İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   2   3   4   5   6   7   8   9   ...   15

 

I.  NƏZƏRİ HİSSƏ 



1.1.  Ayaqqabı malları istehsalının və istehlakının vəziyyəti 

 

 



Müstəqil  inkişaf  yoluna  qədəm  qoymuş  respublikamız  bazar  iqtisadiyyatına 

keçid  şəraitində  yaşayır.  Respublikada  gedən  iqtisadi  islahatlar  bütün  xalq  istehlakı 

malları  kimi  ayaqqabı  mallarının  da  istehsalının  kəskin  azalmasına  səbəb  olmuşdur. 

Bununla  yanaşı  respublikanın  dünya  iqtisadiyyatına  qoşulması,  xarici  iqtisadi 

əlaqələrin  genişlənməsi  və  dövlətlərarası  bağlanmış  ticarət-iqtisadi  sazişlərin  yerinə 

yetirilməsi  ixrac  və  idxal  olunan  malların  keyfiyyətinə  nəzarətin  artırılmasını  tələb 

edir.  Hazırki  dövrdə  respublikada  əhalinin  tələbini  təmin  edəcək  həcmdə  gön 

ayaqqabı  malları  istehsal  edilmədiyindən  bu  mallar  respublikanın  daxili  bazarına 

xarici  ölkələrdən  daxil  olur.  Bu  malların  keyfiyyətinə  nəzarət  etmək  üçün  yüksək 

ixtisaslı  əmtəəşünas  və  ekspert  kadrlar  respublikaya  olduqca  lazımdır.  Həmçinin 

respublika  daxilində  istehsal  olunan  gön  ayaqqabı  mallarının  keyfiyyətini  dünya 

standart tələblərinə uyğunlaşdırmaq mühüm məsələlərdəndir. 

Bildiyimiz  kimi,  buraxılan  məhsulun  keyfiyyətinin  yüksəlməsi  özünü  əlavə 

məhsul  kimi  göstərir.  Keyfiyyətli  məhsul  istehsal  etmək  cəmiyyət  üçün  çox  məhsul 

istehsal  etmək  deməkdir.  Müasir  elmi-texniki  tərəqqi  şəraitində  məhsulun 

keyfiyyətinin  fasiləsiz  olaraq  yüksəltmək  problemindən  daha  kəskin,  mürəkkəb  və 

əsas problem demək olar ki, yoxdur. 

Gön  ayaqqabı  malları  sənayesi  köhnə  sənaye  sahələrindən  hesab  olunur.  Bu 

sənaye  sahələri  artıq  dünya  miqyasında  sürətlə  inkişaf  edərək  iri  mexanikləşdirilmiş 

müstəqil  sənaye  sahələrindən  birinə  çevrilmişdir.  Dünya  miqyasında  kimya  sənaye-

sinin və kənd təsərrüfatının durmadan inkişaf etdirilməsi ayaqqabı sənayesinin boyaq, 

sintetik aşılayıcılar, yapışqan, gön xammalı və s. materiallara olan tələbatını ödəməyə 

imkan  verir.  Gön  və  ayaqqabıların  istehsal  texnologiyasının  təkmilləşdirilməsi 

sahəsində də əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. 

Gön  haqqında  elmin  yaradılması  və  gön  materiallarının  keyfiyyətinin  yüksəl-

dilməsi,  xassələrinin  öyrənilməsi,  istehsal  texnologiyasının  təkmilləşdirilməsi  sahə-




 

sində  böyük  əməyi  olan  rus  alimlərindən  Q.Q.Povarnini,  İ.Q.Manoxini,  A.A.Za-



vodskini, N.V.Çernovu, M.E.Serqeyevi, N.İ.Eqorkini, Q.İ.Kutyanini  və s. göstərmək 

olar. 


Əhalinin  ayaqqabı  mallarına  olan  tələbinin  tam  və  dolğun  ödənilməsi  üçün 

elmi cəhətdən əsaslandırılmış səmərəli istehlak normaları işlənib hazırlanmışdır. 

Ayaqqabıların  səmərəli  istehlak  normaları  dedikdə  hər  bir  əhaliyə  ildə  lazım 

olan köhnəlmiş ayaqqabı qarderobunu təzələmək üçün ayaqqabıların miqdarı nəzərdə 

tutulur.  Səmərəli  istehlak  normaları  istehlakçıların  cins  yaş  tərkibi  üçün  hesab-

lanmışdır. 

Ayaqqabılar  üzrə  səmərəli  istehlak  dəsti  hesablanan  zaman  əhalinin  hər  bir 

nəfərinə  düşən  ayaqqabının  sayı,  xidmət  müddəti  (fiziki  və  mənəvi  köhnəlmə), 

ayaqqabının  sutka,  saatlarla  xidmət  müddəti  əsas  götürülmüşdür.  Fiziki  köhnəlmə 

dedikdə  ayaqqabının  istifadəyə  yararsız  hala  düşənə  qədər  lazım  olan  xidmət 

müddəti,  mənəvi  köhnəlmə  dedikdə  isə  ayaqqabının  moda  və  fasonunun  dəyişdiyi 

dövr nəzərdə tutulur. 

Respublikada  əhalinin  səmərəli  ayaqqabı  dəstləri  ilə  təmin  olunması  üçün 

gələcəkdə gön-ayaqqabı sənayesi üzrə böyük işlər görmək lazımdır. 

Əhalinin  ayaqqabı  mallarına  olan  tələbatının  hərtərəfli  ödənilməsi  işində 

ayaqqabı  istehsalı  sahəsində  çalışan  əmtəəşünasların,  ekspertlərin  qarşısında  mühüm 

vəzifələr durur. Onlar istehlakçıların ayaqqabı mallarına olan tələbatını elmi əsaslarla 

dərindən  öyrənməli,  onların  keyfiyyətini  orqanoleptiki  və  laboratoriya  metodları  ilə 

dəqiq təyin etməyi bacarmalıdırlar. 

Hazırda  müxtəlif  xarici  ölkələrdən  respublikanın  daxili  bazarına  gön  ayaqqabı 

malları  daxil  olur.  Əmtəəşünas  və  ekspertlərin  müasir  dövrdə  əsas  vəzifəsi  respub-

likaya idxal olunan bu malların keyfiyyətini dəqiq təyin etmək və bazara keyfiyyətsiz 

malların  daxil  olmasının  qarşısına  sipər  çəkməkdən  ibarət  olmalıdır.  Ona  görə  də 

əmtəəşünas  və  ekspertlər  ayaqqabı  istehsalında  tətbiq  olunan  təbii  və  süni  mate-

rialların  xassələrini,  ayaqqabıların  istehsal  üsulunu,  çeşid  müxtəlifliyini  və  onlara 

verilən tələbləri dərindən bilməlidirlər. 




 

 



Ayaqqabı malları qeyri-ərzaq mallarının mal dövriyyəsində təqribən 12% təşkil 

edir.  


Tədqiqatlar göstərir ki, primitiv halda IX əsrdən mövcuddur. 

XVI-XVII əsrlərdə Rusiyanın imkanları geniş olmasına baxmayaraq, ayaqqabı 

sənayesi üçün zəruri olan xammal xarici ölkələrdən gətirilirdi. 

İnqilaba  qədər  rezin  ayaqqabı  sənayesi  az  məhsuldar  olan  əl  əməyinə 

əsaslanırdı. 

Keçmiş  Sovet  hakimiyyəti  illərində  ölkəmizdə  rezin  ayaqqabısənayesi  sürətlə 

inkişaf  etmiş  xalq  təsərrüfatının  iri  mexanikləşdirilmiş  müstəqil  sənaye  sahələrindən 

birinə çevrilmişdir. 

Keçmiş  SSRİ-nin  iqtisadi  rayonlarının  əksəriyyətində  və  müttəfiq  respubli-

kaların hamısında  müasir avadanlıqlarla təchiz olunmuş ayaqqabı fabrikləri  fəaliyyət 

göstərirdi. 

Kimya  sənayesinin  və  kənd  təsərrüfatının  durmadan  inkişaf  etdirilməsi  sahə-

sində də əhəmiyyətli nailiyyətlə əldə edilmişdir. 

Rezin  ayaqqabıların  istehsal  texnologiyasının  təkmilləşdirilməsi  sahəsində  də 

az işlər görülməmişdir. 

Bu  əhalinin  hər  bir  nəfərinə  düşən  ayaqqabı  cütünün  artırılmasına  imkan 

vermişdir. Belə ki, 1913-cü ildə hər nəfərə düşən 167 cüt 1966-cı ildə 2,2 cüt, 1970-ci 

ildə 8 cüt olduğu halda, həmin rəqəm 3,2 cüt təşkil edirdi. Onu da göstərmək lazımdır 

ki,  istehsal  edilən  ayaqqabının  mal  dövriyyəsi  strukturunda  rezin  və  keçə  ayaqqa-

bıların  payının  azalması  hesabına  rezin  ayaqqabıların  xüsusi  çəkisinin  artması 

müşahidə edilir. 

İndi  ümumi  ayaqqabının  pərakndə  satış  mal  dövriyyəsində  rezin  ayaqqabının 

payı təqribən 80%-dən yuxarıdır. 

Lakin  ayaqqabı  istehsalının  əhəmiyyətli  dərəcədə  genişləndirilməsinə  baxma-

yaraq, əhalinin müxtəlif ayaqqabılara olan tələbatı hələ də ödənilmir. 



Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə