İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

 
62 
başqa bir şey deyil. O (şeytan) şərab içməyindən ümidsiz 
olarsa,  ağrın  kəsiləcəkdir.  Daha  sonra  Əbi  Yəfur  Kufəyə 
qayıtdı,  ağrısı  daha  da  gücləndi,  yaxınları  ona  şərab 
gətirərək,  içməyini  istədilər,  o  isə,  "Allaha  and  olsun  ki, 
bir damcı da içməyəcəyəm" dedi. 
Neçə  gün  kəskin  ağrılara  dözməli  oldu.  Daha  sonra 
isə,  ağrıları  dayandı  və  ömrünün  sonuna  kimi  bu 
xəstəliyə düçar olmadı.
1
 
Üç şərtlə şərabdan müalicə qəsdilə istifadə 
etmək olar 
Bəziləri,  hər  bir  məstedicidən,  hətta  xəstəliyi  aradan 
qaldırmaq  üçün  də  olsa,  çəkinməyi  bildirirlər;  çünki 
Allah  şəfanı  hər  bir  məstedicidən  götürmüşdür.  Bu, 
məşhur fəqihlərin sözüdür. 
Bəzi  müctehidlər  isə,  üç  şərt  əsasında  şərabdan  şəfa 
qəsdilə istifadə etməyi maneəsiz hesab edirlər. 
1-  Həmin  xəstəliyin  müalicəsinin  mümkün  olması 
bilinməlidir. 
2-  O  xəstəliyin  müalicəsini  tərk  etmək,  öülmlə  və  ya 
ona bənzər məşəqqətə səbəb olarsa. 
3- Əlacın yalnız şərabda olduğu yəqin edilsin. Demək, 
müalicənin  şərabdan  başqa  yolla  da  mümkün  olduğunu 
ehtimal  verərsə,  bu  şərt  mövcud  deyil  və  yalnız  bu  üç 
şərtin  mövcud  olduğu  təqdirdə,  zərurəti  aradan 
qaldırmaq  miqdarında  içməyin  eybi  yoxdur.  Ancaq 
deyildi ki, haramda şəfa yoxdur və bu sadəcə bir fərzdir.
2
 
                                                 
1
 "Böyük günahlar", c.1, səh. 246. 
2
 Həmin qaynaq 


 
63 
Həkimin göstərişi icra edilsin  
Əbu  Bəsir  deyir:  Ümm  Xalid  Əbdiyyə  İmam  Sadiqin 
(ə) yanına daxil oldu. O zaman mən də İmamın yanında 
idim.  O  dedi:  Sənə  qurban  olum,  mənim  qarnımda 
qurultular  və  qıvrılmalar  çoxdur.  İraq  həkimlərinə 
müraciə  etdim,  onlar:  "Yaxşılaşmaq  üçün  pivə  içərək 
qovut yeməlisən" - söylədilər. 
Mən  isə,  bu  göstərişə  əməl  etmədim.  Çünki  sizin  bu 
işdən  xoşunuz  gəlmədiyini  bilirdim.  İndi  isə,  sizdən 
soruşuram, mən nə edim? 
İmam  buyurdu:  Onu  içməkdən  səni  nə  çəkindirdi?  O 
dedi: Sizə təqlid etməyim. Allah qəlbimə saldı ki, sizdən 
soruşana qədər içməyim. 
İmam  mənə  (Əbu  Bəsirə)  buyurdu:  Bu  qadının 
sözlərini  və  sualını  eşitdinmi?  Daha  sonra  o qadına  belə 
dedi:  And  ola  Allaha,  onun  bir  damcısını  içməyi  sənə 
icazə  vermirəm,  çünki  səni  peşman  edər.  Yalnız  canın 
boğazına  yetişərsə.  İmam  əli  ilə,  boğazına  işarə  edərək, 
üç dəfə buyurdu: Nə dediyimi anladınmı? Dedi: Bəli. 
Şərab içmə və imansız dünyadan getmə 
Fuzeyl  ibn  Əyaz  şagirdi  can  verərkən,  onun  başı 
üzərində  oturaraq  Yasin  surəsini  oxumağa  başladı. 
Şagirdi:  ey  ustad  Quran  oxuma,  dedi.  Fuzeyl  oxumağı 
dayandırdı  və  daha  sonra  yenidən  ona  təlqin  deməyə, 
şagirdinə:  ""la  ilahə  illallah"  cümləsini  təkrarla",  dedi. 
Şagirdi dedi: bu sözü mən dilə gətirmərəm, çünki ondan 
bezmişəm.  Şagird  elə  o  halda  da  dünyasını  dəyişdi. 
Füzeyl  çox  qəmgin  idi.  O  evinə  qayıtdı,  yuxuda  əzab 


 
64 
edilən  şagirdini  gördü.  Ondan  soruşdu:  niyə  imansız 
dünyadan getdin? Mənim ən savadlı şagirdlərimdən biri 
olmasına  baxmayaraq,  niyə  inancsız,  mərifətsiz  dünyanı 
dəyişdin? Şagirdi cavabında dedi: Üç səbəbə: 
1-  Söz  gəzdirmə;  mən  ağıl  sahiblərinə  sən  dediyinin 
əksini deyirdim. 
2- Paxillıq; Dostlarıma paxıllıq edirdim. 
3- Xəstəliyimə görə həkimə müraciət etdim və o, hər il 
bir  badə  şərab  içməyi  tapşırdı,  "İçməsəm,  xəstəlik 
bədənimdə  qalar"  -  dedi.  Mən  də  hər  il  bir  badə  şərab 
içirdim.
1
 
Spirtli içkilər rahatlığa səbəb olurmu? 
Bəzi  şəxslər,  spirtli  içkiləri  içməklə,  dərd-qəmlərinin 
dağılmasını söyləyirlər. Spirt, bədənin təfəkkür sistemini 
zəiflədərək,  beynin,  duyğu  orqanları  vasitəsilə  alınan 
məlumatları  düzgün  analiz  etməsinə  mane  olur...  Beyin 
düzgün  işləmədikdə  və  bununla  da  duyğunun  təsirləri 
aradan  getdikdə,  həqiqətdə  duyğuların  fəaliyyətinin 
inikası  sayılan qəm-qüssələr, dərdlər öz həddini  itirir və 
nəticədə, insan bir növ aldadıcı sevinc, kədərsizlik halını 
əldə edir. 
Cavab:  Doğrudur,  insan  qəmini  unudur;  çünki  spirt, 
xarici  təhrikedicilər  qarşısında  reaksiyanı  azaldaraq, 
müəyyən  həddə  insana  rahatlıq,  sakitlik  gətirir,  lakin 
əvvəla:  spirtin  təsiri  getdikdə  və  narahatçılığın  kökləri 
qaldıqda, 
onun 
hücumu 
daha 
artıq 
və 
daha 
kədərləndirici  olur.  Qəm-qüssənin  kökü  kəsilməsə, 
                                                 
1
 "Böyük günahlar",c.1, səh. 248. 


 
65 
məstlik  halından  sonra,  əsəb  sistemlərinə  daha  dağıdıcı 
təsir göstərəcəkdir. 
İkincisi:  Qəm-qüssəni  dağıtmağın  çoxsaylı  yolu 
olduğu  halda  (namaz,  oruc,  səfər,  dua,  dərdi  dostla 
bölüşmək,  idman  və  s.),  niyə  məhz  günahı  seçməliyik? 
Bu şəkildə qəm-qüssəni dağıtmaq eynilə ona bənzəyir ki, 
az bir miqdarda qəmi olan şəxs, öz dərdinə çarə qılmaq, 
müalicə  etmək  və  problemin  kökünü  kəsmək  əvəzinə 
narkozdan  istifadə  edir.  Bir  keyitmə  iynəsi  ilə,  məsələn 
bir  iki gün huşsuz olaraq, ağrını hiss etməyə bilər, lakin 
ayıldıqda  isə,  ağrının  kökünü  aradan  aparmadığından, 
ağrısının  öz  qüvvəsində  qalmasından  əlavə,  huşsuzluq 
dərmanının  mənfi  təsirləri  də  ona  əlavə  edilir.  Şübhəsiz 
ki, ağıllı insan belə bir iş görməz.
1
 
Spirtli içkilər, zinadan daha pisdir 
Möminlərin əmirinə (ə) dedilər: Siz buyurmusunuz ki, 
şərab,  zina  və  oğurluqdan  pisdir?  O  həzrət  cavabında 
buyurdu: " Bəli, çünki zina edən, başqa bir günaha aludə 
olmaya bilər, oğurluq edən də həmçinin; lakin şərab içən 
məst olduqda, zina da edər, adam da öldürər və namazı 
da tərk edər".
2
  
MUSİQİ  
                                                 
1
 "İlk universitet Sonuncu peyğəmbər", c.7, səh. 174. 
2
 "Hucume  xamuş"  səh.  197  "Vəsail  əş-Şiə  kitabından  nəql  edərək, 
c.17, səh. 250. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə