Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə7/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   2   3   4   5   6   7   8   9   10   ...   44

İlham Məmmədzadə
20
These observations permit us to formulate the basic priorities of our modern 
philosophy: fi rst, these are multidisciplinary researches which will attach prove-
ness to philosophy not only, history of philosophy, but also to social sciences, on 
the whole. In addition, they will allow to consolidate making them conclusive 
and substantiated in philosophy itself, secondly, it is necessary to lay a special 
emphasis on development of national philosophy of history and comprehension 
of its links with history of philosophy; thirdly, an effort should be directed at rese-
arches in the sphere of ideology of Azerbaijanism, its multicultural foundations, 
moral and civic education, philosophy of enlightenment, etc.
Keywords: American philosophy, European philosophy, Russian philosophy, 
interdisciplinary studies, interdisciplinary approach, ideology of Azerbaijanism, 
moral, ethics.


21
Elm və İnnovativ Texnologiyalar jurnalı
Cəmı̇yyətı̇n stabı̇llı̇yı̇ndə
sosı̇al tərəfdaşlığın əhəmı̇yyətı̇
Zeynəddin Şabanov
Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə İnstitutu
Sosial tərəfdaşlıq ideologiyası özündə sosiumun, yəni dövlət institutları, korpora-
siyalar, qeyri-kommersiya təşkilatları, sosial qruplar və s. bir çox subyektlərinin qar-
şılıqlı təsir formasını əks etdirir. Bu forma onlara öz maraqlarını azad ifadə etməyə 
və onlara sivil reallaşdırma üsullarını müəyyən etməyə imkan verir. Sosial tərəfdaşlıq 
ideologiyası mütərəqqi sivil münasibətlərin, müxtəlif sosial qrupların və təbəqələrin 
maraqlarını, onların uzlaşdırılmasının maksimal nəzərə alınmasını və mümkün qədər 
daha tam reallaşmasını tələb edir. Əks halda onlar sabit sosial-iqtisadi inkişafın, siyasi 
stabilliyin formalaşmasına, cəmiyyətdə razılığın bərqərar olunmasına səmərəli yar-
dım göstərə bilməz. Məlum olduğu kimi, sosial tərəfdaşlıq ideologiyası münasibət və 
əlaqələrin, rəsmi və qeyri-rəsmi qayda və üsulların kifayət qədər mürəkkəb strukturlu 
elementləri olan sistemini ifadə edir. Qeyd etmək lazımdır ki, bu gün artıq cəmiyyətdə 
sosial qaydanın qorunub saxlanılmasına yönəldilmiş mühüm tənzimləyici funksiyaları 
yerinə yetirən təsisatlar fəaliyyət göstərir.
Sosial tərəfdaşlıq öz mahiyyəti etibarı ilə cəmiyyətdə konsensus, vətəndaş sülhünün 
formalaşmasına, müxtəlif qruplar və təbəqələr arasında qarşılıqlı münasibətlərdə gər-
ginliyin azalmasına, bütün səviyyələrdə hakimiyyət orqanları və yerli özünüidarəetmə 
orqanlarının birliyinə doğru yönəlmişdir (1, s.219).
Sosial tərəfdaşlıq ideologiyası demokratiyanın inkişafına və dərinləşməsinə, müxtə-
lif qrup, təbəqə və sinifl ərin çoxtərəfl i maraqlarının uzlaşmasının sivilizasiyalı forma-
sının təsdiqinə, açıq demokratik vətəndaş cəmiyyətinin formalaşmasına səbəb olur.
Sosial tərəfdaşlığın ideologiyasının  əsası  həm milli, həm də beynəlxalq hüquqi 
sənədlərdə təsbit olunmuş aşağıdakı mühüm prinsiplərdən təşkil edilmişdir:
•  hüquq bərabərliyi və sosial tərəfdaşların bir-birindən qeyri-asılılığı;
•  funksiyaların muxtariyyətliliyi;
•  tərəfl ərin hörmət və maraqlarının nəzərə alınması;


Zeynəddin Şabanov
22
•  tərəfl ərin fəaliyyətində amiranəliyin, siyasi ambisiyalar və ideoloji göstərişin 
qeyri-mövcudluğu;
•  tərəfl ərin qanunvericilik təşəbbüsü hüququna malik olması;
•  tərəfl ərin əmək mübahisələrini arbitraj orqanları vasitəsilə həll etmək hüququna 
malik olması;
•  tərəfl ərin müqavilə üzrə olan münasibətlərdə iştirak etməkdə maraqlı tərəf kimi 
çıxış etməsi;
•  dövlətin sosial tərəfdaşlığın demokratik əsaslarla möhkəmləndirilməsi və inki-
şaf etdirilməsində yaxından iştirak etməsi;
•  tərəfl ər və onların nümayəndələri tərəfi ndən qanunlara və normativ-hüquqi akt-
lara riayət olunması;
•  tərəfl ərin nümayəndələrinin səlahiyyətə malik olması;
•  əmək sahəsinə daxil olan məsələlərin müzakirə edilməsi zamanı azad seçimdən 
istifadə olunması;
•  tərəfl ərin öhdəlikləri könüllü şəkildə öz üzərinə götürməsi;
•  tərəfl ərin üzərinə götürdükləri öhdəliklərin real olması;
•  kollektiv müqavilə və sazişlərin yerinə yetirilməsinin mütləq olması;
•  qəbul olunmuş kollektiv müqavilə və sazişlərin yerinə yetirilməsinə nəzarətin 
olması;
•  tərəfl ər və onların nümayəndələrinin kollektiv müqavilələr və sazişlərin yerinə 
yetirilməməsinə görə məsuliyyət daşıması(1, s.218) .
Hər bir səviyyədə əməkdaşlığın həyata keçirilməsinin öz formaları vardır: saziş la-
yihəsi və kollektiv müqavilələrin, eləcə də onların yekun nəticələrinin hazırlanmasına 
dair kollektiv razılaşmalar; sosial-əmək münasibətlərinin tənzimlənməsi məsələlərinə 
dair qarşılıqlı məsləhətləşmələr; işçilər və onların nümayəndələrinin təşkilatın idarə 
olunması sistemində  iştirakı; işçilərin nümayəndələri və sahibkarların  əmək müba-
hisələrinin məhkəməyə qədər həllində iştirak etməsi.
Danışıqların aparılması, müqavilə və sazişlərin hazırlanması və yekunlaşdırılması-
nın təmin edilməsi məqsədilə sosial tərəfdaşlıq sistemində müvafi q orqanlar fəaliyyət 
göstərirlər: sosial-əmək münasibətlərinin tərəfdaşlığın respublika və ərazi səviyyəsinə 
uyğun olaraq tənzimlənməsini həyata keçirən üçtərəfl i komissiyalar, eləcə də sahələr 
və təşkilatlar üzrə olan səviyyəni əhatə edən ikitərəfl i komissiyalar. Saziş bütün səviy-
yələrin büdcədən tam və ya qismən maliyyələşdirilməsini əhatə etdikdə, bu növ saziş-
lər dövlətin icra hakimiyyətinin müvafi q orqanlarının və eləcə də tərəfdaşlığın tərəfi  


Cəmiyyətin stabilliyində sosial tərəfdaşlığın əhəmiyyəti
23
kimi çıxış edən yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin mütləq iştirakı 
ilə imzalanır (1, s.219).
Bu və ya digər tərəfdaş öz marağını nümayəndələri vasitəsilə ifadə edir. İşçilərin 
nümayəndəsi isə, bir qayda olaraq, həmkarlar ittifaqıdır, lakin zərurət yarandıqda digər 
səlahiyyətli orqanlar da işçilərin nümayəndələri kimi çıxış edə bilərlər (məsələn, müəs-
sisədə həmkarlar ittifaqı təşkilatının olmaması şəraitində). Sahibkarların nümayəndəsi 
təşkilatın rəhbəri və ya sahibkarların həmkarlar ittifaqı, dövlət hakimiyyəti orqanları 
və yerli özünüidarəetmə orqanları ilə dialoq aparan, sahibkarlar birliyinin marağını 
əks etdirən könüllü qeyri-kommersiya təşkilatından səlahiyyətli  şəxs olur. Dövlətin 
nümayəndəsi isə özünün sosial tərəfdaşları ilə lazımi və müqavilə imzalamaq səlahiy-
yətinə malik olan qanunverici və icraedici hakimiyyət orqanlarıdır.
Cəmiyyətdə vətəndaş sülhünə nail olmaq üçün irəli sürülən sosial tərəfdaşlıq ide-
ologiyası həmçinin özündə aşağıdakıları - tərəfdaşlığın məqsədinin həyata keçirilmə 
mexanizmini, danışıq prosesinin qayda və üsullarını, saziş və müqavilənin yerinə yeti-
rilməsinə nəzarət, sosial tərəfdaşlığın tərəfl ərinin məsuliyyəti - əks etdirir.
Sosial tərəfdaşlığı dəyişən reallıqlara cavab verən sosial idarəetmənin yeni forması 
kimi də nəzərdən keçirmək mümkündür. Məsələn, əvvəllər (Qərb ölkələrində erkən 
kapitalizm dövründə və ya Sovet İttifaqında «inkişaf etmiş sosializm» mərhələsi döv-
ründə) işçi idarəetmənin təsir obyekti kimi tanınırdı və onu müvafi q şərtlərin yerinə 
yetirilməsinə  məcbur etmək mümkün hesab edilir, sahibkar, ağa və mülkiyyətçi isə 
subyekt kimi çıxış edirdi. Sosial tərəfdaşlıq sistemində isə işçi əmək və onunla əlaqə-
dar olan digər sosial münasibətlərin tam hüquqlu subyekti kimi çıxış edir. Bu zaman 
idarəçilik sistemində dəyişiklik aydın şəkildə özünü büruzə verir. Eyni zamanda həm 
obyekt, həm də subyekt olduğu kimi təzahür etməyə başlayır. Qeyd edilən amil həm 
işçilərə, həm də dövlət və biznesə şamil olunur. Bu zaman dövlət nəinki öz şərtlərini 
irəli sürür, həmçinin onun özünə müvafi q tələblər tətbiq edilir. Biznes sahəsində də bu 
vəziyyətlə rastlaşmaq mümkündür.
Sosial tərəfdaşlığa, eyni zamanda, cəmiyyətin özünütəşkilinin yeni elementi kimi 
də baxmaq olar. Real sosial təcrübədə baş vermiş öz-özünə əmələ gələn proseslərin 
nizama salınmasını güc ilə deyil, məlumat-ünsiyyət vasitəsilə sosial tərəfdaşlıq təsi-
satları təmin edir.
Sosial tərəfdaşlıq iqtisadi və ya sosial-əmək münasibətləri sahəsi ilə  məhdudlaş-
mır. Onun reallaşması müxtəlif sosial qrupların, təbəqələrin, dövlət hakimiyyəti və 
yerli özünüidarəetmə orqanlarının maraqlarını ifadə edən ictimai birliklərin fəaliyyəti 
prosesində iştirakla müqavilə, razılaşma və siyasi qərarlarla qəbul olunması və yerinə 
yetirilməsilə  əlaqədardır. Onların işlənib hazırlanması  və  qəbul olunmasında böyük 
insan qrupları, əmək kollektivləri, yaşayış məntəqələrinin, ərazilərin nümayəndələri 
iştirak edirlər. Hakimiyyət strukturları hər şeydən əvvəl danışıqların və ya razılaşdırıcı 
proseslərin təşkilatçıları kimi çıxış edirlər.


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə