İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

23 

 

Bu lakların tərkibi oksidləşdirilmiş butabein kauçukundan ibarətdir. Rezin lakla-



rı  yüksək  yapışqanlığa  və  elastikliyə  malik  olan  əlaqəyəgirmə  qabiliyyətinə  malik-

dirlər. 


Rezin  ayaqqabılarının  istehsalın  bəzəndirici  və  köməkçi  materiallarından  geniş 

istifadə edilir. Bunlara metal furniturlar, basma düymələr, qayış, qaytan və s. daxildir. 

Onlar istismarda etibarlılığına, paslanmaya qarşı davamlılığına görə fərqlənirlər. 

Köməkçi və bəzəndirici materiallar modaya uyğun olaraq dəyişməli və ayaqqabıların 

zahiri görünüşü zənginləşdirilməlidir. 

Rezin  ayaqqabıların  parça  hissələrinin  və  astar  materiallarının  tikilməsində  3-6 

qat 30№-li, 6-9 qat isə 60№-li pambıq saplardan istifadə edilir. 

Rezin ayaqqabılarının istehsalının əsas texnoloji əməliyyatları aşağıdakılardır: 

1.  Kauçuk və əlavə qarışıqların qabaqcadan emalı. 

2.  Rezin qarışığının hazırlanması. 

3.  Maye və qatı rezin yapışqanının və həmçinin rezin lakının hazırlanması. 

4.  Rezin qarışığın kalandardan keçirilməsi. 

5.  Parçaların səthində rezin qarışığının örtülməsi və sürtülməsi. 

6.  Rezin ayaqqabı hissələrinin hazırlanması (biçilməsi, doğranması və s.). 

7.  Konveyer  və  ya  istehsalat  stolları  üzərində  rezin  ayaqqabıların  yığılması 

(yapışdırılması). 

8.  Hissələrin presformanın oxu üzərində yığılması. 

9.  Qaloşların ştamplanması. 

10.  Ayaqqabıların presformalarda xüsusi preslər vasitəsilə formaya salınması və 

vulkanizasiyası. 

11.  Ayaqqabının laklanması. 

12.  Yapışdırılma  üsulu  ilə  istehsal  olunan  ayaqqabıların  və  ştamplanmış 

qaloşların vulkanizasiyası. 

13.  Hazır məhsulun bəzəndirilməsi, sortlaşdırılması və qablaşdırılması. 

 

 



24 

 

1.4.  Məişət təyinatlı rezin ayaqqabıların istehsal üsullarının keyfiyyətinə təsiri 



 

Rezin  ayaqqabıları  müxtəlif  üsullarla  istehsal  olunur.  Bunlara  yapışdırma, 

ştamplama, formayasalma, təzyiq altında tökmə və kimyəvi üsulları göstərmək olar. 

Yapışdırma  üsulları.  Yapışdırma  üsulu  çox  zəhmət  tələb  edən  üsul  sayılır. 

Lakin  yapışdırılmış  rezin  ayaqqabılar  bir  çox  xassələrə  malik  olduğundan  geniş 

yayılmışdır.  Əhalinin  bu  növ  ayaqqabılara  olan  tələbi  getdikcə  artır.  Yapışdırılma 

üsulu ilə məişət təyinatlı ayaqqabılar (qaloş, çəkmə və s.) istehsal olunur. 

Yapışqan  üsulu  ilə  hazırlanmış  ayaqqabılar  müxtəlif  hissələrdən  ibarətdir. 

Onların  üzü  üçün  işlədilən  hissələr  nazikliyi  ilə  fərqlənir.  Rezin  ayaqqabıların 

müxtəlif  təsirlərə  qarşı  davamlılığını  və  möhkəmliyini  artırmaq  üçün  rezin  üzlüklü 

astar  arasında  müxtəlif  aralıq  materiallar  qoyulur.  Bu  üsulla  istehsal  olunan  rezin 

ayaqqabılar  üçün işlədilən hissələrin  miqdarı, ayaqqabının  növündən və təyinatından 

bilavasitə  asılıdır.  Məsələn,  qaloşların  hazırlanması  üçün  12-17  hissədən,  botik  və 

çəkmələrin  istehsalında  isə  16-21  hissədən  istifadə  edilir.  Yapışdırma  üsulu  ilə 

istehsal olunan rezin qaloşların hissələri aşağıda göstərilir. 

Qaloşun  xarici  hissələri  tərkibinə  görə  fərqlənən  xam  rezin  qarışığından 

istehsal  edilir.  Altlıq  rezinin  tərkibinə  çoxlu  miqdarda  doldurucu  və  az  miqdarda 

yumşaldıcılar  qatılır  ki,  bu  da  hazır  materiallara  yüksək  bərklik,  möhkəmlik  və 

sürtünməyə  qarşı  davamlılıq  xassəsi  verir.  Ayaqqabının  qabaq  rezini  əksinə  yüksək 

elastikliyə,  yumşaqlığa  və  uzanma  qabiliyyətinə  malik  olmalıdır.  Bu  xassələr 

materialın tərkibində doldurucunun  miqdarını azaltmaq, yumşaldıcılardan isə yüksək 

miqdarda istifadə etmək nəticəsində əldə edilir. 

Rezin ayaqqabıların üzü və altlığı üçün qara və rəngli rezinlərdən istifadə edilir. 

Qara rezinlər SKN-3, SKS-30, ARKP markalı sintetik kauçuklardan alınır. Rəngli re-

zinlər  üçün  isə bu  markalı sintetik kauçuklarla  yanaşı, təbii  kauçuklardan da  istifadə 

edilir. 


Hazırlanmış  rezin  qarışığı  kalandarlardan  keçirilərək  lazımi  qalınlıqda  təbəqə 

şəklinə  salınır.  Bunların  qalınlığı  ayaqqabının  növündən,  onun  təyinatından  və  yaş-




25 

 

cins  xüsusiyyətindən  asılıdır.  Bu  qalınlıq  qadın  ayaqqabıları  üçün  1,2-1,3  mm,  uşaq 



ayaqqabıları  üçün  isə  0,82-0,92  mm  olmalıdır.  Təbəqələmə  zamanı  üst  kalandrın 

səthindən asılı olaraq material saya və naxışlı səthə malik olur. 

Dabanların hazırlanması üçün SKS-30, ARKİN (rəngli rezinlər üçün) və SKS-

30,  ARKP  (qara  rezinlər  üçün)  markalı  sintetik  kauçuklar  arasında  xüsusi  rezin 

qarışığından istifadə edilir. 

Rezin  ayaqqabıların  daxili  hissələrinə  aşağıdakılar  aiddir:  qabaq  üçün  astar  və 

boğaz,  qaloş  üçün  xüsusi  qara  dabandalı  rəngli  içlik.  Astar  üçün  xam  və  boyanmış 

yarımyun trikotaj polotnosundan və pambıq parçadan olan qaloş baykasından istifadə 

edilir. Dabandalı və içlik müxtəlif pambıq parçalardan biçilir. Bəzəndirilməsinə görə 

bu  materiallar  ağardılmış  və  xam  ola  bilər.  Bilavasitə  corab  üzərindən  geyilən 

qaloşların dabandalı cındır qarışığından da istehsal edilə bilər. Bu  növ qaloşlar  üçün 

istiləşdirilmiş qayma içliklər yun baykadan hazırlanır. 

Aralıq  hissələrə  yarımyun  içlik,  qara  içlik,  daban,  qalın  və  nazik  daban  dalı, 

burun,  burun  və  daban  dalını  gücləndirən  və  şpor  daxildir.  Bu  hissələr  rezindən, 

cındır qarışığından və rezinləşdirilmiş parçadan istehsal olunur. 

Yapışdırma üsulu ilə rezin ayaqqabıların istehsalı aşağıdakı əsas mərhələlərdən 

ibarətdir:  hazırlıq  işləri,  hissələrin  yığılması,  laklama,  vulkanizasiya, sortlaşdırma  və 

qablaşdırma. 

Hazırlıq  işləri.  Aşağıdakı  əməliyyatları  özündə  cəmləşdirir:  rezin  qarışığın 

alınması  və  onların  kalandrlarda  təbəqə  halına  salınması,  hissələrin  biçilməsi  və 

doğranması  yapışqan  qabiliyyətini  artırmaq  üçün  aralıq  və  astar  hissələrinin  üzərinə 

rezin  yağının  çəkilməsi,  astar  hissələrinin  tikilməsi  və  ya  yapışdırılması,  üzü 

parçadan olan ayaqqabıların zaqatovkasının tikilməsi. 

Hissələrin  yığılması  konveyerdə  aparılan  ayrı-ayrı  əməliyyatlardan  ibarətdir. 

İstehsal  müəssisələri  tərəfindən  xətti  və  mexanikləşdirilmiş  konveyerlərdən  istifadə 

edilir. Xətti konveyerlərdə metal qəliblər fəhlələr tərəfindən əl ilə bir-birinə ötürülür. 

Mexanikləşdirilmiş konveyerlərdə isə qəliblər hərəkət edən konveyer lentinin üzərinə 

bərkidilmiş  olur.  Mexanikləşdirilmiş  konveyerlər  qəliblərin  davamlığını  təmin  edir. 




Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə