İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   2   3   4   5   6   7   8   9   10   ...   15

20 

 

doldurucunun  növündən  asılı  olaraq  bu  rezinlər  müxtəlif  markalarda  istehsal  olunur. 



Onlar zahiri görünüşünə, sürtünməyə qarşı davamlılığına və s. əlamətlərinə görə təbii 

gönə daha çox oxşayır. 

Gönəbənzər  rezinlərdən  yapışdırma  üsulu  ilə  hazırlanan  ayaqqabıların 

istehsalında istifadə edilir. 

Ayaqqabı  sənayesində  az  miqdarda  məsaməsiz  quruluşlu  yarımşəffaf  transpa-

rent  və altlıq  rezinlərindən də  istifadə edilir. Bu rezinlərdə kauçukun  miqdarı 80%-ə 

qədər olur. Onlar istismar zamanı sürtünməyə qarşı yüksək davamlılığı ilə fərqlənirlər. 

Materialın  şəffaflığını  artırmaq  üçün  istehsal  zamanı  onların  tərkibinə  qliserin  əlavə 

edilir. Transparent və altlıq rezinləri yüksək sıxlığa malik olmaqla, qəliblənmiş altlıq 

formasında  istehsal  olunurlar.  Altlıqlar  üz  tərəfdən  dərin  rifləməyə  malikdir.  Bu  da 

kauçuk  sərfinə  qənaət  etməyə  və  altlığın  sürtünməyə  qarşı  davamlılığını  artırmağa 

imkan  verir.  Bu  rezinlərdən  hazırlanmış  ayaqqabıların  yaş  və  donmuş  torpaqda 

sürtünmə  əmsalı  çox  aşağıdır.  Məhz  buna  görə  də  məsaməsiz  transparent  və  altlıq 

rezinlərindən qış və turizm ayaqqabıların istehsalında geniş istifadə edilir. 

Rezin ayaqqabılar gön ayaqqabılara nisbətən hissələrinin daha sıx birləşdirilməsi 

ilə  xarakterizə  olunur.  Bu  rezin  ayaqqabıların  təyinatına  uyğun  olub,  müxtəlif 

materialların və istehsal üsullarının tətbiqi nəticəsində əldə edilir. 

Təyinatından və konstruksiyasından asılı olaraq rezin ayaqqabılar bütöv rezin və 

rezin-parça  ayaqqabılarına  bölünürlər.  Bu  ayaqqabıların  hazırlanması  üçün  müxtəlif 

adlı,  ölçülü,  qalınlıqlı  hissələrdən  istifadə  edilir.  Bu  hissələrin  miqdarı,  forması  və 

qalınlığı  ayaqqabının  istehsal  üsulundan  və  konstruksiyasından  bilavasitə  asılıdır. 

Məsələn, ştamplama qsulu ilə hazırlanmış qaloşlar 4-5 hissədən, yapışdırma üsulu ilə 

hazırlanmış  qaloşlar  13-17  hissədən,  bu  üsulla  hazırlanmış  botiklər  16-21  hissədən, 

formayasalma üsulu ilə istehsal olunan uzunboğaz çəkmələr isə 5 hissədən ibarətdir. 

Bütün  növ  rezin  ayaqqabılar  üçün  olan  hissələri  materialına  görə  üç  əsas  qrupa 

ayırmaq olar: bütöv rezin hissələr, rezin-parça materialları, toxunma materiallarından 

olan  hissələr.  Tam  rezin  hissələr  ayaqqabıların  üzü  üçün  işlədilir  və  onları  xarici 

təsirlərdən, rütubətdən, istismar zamanı sürtünmədən qoruyur. 




21 

 

Parça  və  rezin-parça  hissələr  ilə  ayaqqabıların  karkasına  möhkəmlik,  elastiklik, 



istilik-mühafizəetmə xassələri və s. müsbət xassələr verir. 

Rezin  ayaqqabı  hissələri  yerləşməsinə  və  roluna  görə  xarici,  daxili  və  aralıq 

hissələrə  bölünürlər.  Rezin  ayaqqabı  istehsalında  işlədilən  xarici  üzlük  hissələr 

rezindən,  polivinilxlorid  və  başqa  sintetik  materiallardan  istiləşdirilmiş  və  idman 

təyinatlı rezin ayaqqabılarda isə parça materiallarından istehsal olunur. 

Xarici hissələr rezin ayaqqabılar konstruksiyasının əsasını təşkil etməklə onların 

suya davamlılığını, uzunömürlülüyünü və xarici görünüşünü təmin edir. 

Rezin  ayaqqabıların  daxili  və  aralıq  hissələri  onların  karkasını  əmələ  gətirir  və 

ayaqqabıların  davamlılığını,  möhkəmliyini  gücləndirir.  Onlar  rezin  ayaqqabıların 

istisaxlama  göstəricilərinə,  onun  rahatlığına,  gigiyenikliyinə,  kütləsinə  və  forma 

saxlamasına da çox təsir edir. 

Rezin ayaqqabı istehsalında əsas material kimi rezin qarışığından istifadə edilir. 

Bundan ayaqqabının üz və alt hissələri hazırlanır. Rezin qarışığının tərkibi və alınma 

üsulu  ayaqqabının  altı  üçün  istifadə  edilən  rezinlərlə  eyni  olub,  yalnız  onların 

reseptində az dəyişikliklər vardır. Rezin qarışıqları ilə yanaşı ayaqqabıların üzü üçün 

polivinilxlorid və başqa termoplastiki sintetik qətranlardan da istifadə edilir. 

Toxuculuq  materiallarının  səthinə  yaxmaq  üçün  xüsusi  rezin  qarışıqlarından 

istifadə  edilir  ki,  bunlar  da  yüksək  plastikliyi  və  yaxşı  yapışma  qabiliyyəti  ilə 

xarakterizə olunur. 

Rezin  ayaqqabıları  istehsalında  xam  material  kimi  rezin-cındır  qarışığından 

istifadə  edilir.  Bu  qarışıq  xam  rezinlə  hopdurulmuş  trikotaj  və  parça  materiallarının 

xırda  doğranılmış  halda  qarışdırılması  nəticəsində  əmələ  gətirilir.  Bu  zaman  kütlə 

yaxşı  sürtülərək  üyüdülür.  Material  bircinsli  və  düyürsüz  olmalıdır.  Qarışıq 

təbəqələmə  maşınlarında  rulon  halına  salınır  və  onda  rezin  ayaqqabıların  aralıq 

hissələri hazırlanır. 

Rezin-cındır  qarışığından  ayaqqabının  karkas  hissələrinin  hazırlanması  üçün 

işlədilən  parçaların  səthinə  örtük  təbəqəsi  çəkilməsində  istifadə  edilir.  Bu  zaman 



22 

 

alınmış  material  möhkəmliyinə,  forma  saxlamasına,  rezin  üzlüyünə  yapışma 



qabiliyyətinə və qalınlığına görə fərqlənir. 

Rezin  ayaqqabıların  istehsalında  işlədilən  örtük  rezin  qarışığı  30%  təbii,  70%-i 

isə  sintetik  kauçuklardan  hazırlanır.  Bu  materiallar  yüksək  yapışdırma  qabiliyyətinə 

malik  olmalıdırlar.  Bu  qarışıq  məhlul  halında  hopdurulur  və  rezin  ayaqqabıların 

aralıq hissələrinin istehsalında işlədilir. 

Rezin  ayaqqabılarının  müxtəlif  hissələri  üçün  parça,  trikotaj,  süni  və 

toxunmamış  materiallardan  istifadə  edilir.  Ayaqqabıların  üz  səthi  üçün  pambıq 

parçalardan  ikiqat  kirza,  velvet,  yarımməxmər  və  başmaq  polotnolarından  (idman 

ayaqqabıları üçün); yun və yarımyun parçalardan qabardin, koverkot, mahud, fule və 

s.  parçalardan  və  lavsan,  kapron  sintetik  liflərinin  qarışığından  hazırlanmış  trikotaj 

materiallarında geniş istifadə edilir. 

Astarlıq material kimi qalan baykası, bamazı, sarjı, TDS parçalı və həmçinin tif-

tikli futer trikotajlı işlədilir. Təbii və süni xəzdən rezin ayaqqabılarının bəzəndirilmə-

sində və istiləşdirilmiş ayaqqabıların istehsalında istifadə edilir. Hazırda ayaqqabı sə-

nayesində  astarlıq  material  kimi  tiftikli  toxunmamış  materialların  tətbiqi  mənim-

sənilmişdir.  

Rezin  ayaqqabılar  üzrə  aralıq  hissələr  toxunmamış  materiallardan  və  xam 

pambıq parçalardan biçilidir. 

Hazırlanmış  müxtəlif  hissələrin  bir-birinə  yapışdırılması  üçün  rezin  yapışqanı 

tətbiq  edilir.  Yapışqan  təbii  kauçukun  benzin  məhlulunda  həll  edilməsi  nəticəsində 

alınır.  Ayaqqabı  hissələrini  bir-birinə  yapışdırmaq  üçün  rezin  yağından  da  istifadə 

edilir. Bu qatı yapışqan olub, təbii kauçukun benzindən 20 faizli məhluludur. 

Rezin  hissələrin  xarici  səthinə  parlaqlıq  vermək  üçün  laklardan  istifadə  edilir. 

Bu  məqsədlə  laklar  yağlı  və  kauçuklu  olmaqla  iki  qrupa  bölünür.  Yağlı  lakların 

tərkibinə  kətan  yağı  ilə  suiti  piyi  qarışığından  olan  oksidləşdirilmiş  piy,  həlledicilər, 

kükürd və boyayıcılar daxil edilir. Bu laklar sarı rəngdə olur və istismar zamanı rəngi 

tündləşir.  Ona  görə  də  yağlı  lakları  əsasən  tutqun  rəngli  rezinlər  üçün  işlədirlər. 

Rəngli rezinlər üçün kauçukun laklardan istifadə edilir. 




Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə