İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   ...   7   8   9   10   11   12   13   14   15

41 

 

Gön  ayaqqabının  üzərindən  geyilən  ayaqqabıların  forması  gön  ayaqqabının 



fasonuna uyğun olmalıdır. Gön ayaqqabının fasonunun tez-tez dəyişməsi ilə əlaqədar 

olaraq bu çox çətin məsələdir. 

Rezin ayaqqabların yeni fasonlarını hazırlayarkən hökmən gön ayaqqabılarının 

fasonu  nəzərə  alınmalıdır:  bundan  başqa  rezin  ayaqqabının  fason  və  ölçüsünün 

buraxılan  gön  ayaqqabıya  uyğun  olması  vaxtaçırı  yoxlanılır  və  rezin  ayaqqabıların 

fasonunda lazımi dəyişikliklər aparılır. 

Bilavasitə  ayağa  geyilən  rezin  ayaqqabıların  fasonu  az  hallarda  dəyişir,  keçə 

ayaqqabının üstündən geyilən rezin ayaqqabıların fasonu isə dəyişmir.  

Rezin  ayaqqabının  modelinin  müxtəlifliyi  və  dəyişməsi  onun  növündən  və 

təyinatından asılıdır. Qadın botikləri çox müxtəlif modelli olub və tez-tez dəyişməsilə 

fərqlənir,  lakin  kişi  və  oğlan  botikləri,  qaloşları  və  ayaqqabının  bəzi  başqa  növləri 

nisbətən məhdud və çeşidi az dəyişmiş halda buraxılır. 



Rezin  ayaqqabıların  ölçü  çeşidi.  Rezin  ayaqqabılar  üçün  ölçünün 

nömrələnməsinin iki sistemi ştixmassa və şərtin nömrələnmə qəbul edilmişdir. Rezin 

ayaqqabıların  (gön  ayaqqabı  tipi  üzrə)  nömrələnməsinin  metrik  sisteminin  tətbiqi 

imkanı öyrənilir. 

Ştixmassa sistemi  gön ayaqqabılarının  nömrələnməsi kimidir, bilavasitə ayağa 

(uzunboğaz qaloş, yarımuzunboğaz qaloş, botinka, yarımbotinka, tufli) geyilən bütöv 

rezin ayaqqabılar üçün tətbiq edilir. 

Kişi  uzunboğaz  çəkmə,  botinka,  yarımbotinka  və  tufliləri  39-dan  47  nömrəyə 

qədər: qadın uzunboğaz qaloş, yarımuzunboğaz qaloş, yarımbotinka və tuflisi 34-dən 

41 nömrəyə qədər, çəkmə (uzunboğaz) 35-dən 38-ə qədər olur. 

Başqa ayaqqabının üzərindən geyilən qaloş və botiklərin ölçüsü şərti nömrə ilə 

işarələnir.  Qatışıq  nömrəli  kişi,  qadın,  qız  və  oğlan  ayaqqabıları  içliyinin 

uzunluğundan  7  mm,  uşaqda  5  mm  fərqlənir.  Cədvəldə  qaloş  və  botiklərin  ölçüləri 

göstərilmişdir. 

 

 



42 

 

Cədvəl 2.1 



Rezin ayaqqabıların növlər üzrə nömrələnməsi 

Ayaqqabının növü 

Ayaqqabının nömrəsi 

Ayaqqabı 

nömrəsinin miqdarı 

Yapışqan üsulu ilə 

hazırlanmış kişi qaloş və 

botikləri 

7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 

17 


11 

Ştamp üsulu ilə 

hazırlanmış kişi qaloşu  

keçə ayaqqabı üçün kişi 

qaloşu 

kişi cunisi 



7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 

 

1



5

2

 ; 



1

6

2



1

7



2

 

8, 10, 12, 14 



 



 

Qadın qaloş və botiki 



00, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 

12 


Yapışqan üsulu ilə 

hazırlanmış oğlan qaloş və 

botiki 

0, 1, 2, 3, 4, 6, 



1

6

2



 

Ştamp üsulu ilə 



hazırlanmış oğlan qaloşu 

1, 2, 3, 4, 5, 6, 

1

6

2



 

Qız qaloşu və botiki 



7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 

10 


Uşaq qaloşu və botiki 

00, 0, 1, 2, 3, 4, 5, 6 

 

Bu cədvəldən  göründüyü kimi, şərti  nömrələnmə sistemi  iki  tərəfli deyil: əgər 



hər  bir  ayrı  götürülən  cins-yaş  qrupunun  nömrə  həddi,  ayaqqabının  ölçüsü  artmaqla 

(məsələn,  yapışqan  üsulu  ilə  hazırlanmış  kişi  qaloşunun  nömrəsi  7-dən  17-yə  qədər 

olur, burada №7, ən kiçik №17, ən böyük ölçülü qaloşdur) böyüyürsə, qalan qruplar 

üçün bu qaydaya riayət edilmir. 

Bəzi  hallarda  müxtəlif  cins-yaş  qrupları  üçün  ayaqqabının  nömrəsi  eynidir, 

baxmayaraq  ki,  faktiki  onun  ölçüsü  (içliyin  uzunluğu)  müxtəlifdir.  Məsələn,  №0, 

oğlan  və  uşaq  ayaqqabılarında  var,  lakin  bu  nömrəli  qaloşun  içliyinin  uzunluğu 

qadınlar  üçün  226  mm,  oğlanlar  üçün  224  mm,  uşaqda  15  mm-dir.  Bu  ayaqqabının 

təkrar  olunan  müxtəlif  nömrə  qruplarına  (№1,  2,  3,  4,  5  və  6  qadın,  oğlan  və  uşaq, 

№7, 8, 9, 10 kişi, qadın, qız) da aiddir. 

 

 



43 

 

2.2. İstehlak bazarına daxil olan məişət rezin ayaqqabıların keyfiyyət 



səviyyəsinin qiymətləndirilməsi və ekspertizası 

 

 



Rezin  ayaqqabıların  keyfiyyət  səviyyəsi  məmulatın  faydalılığı  və  ən  yaxşı 

istehlak xassələrinə görə qiymətləndirilir. 

Keyfiyyətin qiymətləndirilmə səviyyəsi kompleks xassələrinə görə təyin edilir. 

Lakin  rezin  ayaqqabıların  keyfiyyətini  xarakterizə  edən  xassələrinin  tam 

nomenklaturası  bu  vaxta  qədər  hazırlanmışdır.  Buna  görə  keyfiyyətin  qiymət-

ləndirilməsi  zamanı  göstəricilər,  qəbul  etmiş  DÜİST  4520-70  “Məhsulun  keyfiyyət 

göstəriciləri sistemi. Rezin ayaqqabı.” üzrə məhdudlaşdırılmışdır. 

Bütün  növ  rezin  ayaqqabıların  mütləq  tələblərinə  və  DÜİST  üzrə  keyfiyyət 

göstəricilərinin  normalaşdırılmasına  ayaqqabının  konstruksiyasının  texniki  sənədin 

tələblərinə  uyğun  olması;  ayaqqabının  ayrı-ayrı  hissələrində  göstəricilərinin  ayaq-

qabının  standart  və  texniki  sənəd  tələblərinə  uyğun  olması,  rezinin  fiziki-texniki 

xassələri  –  cırılma  zamanı  möhkəmlik  həddi,  cırılma  zamanı  nisbi  uzanması,  cırıl-

madan  sonra  nisbi  qalıq  uzanma,  xarici  görünüş  (bədii-estetik  göstəricilər)  daxildir. 

Rezin  ayaqqabının  ayrı-ayrı  növlərinin  nişanə  və  göstəricilərinə  su  keçirməməsi, 

altlığın sürtünməsi, rezin 20% dartılarkən lak örtüyünün çatlaması, turşu və qələviyə 

davamlılıq,  zərbə  zamanı  zərbədən  qoruyucu  elementlərin  deformasiyası,  istikeçir-

mənin şərti əmsalı,  yağ, benzin  və piyədavamlılıq, elektrotexniki  xassələr (dielektrik 

və antistatik), kütlə daxil edilir.  

Yuxarıda  sayılan  keyfiyyət  göstəricilərinin  çox  hissəsi  ümumi  və  xüsusi 

təyinatlı  istehsalat  ayaqqabılarının  ayrı-ayrı  növlərinə  aid  edilmişdir.  Lakin  rezin 

ayaqqabılarının  bir  sıra  lazımi  istehlak  xassələrinə  normativ-texniki  sənədlər  üzrə 

baxılmışdır. Bunlara konstruksiyanın bərkliyini, xidmət müddətini, rütubət udmasını, 

mühafizə göstəricisini və s. göstərmək olar. 

Rezin  ayaqqabıların  keyfiyyətcə  qəbulu  xarici  görünüşünə  baxmaqla  və  alət 

üsulu ilə həyata keçirilir. 



Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə