İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   ...   7   8   9   10   11   12   13   14   15

32 

 

Formalaşma  üsulu  ilə  hazırlanmış  qaloşlar  divarının  nazikliyinə,  kütləsinə  və 



elastikliyinə görə ştamp və yapışqan üsulu ilə istehsal edilən qaloşlardan üstündür. 

Uzunboğaz çəkmə və qaloşlarla yanaşı formayasalma üsulu ilə cunilər (astarsız, 

yarımdərin  qaloş)  botinkalar  və  üzü  parçadan  olan  tuflilər  də  istehsal  edilir.  Bu 

ayaqqabıların istehsalı başqa avadanlıqların işlədilməsinə baxmayaraq, prinsipcə bərk 

özəkli formalaşma ilə hazırlanan uzunboğaz çəkmələrdən fərqlənmir. 

Formalaşma  üsulu  ilə  hazırlanan  botinka  və  tuflilər  yapışqan  üsulu  ilə 

hazırlananlardan  möhkəmdir.  Onlar  xəttlərinin,  altlığın  səth  naxışının  və  rezin 

üzlüyün aydın ifadə olunması sayəsində daha yüksək estetik xassələrə malikdir. 



Kimyəvi üsul. Rezin ayaqqabıların istehsalında tətbiq edilən kimyəvi üsulların 

ionlara ayrılma və jelatinləşdirmə daxildir. Bu üsulların mahiyyəti qəlibin və ya pres-

formanın  səthində  lateks  qarışığının  çökdürülməsi  nəticəsində  müəyyən  qalınlıqda 

rezin örtüyünün əmələ gətirilməsindən ibarətdir. 

İonlara  ayrılma  üsulunda  qəlibin  səthinə  koaqulyatorun  nazik  təbəqəsi  çəkilir. 

Bunun  tərkibinə  kalsium  xlorid  və  qatılaşdırıldığı  rolunu  yerinə  yetirən  kaolin 

daxildir.  Belə  emal  olunmuş  qəlib  lateks  qarışığı  olan  vannaya  yerləşdirilir.  Lateks 

qarışığının  hissəcikləri  məmfi  yüklü  olaraq,  müsbət  yüklənmiş  koaqulyator 

maddələrə  toxunduqda  məhlulda  koaqulyasiya  edir  (pıxtalaşır)  və  qəlibin  səthinə 

bərabər təbəqə halında çökür. Müəyyən qalınlıqda örtük təbəqəsinin əmələ gəlməsinə 

lazım olan vaxt keçdikdən sonra qəlib vannadan çıxarılır. Rezin zaqatovka qurudulur, 

qəlibdən  çıxarılır  və  çevrilir.  Çevirmə  əməliyyatı  qəlibdə  olan  naxış  zaqatovkanın 

daxili səthində olduğundan aparılır. Sonra isə yarımfabrikat bəzək qəlibinə geydirilir, 

laklanır və vulkanizasiya edilir. 

İonlara  ayrılma  üsulu  ilə  çimərlik  ayaqqabıları  və  yüngülləşdirilmiş  qaloşlar 

istehsal edilir. Bu məmulatlar divarının eyni qalınlıqda olması,yüngüllüyü, elastikliyi 

və az möhkəmliyi ilə xarakterizə olunurlar. 

Jelatinləşdirmə  üsulu  ayaqqabı  istehsalında  daha  əlverişli  sayılır.  Bu  üsul 

zamanı  rezin  məhlulunun  jelatinləşdirilməsi  pres-formalarda  aparılır.  Pres-formanın 

özəyinə  parçadan  karkas  geydirilir  ki,  bu  da  məmulatın  forma  saxlamasını  yaxşı-




33 

 

laşdırır.  Matrislə  pres-formanın  özəyi  arasında  üzlük  rezinin  formalaşdırılması  üçün 



boşluq  yaradılır.  Bu  boşluq  latekslə  doldurulur  və  koaqulyasiya  maddələrin  təsiri 

altında üzlük rezin əmələ gəlir. Üzlük rezin zaqatovkası bərkidildikdən sonra özəkdən 

(qəlibdən) çıxarılır, qurudulur, laklanır və vulkanizasiya edilir. 

Jelatinləşdirmə üsulu  ionlara ayırma üsulundan  fərqli olaraq, ayaqqabının  istə-

nilən  sahəsində  müxtəlif  qalınlıqda  təbəqə  əmələ  gətirməyə  imkan  verir,  hissələrin 

qalınlığı  pres-formanın  özəyi  və  matrisi  arasından  boşluğun  böyüklüyü  ilə 

tənzimləndirilir. 

İonlara  ayırma  və  jelatinləşdirmə  üsulları  rezin  ayaqqabıların  kütləvi  istehsa-

lında lazımi qədər geniş tətbiq edilmir. Bu bir sıra texnoloji çətinliklərlə izah olunur. 

Təzyiqlə  tökmə  üsulu  ilə  ayaqqabı  istehsalı  A-12-4-4Q  avtomat  maşınlarda 

aparılır. 

Maşının  iş  prinsipi  “Svitdə”  olduğu  kimidir  və  vulkanizasiyası  eyni  vaxtda 

aparılır.  Bu  üsulun  məhsuldarlığı  yapışqan  üsuluna  nisbətən  çoxdur.  Məmulatların 

istehsalı  aşağıdakı  qaydada  həyata  keçirilir.  Əvvəlcə  pres-formanın  özəyinə 

ayaqqabının  parça  zaqatovkası  geydirilir.  Sonra  isə  formanın  boşluğuna  yüksək 

təzyiq altında qabaqcadan hazırlanmış rezin qarışığı vurulur. Bu əməliyyat 10 saniyə 

davam etdirilir. Məmulatın formaya salınması və vulkanizasiyası 6 dəqiqə aparılır.  

İstehsal  olunan  ayaqqabının  keyfiyyəti  pres-formanın  qızdırılma  müddətinin 

rezin qarışığının tərkibinə uyğun gəlməsindən asılıdır. 

Təzyiqlə tökmə üsulu ilə kişi və idman ayaqqabıları və ağ rezin üzlük çəkilmiş 

botinkalar istehsal olunur. 

Formayasalma  üsulundan  fərqli  olaraq  təzyiqlə  tökmə  üsulu  az  zəhmət  tələb 

edir,  rezin  qarışığı  itkisini  əhəmiyyətli  dərəcədə  azaldır.  Formanın  qızdırılması  üçün 

elektrik enerjisinə qənaət edir və eyni zamanda istehsal mədəniyyətinin yüksəlməsinə 

səbəb olur. 

 

 



 


34 

 

II. TƏCRÜBİ HİSSƏ 



 

2.1. İstehlak bazarına daxil olan məişət rezin ayaqqabıların təsnifatı və çeşidinin 

ekspertizası 

 

Rezin  ayaqqabılar  bir  sıra  istehsal  və  texnoloji  nişanələrinə  görə  təsnifləşirlər: 



təyinatına,  istehlakçının  yaş-cins  xüsusiyyətinə,  növünə,  işlədilmə  xarakterinə, 

ölçüsünə, üz materialına, rənginə, fasonuna, istehsal üsuluna və s. 

Rezin  ayaqqabılar  təyinatına  görə  məişət,  idman  və  istehsalat  ayaqqabılarına 

bölünürlər. 

İstehlakçının  yaş-cins  xüsusiyyətinə  görə  -  kişi,  qadın,  oğlan,  qız  və  uşaqlar 

üçün olurlar. 

Növ  çeşidinə  görə  rezin  ayaqqabılar  –  qaloş,  botik,  uzunboğaz,  yarımboğaz 

çəkmə, botinka, yarımbotinka, tuflilərə bölünürlər. 

İşlədilmə  xarakterinə  görə  ayaqqabı  üstündən  geyilən  və  bilavasitə  ayağa 

geyilən olurlar. 

Üz  materialına  görə  rezin  ayaqqabılar  bütöv  və  rezin-parça  ayaqqabılarına 

bölünürlər. Rənginə görə qara, ağ rəngli olurlar.  

Rezin  ayaqqabının  fasonuna  görə  dabanın  hündürlüyündən,  formasından  və 

burun  hissənin  formasından  asılı  olaraq:  dabansız,  alçaq,  orta,  hündürdabanlı,  ensiz, 

girdə və yarımgirdə burunlu ayaqqabılara bölünürlər. 

Ölçüsünə  görə  kişilər  üçün  39-47,  qadınlar  üçün  34-41,  qızlar  üçün  31-33, 

uşaqlar üçün isə 20-30. 

Məişət  rezin  ayaqqabıları.  Məişət  ayaqqabıları  rezin  ayaqqabıları  çeşidinin 

əsasını  təşkil  edir.  Onlar  idman  və  istehsalat  ayaqqabılarından  forma  və  konstruk-

siyasına  görə  fərqlənirlər.  Hazırda  rezin  ayaqqabılaırn  çeşidinin  modanın  müasir 

tələblərinə  uyğun  olaraq  yeniləşdirilməsi  üçün  daimi  iş  aparılır.  Lakin  işlədilən 

materialların  özünəməxsus  xüsusiyyətləri,  rezin  ayaqqabıların  istifadəsi  onların 

çeşidinin yeniləşdirilməsi və artırılması imkanını məhdudlaşdırır. 




Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə