İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
  1   2   3   4   5   6   7   8   9   ...   15


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

 

FAKÜLTƏ:     “Əmtəəşünaslıq” 

İXTİSAS: 

“İstehlak mallarının ekspertizası və marketinqi” 

 

 



BURAXILIŞ  İŞİ 

 

 



MÖVZU:    

“İstehlak bazarına daxil olan məişət təyinatlı rezin 

ayaqqabıların ekspertizası” 

 

İŞİN RƏHBƏRİ: 

b/m. Cəfərova A.M.

 

 

TƏLƏBƏ:  

Qarayev Nicat Allahverdi

 

 

 

BÖLMƏ:  azərbaycan

 

 

QRUP: 

314

 

 

“TƏSDİQ EDİRƏM” 

KAFEDRA MÜDİRİ:                 

 

prof. Ə.P.HƏSƏNOV     

“_________” __________________________ 

 

 

 

BAKI – 2015 

 


 

МЦНДЯР ИЖАТ  



 

 

Səh. 

Giriş ................................................................................. ...  3 

I.  NƏZƏRİ HİSSƏ  

 

1.1.  Ayaqqabı malları istehsalının və istehlakının vəziyyəti ..................  5 

1.2.  Məişət təyinatlı rezin ayaqqabılarına verilən ümumi istehlak 

tələbləri ............................................................................................ 

 



1.3.  Məişət təyinatlı rezin ayaqqabıların keyfiyyətinin 



formalaşmasında xammaterialların rolu .......................................... 

 

10 



1.4.  Məişət təyinatlı rezin ayaqqabıların istehsal üsullarının 

keyfiyyətinə təsiri ........................................................................... 

 

24 


II.  TƏCRÜBİ HİSSƏ  

 

2.1.  İstehlak bazarına daxil olan məişət rezin ayaqqabıların təsnifatı və 

çeşidinin ekspertizası ...................................................................... 

 

34 



2.2.  İstehlak bazarına daxil olan məişət rezin ayaqqabıların keyfiyyət 

səviyyəsinin qiymətləndirilməsi və ekspertizası ............................. 

 

43 


Nəticə və təkliflər ........................................................................................  50 

İstifadə edilmiş ədəbiyyat ...........................................................................  52 

 

 

 



 

 

 



 

 

 



 


 

G İ R İ Ş  

 

 

Buraxılış işi son dərəcə  müasir və aktual bir  mövzuya, yəni “İstehlak bazarına 



daxil  olan  məişət  təyinatlı  rezin  ayaqqabılarının  ekspertizası”  mövzusu  həsr  olun-

muşdur. 


Məlum  olduğu  kimi,  ayaqqabı  malları  istehsalında  rezin  ayaqqabılar  əhə-

miyyətli yer tutur.  

Rütubətli  iqlim  şəraitinə  malik  rayonlarda  yaşayan  əhali  üçün  və  bəzi  sənaye 

müəssisələrində,  mədənlərdə  işləyən  fəhlələr üçün rezin ayaqqabılar əvəzedilməzdir. 

Bu da rezin ayaqqabıların suyun, turşu  və qələvilərin təsirinə qarşı davamlı,  istismar 

üçün rahat və etibarlı olması ilə izah olunur. 

Son  illərdə  bilavasitə  ayağa  geyilən  rezin  ayaqqabıların  (uzunboğaz  çəkmələr, 

yarımboğazçəkmələr,  botinkalar,  idman  ayaqqabıları)  istehsalı  sürətlə  inkişaf 

etmişdir. 

Rezin  ayaqqabılar  müxtəlif  tərtibatlı  gön  ayaqqabıları  qısmən  əvəz  edir. 

Hazırda  rezin  ayaqqabıları  istehsalında  rəngli  və  ağ  rezinlərdən,  eyni  zamanda  yeni 

sintetik  materiallardan  geniş  istifadə  edilir  ki,  bu  da  ayaqqabı  sənayesinin  xammal 

bazasının möhkəmləndirilməsinə imkan verir. 

Hazırda  ayaqqabı  sənayesi  müxtəlif  konstruksiyalı  avtomat  və  yarımavtomat 

maşın  və  avadanlıqlarla  təmin  edilmişdir.  Materiallardan  daha  səmərəli  istifadə 

etmək:  texnoloji  əməliyyatları  layihələşdirmək  və  əmək  məhsuldarlığını  artırmaq 

üçün  elektron  hesablama  maşınlarından  və  avtomat  idarəetmə  mərkəzlərindən 

müvəffəqiyyətlə istifadə edilir. 

Rezin  ayaqqabılarının  istehsal  texnologiyasının  təkmilləşdirilməsində,  onların 

keyfiyyətinin  yaxşılaşdırılmasında  və  çeşidinin  genişləndirilməsində  Elmi-Tədqiqat 

rezin və lateks məmulatları İnstitutunun çox böyük rolu vardır. 

İnstitutda  hazırlanmış  hər  bir  yeni  üsul  və  material  istehsalatda  öz  yerini  tapır 

və əhalinin rezin ayaqqabılara olan tələbini ödəməyə xidmət edir. 



 

Müasir  şəraitdə  ayaqqabı  sənayesi  və  bu  sahədə  fəaliyyət  göstərən  elmi-



tədqiqat  institutları  qarşısında  duran  başlıca  vəzifə,  əhalinin  tələbinə  uyğun,  yararlı, 

estetik  cəhətdən  zövqü  oxşayan  və  kifayət  qədər  xidmət  müddətini  təmin  edən 

ayaqqabılar istehsal etməkdən ibarətdir. 

Buraxılış  işinin  əsas  məqsədi  istehlak  bazarına  daxil  olan  rezin  ayaqqabıların 

çeşidi  və  keyfiyyətini  təhlil  etmək  və  ekspertizasını  aparmaqdan  ibarətdir.  Bu 

məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr yerinə yetirilmişdir: 

1)  Ayaqqabı malları istehsalının və istehlakının vəziyyəti. 

2)  Məişət təyinatlı rezin ayaqqabılarına verilən ümumi istehlak tələbləri. 

3)  Məişət  təyinatlı  rezin  ayaqqabıların  keyfiyyətinin  formalaşmasında 

xammaterialların rolu. 

4)  Məişət təyinatlı rezin ayaqqabıların istehsal üsullarının keyfiyyətinə təsiri. 

5)  İstehlak  bazarına  daxil  olan  məişət  rezin  ayaqqabıların  təsnifatı  və 

çeşidinin ekspertizası. 

6)  İstehlak  bazarına  daxil  olan  məişət  rezin  ayaqqabıların  keyfiyyət 

səviyyəsinin qiymətləndirilməsi və ekspertizası. 

Buraxılış işinin sonunda nəticə və təkliflər işlənib hazırlanmışdır. 

Buraxılış işinin yazılmasında yerli və xarici ədəbiyyat mənbələrindən, müxtəlif 

statistik  informasiyalardan,  müasir  xarici  ticarət  iqtisadi  əlaqələri  əks  etdirən 

materiallardan normativ-texniki sənədlərdən istifadə olunmuşdur. 

 

 



 

 

 



 

 

 



 


Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə