İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   ...   7   8   9   10   11   12   13   14   15

29 

 

Yapışqan üsulundan fərqli olaraq, ştamp üsulu daha səmərəli sayılır. Bu üsulda 



əl  əməliyyatları  çox  az  tətbiq  edilir  və  əmək  məhsuldarlığı  əhəmiyyətli  dərəcədə 

yüksəlir. 

Ştamp üsulu ilə hazırlanmış qaloşların monolitliyi, qabaq və altlıq rezinin qalın 

olması,  onların  sürtünməyə  qarşı  davamlılığını  təmin  edir.  Lakin  başqa  istehlak 

xassələrinə  görə  onlar  yapışqan  üsulu  ilə  hazırlanmış  qaloşlardan  geri  qalır.  Rezin 

qabaq  və  altlıq  üçün  eyni  tərkibli  qarışığın  tətbiqi,  həmçinin  məmulatın  divarının 

qalın  olması,  qaloşun  bərkliyinin  və  kütləsinin  artmasına  səbəb  olur.  Bu  üsulla 

hazırlanan  ayaqqabıların  altlığı  yastı  formalıdır.  Pres-formadanəmələ  gələn  uzununa 

tikiş qaloşun xarici görünüşünü pisləşdirir.  

Bütün  bu  çatışmamazlıqlar  rezin  ayaqqabı  istehsalında  ştamp  üsulunun 

tətbiqini məhdudlaşdırır. 

Formayasalma  üsulu.  Bu  üsulla  uzunboğaz  çəkmələr,  uşaq  çəkmələri,  qaloş, 

botik, botinka və üzü parçadan olan tuflilər istehsal olunur. 

Formayasalma  üsulu  ilə  uzunboğaz  çəkmələrin  istehsalına  1957-ci  ildə 

“Krasnıy  boqatır”  zavodunda  başlanmışdır.  Hazırda  istehsal  olunan  uzunboğaz 

çəkmələrin  yarıdan  çoxu  formayasalma  üsulu  ilə  buraxılır.  Bu  ayaqqabıların  xidmət 

müddəti yapışqan üsulu ilə hazırlanmış ayaqqabılardan 1,5 dəfə çoxdur. 

Formayasalma  üsulu  ilə  ayaqqabıların  istehsalı  zamanı  rezin  üzlüklərin  pres-

formalarda  formaya  salınması  və  vulkanizasiya  əməliyyatları  birlikdə  aparılır. 

Formayasalma ştamp üsulundan əsas fərqi də bundan ibarətdir. Əgər ştamp üsulunda 

ayaqqabının  üzü  xam  rezin  qarışığından  formaya  salınırsa,  formayasalma  üsulu 

zamanı isə bu əməliyyat hazır hissələr vasitəsilə həyata keçirilir. 

Formayasalma  üsulu daha səmərəli sayılır. Bu  üsulla bir  fəhlə  iş günü ərzində 

presdə 160 cüt uzunboğaz çəkmə istehsal edir. 

Formayasalma  üsulu  ilə  uzunboğaz  çəkmələrin  istehsalında  bərk  metal  və 

kombinəedilmiş elastik kameralı özəkli pres formalardan istifadə edilir. 




30 

 

Bərk  metal  özək  işlədilən  zaman  uzunboğaz  çəkmə  əvvəlcədən  hazırlanmış 



hissələrdən  yığılır.  Bu  hissələrə  rəngli  içlikli  astarlıq  corab,  altlıq  və  çəkmənin 

boğazını və qabaq hissəsini əmələ gətirən rezin və qabaq daxildir. 

Astarlıq  corab  TDS-20  markalı  xam  pambıq  parçadan  üçvallı  kalandrlarda 

səthinə  rezin  qarışığı  çəkilməklə  hazırlanır.  Bu  məqsədlə  rezin  qarışığı  valların 

arasından  keçərək  (birinci  valda  40-60º,  ikinci  valda  50-80º)  3-5  dəqiqə  müddətində 

qızdırılır. Bu zaman vallar arasından keçən rezin təbəqənin qalınlığı 6-8 mm olur. 

Parçanın  üzərinə  rezin  örtüyü  çəkmək  üçün  işlədilən  üçvallı  kalandrın 

temperaturu üst val üçün 70-90º, aralıq val üçün 60-90º və aşağı val üçün 60-80º olur. 

Bütün çəkilmiş material rulon halında yığılır. 

Rezin örtüklü parça biçilməzdən qabaq iri qazanlarda 140-150ºC temperaturda 

55 dəqiqə müddətində vulkanizasiya əməliyyatından keçirilir. 

Uzunboğaz  çəkmələrin  rezin  hissələri,  yəni  qabaq  rezini,  altlıq  və  daban 

müxtəlif    tərkibli  qarışıqlardan  hazırlanır.  Bu  ona  görə  edilir  ki,  qalınlığı  2  mm-dən 

(qabaq  rezini)  19  mm-ə  qədər  olan  üzlük  rezinin  bütün  hissələri  eyni  dərəcədə 

vulkanizasiya edilsin. 

Rezin  ayaqqabıların  formaya  salınması  “Svit”  vulkanizasiya  preslərində 

aparılır. 

Bərk  metal  özəkli  pres-formalarda  uzunboğaz  çəkmələrin  istehsalı  aşağıdakı 

qaydada aparılır. Astarlıq corab bərk  metal qəlibə (özəyə) geydirilir və onun ətrafına 

rezin  hissələr  düzülür.  Üzərinə  uzunboğaz  çəkmənin  hissələri  yığılmış  özək  pres-

formanın  içərisinə daxil edilir. Bu zaman  presləməni və qızmanın təsiri altında onun 

formaya  salınması  və  vulkanizasiyası  baş  verir.  Presdən  çıxarıldıqdan  sonra  uzun-

boğaz  çəkmə  bəzəndirilmə  əməliyyatından  keçirilir  (boğazın  kənarı  kəsilir,  tilişkələr 

və artıq hissələr kənar edilir) sortlaşdırılır və qablaşdırılır. 

Kombinəedilmiş özək metal oxdan və ona geydirilmiş elastik rezin kameradan 

ibarətdir.  Elastik  rezin  kamera  uzunboğaz  çəkmənin  ölçüsündə  olur.  Uzunboğaz 

çəkmə,  astar  rolunu  yerinə  yetirən  trikotaj  corab  və  içlikdən,  eyni  zamanda  rezin 

hissədən, yəni altlıq, daban, qunc və qabaqdan yığılır. Onların istehsalı zamanı elastik 




31 

 

kameralı  kombinəedilmiş  qəlibə  astarlıq  trikotaj  corabı  geydirilir  və  onun  üstündən 



qaloş  rezin  hissələr  düzülür.  Kombinəedilmiş  özək  ona  yığılmış  uzunboğaz  çəkmə 

hissələri  ilə  birlikdə  pres-formaya  yerləşdirilir.  Bundan  sonra  elastik  rezin  kameraya 

20-25 atm təzyiqi altında sıxılmış hava vurulur. 

Bu təzyiq hesabına uzunboğaz çəkmə formaya salınır. Sıxılmış hava ayaqqabı-

nın  divarına  bərabər  təzyiq  göstərir.  Bunun  nəticəsində  bərk  metal  özəkli  pres-for-

maya  nisbətən daha  yüksək keyfiyyətli  formalaşma baş  verir.  Formayasalma  və  vul-

kanizasiya  əməliyyatı  başa  çatdıqdan  sonra  kameradan  hava  buraxılır.  Kombinəedil-

miş  elastik  kameralı  özək  məmulat  ilə  birlikdə  pres-formadan  çıxarılır.  Uzunboğaz 

çəkmə  soyuduqdan  sonra  özəkdən  çıxarılır  və  bəzəndirilir,  sortlara  ayrılır  və 

qablaşdırılır. 

Formayasalma  üsulu  ilə  hazırlanan  rezin  ayaqqabılar  davamlılığına  görə 

yapışqan  üsulu  ilə  istehsal  edilən  ayaqqabılardan  üstündür.  Lakin  bu  üsulla  alınan 

uzunboğaz  çəkmələr  qalın  divarlı  olduğuna  görə  az  elastik  və  kütləsinin  yuxarı 

olmasına  görə  fərqlənirlər.  Buna  görə  də  formayasalınma  zamanı  xam  rezin  sərfi 

yüksək olur. Göstərilən  nöqsanlar elastik kameralı kombinəedilmiş özəyin tətbiqi  ilə 

hazırlanan  uzunboğaz  çəkmələrdə  nisbətən  azdır.  Uzunboğaz  çəkmələrin  istehsalı 

zamanı  rezin  üzlüyün  astarı  ilə  yüksək  dərəcədə  möhkəm  birləşməsi,  rezin  sərfinin 

azaldılması  və  az  əmək  tələb  etməsi  bu  üsulun  bərk  metal  özəkli  formalaşmaya 

nisbətən  üstünlüyünü  təyin  edir.  Buna  görə  də  son  vaxtlar  elastik  kameralı 

kombinəedilmiş  içliklər  formalaşma  üsulunun  geniş  tətbiqi  nəticəsində  bərk  metal 

özəkli formalaşma getdikcə daha çox sıxışdırılır. 

Formalaşma  üsulu  ilə  istehsal  olunan  rezin  ayaqqabılar  növündən  asılı 

olmayaraq  laklanmış  halda  buraxılır.  Bu  da  istehsal  zamanı  yüksək  keyfiyyətli  lak 

örtüyünün  alınmasının  çətinliyi  ilə  izah  edilir.  Rezin  vulkanizasiya  əməliyyatından 

keçdikdən  sonra  lak  örtüyü  ilə  adgeziya  qabiliyyətini  itirir.  Vulkanizasiyaya  qədər 

laklanma  isə  pis  nəticə  verir,  çünki  istehsal  zamanı  pres-formanın  divarları 

ayaqqabının səthindən lak örtüyünü silir. 



Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə