İXTİsas: “İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 382,9 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix26.05.2018
ölçüsü382,9 Kb.
#46134
1   ...   7   8   9   10   11   12   13   14   15

38 

 

Hündürlüyünə  görə  botiklər  alçaq  (26  sm-ə  qədər)  və  hündür  (26  sm-dən  36 



sm-ə qədər) olurlar. 

Burnunun  formasına  görə  botiklər  enli,  ensiz,  girdə  və  yarımgirdə,  dabanın 

hündürlüyünə görə isə alçaq, orta və hündür dabanlı istehsal edilir. 

Üz  materialında  ancaq  rezindən  istifadə  olunan  botiklər  isə  yapışqan  və 

formayasalma üsulları ilə istehsal edilir. 

Qadın  botikləri  kişi  botiklərindən  fərqli  olaraq  yalnız  qara  rəngdə  deyil,  əlvan 

rənglərdə də buraxılır. Qara və qəhvəyi rəngli bütöv rezin botiklər laklanmış, boz və 

ağ rəngli botiklər isə laklanmış və laklanmamış halda istehsal edilir. Bu ayaqqabıların 

səthi əksər hallarda naxışlı olur. 

Uzunboğaz və  yarımuzunboğaz qaloşların  üzü bütöv rezindən  laklanmış  halda 

buraxılır. Onların istehsalı üçün yapışqan və formayasalma üsullarından istifadə edilir. 

Onlar  qara  və  rəngli,  alçaq,  orta  və  hündür  formalaşmış  qoyma  dabanlı,  trikotaj, 

pambıq yaxud yarımyun, sarja, bamazi astarlı, qoyma istiləşdirilmiş içlikli və içliksiz 

olur. Uzunboğaz qaloşun hündürlüyü 26-36 sm, yarımuzunboğaz qaloşun hündürlüyü 

isə 15-24 sm-dir.  

Uzunboğaz  çəkmələr  formayasalma  və  yapışqan  üsulu  ilə  laklanmış  halda, 

formalaşmış  dabanlı  istehsal  edilir.  Uzunboğaz  qaloş  və  yarımuzunboğaz  qaloşdan 

fərqli  olaraq  onlar  yalnız  qara  rəngdə  və  alçaq  dabanlı  buraxılırlar.  Uzunboğaz 

çəkmələrin astarı TDS parçadan, trikotaj corabdan və polotnodan olur. 

Botinkaların üzü yun və istiləşdirilmiş pambıq parçadan və bütöv rezindən olur. 

Bütöv  rezin  üzlü  ayaqqabılar  əksər  hallarda  formayasalma  üsulu  ilə,  bəzən  isə 

yapışqan üsulu ilə istehsal edilir. 

Botinkalar  müxtəlif  növdə biçilir: qaytanlı, çarpaz bağlanan, kəmərcik toqqalı, 

klapanlı  basma  düymə,  qoyma  içlikli  və  bəzəkli.  Botinkanın  bəzi  növləri  xarici 

görünüşünə  görə  tamamilə  botika  oxşardır.  Lakin  ondan  təyinatına  görə  (botinka 

bilavasitə  ayağa  geyilir)  və  dabanına  (formaya  salınmış  qoyma  daban)  tipinə  görə 

fərqlənir. 



39 

 

Parça  üzlü  tufli  yay  mövsümündə  gündəlik  geymək  üçün  işlədilir.  Belə 



tuflilərin üzü müxtəlif rəngli pambıq parça – zamşa, velveton, yarımbarxat, reps və s. 

parçalardan,  astarı  alabəzək  və  basma  naxışlı  parçadan,  altı  və  dabanı  müxtəlif  növ 

rezinlərdən  (məsaməli,  məsaməsiz  və  gönəbənzər)  hazırlanır.  Altlıq  və  daban  üzrə 

qazan  vulkanizasiyası  və  formalaşma  üsulları  ilə  yapışdırılır.  Tufli  “lodoçka”, 

“konvert”,  biçimli,  müxtəlif  bəzəkli  və  bağlamalı  olur.  Qadın  üçün,  həmçinin  az 

miqdarda  bütöv  rezin  tufli  və  üzəri  laklanmış  yarımbotinka  istehsal  edilir.  Oğlan 

ayaqqabılarının  çeşidinə  qalon,  botik,  uzunboğaz  qaloş,  yarımuzunboğaz  qaloş, 

botinka daxildir. 

Qaloşlar xırda, dilli və dilsiz, yapışqan və ştamplanma üsulları ilə yarımhündür 

və hündür halda buraxılır. 

Botik üzü yun parçadan, astarı yun baykadan və rezin kənarlı hazırlanır. Onlar 

hərəkət etməyən metal toqqa ilə bağlanır.  

Uzunboğaz  qaloş  və  yarımuzunboğaz  qaloş  laklanmış  halda  istehsal  edilir, 

onlar bilavasitə ayağa geymək üçündür. 

Qız  ayaqqabıları  –  qaloş,  botik,  uzunboğaz  və  yarımuzunboğaz  qaloşdan 

ibarətdir. 

Qaloş xırda (adi) dilli və dilsiz buraxılır. Yarımhündür qaloş keçə ayaqqabı ilə 

və ya bilavasitə ayağa geyilmək üçündür.  

Botik bütöv rezinli yaxud parça üzlü olub, alçaq yaxud orta dabanlı hazırlanır. 

Gön ayaqqabı ilə yaxud bilavasitə ayağa geyilmək üçün. 

Uzunboğaz  qaloş  və  yarımuzunboğaz  qaloş  qara  və  əlvan  rəngli  rezindən  və 

polivinilxloriddən laklanmış halda hazırlanır. 

Uşaq ayaqqabısı – qaloş, botik, uzunboğaz qaloş və yarımuzunboğaz qaloşdan 

ibarətdir.  Ayaqqabı  rəngin  müxtəlifliyinə  görə  və  xarakterinə  görə  fərqlənir.  Qaloş 

xırda (adi) dilli, dilsiz və yarımhündür, botiklər isə bütöv rezin və parça üzlü istehsal 

edilir.  Uzunboğaz  və  yarımuzunboğaz  qaloşlar  relef,  bardyur,  fiqurlu  qunc,  quş  və 

heyvanları  təsvir  edən  üstdən  qoyma  rezin  bəzək  kimi  bəzəyici  elementləri  ilə 

fərqlənirlər. 




40 

 

Rezin  idman  ayaqqabıları.  Son  illərdə  idman  ayaqqabıları  istehsalı  sürətlə 

artmış və rezin ayaqqabının istehsalının ümumi həcminin 20 faizini təşkil edir. 

Rezin  idman  ayaqqabıları  idman  hərəkətlərini  və  oyunlarını  yerinə  yetirərkən 

ayağın  rahatlığını  təmin  edir.  O,  çox  yüngül  və  elastiki  olur.  Başqa  idman  ayaqqa-

bıları  ayağı  zədələmədən,  sürüşmədən  qoruyur  və  s.  Bu  isə  hər  növ  idman  ayaq-

qabısının  xüsusi  konstruksiyaya  malik  olması  ilə  əlaqədardır.  Bu  ayaqqabılar  üçün 

xarici tərtibatın yığcam olması, bir qayda olaraq, bəzəyinin olmaması xarakterikdir. 

İdman ayaqqabıların çox növü parça üzə malikdir. Bəzi növləri bütöv rezindən 

istehsal  edilir.  Bu  ayaqqabı  yapışqan  və  formayasalma  üsullarla  hazırlanır:  axırıncı 

üsul daha çox tətbiq edilir. 

Rezin idman ayaqqabıların növləri: basketbol, futbol və turist botinkası, tennis 

yarımbotinkası, ümumi təyinatlı idman tuflisi, tennis, sandalindən ibarətdir. 

Basketbol botinkası üzü üçqat kirza parçadan,rifli (kələ-kötür) altlıqdan, hamar 

yaxud rifli rezin kənarlı hazırlanır. Onların geyilmə üçün (ayağa travmadan qorumaq 

üçün)  rezin  yan  gücləndiriciləri,  məsaməli  rezindən  qoyma  içliyi,  daxili  dabandalısı 

olur.  Cins-yaş  təyinatına  görə  botinkalar  kişi,  qadın,  oğlan,  qız  və  uşaqlar  üçün:  üz 

konstruksiyasına görə bütöv və “konvert”  biçimli, istehsal üsuluna görə isə yapışqan 

və formayasalma olur. 

Rezindən  olan  istehsalat  ayaqqabıları.  Bu  ayaqqabılar  balıqçı  və  meşə 

sənayesinin,  kimya  zavodlarının  şaxta  və  başqa  istehsal  sahələri  fəhlələri  üçün  olur. 

Bunlara  xüsusi  tələblər  verilir.  Onlar  su  keçirməməli,  dielektrik  xassəli,  turşu  və 

qələvilərin  təsirinə  davamlı  və  s.  olmamalıdırlar.    Belə  ayaqqabılar  xüsusi  spesifik 

konstruksiyalı  olur  və  zəruri  hallarda  xüsusi  tərkibli  rezindən  hazırlanır.  Rezin 

istehsalat  ayaqqabılarına  fəhlə,  balıqçı,  mədən,  şaxtayadavamlı  və  istiləşdirici 

uzunboğaz çəkmələr, dieleketrik qaloşlar və cuni daxildir. 

Rezin  ayaqqabıların  fason  və  modelləri.  Rezin  ayaqqabıların  fasonu,  buru-

nun  forması və dabanının  forma vı  hündürlüyü  ilə,  modeli isə zaqatovkanın  forması, 

ölçüsü,  hissələrin  qarşılıqlı  yerləşməsi,  üz  materialının  növü  və  rəngi,  bağlanma  tipi 

və bəzəndirilmə xarakteri ilə təyin edilir.  




Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə