İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

26 

 

Bunun  nəticəsində  hissələrin  yığılması  keyfiyyəti  yaxşılaşır,  fəhlələrin  əməyi 



yüngülləşir və istehsal mədəniyyəti yüksəlir. 

Metal  qəliblərin  üzərinə  ayaqqabı  hissələri  müəyyən  ardıcıllıqla  yığılır. 

Əvvəlcə  qəlib  üzərinə  tərs  üzü  ilə  yapışdırılmış  astar  və  qara  daban  dalından  olan 

zaqatovka  çəkilir,  sonra  isə  qəlibə  rəngli  içlik  bərkidilir.  Daxili  hissələr  yığıldıqdan 

sonra  uyğun  olaraq  aralıq  və  xarici  hissələr  yapışdırılır.  Aralıq  və  daxili  hissələrdən 

yığılmış  ayaqqabı  karkasını  qabaq  rezinlə  çəkirlər,  onun  ucu  isə  dabandalıya 

bərkidilir.  Bu  zaman  dabandalının  ox  xətti  üzrə  əmələ  gələn  tikiş  möhkəm  bağlanır. 

Yığılmanın  son  əməli,  yastı  altlığın  qoyulması  və  onun  maşının  köməyi  ilə  sıxılmış 

hava ilə birləşdirilməsindən ibarətdir. 

Laklama saya rezindən yapışdırma üsulu ilə istehsal olunan məişət ayaqqabıları 

üçün işlədilir. Laklama lazımi texnoloji əməliyyat olub, rezin ayaqqabılarının keyfiy-

yətini  yaxşılaşdırmağa  imkan  verir.  Laklama  və  sonrakı  vulkanizasiya  əməliyyatı 

nəticəsində rezin ayaqqabıların səthində möhkəm, elastik və parlaq təbəqə əmələ gəlir 

ki, bu da  məmulata  gözəl  xarici  görünüş  verir,  həmçinin  onları çirklənmədən, suyun 

təsirindən  və  günəş  işığından  qoruyur.  Lak  təbəqəsi  vulkanizasiya  əməliyyatı 

nəticəsində rezinlə yaxşı yapışır. 

Rezin  ayaqqabılar  əl  və  elektrostatik  üsullarla  laklanır.  Əl  üsulu  ilə  laklama 

zamanı qəlibdə bərkidilmiş ayaqqabı lak ilə dolu vannaya salınır. 

Rezin ayaqqabıların elektrostatik  üsulla  laklanmasının  mahiyyəti aşağıdakı ki-

midir. Qəlib üzərinə geydirilmiş qaloşlar konveyer lenti vasitəsilə səpələyici qurğusu 

olan rəngləyici kameraya daxil olur. Kameranın ortasında lak səpələyici xüsusi qurğu 

quraşdırılmışdır. 

Qəliblər  və  səpələyici  qurğu  yüksək  gərginlikli  elektrik  sahəsi  yaradan 

elektrodlar  sistemi  əmələ  gətirir.  Buraya  üzərinə  məmulat  bərkidilmiş  qəlib  müsbət, 

lak  səpələyici  isə  mənfi  yüklə  yüklənmiş  olur.  Laklama  əməliyyatı  zamanı 

səpələyicidən  ayrılan  lak  hissələri  mənfi  yüklənmiş  olur  və  onlar  müsbət  yüklənmiş 

rezin qaloşların üzərinə çəkərək nazik təbəqə əmələ gətirir. 



27 

 

Elektrostatik  üsulla  rezin  ayaqqabıların  səthində  nazik  bərabər  qalınlıqda  lak 



örtüyü  əmələ  gətirilir.  Bu  üsulla  laklama  zamanı  rezin  ayaqqabıların  lak  axıntısı 

nöqsanı əmələ gəlir. 

Laklamadan  sonra  ayaqqabılar  qurudulur  və  vulkanizasiya  əməliyyatından 

keçirilir. 

Vulkanizasiya rezin ayaqqabı istehsalının son əməliyyatı sayılır. Vulkanizasiya 

əməliyyatı  vulkanizasiyaedici  qazanlarda  və  yaxud  xüsusi  kameralarda  aparılır. 

Vulkanizasiya nəticəsində rezin hissələr yaxşı yapışır və lak örtüyü möhkəmlənir. Bu 

əməliyyat  qazanlarda  buxar  hava  mühitində  150-160ºC  temperaturda,  2-2,5  atm. 

təzyiqində aparılır və dövrü xarakter daşıyır. 

Rezin  ayaqqabılar  kameralarda  isə  təzyiq  altında  isti  hava  isə  200ºC  tem-

peraturda vulkanizə edilir. Yüksək təzyiqin olmaması fasiləsiz istehsalə təmin etməyə, 

məhsuldarlığı artırmağa və əmək şəraitini yaxşılaşdırmağa imkan verir. Lakin bu üsul 

zamanı  rezin  qarışığının  tərkibindəki  rütubətin  buxarlanması  hesabına  qabarcıqlar 

əmələ gəlir. 

Buna  görə  də  rezin  qarışığını  vintli  presdə  əlavə  emal  üsulu  ilə  rütubətləş-

dirirlər.  Belə  emal  nəticəsində  qabaqcıqların  əmələgəlmə  imkanı  azalır.  Lakin  tam 

yox  edilmir.  İstilik  rejiminin  çətin  nizamlanması  kameralarda  vulkanizasiyanın 

tətbiqini məhdudlaşdırır. 

Rezin ayaqqabıların yapışqan üsulu ilə istehsalı az məhsuldar olub, çoxlu sayda 

əl  əməliyyatlarından  ibarətdir.  Lakin  bu  üsulla  istehsal  olunan  ayaqqabılar  yüksək 

istismar xassələrinə malikdirlər. 

Parça üzlü yapışqan üsulu ilə hazırlanmış rezin ayaqqabıların istehsalı yuxarıda 

göstərilmiş sxemdən onunla fərqlənir ki, parçadan biçilmiş üz hissələri yapışdırılmır, 

tikiş maşınlarında gön ayaqqabının zaqatovkası kimi tikilir. Zaqatovkanı ayaqqabının 

altına  daha  möhkəm  bərkitmək  üçün  parça  zaqatovkaya  rezin  haşiyə  qoyulur. 

Əvvəlcə  zaqatovka  qəlibə  geydirilir,  altlıq  və  rezin  haşiyə  zaqatovkaya  yapışdırılır. 

Sonra  isə  ayaqqabı  vulkanizasiya  qazanlarında,  adi  rezin  ayaqqabılar  kimi  vulka-

nizasiya edilir. 




28 

 

Ştamp üsulu. Qaloşların ştamplama üsulu ilə istehsalı ilk dəfə olaraq “Krasnıy 

treuqolnik”, sonra isə “Krasnıy boqatır” zavodunda tətbiq edilməyə başlanmışdır. Bu 

üsulun  tətbiqi  nəticəsində  məhsul  istehsalında  əmək  sərfi  əhəmiyyətli  dərəcədə 

azalmış  və  istehsal  mədəniyyəti  yüksəldilmişdir.  Ştamp  üsulu  ilə  hazırda  kişi  və 

oğlanlar üçün qaloşlar istehsal edilir. 

Yapışqan üsulundan fərqli olaraq ştamp üsulu ilə istehsal olunan qaloşların ha-

zırlanmasında dörd hissə işlədilir. Bunlara parça dabandalı, rəngli içlik, astar və rezin 

zaqatovka aiddir. Rezin zaqatovka qaloşun üzlük rezinini əmələ gətirmək üçündür. 

O,  uzunluğu  350-500  mm,  diametri  24-28  mm,  kütləsi  200-375  qrama  qədər 

olan  qaytan  formasında  olur.  Üzlük  rezin  zaqatovkanın  kütləsi  ayaqqabının  ölçü-

sündən asılı olaraq dəyişir. 

Ştamplanmış  qaloşlar  aşağıdakı  texnoloji  əməliyyatdan  keçməklə  hazırlanır. 

Qaloşun  parça  hissələrindən  hazırlanan  karkası  konveyer  üzərində  nəticəsi  yuxarı 

bərkidilmiş metal təbəqə yığılır. Qəlibin pəncəsində karkasla birlikdə rezin zaqatovka 

kütləsi  qoyulur.  Bundan  sonra  konveyer  qəliblə  birlikdə  açıq  pres-formaya  daxil 

edilir. Pres-forma iki yan matrisa və puansondan ibarətdir. 

Matrisa – pres-formanın aşağı hissəsi olub, onun daxili konfiqurasiyası qaloşun 

xarici  səthini  əmələ  gətirir.  Puanson  –  pres-formanın  yuxarı  hissəsidir.  Qaloşların 

ştamp üsulu ilə istehsalında PŞQ markalı hidravlik preslərdən istifadə edilir. Pres işə 

salınarkən  matrisin hər iki  hissəsi bir-birinə yaxınlaşaraq birləşir. Bu zaman  matrislə 

qəlib  içlik  arasında  boşluq  saxlanır.  Sonra  puanson  yüksək  təzyiq  əmələ  gətirərək 

(100  at  təzyiqi  qədər)  rezin  zaqatovkanın  üzərinə  endirilir.  Əvvəlcədən  70-80ºC 

temperatura  qədər  qızdırılmış  rezin  zaqatovka  əriyərək  karkasla  qəlibin  və  pres-

formanın  arasında  doldurulur.  Nəticədə  parça  karkasla  möhkəm  birləşmiş  rezin 

üzlüyü olan qaloş əmələ gətirir. Presləmə müddəti 4-4,5 saniyədir. 

Pres-formadan ayrıldıqdan sonra qaloş qəlibdən çıxarılır, adi yüngülləşdirilmiş 

qəlibə  geydirilir  və  sonrakı  emal  üçün  göndərilir.  Buraya  laklama,  qurutma  və 

vulkanizasiyaetmə  daxildir.  Bu  əməliyyatlar  yapışdırma  üsulu  ilə  istehsal  edilən 

qaloşlarda olduğu kimi aparılır. 




Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə