İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


Şərab haqqında alimlərdən qısa cümlələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

 
54 
Şərab haqqında alimlərdən qısa cümlələr 
1- Badə az iç, əqlini bada vermə 
2- Şərab qəlbi qaraldar və əqli korlayar 
3- Ağlı şərab bağlayar, gözü isə yuxu 
4-  Şərq  həkimlərindən  biri  deyir:  Məstedicini  almaq, 
dəliliyi almaqdır. 
5-  Alman  tədqiqatçılarından  biri  deyir:  Spirtli  içkilər 
satılan mağazaları plomblayın, daha  sonra zindanlardan 
cinayətkarları azad edin.
1
 
Lətifə: Ağıllı dəlinin əmirlə söhbəti 
Əmir  dəlixanaya  baş  çəkməyə  gəlmişdi,  dəlilər 
arasında  birisini  görür  ki,  mətanət  və  vüqarla 
addımlayırdı.  Əmir  öz-özünə  dedi:  Onu  səbəbsiz 
dəlixanaya  gətirmişlər,  daha  sonra  onunla  danışmağa 
başladı.  Söhbət  əsnasında  əmirə  şərab  gətirdilər,  iki-üç 
cam içdikdən sonra, camı dəliyə təklif etdi. Dəli üzr istədi 
və  içməkdən  çəkindi.  Əmir  israr  etdikdə,  dəli  dedi:  Ey 
əmir sən şərab içirsən ki, mənim kimi olasan, mən içim ki 
kimin kimi olum? 
9 – Şərabın digər orqanlara zərəri
 
Şərab  təkcə  qan  dövranı  sistemini  deyil,  bədənin 
bütün  orqanlarını  spirt  düşgünlüyünə  yuvarlayır.  Şərab 
içən  həzm  pozğunluğu,  mədə  qıcolması  (konvulsiya), 
qarınağrısı, 
ürəkbulanma, 
beyin 
zədəsi, 
ürək 
narahatçılıqlarına,  o  cümlədən:  oritimi    takikardiyə 
düçar  edir.  Tədqiqatçılar  bildirirlər  ki,  çox  miqdarda 
                                                 
1
 "Hocume xamuş", səh. 196. 


 
55 
spirtdən istifadə etmək, beyin fəaliyyətlərinin və tənəffüs 
sisteminin  iflic  olmasına  və  bununla  da  ölümə  gətirib 
çıxara bilər.
1
 
Şərabın körpəyə və rüşeymə (embriona) 
zərəri 
Hazırda  statistika  və  tədqiqat  göstərir  ki,  valideynləri 
şərab içən uşaqların ölümü, başqa xəstəliklərlə tələf olan 
digər  uşaqlardan  daha  çoxdur.  Habelə  şərab  içən 
atalardan  doğulan  uşaqlar  adətən  zəif,  əlil  və  kəskin 
konvulyasiyalara  mübtəladırlar.  Bu  şəxslərin  həyatın 
çətinlikləri  qarşısında  müdafiələri  zəifdir,  müxtəlif 
mikroblar 
qarşısında 
daha 
həssasdırlar. 
Bədən 
üzvlərində  naqislik,  fəqərə  sütununda  əyrilik,  kar  va 
lallıq,  tirod  vəzlərində  çatışmazlıq,  eləcə  də  şüuri 
geriləmə kimi beyin zərərləri, əzələlərin inkişaf etməməsi 
və  şiddətli  dəlilik  və  s.  bu  tip  uşaqlar  çox  müşahidə 
edilir.
2
 
CİSMİ ZƏRƏRLƏRƏ AİD XƏBƏRLƏR 
1-  Amerikada  ildə  1300  nəfər  spirtli  içkilərdən 
zəhərlənərək can tapşırırlar.
3
 
2- İrna: Qəzvin universiteti stomatologiya fakultəsinin 
dekan müavini dedi:  Xərçəngə yoluxan xəstələrin 90%  -i 
şərab içən və siqaret çəkənlərdir.
1
 
                                                 
1
 "Hocume xamuş", 192-dən 195-ə qədər səhifələrdən bir hissə. 
2
 "Hocume xamuş" səh.192 
3
 “Səlamət”" həftəlik jurnalı, tir ayının 10-u (yay) 1385-ci il (h.ş), səh. 3 


 
56 
3-  Polis:  Avstraliya  xəbər  agentliyinin  verdiyi 
məlumatda  bildirilir  ki,  Viktorya  şəhərinin  3000  sakini 
hər il spirtin istifadəsi səbəbindən həyatlarını itirirlər.
2
 
4-  Doktor  Kərimi  deyir:  Ölkədə  spirtin  məsrəfindən 
doğan  olaylara  diqqət  etdikdə,  həftədə  iki-üç  nəfərin 
spirtdən zəhərlənərək öldüyünün şahidi oluruq.
3
 
5-  Luparizin  qəzeti  yazır:  Spirtin  məsrəfi,  Fransanın 
ölümlə  nəticələnən  yol  qəzalarının  35%-ni,  narkotik 
maddələr isə bu hadisələrin 15%-ni təşkil edir.
4
 
6-  Beynəlxalq  sağlamlıq  mərkəzinin  spirt  və  narkotik 
maddələr 
bölməsinin 
rəisi, 
Madriddə 
mətbuat 
konfranslarının  birində  söylədi:  “Avropada  15-29  yaşlar 
arasında  dünyadan  gedən  hər  4  nəfərdən  biri,  spirtli 
içkilərlə  ilgilidir.
5
 Spirt,  dünyada  ən  çox  istifadə  edilən 
məstecidir,  çünki  onu  əldə  etmək  qeyri-qanuni  narkotik 
maddəni  əldə  etməkdən  daha  asandır.  Belə  ki,  bir 
butulka spirtli içki, bir butulka sərin sudan ucuzdur.” 
O eləcə də bildirdi ki, 55 mindən artıq avropalı cavan, 
spirtdən istifadə səbəbilə həyatına son qoymuşdur. 
Əgər  bu  qədər  zərər  varsa,  niyə  bəziləri  şərab 
içməklə yanaşı sağlamdırlar
Spirt  haqqında  söylənən  bütün  bu  zərərləri  nəzərə 
alaraq,  niyə  illərlə  şərab  içən  bir  sıra  şəxslər  tam 
sağlamdırlar? 
                                                                                                        
1
 "“Səlamət”" həftəlik jurnalı, tir ayının 10-u (yay) 1385-ci il (h.ş), səh. 25. 
2
 "“Səlamət”" həftəlik jurnalı, tir ayının 10-u (yay) 1385-ci il (h.ş), səh. 30. 
3
 "“Səlamət”" həftəlik jurnalı, 10.11.1383 (h.ş) 10-cu sayı, səh. 15. 
4
 "Selahe Şeytan", səh. 58. 
5
 " Selahe Şeytan", səh. 60. 


 
57 
Cavab:  Əvvəla  sağlamlıq 
heç  kimin  alnında 
yazılmayıb,  zahirən  sağlam  nəzərəçarpan  şərab  əhli, 
şübhəsiz  daxildə  bir  sıra  xəstəliklər  və  pozğunluqlara 
düçardırlar.  Hansı  ki,  daima  onu  başqa  amillərlə 
əlaqələndirmək 
istəyirlər. 
Məsələn 
əgər 
kəskin 
qarınağrılarına 
düçar 
olduqda, 
onu 
düzgün 
qidalanmamağa nisbət verirlər və s. 
İkincisi: Şərabın zərərləri həmişə dərhal üzə çıxmır və 
bəzən  illər  vaxt  aparır.  Necə  ki,  QİÇS  xəstəliyinin 
barəsində  8  ildən  sonra  cisimdə  zahir  olması  söylənilir, 
xəstə müayinə edilmədiyi təqdirdə isə neçə il bu xəstəliyə 
yoluxduğunu bilə bilmir. 
Şərab  içən  şəxs,  özünü  bir  mütəxəssisə  göstərərək 
müayinə  olunsa,  o  zaman  biləcəkdir  ki,  xeyli  sayda 
zərərlər bədəninə daxil etmişdir. Bu eynilə uzun müddət 
təsiri  bilinməyən,  illərdən  sonra  təsiri  üzə  çıxan  siqaret 
çəkmək  kimidir.  Hansı  ki  hamımız  bilirik  ki,  bir  ədəd 
sıqaret insan üçün zəhər kimidir. 
Üçüncüsü:  70  il  yaşadığını  gördüyünüz  şərab  içənlər 
şərab  içməsəydilər,  100  il  yaşayardılar.  Çünki  bəzi 
insanlar  irsən  (anadangəlmə),  xəstəliklər  və  zəhərlər 
qarşısında daha dözümlüdürlər. 
Dördüncüsü:  Bəziləri  şərabın  təsirindən  din,  iman  və 
ağıllarını itirmişlər. Sağlam olduqlarını da yalan deyirlər. 
İndiyə kimi minlərlə xəstəliyə düçar olmuş, amma axmaq 
olmuş,  ağlını  itirmiş  deyə,  bunları  hesablamırlar.  Yaxud 
cismi  zərərlərini  qabardaraq  onu  şərabdan  çəkindirmək 
istəyən inanclı şəxslərlə söz güləşdirmək üçün, yalandan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə