İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   2   3   4   5   6   7   8   9   ...   15

 

Ayaqqabı sənayesinin  xammal bazası da əhəmiyyətli dərəcədə genişlənmişdir. 



Kimya  sənayesinin  xammal  bazasının  daha  da  möhkəmləndirilməsinə  böyük 

köməklik göstərir. 

Belə  ki,  kimya  sənayesi  ayaqqabı  istehsalını  boyaq  və  plyonka  əməkgətirici, 

bəzəkverici və yapışqan materialları ilə təchiz edir. Buraxılan ayaqqabıların çeşidinin 

yaxşılaşdırılmasında  və  keyfiyyətinin  yüksəldilməsində  ölkəmizdə  yaradılan 

ayaqqabı istehsal birliklərinin böyük rolu vardır. 

Ən  iri  ayaqqabı  birliklərindən  Moskvada  “Vostok”,  “Zarya”,  “Buravestnik”, 

Leninqradda  “Skoroxod”,  Lvovda  “Proqres”,  Kazanda  “Spartak”,  Yaroslavda 

“Sverexod”  və  başqalarına  gəldikdə,  o  cümlədən  rezin  ayaqqabıları  istehsal  edən 

müəssisələrdən bir neçəsinin adlarını göstərmək olar. 

“Krasnoye  treuqolnik”,  Leninqrad  istehsalat  birliyi,  Moskvada  yerləşən 

“Krasnıy Boqatır” zavodunu göstərmək olar. 

İstehsal  olunan  rezin  ayaqqabıların  70%-ə  qədəri  bu  müəssisələrin  payına 

düşürdü. 

Ayaqqabı buraxılışının mühüm göstəricisi əhalinin hər nəfərinə düşən ayaqqabı 

ilə xarakterizə edilir. 

Keçmiş  SSRİ  əhalisinin  hər  nəfərinə  1940-cı  ildə  bir  cüt  ayaqqabı  düşdüyü 

halda, həmin rəqəm 1970-ci ildə 3,0 cüt olmuşdur. 

Respublikamız üzrə bu rəqəm bir qədər yuxarı olmaqla 3,4 cüt təşkil etmişdir. 

Respublikamızda rezin ayaqqabı istehsal olunmur. 

 

 

 



 

 

 



 

 



 

1.2.  Məişət təyinatlı rezin ayaqqabılarına verilən ümumi istehlak tələbləri 

 

Bütün  xalq  istehlakı  malları  kimi,  rezin  ayaqqabılar  da  istismar  şəraitindən, 



mövsümlüyündən,  yaş-cins  xüsusiyyətlərindən,  materialından  və  s.  amillərdən  asılı 

olaraq müxtəlif tələblərə cavab verməlidirlər. 

Bilavasitə  ayağa  və  başqa  ayaqqabının  üstündən  geyilən  rezin  ayaqqabılar 

ayağı  ilk  növbədə  rütubətdən,  tozdan,  soyuqdan,  istidən,  kimyəvi  maddələrdən  və  s. 

xarici  təsirlərdən  mühafizə  etməlidir.  Bunun  üçün  ayaqqabıların  istehsalı  zamanı 

onların təyinatından asılı olaraq, materialların düzgün seçilməsi əsas göstərici sayılır. 

Rezin ayaqqabılar ayağın forma və ölçüsünə, yaxud gön və keçə ayaqqabıların 

ölçü  və  fasonuna  uyğun  yüngül  və  elastik  olmamalıdırlar.  Ayaqda  gön,  yaxud  keçə 

ayaqqabını  möhkəm  saxlamalı  və  eyni  zamanda  xüsusi  güc  sərf  etmədən  asan 

geyilməli  və çıxarılmalıdır. Bütün bunlar rezin ayaqqabılarına öz funksiyasını yerinə 

yetirmək üçün verilmiş tələblər olub, funksional tələblər adlanır. 

Rezin  ayaqqabılarına  verilən  əsas  tələblərdən  biri  də  gigiyenik  tələblərdir.  Bu 

tələblər  insanların  həyat  fəaliyyəti  üçün  olduqca  zəruridlir.  Rezin  ayaqqabıların 

gigiyenik olması istehlakçıların normal həyat fəaliyyətini təmin edir. Onlar ayağı isti 

saxlamalı, hiqroskopik olmalı, ayaqdan müəyyən maddələrin ayrılmasına (buxar, duz, 

tər  və  s.)  maneçilik  törətməməli,  normal  qan  dövranını  təmin  etməli,  çirkdən  asan 

təmizlənməlidirlər. 

Rezin  ayaqqabılara  verilən  gigiyenik  tələblərdə  istehlakçının  yaş-cins  xüsu-

siyyətlərinin  və  ayaqqabıların  təyinatının  böyük  əhəmiyyəti  vardır.  Beləliklə  də, 

xüsusi  təyinatlı  rezin  ayaqqabılarına,  idman  və  uşaq  ayaqqabılarına  qarşı  bir  sıra 

spesifik  gigiyenik  tələblər  də  verilir.  Bu  tələblər  rezin  ayaqqabıların  istehsalı  üçün 

işlədilən  materialların  quruluşundan,  lif  tərkibindən,  hopdurulma  dərəcəsindən, 

arayışlandırılmasından və s. asılıdır. 

Rezin  ayaqqabılar  xarici  görünüşünə,  konstruksiyasına,  fasonuna  və  bəzəyinə 

görə  modanın  istiqamətinə  uyğun  olmalıdır.  Məhz  buna  görə  də  onların  bədii 

tərtibatının  böyük  əhəmiyyəti  vardır.  Ayaqqabılar  yalnız  özlüyündə  gözəl  olmalıdır. 




10 

 

O,  eyni  zamanda  istehlakçının  zövqünü  oxşamalıdır.  Rezin  ayaqqabılarına  verilən 



estetik  tələblər  yalnız  modadan  deyil,  onların  hazırlandığı  materiallardan,  konstruk-

siyasından,  həmin  məmulatın  texnoloji  emalından  və  s.  asılıdır.  Rezin  ayaqqabılara 

verilən  estetik  tələblər  hər  şeydən  əvvəl,  onların  təyinatına  və  istismar  şəraitinə 

tamamilə uyğun olmalıdır. 

Yuxarıda  göstərilən  tələblərlə  yanaşı,  rezin  ayaqqabılara  verilən  ən  mühüm 

tələblərdən  biri  də  istismar  müddəti  və  ya  xidmət  müddətidir.  Ayaqqabıların  xidmət 

müddəti dedikdə, məmulatın dağılana qədərki istismar müddəti başa düşülür. 

Rezin  ayaqqabılar  xarici  görünüşünü  pisləşmədən,  ölçü  və  formasını, 

elastikliyini,  möhkəmlik  xassələrini  dəyişmədən  normal  şəraitdə  uzun  müddət 

saxlamaya davam gətirməlidir. 

Rezin  ayaqqabıların  istismar  tələblərinə  düzgün  cavab  verməsi  onun  mate-

rialının  möhkəmliyindən,  hissələrin  birləşdirilməsi  üsulundan,  furnituraların  düzgün 

və  möhkəm  bərkidilməsindən,  texnoloji  rejimin  düzgün  yerinə  yetirilməsindən  və 

eləcə də həmin məmulatın konstruksiyasından asılıdır. 

 

 

1.3.  Məişət təyinatlı rezin ayaqqabıların keyfiyyətinin formalaşmasında 



xammaterialların rolu 

 

Ayaqqabı  istehsalında  tətbiq  edilən  süni  materialları  təyinatından  asılı  olaraq 



dörd əsas qrupa bölmək olar: 

1. Ayaqqabının  altı  üçün  işlədilən  süni  materiallar;    2.  Ayaqqabının  üzü  üçün 

işlədilən  süni  materiallar;  3.  Ayaqqabının  daxili  hissələri  üçün  işlədilən  süni 

materiallar; 4. Ayaqqabının aralıq hissələri üçün işlədilən süni materiallar. 

Ayaqqabının  altı  üçün  işlədilən  süni  materiallara  təbii  və  sintetik  kauçuklar, 

onların əsasında alınmış rezinlər, kartonlar və müxtəlif növlü plastik kütlələr daxildir. 

Ayaqqabının  altı  üçün  işlədilən  süni  materiallar  içərisində  müxtəlif  quruluşlu 

və markalı rezinlər xüsusi yer tutur ki, bunların da istehsalının əsasını təbii və sintetik 




Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə