Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

Zeynəddin Şabanov
24
Qeyd olunanlarla əlaqədar olaraq, demək lazımdır ki, birincisi, sosial tərəfdaşlıq 
ideologiyasının ictimai həyat fəaliyyətinin yalnız sosial-iqtisadi deyil, həm də siyasi, 
mənəvi sahələri kontekstində də xüsusi sosial təcrübəsinin təhlili tələb olunur. Bu as-
pektdə həmin problemin həlli Azərbaycanın modernləşməsinin strateji istiqamətinin 
tərkib hissəsi kimi çıxış edir.
İkincisi, bir çox sosial problemlərin həlli bəzi hallarda müqavilə əsasında həyata 
keçirilir. Gələcəkdə bu cür təcrübə  nəzərdən keçirilən məsələlər dairəsini genişlən-
dirməklə, bu prosesin iştirakçılarının qarşılıqlı əlaqələrini mürəkkəbləşdirib dərinləş-
dirərək, sosial tərəfdaşlığın bütün səviyyələrdə iştirakçılarının qarşılıqlı məsuliyyətləri 
və qarşılıqlı təsiri məsələsini aktuallaşdıraraq inkişaf edəcəkdir.
Üçüncüsü, müasir Azərbaycan şəraitində dövlət və cəmiyyətin yeni qarşılıqlı təsir 
modelinin yaranması zərurəti meydana gəlir. Sosial tərəfdaşlıq nəzəriyyəsi bu modeli, 
həmçinin ölkədə baş verə biləcək böhranlı hadisələrin neqativ nəticələrinin qarşısını 
almaq üçün tədbirlər sistemini işləyib hazırlamağa imkan verir.
Bu  şərait sayəsində sosial tərəfdaşlıq problemi sosial idarəetmənin nəzəriyyə  və 
təcrübəsinin prioritet, əsas istiqaməti sırasına daxil edilir.
Sosial qarşılıqlı təsir və sosial iştirak
Sosial tərəfdaşlıq ideologiyasının təhlilinə başlayan zaman “sosial qarşılıqlı tə-
sir” anlayışından istifadə edirik. Əvvəla, qeyd edək ki, sosial qarşılıqlı təsir – fər-
din, fərdlər qrupunun davranışıdır. “Sosial qarşılıqlı təsir” anlayışı insanlar və sosial 
qruplar arasında müxtəlif fəaliyyət növlərinin daimi daşıyıcısı kimi, daha doğrusu 
öz sosial mövqelərinə və funksiyalarına görə fərqlənən münasibətlərin xarakter və 
məzmununu ifadə edir. Sosial qarşılıq obyektiv və subyektiv tərəfl ərə malikdir. Qar-
şılıqlı təsirin obyektiv tərəfi  – ayrı-ayrı şəxsiyyətlərdən asılı olmayan, lakin onların 
qarşılıqlı  təsirinin məzmun və xarakterini birləşdirən və  nəzarət edən  əlaqələrdir. 
Subyektiv tərəfi  – uyğun davranışların qarşılıqlı gözlənilməsinə  əsaslanan fərdlə-
rin bir-birinə şüurlu münasibətidir. Bu, özündə konkret məkan və zaman şəraitində 
təşəkkül tapan fərdlər arasında bilavasitə əlaqələri əks etdirən şəxsiyyətlərarası mü-
nasibətlərdir.
Sosial tərəfdaşlıq ideologiyasının tədqiqi üçün dövlət və  vətəndaş  cəmiyyətinin 
qarşılıqlı  təsirinin təhlili xüsusi əhəmiyyət kəsb edir. Bu qarşılıqlı  təsirin səviyyəsi 
– sosiumun inkişaf dərəcəsinin mühüm meyarlarından biridir. Belə qarşılıqlı təsir nə 
qədər çox olarsa, bir o qədər öz vətəndaşlarının rifahını yüksəldə bilər (1, s.84).
Demokratik cəmiyyətdə sosiumun əsas strukturları (iqtisadi, siyasi və  vətəndaş) 
arasında qarşılıqlı təsir çoxaspektli və çoxölçülü xarakter daşıyır ki, o da müxtəlif tipli 
sosial qarşılıqlı münasibətlər, o cümlədən ictimai tərəfdaşlıq münasibətləri formalaş-
dırır.


Cəmiyyətin stabilliyində sosial tərəfdaşlığın əhəmiyyəti
25
Sosial qarşılıqlı təsir dedikdə fərdlər, sosial qruplar, sosial təsisatlar və s. ara-
sında fəaliyyət mübadiləsi prosesi başa düşülür. Dövlətdə bu qanunverici, icrae-
dici, məhkəmə hakimiyyəti və s. institutlarıdır. Vətəndaş cəmiyyətində bu - daim 
fəaliyyət göstərən, uzunmüddətli əsasa malik, eləcə də məhdud zaman miqyasında 
təsadüfdən – təsadüfə fəaliyyət göstərən assosiasiyalardır (3, s.46). Təbii ki, müxtə-
lif səviyyəli dövlət təsisatları arasında fəaliyyət mübadiləsi, eləcə də dövlət insti-
tutları ilə  vətəndaş  cəmiyyətləri institutlarının qarşılıqlı  təsiri baş verir. Bununla 
belə, vətəndaş  cəmiyyətinin institutları bir-birilə sosial qarşılıqlı  təsirdə olmadan 
qeyri-mümkündür.
Cəmiyyətdə sosial təsirlər müxtəlif stabilləşdirici, birləşdirici və dağıdıcı (destruk-
tuv) funksiyaları yerinə yetirir. İnkişaf etmiş demokratik ölkələrinin ictimai təcrübəsi-
nin təhlili göstərir ki, ictimai orqanizmin uğurlu fəaliyyəti müstəsna olaraq dinamik və 
stabilləşdirici başlanğıcların üzvi qarşılıqlı nüfuz etməsi zamanı mümkündür(3, s.48).
Sosial qarşılıqlı təsirin məhz stabilləşdirici funksiyası bütövlükdə demokratik cə-
miyyətin və onun ayrı-ayrı sferalarının ahəngdar inkişafını təmin edən mexanizmdir. 
Müasir mərhələdə belə funksiyanı sosial tərəfdaşlıq sosial qarşılıqlı  təsirin təzahür 
formalarından biri kimi uğurla yerinə yetirə bilərdi.
Öz daxili qarşılıqlı  əlaqələri sayəsində göstərilən anlayış biri o biri olmadan 
nəzərdən keçirilə bilməz. Bununla yanaşı, sosial qarşılıqlı təsir demokratik dövlə-
tin inkişafının hansısa tarixi mərhələsində sosial tərəfdaşlığı doğurur, sonuncu isə 
öz mexanizmini formalaşdırır. Fərdin  şüuru vasitəsilə sosial norma və  dəyərlərin 
zehniyyətdə  əks olunması, onun bu norma və  dəyərlərin dərk olunması  əsasında 
real fəaliyyəti fərdin digər fərdlərlə və bütövlükdə sosial ətrafl a sosial qarşılıq təsiri 
üsulunu müəyyən edir.
Sosial qarşılıqlı təsirə bu aspektlər - informasiyanın ötürülməsi, onun əldə edilmə-
si, ona reaksiya göstərilməsi, hazırlanmış informasiyanın verilməsi, qarşılıqlı təsirin 
digər iştirakçısının onu əldə etməsi və ona reaksiya göstərilməsi daxildir (3, s.146).
Sosial tərəfdaşlıq artıq sosial qarşılıqlı  təsirdir, o, sonuncunun stabilləşdirici və 
ahəngləşdirici funksiyalarını  təcəssüm etdirən mövcudluq formalarından biridir. Bu 
mənada sosial tərəfdaşlıq cəmiyyətdəki destruktiv, dağıdıcı proseslərə qarşı durur. So-
sial qarşılıqlı təsirin formalarından biri olaraq sosial tərəfdaşlıq ictimai əlaqələr məc-
musunda genişmiqyaslı xarakter daşıyır və buna görə də ictimai həyatın müxtəlif sfe-
ralarında qarşılıqlı təsirin prioritet forması ola bilər (4, s.184).
Sosial tərəfdaşlıq ideologiyası – sosial problemlərin həlli üçün resursların, ehti-
yatların yalnız yenidən bölüşdürülməsi deyildir. Ümumi məsuliyyətin obyekti yalnız 
öz-özlüyündə sosial problemlər deyildir, həmçinin onların həlli üsullarıdır. Bu, xalqın 
təşəbbüskarlığını əks etdirən vətəndaş fəaliyyətidir, vətəndaş cəmiyyəti çərçivəsində 
yerinə yetirilən hərəkətdir (19, s.21). 


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə