İnsan və VƏTƏndaş HÜququ



Yüklə 180,9 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü180,9 Kb.
#66971

background image
İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQU 

  Hüquqi  dövlətin  başlanğıc  nöqtəsi  və  son  məqsədi  insan  və  vətəndaş  hüquq  və 

azadlıqlarının təminatıdır. 

  Məhz  hüquqi  dövlətdə  azadlığın,  ədalətin  və  ümumi  sülhün  əsasını  təşkil  edən 

insan  ləyaqəti  etiraf  olunur  və  kütləvi  hakimiyyət  tərəfindən  qorunur.  İnsan 

hüquqları fərdin özünə məxsusluğu, bütövlüyü və azadlığı ilə bağlıdır. 

  İnsan  hüquqları  hər  bir  insanın  mövcudluğunun  və  birgə  yaşayışının  bünövrəsi 

olmaqla,  müasir  dünyada  sülhün  və  tərəqqinin  ifadəsidir.  İnsan  hüquqları 

həqiqətən heç bir mədəniyyətə yad deyil və bütün millətlərə xasdır. 

  İnsan  hüquq  və  azadlıqlarının  pozulması  nəinki  şəxsiyyətə  qarşı  yönəlmiş  bir 

haldır,  həm  də  sosial  və  siyasi  problem  olmaqla  dövlətlə  cəmiyyət  arasında 

tarazlığın pozulmasına, cəmiyyətin özündə zorakılıq və konfliktlərə səbəb olur. 

  İnsan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında  4  noyabr  1950-ci 

ildə  Roma  şəhərində  qəbul  edilmiş  Avropa  Konvensiyasının  2-ci  maddəsində 

göstərilir  ki,  hər  bir  insanın  həyat  hüququ  qanunla  mühafizə  olunur.                  

Cəzalandırılması  qanunla  nəzərdə  tutulmuş  cinayətin  törədilməsinə  görə 

məhkəmə tərəfindən çıxarılan ölüm hökmünün icrasından başqa, heç kəs qəsdən 

həyatdan məhrum edilə bilməz. 

  Aşağıdakı  mütləq  zərurətlə  əlaqədar  güc  tətbiq  edilməsi  nəticəsində  həyatdan 

məhrum etməyə bu maddənin pozulması kimi baxılmır. 

a) hər hansı şəxsin qanunsuz zorakılıqdan müdafiəsi üçün 

b)  qanuni  həbsin  (həyata  keçirilməsi)  və  bu  qanuni  əsaslarla  tutulub  saxlanılmış 

şəxsin qaçışının qarşısının alınması üçün 

v) iğtişaşın və ya qiyamın qanuna uyğun surətdə yatırılması üçün. 

  Konvensiyanın 9-cu maddəsində xüsusi maraq doğurur. Belə ki, burada deyilir ki, 

hər  bir  insan  fikir,  vicdan  və  din  azadlığına  malikdir:  bu  hüquqa  öz  dini  və  ya 

əqidəsini dəyişmək,  öz dininə azad surətdə etiqad etmək və  ya təkbaşına, yaxud 

başqaları ilə birgə etiqad etmək, ibadəti, təlimləri dini və mərasim adətlərini açıq 

və ya şəxsi qaydada yerinə yetirmək azadlığı daxildir. 

  İnsan hüquqları ideyası öz kökü etibarı ilə qədimlərə getsə də və orta əsrlərdən 

pöhrələnsə  də,  yalnız  maarifçilik  dövründə  monarxların  istibdadına  qarşı 

mükəmməl fəlsəfi nəzəriyyə kimi təşəkkül tapmışdır. İkinci Dünya müharibəsindən 

sonra  isə  siyasi  konsepsiya,  hüquqi  nizamasalma  və  müasir  bilik  sahəsi  kimi 

formalaşıb  inkişaf  etmişdir.  1948-ci  il  dekabrın  10-da,  “Ümumdünya  insan 

hüquqları  bəyannaməsi”  qəbul  ediləndən  sonar  insanın  mülki,  siyasi,  iqtisadi, 

sosial və mədəni hüquqlarının ümumi dairəsi genişlənməyə başlamış, 1975-ci ildə 



 

Yüklə 180,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə