İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   ...   7   8   9   10   11   12   13   14   15

44 

 

Alət  üsulu  ilə  fiziki-mexaniki  xassələrinin  normalaşdırılmış  göstəricilərinin 



standart tələblərinə  uyğunluğu  yoxlanır. Bu  məqsəd üçün təhvil  veriləcək partiyadan 

0,03-0,05%  yoxlama  üçün  götürülən  məmulatın  sayı  cüt  götürülür,  lakin  iki  cüt 

qaloşdan, uzunboğaz qaloşdan, tufli  və bir cüt  uzunboğaz çəkmədən az olmamalıdır. 

Yoxlamanın  nəticəsi  qeyri-qənaətbəxş

 

olduqda  nümunədən  iki  dəfə  çox  götürülüb 



yoxlama  aparılır.  Təkrar  təhlilin  nəticəsi  qeyri-qənaətbəxş

 

olduqda  çıxdaş  edilir. 



Rezin ayaqqabıların keyfiyyətinin alət üsulu ilə yoxlanılması bir qayda olaraq istehsal 

müəssisələri  tərəfindən  aparılır,  ancaq  ticarət  təşkilatlarının  hüququ  var  ki,  lazımi 

hallarda  daxil  olan  ayaqqabıların  keyfiyyətinə  laboratoriya  göstəriciləri  üzrə  nəzarət 

etsin. 


Yapışqan  üsulu  ilə  hazırlanan  ayaqqabıların  rezin  hissələrinin  qalınlığı  başqa 

hissələrdən  ayırdıqdan  sonra  ştamp,  formalaşdırmada  isə  parça  hissələri  ilə  birlikdə 

təyin edilir. Ayaqqabının növündən, istehsal üsulundan və cins-yaş təyinatından asılı 

olaraq  standartlarda  müəyyən  edilmiş  hissələrin  qalınlıq  forması  fərqləndirilmişdir. 

Bu  zaman  yapışqan  və  formalaşma  üsulları  ilə  hazırlanan  ayaqqabı  hissələrinin 

qalınlığı  minimal  ştamplanmış  qaloşlar  üçün  onların  orta  qalınlığı  və  mümkün  ola 

bilən  tərəddüd  sərhədi  normalaşdırılır.  Qalınlıq  üzrə  müəyyən  edilmiş  normativə 

riayət  edilməsi,  məmulatın  geyilmə  prosesində  rezin  üzlüyün  möhkəmliyini,  lazımi 

müddətini və sukeçirməməsini təmin edir. 

Yapışqan üsulu ilə hazırlanmış qaloşlarda, botiklərdə, uzunboğaz qaloşlarda və 

tuflilərdə  qabaq  rezinin  qalınlığı  0,65  mm-dən  az  olmamalı,  ayaqqabının  növündən 

və onun cins-yaş təyinatından asılı olaraq  altının qalınlığı pəncə  hissədə 2,0-3,8  mm 

və  daban  hissədə  4,8-6,5  mm  olmalıdır.  Yapışma  üsulu  ilə  hazırlanan  yüngül 

qaloşlarda,  botiklər  və  uzunboğaz  qaloşların  qalınlığı  norması  azalmışdır.  Ştamp 

üsulu ilə hazırlanan qaloşların qabaq rezinin qalınlığı burun hissəsində - 3,6-0,5 mm, 

yanlarda – 1,9-0,8, qabaqdan bortikə qədər -2,2-0,5, dabandalıda -5,0-0,5 mm; pəncə 

hissəsində 5,7-0,7 mm, dabanda 8,7-0,7 mm-ə qədər olur. 

Formalaşma üsulu ilə hazırlanmış uzunboğaz çəkmələrin üz və altının qalınlığı 

tətbiq  edilən  qəlib-nüvədən  asılıdır.  Bərk  nüvələrdə  hazırlanan  altlığın  pəncə  hissə-



45 

 

sinin  qalınlığı  11  mm,  elastik  kameralı  nüvələrdə  formalaşma  üsulu  ilə  hazırlanmış 



qalın uzunboğaz çəkmələrdə 6 mm, kişi üçün olan çəkmələrdə isə 8 mm olur. 

Uzanma  zamanı  möhkəmlik  həddi  qabaq  və  altlıq  rezin  üçün  normalaşdırılır. 

Rezinin  möhkəmlik  göstəricilərinə nəzarət edilməsi  material  və  məmulatın  mexaniki 

təsirindən  tezdağılma  təhlükəsini  aradan  qaldırır.  Az  nisbi  uzanma  konstruksiyasını 

həddindən  artıq  bərk  edir,  ayaqqabıya  geyilməsini  çəinləşdirir,  daxili  ayaqqabının 

(botinka  qaloşla  geyilərkən)  gön  hissələrinin  üz  təbəqəsinin  tez  sürtülməsinə  səbəb 

olur. Konstruksiyanın artıq əlavə bərkliyi yeriyərkən əlavə qüvvə tələb edir, bu da tez 

yorulmağa səbəb olur. 

Rezinin  cırılma  möhkəmliyinin  minimal  norması  yapışqan  üsulu  ilə  hazır-

lanmış  qaloşlar  üçün  75  kqs/sm

2

  (73,6·10



5

Pa),  botik  və  rəngli  uzunboğaz  qaloşlar 

üçün 65 (63,7 ·10

5

Pa). 



Uzunboğaz  çəkmə  üçün  rezinin  möhkəmliyi  başqa  növ  ayaqqabılardan 

yüksəkdir. 

Yapışqan üsulu ilə hazırlanmış qaloşlardan möhkəmlik həddindən başqa yan və 

dabandalının  cırılma  möhkəmliyinin  norması  qabaq  rezinin  parça  ilə  rezin  yaxud 

nazik  dabandalı  (kqs/sm)  ilə  möhkəmlik  əlaqəsi  və  qabaq  rezini  ilə  möhkəmlik 

əlaqəsi norması müəyyən edilmişdir. Bu göstəricilər ayaqqabı konstruksiyasında ayrı-

ayrı hissələrin və qovşaqların möhkəm birləşməsinə nəzarət etməyə imkan verir. 

Yan  hissəsinin  cırılma  möhkəmliyi  toxuculuq  materiallarının  tətbiqindən 

asılıdır  və  tiftikli  astarlıda  5,8  kqs/sm  56,9  kqs-sm-dən,  tiftiksiz  olan  ayaqqabı  4,8 

kqs/sm 47,1 H/sm-dən; parça materiallarından olan dabandalının cırılma möhkəmliyi 

10 kqs/sm 176,5 H/sm, trikotajdan olan isə 1,5 kqs/sm-dən az olmamalıdır. 

Qabaq  və  altlıq  rezinin  uzanması  nümunənin  cırılma  anında  nisbi  uzanma 

göstəriciləri  ilə  xarakterizə  olunur.  Müxtəlif  növ  ayaqqabılar  üçün  bu  göstəricinin 

minimal  norması  230-dan  450  faizə  qədərdir.  Bu  zaman  altlıq  rezin  üçün  norma 

bərabər, yaxud nisbətən aşağıdır. 

Yapışqan üsulu ilə hazırlanmış qara qaloş, botik, uzunboğaz qaloş, formalaşma 

üsulu ilə hazırlanmış uzunboğaz çəkmə və tuflilər üçün qabaq rezinin qalıq uzanması 



46 

 

25%-dən,  altlıq  üçün  40%-dən  çox  deyildir.  Artıq  qalıq  uzanma  məmulatın  tez 



deformasiyasına səbəb olur. 

Sürtülmənin  müqaviməti  altlıq  rezinin  sürtünməyə  davamlı  olması  ilə 

xarakterizə  olunur.  Əsas  növ  ayaqqabılarda  rəngli  rezinin  sürtülməsi  1100-dən, 

qarada  –  800  sm

3

/kvt.s-dən  çox  olmamalıdır.  Aktiv  doldurucuların  tətbiqi  rəngli 



rezinin sürtülməyə qarşı davamlılığının artmasına imkan verir. 

Sukeçirməmək – bütün növ rezin ayaqqabıların lazımlı keyfiyyət göstəricisidir. 

Parça  üzlü  ayaqqabılarda  bu  tələb  altlığı  və  üzün  kənarına  aiddir.  Adətən 

sukeçirməmək ayaqqabı suya salınmaqla yoxlanır. 

Sınaqdan  keçirmə  zamanı  uzunboğaz  çəkmənin  boğazı  neçə  dəfə  burulur, 

bununla  ayaqqabının  daxilində  artıq  hava  təzyiqi  əmələ  gətirilir,  ayaqqabı  suya 

salınarkən  qabaqcıqların  olmaması  konstruksiyanın  hermetikliyini,  sukeçirməməsini 

sübut edir. 

Lak  örtüyünün  keyfiyyəti  laklanmış  rezin  ayaqqabı  üçün  ən  lazımi  keyfiyyət 

göstəricisidir. Lak örtük quru, yapışmayan, hamar və parlaq olmalıdır. Lak örtüyünün 

elastikliyi və möhkəmliyi rezinin 20% uzanması ilə yoxlanılır, bu zaman lak örtük çat 

əmələ gətirməlidir. 

Keyfiyyət  nişanına  layiq  görülmüş  rezin  ayaqqabılar  üçün  fiziki-mexaniki 

xassə göstəriciləri üzrə daha yüksək norma müəyyən edilmişdir. 

Rezin  ayaqqabıların  xaricinə  baxmaqla,  eyniadlı  hissələrin  qalınlığı,  ölçüsü, 

forma  və  rəngi  yoxlanılır,  ayaqqabının  cüt  olmasına  fikir  verilir,  nöqsanlarına  görə 

sortu təyin edilir. 

Keyfiyyət  nişanlı  ayaqqabıların  Dövlət  Komissiyası  tərəfindən  təsdiq  edilmiş 

etalona uyğun olmasına nəzarət edilir.  

Öz  xarakterinə  və  ayaqqabının  keyfiyyətinə  təsir  edən  nöqsanlar  üç  qrupa 

bölünür:  ayaqqabının  istismar  xassələrini  aşağı  salan  nöqsanlar,  xarici  görünüşünün 

nöqsanları, ölçüdən uzaqlaşması. 

Birinci  qrup  nöqsanlara  sukeçirməməsini  pozanlara,  uzunmüddətliyini  aşağı 

salan  yaxud  ayaqqabının  geyilmə  zamanı  rahatlığını  pisləşdirənlər  daxildir,  sortlu 




47 

 

rezin  ayaqqabılarda  belə  nöqsanlara  icazə  verilmir,  onlar  aşkar  edildikdə  ayaqqabı 



çıxdaş  edilir.  Belə  nöqsanlara  mexaniki  zədələnmə,  kükürdün  çıxması,  üzlük 

hissələrin laylara ayrılması, astarın burun hissədə qatlanması və s. daxildir. 

Xarici  görünüş  nöqsanlarına  və  ölçüdən  uzaqlaşma  standart  üzrə  müəyyən 

edilmiş həddə icazə verilir. 

Rezin ayaqqabılar (formalaşma üsulu ilə hazırlanmış tufli və uzunboğaz çəkmə 

idman  ayaqqabısından  başqa)  I  və  II  sortlara  bölünür.  Nöqsanların  əhəmiyyəti  və 

ölçüsündən  asılı  olaraq  I  və  II  sortlara  buraxılan  olur.  Ştamp  üsulu  ilə  hazırlanmış 

qaloşlarda, rezin kənarlı üzü parça botiklərdə və yapışqan üsulu ilə hazırlanmış rezin 

tuflilərdə  bu  və  ya  digər  sortlarda  buraxılan  nöqsanların  ümumi  miqdarı 

müəyyənləşdirilir. 

I  və  II  sortlarda  buraxılan  uyğun  ölçülü  nöqsanlardan  bunları  göstərmək  olar: 

cüt  ayaqqabıda  hissələrin  eninə  və  hündürlüyünə  görə  fərqlənməsi,  hissələrin 

simmetrik  vəziyyətdən  kənarlaşması,  astarın  və  rezin  qabağın  çıxması,  aaltlığın 

kəsiyində  məsamələr,  rezin  və  lak  örtüyün  altında  yapışqan,  batıq  yer,  laklanmamış 

yer və lak örtüyünün zədələnməsi, rezində qabarcıq, lakin axması və damcısı, rezinin 

birləşən yerində axıntı, müxtəlif rəngli parça və s. 

II  sortun  tələblərinə  uyğun  gəlməyən  rezin  ayaqqabılar,  formalaşma  üsulu  ilə 

hazırlanmış  tufli,  uzunboğaz  çəkmə,  idman  ayaqqabısı  yararlı  ayaqqabıların 

tələblərinə uyğun gəlmədikdə, çıxdaş edilir. 

Yüksək keyfiyyət markası ilə attestasiya edilmiş yapışqan üsulu ilə hazırlanmış 

uzunboğaz çəkmələr  xarici  görünüşünə  (nöqsanların  miqdar  və ölçüsünə  görə)  I sort 

məmulatlara verilən tələblərə uyğun olmalıdır. 

Ticarət təşkilatlarında və müəssisələrində seçmə yolla nəzarət edərkən I sortun 

tələblərinə uyğun gəlmədikdə bütün partiya ayaqqabının xaricinə baxılır. 

Rezin  ayaqqabının  standartlarında  geyilmə  üçün  zəmanət  müddətdə 

ayaqqabının  gizli  nöqsanları  aşkara  çıxdıqda  alıcı  öz  etirazını  bildirmək  hüququna 

malikdir:  geyilmə  üçün  zəmanət  müddəti  satıldığı  gündən  müəyyən  edilir:  yapışqan 

üsulu  ilə  hazırlanmış  qaloş,  botik  və  uzunboğaz  qaloş  üçün  90  gün,  ştamp  üsulu  ilə 




48 

 

hazırlanmış qaloş üçün 90 gün, idman ayaqqabısı üçün 60 gün, formalaşma üsulu ilə 



hazırlanan uzunboğaz çəkmə 12 ay. Zəmanət  müddəti rezin ayaqqabının orta xidmət 

müddətinə  təsir  etmir,  lakin  onlar  bu  ayaqqabıların  növlərinin  uzun  müddətliyinin 

eyni olmaması hesabdan müəyyən edilmişdir. 

Rezin ayaqqabıların pərakəndə satış qiymətləri, onlara verilən ticarət güzəştləri 

və əlavələri, artikulu, müxtəlif əlavələrinə görə təsnifatı və ticarət çeşidi 064 nömrəli 

pərakəndə satış qiymət cədvəlində (preyskurantda) öz əksini tapır. 

Preyskuranta əsasən I sort məmulatların pərakəndə satış qiymətləri göstərilir. II 

sortun  qiyməti  isə  polivinilxlorid  örtüklü  materialdan  hazırlanmış  ayaqqabılar  üçün 

5%,  qalan  bütün  növ  rezin  ayaqqabılar  üçün  isə  10%-dir,  az  olmaqla,  I  sortun 

qiymətinə hesablanır. 

Preyskurantda  rezin  ayaqqabılarda  işlədilən  içliyin  növündən,  aralıq 

materiallardan,  bəzəndirilməsi  və  s.  asılı  olaraq  verilən  ticarət  əlavələrinin  miqdarı 

göstərilir. 

Rezin  ayaqqabıların  artikulu  məna  daşıyan  olub,  üç  və  dörd  rəqəmdən  və 

hərflərdən ibarətdir. 

Üzü  parçadan  olan  ayaqqabıların  (üzü  kirzadan  olan  idman  ayaqqabılarından 

başqa) artikulunun əvvəlində onun  üzü  üçün  istifadə edilən parçanın pərakəndə satış 

qiymətindən asılı olaraq qrupu göstərilir. 

Üçrəqəmli  artikul  qaloş,  botik,  uzunboğaz  qaloş,  uzunboğaz  çəkmə  və  texniki 

ayaqqabıların bəzi növləri üçün nəzərdə tutulur. Burada artikulun birinci rəqəmi yaş-

cins xüsusiyyətinə görə ayaqqabının təyinatını göstərir: 

1  –  kişi  ayaqqabıları;  2  –  oğlanlar  üçün  olan  ayaqqabılar;  3-6  –  qadın 

ayaqqabıları; 4 – məktəbli ayaqqabıları; 5 – uşaq ayaqqabıları.  

Qızlar üçün olan ayaqqabıların (35-39 ölçülü) artikulu qadın ayaqqabıları kimi 

markalanır, lakin onların qarşısında “10” hərfi yazılır. 

Artikulun  növbəti  iki  rəqəmi  isə  ayaqqabının  konstruksiyasından  və 

bəzəyindən asılı olaraq növünü göstərir. 



49 

 

Rezin  tufli,  botik,  çimərlik  sandalları  və  istehsalatda  istifadə  edilən 



ayaqqabıların bəzi növlərinin artikulu 4 rəqəmdən ibarət olur. 

Artikulun birinci rəqəmi ayaqqabının təyinatını göstərir.  

1 – müxtəlif təyinatlı tuflilər; 

2 − müxtəlif təyinatlı botiklər;  

3 – xüsusi təyinatlı uzunboğaz çəkmələr, qunilər, antistatik tuflilər; 

4 – elektrik izoləedici ayaqqabılar. 

Artikulunun  ikinci  rəqəmi  rezin  ayaqqabının  cins-yaş  xüsusiyyətinə  görə 

təyinatını göstərir. 

1 – kişi ayaqqabıları; 

2 – oğlan ayaqqabıları; 

3 – qadın ayaqqabıları; 

4 – məktəbli ayaqqabıları;  

5 – uşaq ayaqqabıları. 

Artikulun  üçüncü  və  dördüncü  rəqəmi  ayaqqabının  konstruksiyasının 

xüsusiyyətlərini və bəzəyini göstərir. 

Rezin  ayaqqabıların  artikuluna  əlavə  edilmiş  hərflər  onların  fərqləndirici 

əlamətlərini göstərir: 

a – ağ rezindən olan idman ayaqqabıları; 

f – bərk içlikli formayasalma üsulu ilə; 

fe

 



– elastiki içlikli formayasalma üsulu ilə hazırlanmış ayaqqabılar; 

r – rəngli rezin ayaqqabıları və s. 

 

 

 



 

 

 



 


50 

 

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

 

Buraxılış  işinin  məzmununun  təhlili  aşağıdakı  nəticə  və  təklifləri  verməyə 



imkan verir: 

1) Keçmiş  SSRİ  dövründə  rezin  ayaqqabılar  istehsal  edən  müəssisələr  əsasən 

“mərkəzdə”  yerləşdirilmişdi.  Bunlara  misal  olaraq  Sankt-Peterburqda  yerləşən 

“Krasnıy treuqolnik”, Moskvada yerləşən “Krasnıy boqatır” zavodunu göstərmək olar. 

O  vaxt  istehsal  olunan  rezin  ayaqqabıların  70%-ə  qədəri  bu  müəssisələrin  payına 

düşürdü.  Məlum  olduğu  kimi,  rezin  ayaqqabıların  xammalının  90%-ə  qədəri  neft 

emalı  və  neft  sənayesi  müəssisələri  tərəfindən  istehsal  olunur.  Azərbaycan  zəngin 

xammal  mənbəyinə  malik  olmasına  baxmayaraq,  rezin  ayaqqabı  istehsalı 

Azərbaycanda deyil, “mərkəzi” şəhərlərdə yerləşirdi. 

İndiki  dövrdə  o  vaxt  buraxılmış  səhvi  düzəltmək  vaxtı  çatmışdı.  Xarici 

kapitalist  ölkələrinin  mütərəqqi  texnologiyasına  əsaslanan  müasir  rezin  ayaqqabı 

istehsal  edən  iri  zavodun  yaradılması,  həm  əhalinin  rezin  ayaqqabılara  olan  tələbini 

ödəyərdi  və  həm  də  respublikada  bazar  iqtisadiyyatına  keçid  dövründə  müvəqqəti 

yaranmış işsizliyi aradan qaldırmaq olardı. 

2) Məlum olduğu kimi, rezin ayaqqabılar müxtəlif üsullarla istehsal olunur. Bu 

üsullara  misal  olaraq  yapışdırma,  ştamplama,  formayasalma,  təzyiq  altında  tökmə, 

kimyəvi  üsulları  misal  göstərmək  olar.  Hazırda  istehsal  olunan  rezin  ayaqqabıların, 

xüsusilə məişət təyinatlı rezin ayaqqabıların əksəriyyəti çox əmək tutumu yapışdırma 

üsulları ilə istehsal edilir. Təklif edirik ki, müasir texnologiyaya əsaslanan, əmək sərfi 

çox az tələb olunan, ştamplama üsulundan istifadə olunsa daha yaxşı olar. 

3) Hazırda  xarici-iqtisadi  fəaliyyəti  sahəsində  vahid  əmtəə  nomenklaturası 

tətbiq  olunur.  Beynəlxalq  miqyasda  bu  nomenklatura  6  rəqəmli  koddan,  MDB 

daxilində  isə  9  rəqəmli  koddan  ibarət  olur.  Burada  97  mal  qrupu  fəaliyyət  göstərir. 

Ayaqqabıların  mal  qrupu  64-dür.  Yaxşı  olardı  ki,  burada  gön  və  rezin  ayaqqabılar 

üçün ayrıca kod tətbiq edilsin. 



51 

 

4) Həm keçmiş SSRİ dövründə və həm də hazırda respublikamız əhalinin rezin 



ayaqqabılara  olan  tələbi  xaricdən  və  MDB  respublikalarından  alınan  rezin 

ayaqqabılar  hesabına  ödənilir.  Hazırda  respublikanın  daxili  bazarına  İrandan, 

Türkiyədən, Dubaydan müxtəlif məişət təyinatlı rezin ayaqqabılar daxil olur. 

İstismar  zamanı  məlum  olmuşdur  ki,  bu  ayaqqabıların  keyfiyyəti  olduqca 

aşağıdır. Ona  görə də bu  xoşagəlməz  halın qarşısını almaq  məqsədilə  xaricdən daxil 

olan  bütün  istehlak  mallarının,  o  cümlədən  rezin  ayaqqabıların  keyfiyyəti  xüsusi 

müasir  cihaz  və  avadanlıqlarla  təchiz  olunmuş  əmtəəşünas-ekspert  mütəxəssislərini 

cəlb 


etməklə 

ixtisaslaşdırılmışmüasir 

laboratoriyalarda 

yoxlanılması 

daha 

məqsədəuyğundur. 



5) Məlum  olduğu  kimi,  rezin  ayaqqabıların  istehlak  xassələri  bir  neçə 

səviyyədə  təsnif  olunur.  Rezin  ayaqqabıların  keyfiyyətinin  təhlili  göstərir  ki,  müasir 

dövrün  tələblərinə  rezin  ayaqqabıların  istehlak  xassələrinin  təsnif  olunma  səviyyəsi 

cavab  vermir.  Təklif  edirik  ki,  əmtəəşünas-ekspert  mütəxəssisləri  respublikada  olan 

texnoloqlarla  birgə  rezin  ayaqqabıların  4  səviyyədə  istehlak  xassələrinin  elmi 

cəhətdən əsaslandırılmış təsnifat sisteminin işlənib hazırlanması daha  məqsədəuyğun 

olardı. 

6) Rezin  ayaqqabıların  mənfi  cəhətlərindən  biri  onların  istismar  zamanı  tez 

köhnəlməsi  sayılır,  bu  zaman  onlar  elastikliyini  itirir,  üzərində  çatlar  əmələ  gəlir, 

parlaqlığını itirir. Bu onların tərkibində olan aşağımolekullu maddələrin oksidləşməsi 

hesabına  olur.  Bunun  qarşısını  almaq,  həm  də  rezin  ayaqqabıların  xidmət  müddətini 

artırmaq  üçün  onların  tərkibinə  yeni  tərkibli  antioksidantlar  əlavə  etmək  üzərində 

elmi-tədqiqat işlərinin aparılması daha məqsədəuyğun olardı. 

 

 



 

 

 



 


52 

 

İSTIFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 

 

 

1. Həsənov  Ə.P.,  Osmanov  T.R.,  Həsənov  N.N.  və  b.  Qeyri-ərzaq  mallarının 



ekspertizasının praktikumu. (Dərslik). Bakı, “İqtisad Universiteti” Nəşriyyatı, 2014. 

2. Osmanov  T.R.Qeyri-ərzaq  mallarının  əmtəəşünaslığı  və  ekspertizasının 

əsasları. (Dərslik). Bakı, “İqtisad Universiteti” Nəşriyyatı, 2014. 

3.  Həsənov Ə.P., Osmanov T.R., Həsənov N.N., Abdullayeva S.İ. və başqaları. 

Qeyri-ərzaq mallarının ekspertizasının nəzəri əsasları.Bakı, 2010. 

4.  Həsənov  Ə.P.,  Nuriyev  D.Ə.,  Vəliməmmədov  C.M.,  Həsənov  N.N., 

Osmanov T.R., Babayev M.A., Səmədov E.Ə. Qeyri-ərzaq mallarının ekspertizası. I, 

II cild. Bakı, Çaşıoğlu, 2006.  

5.  Həsənov  Ə.P.  Gön  ayaqqabı  və  xəz  malları  əmtəəşünaslığı.  Bakı,  “Maarif” 

nəşriyyatı, 1999. 

6.  Həsənov  Ə.P.,  Həsənov  N.N.,  Vəliməmmədov  C.M.  Qeyri-ərzaq  mallarının 

əmtəəşünaslığı. Bakı, 1987. 

7.  Vəliməmmədov  C.M.,  Həsənov  Ə.P.,  Osmanov  T.R.  Gön  ayaqqabı  malları 

əmtəəşünaslığı. Bakı, “Maarif”, 1984. 

8.  Балоева С.И. Товароведения и экспертиза непродовольственых товаров. 

Учебное пособие. Москва, 2009. 

9.  Иванов  М.Н.  Товароведение    обувных  товаров:  учеб.для  вузов/ 

М.Н.Иванов, И.Г.Шакланов, В.А. Панасенко. М.: Экономика, 1990, 321 с.  

10. Кедрин Е.А., Павлин А.В., Церевитинов Б.Ф. Товароведение кожевенно-

обувных и пушно-меховых товаров. Москва, 1969. 

11.  Кедрин  Е.А.,  Павлин  А.В.,  Сергеева  Г.В.  Товароведение  обувных 

товаров. Москва, 1976. 

12. Любич М.Г. Свойства обуви. Изд. «Легкая индустрия», Москва, 1969. 

13.  Любич М.Г. Обувное материаловедение. Москва, 1970. 

14.  Лукумович В.Х. Структурный анализ качество обуви. Москва, 1980. 



53 

 

15. Ляшко  А.А.,  Ходыкин  А.П.  и  др.  Товароведение,  экспертиза 



стандартизация, Москва, 2008. 

16.  Магомедов Ш.Ш. Товароведение и экспертиза обуви. Москва, 2008. 

17.  Петрище  Ф.А.  Теоретические  основы  товароведения  и  экспертизы 

непродовольственных товаров. - М.: Дашков и К0, 2005.  

18.  Товароведение  кожевенно-обувных  и  пушно-меховых  товаров:  учеб. 

для вузов /Л.И. Байдакова [и др]. Киев,1990, 351 с. 

19.  Товароведение, экспертиза и стандартизация. Учебник / Под ред. проф. 

В.Я. Горфинкеля, проф. В.А. Швандара. - М.: ЮНИТИ-ДАНА, 2006.  

20.  Казанцева  Н.С.  Товароведение  непродовольственных  товаров.  Москва, 

2008. 


21. Щварц А.С. Химическая технология обуви. М., Легкая индустрия, 1972. 

22. Мосин Н.И. Производство резиновой обуви. М., Госхимиздат, 1962. 

23. Зильвестр  Я.Я.  Вальцы  в  резиновой  промышленности.  Госхимиздат, 

1949. 


 

 

 



  

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə