İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   ...   7   8   9   10   11   12   13   14   15

35 

 

Çeşidin  yeniləşdirilməsində  ayaqqabı  qəliblərinin  vaxtında  dəyişdirilməsinin 



böyük əhəmiyyəti vardır. Rezin ayaqqabıların modelləşdirilməsi və çeşidi ilə məşğul 

olan xidmət orqanları operativ surətdə öz işlərini üst geyimləri və gön ayaqqabılarının 

modelləşdirilməsi  ilə  məşğul  olan  təşkilatlarla  uyğunlaşdırmalıdırlar.  Bu  da  rezin 

ayaqqabı  modellərinin  yeni  növlərinin  yaranmasına  və  vaxtında  müəssisələrinə  yeni 

siluetli qəliblərin hazırlanması üçün sifarişlərin verilməsinə səbəb olar.  

Yapışqan üsulu ilə hazırlanan hər bir yeni model yaradılmasına və təsdiqinə 6-

12 ay,formayasalma üsulu ilə hazırlanan ayaqqabılar üçün isə bu müddət 12-18 aydır. 

Məmulatın yaradılması və təsdiqi müddətinin belə çox olması ayaqqabının bilavasitə 

istismarda yoxlanılması ilə əlaqədardır. 

Son  zamanlar  rezin  ayaqqabıların  tərtibat  və  layihələndirilməsi  mədəniyyəti 

xeyli  artmışdır.  İstehsal  olunan  rezin  ayaqqabılar  istehlakçıların  estetik  tələblərinə 

cavab verir. 

Kişi  ayaqqabıları,  bir  qayda  olaraq,  qara  rəngdə  hazırlanır.  Onun  çeşidinin 

əsasını laklanmış rezin ayaqqabılar rezin təşkil edir. Kişi ayaqqabılarının istehsalında 

yapışqan, formayasalma və ştamplama üsullarından istifadə edilir. 

Kişilər  üçün  istehsal  edilən  ayaqqabılara  qaloş,  botik,  uzunboğaz  çəkmə, 

botinka, yarımbotinka və tuflilər daxildir. 

Qaloşlar  hündürlüyünə  görə  xırda  (nazik),  yarımhündür  və  hündür  qaloşlara 

bölünürlər. 

Xırda  qaloşlar  gön  ayaqqabıların  üzərindən  geyilmək  üçün  işlədilir.  Onlar 

ştamp,  yapışqan  və  az  miqdarda  formayasalma  üsulu  ilə  istehsal  edilməklə  bütün 

üsullarda  laklanmış  halda  buraxılır.  Xırda  qaloşlar  üzlüyün  konstruksiyasına  görə 

dilli, dilsiz, astarının materialına və karkasın qalınlığına görə adi və yüngülləşdirilmiş 

olurlar.  Adi  qaloşlar  üçün  tiftikli  pambıq  trikotaj  polotno  astar  və  normal  qalınlıqda 

daxili  karkas  işlədilir.  Yüngülləşdirilmiş  qaloşlar  üçün  isə  tiftiksiz  pambıq  trikotaj 

polotno  astardan  və  yüngül  daxili  karkasdan  ibarətdir.  Xırda  qaloşlar  burunun 

formasına  görə  dar,  enli,  küt,  girdə  və  yarımgirdə  olurlar.  Yarımhündür  qaloşlar, 

qabaq  hissəsi  azca  qalxmış  olub,  gön  yaxud  keçə  ayaqqabılarının  üstündən  və 




36 

 

həmçinin  bilavasitə  ayağa  geyilmək  üçün  işlədilir.  Bu  qaloşlar  yapışqan  üsulu  ilə 



istehsal olunur. Astar üçün tiftikli trikotaj polotnosundan və yaxud baykadan istifadə 

edilir. Ayaqqabının daban hissəsi rezindən və ya parçadan hazırlanır. Onlar, həmçinin 

burun hissəsinin eninə görə də fərqlənirlər. 

Hündür qaloşlar ayağın yuxarı hissəsini örtür. Onlar yapışqan üsulu ilə pambıq 

trikotaj polotno, yaxud yun bayka astarlı, parça və ya rezin dabanlılıq istehsal edilir. 

Astarsız  rezin  ayaqqabılar  keçə  ayaqqabıların  üstündən  geymək  üçün  yarım-

hündür və kənarının hündürlüyü 3-4 sm olan xırda ayaqqabılar şəklində buraxılır. 

Botiklər  üzü  mahud  və  qabardin  parçadan,  boğaz  hissəsi  qatlanmış  və 

qatlanmamış, ilgəksiz və çarpaz ilgəkli, qapaqlı basma düyməli və s. növlü buraxılır. 

Az  miqdarda  tiftikli  trikotaj  polotnosundan  astarı  çarpaz  ilgəkli  bütöv  rezin  botiklər 

də istehsal edilir. 

Uzunboğaz çəkmələr qaloşlar kimi kişi rezin ayaqqabılarının ən geniş yayılmış 

qrupudur.  Onlar  laklanmış  halda  buraxılır.  Hündürlüyünə  görə  uzunboğaz  çəkməli 

qısa və hündür olurlar.  

İstehsal  üsuluna  görə  yapışqan  və  formayasalma  üsulu  ilə  hazırlanırlar.  For-

mayasalma üsulunda bərk və kombinəedilmiş elastik içlikli pres-formalardan istifadə 

edilir.  Uzunboğaz  çəkmələrin  istehsalında  astarlıq  material  kimi  rezinləşdirilmiş 

parçadan xüsusi təyinatlı TDS parçasından, trikotaj çulki və polotnosundan, həmçinin 

sarja, bamazi, baqka və s. parçalardan istifadə edilir. 

Parça üzlü  botinkalar kişi rezin ayaqqabıları çeşidində özünəməxsus yerlərdən 

birini tutur. Onlar formayasalma və yaxud iri qazanlarda vulkanizasiya etmək yolu ilə 

alınır. 


Parçaüzlü  botinkalar  payız-qış  mövsümü  üçündür.  Belə  botinkaların  üzü  yun 

(xüsusilə  mahud),  yaxud  istiləşdirilmiş  pambıq  parçadan,  astarı  isə  yun  və  pambıq 

baykadan hazırlanır. Botinkalar biçiminə görə çarpaz-ilgəkli, qaytanlı, klapanlı basma 

düyməli, rezin üzlü və rezinsiz, qoyma istiləşdirilmiş içlikli və adi içlikli buraxılır. 

Kişi  ayaqqabıları  –  yarımbotinkaları  və  tufliləri  gündəlik  geyilmək  üçün  olub, 

bütöv  rezindən  buraxılır.  Belə  botinka  və  xüsusilə  tuflilər  konstruksiyasına  görə 




37 

 

qaloşa oxşayır, lakin onlar başqa ayaqqabısız bilavasitə ayağa geyilir. Bu ayaqqabılar 



yapışqan  üsulu  ilə  formaya  salınmış  qoyma  dabanlı,  üzəri  laklanmış  rezindən  astarı 

tiftikli  pambıq  trikotaj  polotno  və  yaxud  pambıq  baykadan  olmaqla,  qaytanlı 

(yarımbotinka)  və  düyməsiz  (tufli)  buraxılır.  Bu  növ  rezin  ayaqqabıların  çeşidi 

məhduddur və az yayılmışdır. 

Qadın  ayaqqabıları  –  başqa  qrup  rezin  ayaqqabılara  nisbətən  növünün 

mürəkkəbliyinə,  üz  materialına,  bəzəyinə,  bağlanma  qaydasına,  rənginə  və  başqa 

çeşid  nişanələrinə  görə  fərqlənirlər.  Onların  istehsalında  qara  və  rəngli  üzlük 

rezinindən, müxtəlif toxuculuq materiallarından istifadə edilir. 

Qadın  rezin  ayaqqabılarının  çox  hissəsi  orta  və  müəyyən  miqdarı  isə  hündür 

dabanlı  buraxılır.  Bu  ayaqqabılar  yapışqan  üsulu  ilə,  həmçinin  xam  qarışıqdan  və 

maye lateks qarışığından formalaşma üsulu ilə istehsal edilir. 

Qadınlar  üçün  olan  rezin  ayaqqabı  növlərinə:  qaloş,  botik,  uzunboğaz  çəkmə, 

uzunboğaz  qaloş,  botinka,  tufli  daxildir.  Qaloşlar  xırda  və  yarımhündür  olmaqla, 

yapışqan üsulu ilə istehsal edilir. 

Xırda qaloşlar dilli və dilsiz, alçaq və orta dabanlı, dabansız, daban hissəsi açıq 

və gön ayaqqabıya bərkitmək üçün kəmərcikli olur. Onlar astar  materialına və daxili 

karkasının  qalınlığına  görə,  kişilər  üçün  qaloşlarda  olduğu  kimi,  adi  və 

yüngülləşdirilmiş qaloşlara bölünürlər. Fasonuna görə qadın qaloşları ensiz, küt, enli, 

girdə və yarımgirdə burunlu olurlar.  

Yarımhündür  qaloşlar  tiftikli  pambıq  trikotaj  polotno  astarlı  və  alçaq  dabanlı 

buraxılır. Ayaqqabısız, bilavasitə ayağa geyilən, qaloşlar formalaşmış qoyma dabanlı, 

keçə ayaqqabıların üstündən geyilən qaloşlar isə adi dabanlı olur. 

Botiklər  üz  materialının  müxtəlifliyinə,  üzünün  konstruksiyasına,  bəzəyinə, 

rənginə  və  formasına  görə  fərqlənirlər.  Onlar  bütöv  rezindən  və  yun  parça  üzlü-

mahud, qabardin, fule, barxat, yarımbarxat və s. hazırlanır. Botiklərin astarı üçün yun 

yaxud  pambıq  baykadan  və  tiftikli  yaxud  tiftiksiz  pambıq  trikotaj  polotnosundan 

istifadə edilir. Onların bəzəndirilməsi  üçün üz  materialından, barxatdan, süni  xəzdən 

qatlama və ya yarımbarxatdan, süni xəzdən haşiyə və s. geniş tətbiq edilir. 




Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə