İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ


rr 1.18. Naxçıvan Muxtar Respuhlikasının



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə23/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

rr
1.18. Naxçıvan Muxtar Respuhlikasının 
80 və 85 illiyinin qeyd edilməsi.
Prezident İlham Əliyevin Naxçıvana səfərləri.
Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü il fevralın 9-da 
«Naxçıvan M uxtar Respublikasmm 80 illik yubileyinin keçirilməsi 
haqqmda»  sərəncam  imzaladı.  Sərəncamda  Naxçıvan  M uxtar 
R espublikasm ın  yaradılm asm ın  və  bu  əlam ətdar  tarixin  qeyd 
olunm asm m  A zərbaycan  üçün  böyük  tarixi-siyasi  əhəmiyyəti 
vurğulamr  və  1999-cu  ildə  Prezident  Heydər  Əliyevin  imzaladığı 
«Naxçıvan  M uxtar  Respublikasm m  75  illiyinin  keçirilməsi  haq- 
qmda»  geniş  məzm unlu  fərm anm  tarixi  əhəmiyyəti  qeyd  olunur. 
Sərəncamda deyilir:  «Ermənistamn apardığı təcavüzkarlıq siyasəti 
nəticəsində  A zərbaycandan  qismən  təcrid  olunmuş  vəziyyətdə, 
blokada  şəraitində  yaşam aq  məcburiyyətində  qalan,  tez-tez  bəd- 
nam qonşularm  ərazi  iddiaları  obyektinə çevrilən Naxçıvanm ta- 
rixinin  hələ  də  tədqiq  edilməyə  ehtiyacı  olan  səhifələri  açılmalı, 
Azərbaycanm  qədim  və  zəngin  tarixə,  mədəniyyətə  və  çoxəsrlik 
dövlətçilik  ənənələrinə  malik  olan  bu  diyarmm  tam   dolğun,  ob- 
yektiv tarixi  xalqımıza,  habelə  dünya ictimaiyyətinə  olduğu  kimi 
çatdırılmalı,  erməni  siyasətçilərinin tarixi  saxtalaşdırmaq cəhdlə- 
rinə tutarlı cavab verilməlidir» [9, 2004,  10 fevral].  Bu sərəncamla 
Naxçıvanda quruculuq və yenidənqurma işləri daha da sürətləndi, 
həyat daha da  qaynar  oldu.
Ölkə Prezidentinin sərəncamına uyğun olaraq Naxçıvan MR-in 
yaradılmasmm  80 illik  yubileyi  respublikada,  onun  ayrı-ayrı  şəhər 
və rayonlarmda, elm və təhsil müəssisələrində qeyd edildi, elmi kon- 
franslar  keçirildi,  m ətbu  orqanlarda  məqalələr  çap  edildi.  AMEA 
Naxçıvan  Bölməsində  «Naxçıvanm  tarixi,  maddi  və mənəvi  mədə- 
niyyəti,  təbii  sərvətlərinin  öyrənilməsi»  elmi  konlransı  Naxçıvan 
MR-in 80 illiyinə həsr edildi  [33].  Naxçıvan Dövlət  Universitetində 
keçirilən konfransm materialları çap edildi  [32].
A zərbaycan  R espublikasınm   Prezidenti  İlham  Əliyevin
2004-cü il 27 fevral tarixi sərəncamı ilə Cəmşid Naxçıvanski adma 
Hərbi Liseyin Naxçıvan fılialı əsasında Heydər Əliyev adına Hərbi 
Lisey yaradıldı [37,2004,28 fevral]. Azərbaycan Prezidcnti 2004-cü il
77


m artın  19-da Şərur və Babək rayonlarm ın ərazibri hesabm a Kən- 
gərli rayonunun yaradılması haqqm da fərman verdi [37, 2004, 20 
mart].
Naxçıvan M uxtar Respublikası maym  12-14-də  özünün əla- 
mətdar və tarixi  günlərini  yaşadı.  İlham  Əliyev Azərbaycan  Prezi- 
denti  kimi  bu  qədim  diyara  səfər etdi.  Naxçıvan  Beynəlxalq  Hava 
Limanınm açılışı həyata keçirildi. Dövlət başçısı nitq söylədi və hava 
limanmm rəmzi açılışmı bildirən lenti kəsdi.  M üasir memarlığm ən 
mühüm elementlərini  özündə cəmləşdirən  bu yaraşıqlı hava limanı 
kompleksi  bilavasitə  Heydər  Əliyevin  adı  ilə  bağlıdır,  onun  xeyir- 
duası, qayğı və himayəsi ilə tikilib ərsəyə gəldi. Tikinti işlərinə 2002-ci 
il oktyabrm 1-də başlanılmış və bu işləri Türkiyənin «Eren port» şir- 
kəti aparmışdı. Layihənin ümumi dəyəri  193,5 milyon m anat idi [18, 
2004,  19 may].  Beynəlxalq standartlara uyğun tikilmiş, m uxtar res- 
publikanm  iqtisadi  və  sosial  həyatm da  m ühüm  rol  oynayacaq  bu 
hava limanmı tikmək üçün yerli mütəxəssislərlə yanaşı, Türkiyədən 
və Avropa  ölkələrindən  də  gəlmiş  mütəxəssislər iştirak etdilər.  La- 
zımi  avadanlıq,  cihaz  və ləvazimatlar  isə  İngiltərədən,  Fransadan, 
D anim arkadan,  Almaniyadan,  Rusiyadan,  İrandan,  Koreyadan, 
Çindən,  Y aponiyadan  və  Türkiyədən  gətirildi.  Ən  böyük  və  ağır 
yüklü «Boinq - 747» tipli təyyarələri qəbul edə bilən Naxçıvan Bey- 
nəlxalq Hava Limanı Naxçıvan M uxtar Respublikasmm beynəlxalq 
aləmə daha sıx inteqrasiya olunacağı imkanmı yaratdı.  H ava lima- 
nınm açılış mərasimində naxçıvanlıları təbrik edən Ölkə Prezidenti 
İlham Əliyev  dedi:  «Naxçıvan hava limamna beynəlxalq  status  ve- 
rilibdir. Bu statusdan istifadə edib digər marşrutlar üzərində işləmək 
mümkün olacaqdır» [37, 2004,  19 may].
Prezident  İlham  Əliyevin  Naxçıvan  səfəri  tədbirlər  planınm 
zənginliyi  ilə diqqəti  cəlb  etdi.  Beynəlxalq  aeroportla yanaşı,  Nax- 
çıvan  Dövlət  Universitetinin  elektron  kitabxanasmm,  AM EA-nm  
Naxçıvan Bölməsi üçün yeni inzibati binamn,  Əlillərin Bərpa Mər- 
kəzinin  açılışmda  iştirak  və çıxış  etdi.  Heydər  Əliyev  adm a  təhsil 
kompleksi, sənaye kompleksi, Vayxır su anbarınm tikintisi ilə tanış- 
lıq,  «N»  saylı  hərbi  hissədə  əsgər və  zabitlərlə  görüş,  Ali  Məclisdə 
müşavirə də keçirildi.
Naxçıvan M R Ali Məclisinin binasında keçirilən geniş müşa-
78


virədə Prezident İlham Əliyev muxtar respublikada müşahidə edilən 
sosial-iqtisadi inkişaf tempindən razı qaldığım və genişmiqyaslı qu- 
ruculuq  işlərindən  məmnun  olduğunu  bildirdi.  «Azərbaycan  Res- 
publikası regionlarmın sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nm 
(2004-2008-ci illər) icrasma toxunan Prezident Dövlət Proqramınm 
Naxçıvanda uğurla həyata keçirildiyini qeyd etdi, muxtar respubli- 
kada  gedən inkişaf prosesini,  quruculuq işlərini  yüksək  qiymətlən- 
dirdi:  «Naxçıvanda gedən proseslər çox uğurludur...  sosial-iqtisadi 
islahatlar, quruculuq işləri, yeni müəssisələr yaradılması-bütün bun- 
lar çox müsbət haldır.  Mən çox şadam, çox sevinirəm ki, Naxçıvan 
belə yüksək ahənglə inkişaf edir» [9, 2004,  11  iyun].
Prezidentin səfərinin üçüncü günü muxtar respublikanm ya- 
radılmasmm  80 illiyi münasibətilə tədbir keçirildi.  Təntənəli məra- 
simdə  ölkə başçısı  İlham  Əliyev nitq  söylədi.  Azərbaycanm  qədim 
diyarı olan Naxçıvanm sürətlə inkişaf etməsini və inamla irəliləmə- 
sini fərəh  hissi  ilə  qeyd etdi:  «Mən  çox  sevinirəm  ki,  Naxçıvanda 
gözəl  quruculuq və abadlıq işləri aparılır.  Blokada  şəraitində yaşa- 
yan, Azərbaycanm əsas hissəsindən ayrı düşmüş Naxçıvan yaşayır, 
güclənir və irəliyə doğru inamla addımlayır.
Fürsətdən istifadə edərək mən Naxçıvan rəhbərliyinə və şəx- 
sən Naxçıvan M uxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talı- 
bova görülən bütün işlərə görə öz dərin minnətdarlığımı bildirirəm» 
[9, 2004,  16 may].
Dövlət  başçısmm qədim torpağa  səfəri əhali  ilə,  muxtar res- 
publikanm sakinləri  ilə  səmimi  görüşləri,  xoş  ünsiyyətləri  yaddaş- 
larda dərin izlər saldı, Naxçıvan M uxtar Respublikasmm hərtərəlli 
yüksəlişinə təkan verdi.
Azərbaycan  Prezidenti  İlham  Əliyev Naxçıvan  şəhərindəki 
Heydər Əliyev adma orta məktəbin açılış mərasimində iştirak etmək 
üçün 2004-cü il sentyabrm 2-də Naxçıvana gəldi. Yeni istiladəyə ve- 
rilən məktəb  binasmm  önündə  Heydər  Əliyevin  heykəlinin  açılışı 
oldu. Təməli Heydər Əliyev tərəfındən qoyulan  1206 yerlik 3 mərtə- 
bəli məktəbdə 67 sinif otağı, kompüter sinfı, hərbi hazırlıq otağı, la- 
boratoriyalar,  kitabxana,  idman  salonu,  basketbol  və  lutbol 
meydançaları, tibb məntəqəsi, bufet-yeməkxana şagirdlərin istifadə- 
sinə verildi [39,2004, 3 sentyabr]. Mərasimdə qeyd edildi ki, 2003-cü
79


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə