir. Razılaşmaya qarşılıqlı təsir iştirakçılarının ən müxtəlif 
daxili vəziyyətləri, məqsədləri, motivləri səbəb ola bilər. Bu zaman fərdlərin psixoloji 
həyəcanları deyil, onların dərk olunmuş razılıq və fəaliyyətə yönümləri xüsusi əhə-
miyyət kəsb edir (11, s.154).
Belə hesab olunur ki, ümumi qaydada məsələlərə dair (nüfuzun, gəlirin bölüşdürül-
məsi) razılaşma vəziyyəti xüsusi məsələlər üzrə bir-birilə ixtilafda olan sosial bölmələr 
sistemləri arasında əldə oluna bilər. Bu zaman bütün məsələlər, hətta əsaslı məsələlər 
üçün ümumi konsensus məcburi olmur. Bu konsensus xüsusi qaydada ixtilafl arın da-
ğıdıcı vəziyyətə çevrilməsinədək qorunub saxlanır. Bu, sistemin ümumi vəzifələrinin 
həllində insanların əməkdaşlığının bərqərar olmasına səbəb olan makrososial qaydala-
rın zəruri ünsürüdür (12, s. 287).
Mərkəzi və əyalətləri, müxtəlif sosial qrupları, etnik qrupları birləşdirən kommu-
nikativ proseslərin məhdudluğu üzündən cəmiyyətdə tam razılaşmanın əldə olunması 
qeyri-mümkündür. Eyni zamanda, adətən bütün cəmiyyət bir sıra əks mühüm para-
metrlərə dair razılaşmanın olmadığını göstərən, vətəndaş müharibələri və inqilabların 
olmaması ilə səciyyələnən uzunmüddətli dövrlər ərzində kifayət qədər möhkəmliyə və 
sabitliyə malik olur (17, s.78).
Tədqiqatçı T.Mayerin qeyd etdiyi kimi, fərdin, dövlətin və  cəmiyyətin və  fərdi 
azadlığın sosial əsaslarının qarşılıqlı münasibətləri haqqında sosialist və liberal təsəv-
vürlərin sintezinin müəyyən minimum formaları Qərb demokratiyasının özünəməxsus 
baza konsensusunun (razılaşmasının) sintez formalarıdır. “Bu konsensusun yaratdığı 
çərçivədə bu gün liberal-neokonservativ, sosialist cərəyanları və partiyaları ictimai tə-
sir etmək və öz təsəvvür və maraqlarını reallaşdırmaq üçün siyasi hakimiyyətə malik 
olmaq uğrunda mübarizə aparırlar. Razılaşmanın siyasətinə, texnologiyasına və prak-
tikasına dair tədqiqatlarda razılaşmanın münaqişəli aspekti, onun sosial münaqişə ilə 
bağlılığı üstünlük təşkil edir” (6, s.43).


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə