İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   2   3   4   5   6   7   8   9   ...   15

11 

 

kauçuklar  təşkil  edir.  Kauçuklar  zəncirlərində  ikiqat  rabitə  olan  xətti  polimerlər 



qrupuna  daxildir.  Onlar  elastikliyinə  və  müxtəlif  temperatur  dəyişmələrinə  qarşı 

davamsız olmalarına görə fərqlənirlər. 

Kauçuk ayaqqabı sənayesində rezin məmulatlarının hazırlanması üçün xammal 

sayılır.  Lakin  onlar  xam  halda  rezin  məmulatlarının  istehsalında  tətbiq  edilə  bilməz. 

Məhz  buna  görə  də  kauçuk  vulkanizasiya  əməliyyatından  keçirilir.  Vulkanizasiya, 

rezin  istehsalında  tətbiq  edilən  texnoloji  proses  olub,  kükürd  və  başqa  kimyəvi 

maddələrin,  habelə  fiziki  amillərin  (yüksək  temperatur,  təzyiq,  radiasiya  və  s.)  təsiri 

ilə  xam  kauçukun  rezinə  çevrilməsindən  ibarətdir.  Vulkanizasiya  nəticəsində 

kauçukun  bərkliyi  elastikliyi,  istiyə  və  şaxtaya  davamlılığı  artır,  üzvi  həlledicilərdə 

həllolma  qabiliyyəti  və  şişmə  dərəcəsi  azalır.  Kükürdlə  vulkanizasiya  prosesini 

Ç.Qudir  (ABŞ,  1839)  və  T.Genkok  (Böyük  Britaniya,  1843)  kəşf  etmişlər. 

Vulkanizasiya  zamanı  kükürdlə  kauçukun  qarşılıqlı  təsiri  baş  verir.  Təbii  kauçuku, 

butadien-stirol,  kauçukunu,  eləcə  də  poliopren  və  polibutadein  kauçuklarını  və  s. 

doymamış  kauçukları  kükürdlə  vulkanizasiya  etdikdə  kükürd  atomları  ikiqat  rabitəli 

karbon  atomları  vasitəsilə  polimerin  zəncirvari  molekullarına  birləşərək,  onların 

arasında  kimyəvi  rabitə  yaradır.  Nəticədə  mürəkkəb  molekulyar  fəza  təbəqəsi  əmələ 

gəlir.  Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  kauçukla  kükürdün  qarşılıqlı  təsiri 

zamanı  bir  tərəfdən  molekulların  öz  aralarında  kimyəvi  əlaqəsi  hesabına  onların 

birləşib  iriləşməsi,  digər  tərəfdən  isə  kauçukun  molekullarında  polyar  sulfid  və 

hidrosulfid  qruplarının  yaranması  baş  verir.  Bu  qruplar  molekullararası  qarşılıqlı 

təsiri gücləndirir. 

Rezinin  elastikliyi  kauçuka  birləşən  kükürdün  miqdarından  asılıdır,  belə  ki, 

0,5-5%  kükürd  olduqda  yumşaq  rezin,  30-50%  kükürd  olduqda  isə  qeyri-elastik  sərt 

material olan ebonit alınır. 

Ayaqqabı  rezinlərinin  tərkibində  yuxarıda  göstərilən  vulkanizasiyaedici 

maddələrlə  yanaşı,  vulkanizasiyanı  sürətləndiricilər,  aktivatorlar,  doldurucular, 

yumşaldıcılar,  materialın  köhnəlməyə  davamlılığını  artıran  maddələr,  məsamə 

əmələgətiricilər piqment, boyaq və regeneratorlar da olur. 




12 

 

Vulkanizasiya  prosesini  sürətləndirən  maddələr,  vulkanizasiyanın  müddətini 



azaltmaqla yanaşı, alınmış rezinin fiziki-mexaniki xassələrini də yaxşılaşdırır. 

Rezin  istehsalında  onun  tərkibinə  qatılan  əsas  komponentlərdən  biri  də 

yumşaldıcılardır.  Yumşaldıcılar  emal  proseslərini  və  hazır  məhsulun  istismar 

xassələrini  yaxşılaşdıran  üzvi  və  qeyri-üzvi  maddələrdir.  Bu  maddələr  yüksək 

keyfiyyət  göstəricilərinə  aşağı  ərimə  temperaturuna  və  yüksək  gigiyenik  xassələrə 

malik olmalıdırlar. Yumşaldıcılar rezinin davamlılığına, möhkəmliyinə, elastikliyinə, 

adgeziya  qabiliyyətinin  yüksəldilməsinə  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Onlar 

aşağı molekulalı birləşmələr olduğu üçün istismar zamanı tez buxarlanırlar və rezinin 

havanın  oksigeni  ilə  oksidləşərək  və  onların  istismar  xassələrinin  aşağı  düşməsinə 

səbəb  olur.  Məhz  buna  görə  də  istehsal  olunan  hər  bir  yumşaldıcı  maddələrin 

gigiyenik xassələri standartın göstəricilərinə verilmiş norma daxilində olmalıdır. Belə 

ki,  yumşaldıcılar  az  buxarlanan,  kimyəvi  cəhətdən  davamlı,  qoxusuz,  rezinin 

tərkibinə daxil olan digər komponentlərlə asanlıqla qarışan maddələr olmalıdır. Rezin 

istehsalında  istifadə  edilən  yumşaldıcılara  misal  olaraq  mineral  yağları,  parafini, 

texniki vazelini, neft emalının digər  məhsullarını, stiarinli olein turşusunu göstərmək 

olar. 


Rezin  məmulatlarının  əsas  çatışmayan  cəhəti  istismar  və  saxlanma  zamanı  tez 

köhnəlməsindən  ibarətdir  ki,  bu  da  rezinin  elastikliyinin  aşağı  düşməsi,  bərkliyinin 

artması  və  kövrəkləşməsi  ilə  özünü  büruzə  verir.  Rezinlərin  köhnəlməsinin  qarşısını 

qismən almaq üçün istehsal zamanı onların tərkibinə köhnəlməyə qarşı davamlılığını 

artıran  maddələr qatılır. Köhnəlmə prosesinin  mahiyyəti  müxtəlif  təsirlər  nəticəsində 

məmulatın  havanın  oksigeni  ilə  oksidləşməsindən  ibarətdir.  Köhnəlmənin  qarşısını 

almaq  üçün  məmulatın  səthini  emal  prosesindən  keçirmək  və  yaxud  köhnəlmə 

əleyhinə işlədilən kimyəvi  maddələrdən  istifadə etmək  lazımdır. Məmulatın səthində 

havanın oksigeninin rezinə diffuziyasını çətinləşdirən örtük qatı əmələ gətirmək üçün 

parafin,  mum,  selezin,  ozegeritdən  istifadə  edilir.  Rezinin  istehsalı  zamanı  onun 

köhnəlməyə  qarşı  davamlılığını  artırmaq  məqsədilə  tərkibinə  qatılan  kimyəvi 



13 

 

maddələrə  isə  ilkin  və  ikinci  dəfə  emal  edilmiş  aminlər,  onların  məhsulları  və 



xinonlar daxildir. 

Xalq  təsərrüfatının  müxtəlif  sahələrində  monolit  və  məsaməli  rezin 

məmulatlarından  geniş  istifadə  edilir.  Məsaməli  rezinlər  bir  çox  müsbət  istehlak 

xassələri ilə xarakterizə olunur və ayaqqabı sənayesində geniş tətbiq edilir. Məsaməli 

rezinlərin  istehsalı  üçün  rezin  xammalının  tərkibinə  qeyri-üzvi  və  üzvi  məsamə 

əmələgətirici  maddələr  qatılır.  Məsamə  əmələgətirmə  prosesinin  mahiyyəti  ondan 

ibarətdir  ki,  yüksək  temperatur  şəraitində  məsamə  əmələgətirici  maddələr  parçalanır 

və nəticədə alınmış qazlar rezində qapalı dairəvi formalı məsamələr əmələ gətirir. Bu 

məqsədlə,  məsaməli  rezinlər  istehsalında  işlədilən  qeyri-üzvi  maddələrdən  ən  çox 

tətbiq ediləni natriumbikarbonatdır. Bundan əsasən ayaqqabının dabanı üçün işlədilən 

məsaməli  ağır  rezinlərin  istehsalında  istifadə  olunur.  Üzvi  məsamə  əmələgətirici 

birləşmələr  kimi  işlədilən  azobirləşmələrdən,  sulfonilhidrazillərdən,  turşuların 

azitlərindən daha çox azot qazı ayrılır. 

Ayaqqabı  istehsalında  müxtəlif  əlvan  rəngli  rezinlərdən  istifadə  olunur.  Belə 

rezinlərin  alınması  üçün  müxtəlif  piqment  və  boyaqlardan  istifadə  edilir.  Rezinlərin 

rənglənməsi  üçün  işlədilən  piqmentlər  həll  olmayan  mineral  və  üzvi  maddələrdən 

ibarətdir  ki,  bunlara  da  titan  ağardıcılarını,  sink  sulfidini,  dəmirin  qırmızı  oksidini, 

kalium  sulfidi,  oxranı,  xrom  oksidini,  qaz  və  lampa  qurumunu  göstərmək  olar.  Bu 

mineral  piqmentlər  istehsal  zamanı  məmulatın  tərkibinə  standart  normalarına  uyğun 

olaraq  qatılır.  Rezin  istehsalında  işlədilən  üzvi  rəngləyici  maddələrə  isə  müxtəlif 

rəngli  laklar  daxildir.  Rəngləyici  maddələr  istismar  zamanı  davamlı  olmalı  və 

məmulatın estetik xassələrini pisləşdirməməlidir. 

Rezin  məmulatlarının  və  rezin  hissələrinin  hazırlanması  zamanı  əmələ  gələn 

istehsalat  tullantıları  təkrar  emal  prosesindən  keçirilməklə  və  yumşaldıcılar  əlavə 

etməklə  regerenat  əldə  edilir.  Regerenat  rezin  istehsalı  zamanı  kauçuk,  sərfini 

azaltmaq  məqsədilə  onun  tərkibinə  qatılır.  Rezinin  tərkibinə  regerenat  müəyyən 

norma  daxilində  qatılır,  əks  halda  rezinin  xassələrinin  kəskin  şəkildə  pisləşməsinə 

səbəb olur. 




Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə