İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   2   3   4   5   6   7   8   9   ...   15

14 

 

Xalq  təsərrüfatının  müxtəlif  sahələrində,  o  cümlədən  ayaqqabı  sənayesində 



geniş  tətbiq  edilən  müxtəlif  növlü,  markalı  və  təyinatlı  rezinlərin  istehsalı  üçün 

onların  tərkibinin  əsasını  təşkil  edən  yuxarıda  göstərilən  komponentlər  standart 

tələblərinə  uyğun  olaraq  seçilməli  və  materialın  tərkibinə  qatılmalıdır.  Standarta 

əsasən  ayaqqabı  rezinlərinin  istehsal  əməliyyatlarına  xam  materialın  hazırlanması, 

rezin  qarışıqlarının  hazırlanması,  təbəqələmə,  formayasalma,  ştamplama,  vulkani-

zasiya  və  son  əməliyyatlar  daxildir.  Xam  materialların  hazırlanması  istehsal  olunan 

hazır məhsulun keyfiyyətinə təsir edən ən mühüm amillərdən biridir. 

Rezin  istehsalı  üçün  ilkin  materialların  hazırlanması  dedikdə  kauçukun 

qurudulması,  xırdalanması,  ələkdən  keçirilməsi,  buxara  verilməsi  və  plastikasiya 

əməliyyatından  keçirilməsi  başa  düşülür.  Burada  məqsəd  kauçukun  plastikliyini 

yüksəltməkdən,  onların  rezinin  tərkibinə  daxil  olan  materiallarla  tam  qarışmasını 

asanlaşdırmaqdan  və  yüksək  keyfiyyətli  rezin  almaqdan  ibarətdir.  Kauçukun 

plastikliyini  təmin  etmək  üçün  mexaniki  və  termoplastikasiya  üsullarından  istifadə 

olunur.  Mexaniki  plastikasiya  yayıcı  dəzgahlarda  kauçukun  intensiv  sürtülməsi 

nəticəsində termoplastikasiya isə kauçukun müəyyən təzyiq altında qızdırılması yolu 

ilə  həyata  keçirilir.  Plastikasiya  əməliyyatından  keçirildikdən  sonra  kauçukun 

tərkibinə  digər  komponentlərin  qarışdırılması  nəticəsində  rezin  qarışıqları  hazırlanır. 

Komponentlərin  kauçukun  tərkibinə  qatılması  müəyyən  ardıcıllıq  üzrə  aparılmalıdır. 

Belə  ki,  kauçukun  tərkibinə,  ilk  növbədə  yumşaldıcılar  əlavə  olunur  ki,  bu  da  digər 

komponentlərin yaxşı qarışmasına imkan verir. Vulkanizasiyaedici və məsamə əmələ 

gətirici  maddələr  isə  kauçukun  tərkibinə  ən  axırda  əlavə  olunur.  Standart  tələblərinə 

uyğun olaraq komponentlər 110-130ºC temperaturda bağlı rezinqarışdırıcı maşınlarda 

qarışdırılır.  Bu  maşınlarda  xüsusi  emaldan  keçirilmiş  rezinqarışığı  müxtəlif  ölçülü 

hissələr  şəklində  alınır  ki,  bu  hissələrdə  nazik  təbəqə  formasına  salınmaq  üçün 

təbəqələmə  əməliyyatından  keçirilir.  Təbəqələmə  əməliyyatı  xüsusi  yayıcı 

dəzgahlarda  aparılır.  Bu  dəzgahlar  rezin  qarışdırıcı  maşınlarla  əlaqələndirilmiş  olur. 

Rezin  məmulatının  növündən  və  təyinatından  asılı  olaraq  bu  təbəqələr  müxtəlif 

qalınlıqda  istehsal  edilir.  Yayıcı  dəzgahlardan  alınmış  nazik  təbəqələr  tədricən 




15 

 

soyudulur  və  formaya  salınma  əməliyyatından  keçirilir.  Formayasalınma 



əməliyyatından  keçirilməzdən  əvvəl  rezin  qarışığı  qızdırılır.  Formayasalınma 

nəticəsində  rezin  qarışıqları  istənilən  qalınlıqda  və  ölçüdə  lent  şəklində  istehsal 

olunur.  Müxtəlif  ölçülərdə  təbəqə  şəklinə  salınmış  xalis  rezin  qarışığı  ştamplama 

üsulu ilə lövhələr şəklində doğranılır. Bu məqsəd üçün xüsusi kəsicisi olan preslərdən 

istifadə  olunur.  Hal-hazırda  rezin  sərfinə  qənaət  etmək  və  işin  məhsuldarlığını 

artırmaq məqsədilə təzyiqlə tökmə üsulundan da geniş istifadə edilir. 

Rezin  qarışığının  keyfiyyətcə  tam  formalaşması  üçün  aparılan  əsas 

əməliyyatlardan  biri  vulkanizasiyadır.  Vulkanizasiya  rezinin  alınması  üçün  mühüm 

prosesdir.  Ayaqqabının  altı  üçün  işlədilən  rezinlərin  vulkanizasiya  əməliyyatı  sıxıcı-

qəliblərdə  müəyyən  temperatur,  təzyiq  və  vaxt  ərzində  aparılır.  İstehsal  olunan 

xammalın  və  məmulatın  növündən,  qalınlığından  və  alınmış  rezinin  quruluşundan 

asılı  olaraq  vulkanizasiya  əməliyyatı  müxtəlif  mühitdə  aparılır.  Məsələn,  kauçukun 

vulkanizasiyası  zamanı  temperatur  140ºC-yə  qədər  olduğu  halda,  sintetik  kauçuklar 

üçün  isə  temperatur  160-165ºC,  təzyiq  isə  30-40  kq/sm

2

  olmalıdır.  Məmulatın 



növündən  asılı  olaraq  vulkanizasiya  vaxtı  8-20  dəqiqətəşkil  edir.  Vulkanizasiya 

nəticəsində  müxtəlif  quruluşlu  və  məsaməli  rezinlər  almaq  mümkündür.  Hazırda 

ayaqqabının  altı  üçün  məsaməli  rezinlərin  istehsalında  dəyişkən  təzyiq  üsulundan 

istifadə  edilir.  Alınmış  məmulatın  məsaməli  quruluşundan  asılı  olaraq  artma  və 

presləmə  üsullarından  istifadə  olunur.  Bu  üsullarda  məmulatların  istehsalı  üçün 

sıxıcı-qəliblərdən  istifadə  olunur.  “Böyümə”  üsulu  zamanı  rezin  qarışığı  tərkibində 

olan  məsamə  əmələgətirici  maddələrin  yaratdığı  təzyiq  hesabına  məmulat  lazımi 

formanı  alır.  Bu  üsulla  alınmış  rezinlər  saxlama  zamanı  xətti  ölçülərini  az  dəyişir. 

Artma  üsulu  sıxlığı  0,5  10

3

/m



3

  və  daha  artıq  olan  məmulatların  alınmasına  imkan 

verir.  Bu  üsulla  aşağı  sıxlığa  malik  rezin  alarkən  onların  iri,  bərabər  olmayan 

məsamələri rezinin  fiziki-mexaniki  xassələrinin pisləşməsinə  məmulatın  üst səthində 

tam  sıxılmamış  yerlərin  qalmasına  səbəb  olur.  Məhz  buna  görə  də  aşağı  məsaməli 

rezinlərin  istehsalı  üçün  presləmə  üsulundan  istifadə  olunur.  Bu  üsul  zamanı 

götürülən rezin qarışığı kütləsinin həcmi sıxac qəlibinin oyuğunun həcmindən böyük 



16 

 

olmalıdır.  İlkin  mərhələdə  vulkanizasiya  prosesi  yüksək  təzyiqdə  aparılır.  Bu  zaman 



rezin  qarışığı  sıxac-qəlibə  dolur,  məsamə  əmələgətirici  maddələr  parçalanır  və 

nəhayət  təzyiq  1-2  kq/sm

2

-dək  aşağı  salınır.  Bu  mərhələdə  qazların  genişlənməsi 



hesabına  rezinin  məsaməli  quruluşu  əmələ  gəlir  və  həmçinin  son  vulkanizasiya 

prosesi  baş  verir.  Presləmə  üsulu  ilə  daha  yüksək  istismar  xassələrinə  malik  0,1·10 

kq/m

3

 və yuxarı sıxlıqlı rezin almaq mümkümdür. 



Vulkanizasiya əməliyyatından sonra alınmış rezin hissələr son əməliyyatlardan 

keçirilir.  Buraya  lövhələrin  kənarlarının  kəsilməsi,  istismar  zamanı  məsaməli 

rezinlərin  öz  xətti  ölçülərini  dəyişməsini  aradan  qaldırmaq  məqsədilə  məmulatların 

istilik  emalından  keçirilməsi  və  nəhayət  onların  sortlaşdırılması,  markalanması  və 

qablaşdırılması daxildir. 

İstehsal  olunmuş  rezinlər  müxtəlif  əlamətlərinə  görə  bir-birindən  fərqlənirlər. 

Ayaqqabılarda işlənmə yerindən asılı olaraq rezinlər müxtəlif tələblərə cavab verməli 

və spesifik xassələrə malik olmalıdırlar.  

Rezinləri  müxtəlif  əlamətlərinə  görə  təsnifləşdirmək  olar.  Əmtəəşünaslıq 

baxımından  rezinlər  birinci  növbədə  təyinatına  görə  təsnifləşirlər.  Bu  əlamətə  görə 

ayaqqabı  istehsalında  işlədilən  rezinlər  altlıq,  daban  dalı,  daban  altı  üçün  olan 

rezinlərə  ayrılır.  İstismar  şəraitindən  asılı  olaraq  rezinlərə  müxtəlif  tələblər  verilir. 

Onlar  qalınlığına,  möhkəmliyinə,  sürtünməyə  qarşı  davamlılığına  və  bəzi  başqa 

xassələrinə  görə  bir-birindən  fərqlənirlər.  Rezinlər  müxtəlif  ölçülü  lövhələr  şəklində 

ştamplanmış  nazik  formalarda buraxılır. Ayaqqabının altı, dabanı, daban altlığı  və s. 

hissələr  üçün  profilli  qəliblənmiş  rezin  məmulatları  da  istehsal  olunur.  Qəliblənmiş 

rezin  hissələrin  istehsalı  iqtisadi  cəhətdən  daha  səmərəli  sayılır.  Bu  üsulla  rezin 

hissələri  hazırlanarkən  modellərarası  tullantılar  hesabına  rezin  sərfi  ixtisar  edilir, 

əmək məhsuldarlığı artır, istehsal mədəniyyəti yüksəlir və eyni zamanda alınmış rezin 

hissələr ayaqqabının bəzəndirilməsi zamanı heç bir mexaniki emal tələb etmir. 

Ayaqqabı  sənayesində  işlədilən  rezinlər  qara  və  rəngli  olmaqla,  tipindən  və 

altlığın bərkidilməsi üsulundan asılı olaraq müxtəlif qalınlıqda buraxılırlar.  




Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə