İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


"Paxılların  sağlamlıqlarını  unutması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   2   3   4   5   6   7   8   9   ...   51

 
11 
Eləcə  buyurur:  "Paxılların  sağlamlıqlarını  unutması, 
təəccüblüdür".
1
 Həmçinin  buyurur:  "Paxıllıq  bədəni 
məhv edər".
2
 
Əllamə  Şeyx  Məhəmməd  Təqi  Şüştəri  Əsməidən  belə 
nəql  edir:  "Ömrünün  120  ilini  arxada  qoymuş  köçəri  bir 
ərəbdən, uzunömürlü olmasının səbəbini sorduqda, dedi: 
Çünki başqalarına həsəd aparmamışam". 
27 Yaşlı qızın məktubundan bir hissə 
"Mən  bəzi  vaxtlar,  qohumlarıma  –  qohum  qız  və 
qadınlara  paxıllıq  edirəm,  əziyyətverici  bir  paxıllıq.  Bu 
paxıllıq məni o qədər incidir ki, bəzən başgicəllənməsinə 
düçar oluram".
3
 
Paxıllıq və ölüm 
Bir kişi padşahın yanına gələrək dedi: Vəzirinə etdiyin 
bütün  bu  yaxşılıqların  qarşısında,  o  səni  məclislərdə 
pisləyir  və  deyir  ki,  padşahın  ağzından  pis  qoxu  gəlir. 
Padşah  dedi:  Bu  sözə  necə  inanım?  Dedi:  Onu  öz 
yanınıza  çağırtdırın,  əgər  sultanın  ağzının  üfunətli 
qoxusunu  duymamaq  üçün  əlini  ağzına  qoyduğunu 
müşahidə etsəniz, bilin ki mən doğru deyirəm. Paxıl kişi 
həmin gün vəziri evinə dəvət edərək, sarımsaqla dolu bir 
təamı süfrəyə gətirir, vəzir isə bu xörəyi yedikdən sonra 
padşah  onu  yanına  çağırır.  Vəzir  padşahın  yaxınında 
                                                 
1
"Nəhcül-Bəlağə"  (Feyz),  Hikmət  216,  "əl-Əcəbu  liğəflətil-həssad  ən 
“Səlamət”il-əcsad". 
2
 "Nəhcül-Bəlağənin  qaynaqları  və  sənədləri",  Nəcəf  çapı,  birinci  çap, 
c.4,səh.199, " əl-Həsədu yufnil-cəsəd". 
3
 "Fəslnameye behdaşt, rəvan" qış 1384 – cü il (h.ş), 14-cü sayı. 


 
12 
əyləşdiyindən əlini ağzına tutdu ki, padşah onun ağzının 
sarımsaq  qoxusunu  duymasın.  Padşah  öz-özünə  dedi,  o 
kişi düz deyirmiş. Padşah vəzirə qiymətli xələt bağışladı 
və  qulamlardan  birinə  versin  deyə  bir  məktub  da  ona 
verdi. Bayıra çıxdıqda paxıl dedi: Sultan səninlə neylədi? 
Vəzir dedi: Xələt verdi və xəzinədardan əlli  min dirhəm 
hədiyyə almaq üçün, bir yazı da verdi. Paxıl dedi: Yazını 
mənə  bağışla.  Vəzir  yazını  ona  bağışladı  və  o  paxıl, 
qulamın  yanına  gələrək  yazını  ona  verdi.  Qulam  dedi: 
Yazılmışdır  ki,  sizi  öldürüm,  başınızı  dərisini  soyaraq 
samanla  doldurum.  Paxıl  dedi:  Vallah  bu  yazı  məndən 
ötrü 
yazılmayıb, 
bir 
ayrısı 
üçün 
yazılmışdır, 
inanmırsansa  get  padşahdan  soruş.  Qulam  dedi: 
Padşahın əmrini yubatmaq olmaz. Beləliklə onu öldürdü. 
Ertəsi  gün  vəzir  padşahın  məclisinə  gəldikdə,  padşah 
məsələni  araşdırır  və  bəlli  olur  ki,  o  kişi  vəzirə  paxıllıq 
etmiş və öz çirkin əməlinin cəzasına da çatmışdır. 
Həsəd haqqında Frank Hurkun sözləri  
Frank Hurk, cismi xəstəliklərin yaranmasında həsədin 
rolu  haqda  deyir:  Paxıllıq,  qəm  və  uğursuz  emosiyaları 
beyninizdən  uzaqlaşdırmağa  çalışın,  bu  ruhi  şeytanlar 
yalnız  beyin  sistemini  qarışdırmaqla  kifayətlənməyib, 
bədəndə  zəhərli  hüceyrələrin  inkişafına  səbəb  olaraq, 
nəticədə  qan  dövranına  əngəl  törədirlər.  İcad  etdikləri 
zəhərlərlə  əsəb  sistemini  zəiflədərək,  əhval  ruhiyyəyə, 
ruh  yüksəkliyinə  əvəzedilməz  zərbə  endirir,  ən  ali 


 
13 
məqsədləri  məhv  edir  və  beyinin  istedad  səviyyəsini 
aşağı endirir.
1
 
ONANİZM 
İslam  dinində  böyük günahlardan  sayılan  əməllərdən 
biri də onanizm – fərdin süni yolla özündən sperma xaric 
etməsidir
2
. İnsan sağlamlığına son dərəcə zərərli olan bu 
işin bəzi ziyanlarına toxunuruq. 
Onanizmin cismi təhlükələri 
Tibb 
elmində 
xəstəliklərin 
inkişafını 
tanıma 
yollarından  biri  də,  xəstəliyin  müxtəlif  mərhələlərdəki 
əlamətlərini  göstərməkdir.  Buna  əsasən,  onanizm 
xəstəliyinə  yoluxmuş  şəxsdə  yaranmış  narahatlıqları  üç 
mərhələdə göstərmək olar. 
1. Problem yaradıcı mərhələ 
Yeni onanizmə düçar olmuş şəxslərdə, bu xəstəlikdən 
qaynaqlanan  ən  tez  təsir  bağışlayan  narahatlıqlar 
bunlardır: 
A) Yorğunluq və əzginlik 
B) Diqqətini mərkəzləşdirə bilməmək (fikri yayınma) 
C) Yaddaş zəifliyi 
D) Təşviş, iztirab və stress 
2. Ciddi təhlükə ilə üzləşmə mərhələsi 
                                                 
1
" Təqva və bəndəliyin təsirləri", səh.124. 
2
 İstimna, Masturbasiya 


 
14 
 Xəstəliyə  düçar  olmuş  şəxsdə  aşağıdakı  əlamətlərin 
zahir  olması,  fərdin  xəstəliyinin  güclənməsi  və  ya 
müddətinin  birinci  mərhələdən  çox  olmasını  göstərir  və 
nəticədə daha şiddətli narahatlıqlar yaranmağa başlayır: 
A) Yorğunluq və əzginlik 
B)  Xasiyyət  tərəddüdlüyü  və  ya  sürətli  xarakter 
dəyişikliyi 
C) Hədsiz həssaslıq və tezinciklik 
D) Bel ağrısı 
 İ ) Tüklərin nazikləşməsi 
 F) Cavanlıqda vaxtsız cinsi zəiflik 
 J)  Yuxusuzluq,  rahat  yata  bilməmə  və  buna  bənzər 
problemlər 
3. Nəhayət dərəcədə giriftarçılıq və ya vərdiş 
(adət) mərhələsi 
 A) Yorğunluq və əzginlik 
B) Tüklərin sürətlə tökülməsi 
C) Gözlərin tutqunlaşması, qaranlıq gətirməsi 
D) Qulaq vızıltısı 
İ)  Qeyri-iradi,  vaxtsız  və  ya  damcı-damcı  şəklində 
sperma ixracı 
F) Qasıq və nahiyə ağrısı 
J) Boyun nahiyəsində və ombada qulunc sancıları
1
 
 
 
 
                                                 
1
" Tələbə sual-cavabları", səh.286. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə