İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   2   3   4   5   6   7   8   9   ...   15

17 

 

Rezinlərin  quruluşu  onların  xassələrini  xarakterizə  edən  əsas  göstəricilərdən 



biridir.  Quruluşundan  asılı  olaraq  ayaqqabı  rezinlərini  məsaməli  və  məsaməsiz 

olmaqla iki qrupa bölmək olar. Bu rezinlər alınma üsullarına, tərkibinə və xassələrinə 

görə  bir-birlərindən  fərqlənirlər.  Məsaməsiz  rezinlərin  istehsalı  üçün  əsas  xam 

material butadien kauçuklarıdır. Bu rezinlər sürtünməyə qarşı yüksək müqaviməti ilə 

xarakterizə  edilir.  Aparılan  tədqiqatlar  göstərir  ki,  ayaqqabının  altı  üçün  işlədilən 

təbii  gönün  1  km  qalınlığının  sürtünüb  dağılması  üçün  25-30  gün  tələb  olunursa,  bu 

məqsədlə  işlədilən  məsaməsiz  rezinlərdə  bu  müddət  50-90  gündür.  Standarta  əsasən 

məsaməsiz  altlıq  rezinlərin  dartılma  zamanı  nisbi  uzanması  150%-dən  aşağı 

olmamalıdır.  Bu  isə  təbii  altlıq  gönünün  nisbi  uzanmasından  daha  üstündür. 

Məsaməsiz rezinlərin sıxlığı təbii gönün sıxlığından əhəmiyyətli dərəcədə yüksəkdir. 

Belə  ki,  müvafiq  texniki-normativ  sənədlərə  əsasən  ayaqqabı  altlığı  üçün  olan  təbii 

gönün  sıxlığı  0,99-1,24·10  kq/m

3

  olduğu  kalda,  qara  rezinin  sıxlığı  1,3·10



3

  kq/m


3

 

rəngli rezinin sıxlığı isə 1,6·10



3

 kq/m


3

-ə bərabərdir. 

Məsaməsiz rezinlərin əsas çatışmayan cəhəti ağır olmasından, istismar zamanı 

onlardan  hazırlanan  alıtlıqların  nisbətən  tez  çatlamasından  və  yüksək  istilikkeçirmə 

qabiliyyətinə malik olmasından ibarətdir. 

Məsaməsiz  rezinlərdə  çatlar  ayaqqabının  soyuq  mühitdə  istismarı  zamanı  da 

əmələ  gələ  bilər.  Məsaməsiz  rezinlərdən  hazırlanmış  altlıqlar  və  bunların  əsasında 

tikilmiş ayaqqabılar rezin altlıqlı və təbii göndən tikilmiş ayaqqabılardan geri qalır. 

Məsaməsiz  rezinlərdən  fərqli  olaraq  məsaməli  rezin  istehsalı  zamanı  onun 

tərkibinə  müxtəlif  məsamə  əmələ  gətirici  maddələr  qatmaqla  alınır.  Bunlar  da 

quruluşunda olan bağlı, qapalı və dolanbac məsamələrin sayı ilə xarakterizə olunurlar. 

Məsaməli  rezinlərin  alınma  üsullarından  asılı  olaraq  onların  quruluşundakı 

məsamələrin  həcmi,  rezinin  ümumi  həcminin  20-80%-ni  təşkil  edir.  Məsaməli 

rezinlərin əsas üstün cəhəti onların əhəmiyyətli dərəcədə yüngül olmasından ibarətdir. 

Bu da  müxtəlif qalınlıqda ayaqqabı  hissələrinin  hazırlanmasına imkan verir. Belə ki, 

standart  tələblərinə  uyğun  olaraq  ayaqqabının  altı  üçün  olan  məsaməli  rezinlərin 

qalınlığı 4,5-24,0 mm, daban üçün olan rezinlərin qalınlığı ilə 14,0-23,0 mm olur. 



18 

 

Məsaməli  rezinlər  yumşaqlığı,  sıxlığı,  yüksək  amortizasiya  keyfiyyətləri  ilə 



fərqlənirlər.  Bu  göstəricilər  altlığın  pəncə  və  daban  hissələrinin  bərabər  qaydada 

sürtülüb  dağılmasına  imkan  verir,  həmçinin  ayaqqabının  təkrar  qatlanmalara  qarşı 

müqavimətini təmin edir. 

Məsaməli  rezindən  hazırlanmış  altlıqlarda  aşağı  temperaturda  istismar  zamanı 

çatlar  əmələ  gəlmir.  Bu  da  onun  məsaməli  quruluşa  malik  olması  və  yüksək 

deformasiyaya uğrama qabiliyyəti ilə izah olunur. 

Məsaməli rezinlər yüksək istilik saxlama qabiliyyətinə malikdirlər. Tədqiqatlar 

göstərmişdir  ki,  sıxlığı  0,2-0,3·10

3

  kq/m


3

  olan  məsaməli  rezinlərin  istilik  keçirməsi 

yun keçənin istilik keçirməsinə bərabərdir. 

Məsaməli  rezinlərin  əsas  çatışmayan  cəhətlərindən  biri  onların  istismar  və 

saxlama zamanı öz xətti ölçülərini dəyişməsidir. Bu da rezinlərin  məsaməli quruluşa 

malik olması ilə izah edilir. Məsaməli rezinlərdən ayaqqabı istehsalında geniş istifadə 

edilir.  Hazırda  rezinlərin  möhkəmliyini  artırmaq  məqsədi  ilə  onların  tərkibinə 

plastirol və başqa qətranlar qatılır. Bu üsulla alınmış rezinlər yüksək mexaniki xassə-

lərə  malik  olması  ilə  fərqlənir  və  onlardan  hazırlanmış  altlıq  rezinlərinin  qalınlığını 

əhəmiyyətli  dərəcədə  azaltmağa  imkan  verir.məsaməli  rezinlər  sıxlığından  asılı  ola-

raq B və V markaları ilə istehsal olunur. Bu rezinlər alınma üsuluna, tərkibinə və xas-

sələrinə görə bir-birlərindən fərqlənirlər. Standarta əsasən B markalı məsaməli rezin-

lərin sıxlığı 0,51-0,7·10

3

 kq/m



3

, V markalı rezinlərin sıxlığı 0,3-0,5·10

3

 kq/m


3

 olur.  


Hazırda  ayaqqabı  istehsalında  məsaməli  rezinlərin  müxtəlif  yeni  növlərindən 

geniş  istifadə  edilir.  Bu  rezinlərin  istehsalında  müxtəlif  kauçuk  növlərindən,  sintetik 

qatranlardan  və  dolduruculardan  istifadə  edilir.  Bunlara  misal  olaraq  porokrepi, 

vulkaniti, gönəbənzər rezinlərin və onların müxtəlif növlərini göstərmək olar. 

Porokrep  məsaməli  rezin  olub,  xassələrinə  və  zahiri  görünüşünə  görə  təbii 

krepi xatırladır. Standart göstəricilərinə uyğun olaraq onun sıxlığı 0,5-0,7·10

3

 kq/m


3

-

dir. Porokrep xırda məsamələri, səthinin relyef naxışlı olması, elastikliyi, sürtünməyə 



qarşı  davamlılığı,  dartılma  zamanı  möhkəmliyi  və  s.  digər  müsbət  xassələri  ilə 

xarakterizə olunur. 




19 

 

Məsaməli  rezinlərin  istehsalında  doldurucu  kimi  müxtəlif  materiallardan 



istifadə olunur. Bunların istehsalında lif doldurucu məsaməli rezinlər xüsusi yer tutur. 

Bunlara  vulkaniti  misal  göstərmək  olar.  Vulkanit  yüksək  dərəcədə  istiliyi  mühafizə 

etmək qabiliyyəti və sürtünməyə qarşı davamlığı ilə xarakterizə olunur. 

Hazırda  ayaqqabı  sənayesində  xassə  və  keyfiyyət  göstəricilərinə  görə  təbii 

gönə  daha  yaxın  gönəbənzər  rezinlərdən  geniş  istifadə  edilir.  Bu  rezinlər  fiziki-

mexaniki və estetik xassələrinin yüksək olması ilə fərqlənirlər. Gönəbənzər rezinlərin 

istehsalında  əsas  xammaterial  kimi  sintetik  butadien-stirol  kauçuklarından  istifadə 

edilir. Kauçukun tərkibində stirolun  miqdarının  yüksək olması rezinin  möhkəmliyini 

artırır.  Məhz  bunun  nəticəsində  gönəbənzər  rezinlərin  qalınlığını  2,5-4,0  mm-dən 

aşağı  salmaq  mümkündür.  Gönəbənzər  rezinlər  yüksək  xassələrə  malikdir.  Bu  da 

onlardan  hazırlanan  məmulatların  istehsal  prosesini  asanlaşdırmağa  və  istismar 

xassələrini  yaxşılaşdırmağa  imkan  verir.  Belə  ki,  gönəbənzər  rezinlərin  yüksək 

möhkəmliyi  və  elastikliyi  məmulatların  istehsal  zamanı  asan  qəliblənməsini,  yan 

hissələrinin və altlığın üz səthinin fiqurlu bəzəndirilməsini təmin edir. 

Gönəbənzər  rezinlərin  plastikliyi  və  sürtünməyə  qarşı  yüksək  davamlılığı 

yalnız  tərkibində  45-85%  stirol  olan  sintetik  kauçuklardan  istifadə  hesabına  deyil, 

həm də fəal doldurucuların qatılması hesabına təmin edilir. Belə dolduruculara misal 

olaraq ağ qurumu, onun kaolinlə qarışığını, ağac lifini, texniki sellülozanı, viskoz və 

pambıq liflərini göstərmək olar. 

Gönəbənzər  rezinlərin  əsas  çatışmayan  cəhəti  onların  termoplastik  olmasıdır. 

Standartda göstərildiyi kimi, bu rezinlər quruluşuna və sıxlığına görə üç növdə bura-

xılır: a) sıxlığı 1,28·10

3

 kq/m


3

 olan məsaməsiz rezinlər; b) sıxlığı 0,8-0,95·10

3

 kq/m


3

 

olan  məsaməli  rezinlər;  v)  sıxlığı  1,15·10



3

  kq/m


3

  olan  lifli  doldurucu  məsaməli 

rezinlər.  

Bu  rezinlər  tərkibinə,  alınma  üsuluna  və  xassələrinə  görə  bir-birindən 

fərqlənirlər. 

Ayaqqabı  sənayesində  ən  çox  işlədilən  lifli  doldurucuları  olan  məsaməli 

gönəbənzər  rezinlərdir.  Bu  rezinlər  “lifli  gönlər”  adı  altında  buraxılır.  Tərkibindəki 



Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə