İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   9   10   11   12   13   14   15   16   ...   51

 
50 
İmam  Sadiq  (ə)  leş  ətinin  zərərləri  haqda  buyurur: 
"Leş  yeyən  şəxsin  bədəni  zəifləyər,  əzginləşər,  enerjisi 
azalar,  nəsli  kəsilər,  bu  işi  davamlı  olaraq  həyata 
keçirən şəxs, infarkt və ani ölümlə dünyadan köçər".
1
 
ALKOQOLLU İÇKİLƏR
2
 
Böyük  günahlardan  biri  də,  alkoqollu  (spirtli)  içkiləri 
içməkdir.  İndisə  İslam  dininin  elmi    əzəmətinin  bir 
güşəsinə  varmaq  üçün,  spirtli  içkiləri  içməyin  bir  sıra 
cismi zərərlərini açıqlayırıq.  
1.  Alkoqolun  beyin  və  əsəb  sisteminə  olan 
zərəri 
Alkoqolun başlıca və qısa müddətli təsiri mərkəzi əsəb 
sisteminədir.  Alkoqollu  içkilərin  istifadəsi  öncə  bir  növ 
rahatlıq,  aldadıcı  və  ifrat  azadlıqla  nəticələnir.  Lakin  bir 
müddətdən  sonra,  öz  real  təsirlərini,  o  cümlədən: 
əzələlərin  hərəkətində  harmoniyasızlıq,  qərara  gəlmədə 
pozğunluq,  hərəkət  və  məharət  işlərinin  zədələnməsi, 
gec  reaksiya  və  burun  və  zehni  fəaliyyətlər,  kobudluq, 
anlaşılmaz danışmaq, çox danışmaq, əşyaları və insanları 
                                                 
1
 "Nümunə təfsiri", c.1, səh. 585. 
2
 
Alkoqol  keyləşdirici  maddədir  və  insanlarda  sərxoşluq  vəziyyəti 
yaradır. Alkoqollu içkilər insanın qərarsizlığına, ailədə  münaqişəyə, 
ictimai  yerlərdə  özünü  idarə  edə  bilməməsinə  səbəb  olur.  Belə 
adamlar son nəticədə evindən didərgin düşür, sükan arxasında qəza 
vəziyyəti  yaradır,  cəmiyyətdə  ikrah  hissi  oyadırlar.  Alkoqol  insan 
orqanizminə  dağıdıcı  təsir  göstərir,  ağır  xəstəliklərə  səbəb  olur 
(mütərcim).
  


 
51 
iki  görmək  və  idrarın  çoxalması  kimi  mənfi  təsirlərini 
üzə çıxaracaqdır. 
2- Spirtin sümüklərə olan zərəri
 
Bir  qrup  tədiqatçının  araşdırması  göstərmişdir  ki, 
spirtli  içkilər,  sümüklərin  zəifləməsi  və  sınmasına  səbəb 
olur.  Sınmız  sümüklər  uzun  müddət  ərzində  çətinliklə 
sağalırlar. 
Həkimlərin  bildirdiklərinə  əsasən,  spirtli  içkilər 
sümük  toxumalarının  işininə  maneəçilik  törədərək,  neçə 
il ərzində sümüklərin zədələnməsinə cəbəb olur. Eləcə də 
spirtli  içkilərin  istifadəsi  tandonların  çəkilməsinə  səbəb 
olur.
1
 
3- Böyrək
 
İngiltərənin tanınmış həkimlərindən biri deyir: Böyrək 
xəstəliyinə  düçar  olmuş  xəstələrin  87.5  %-i  spirtli 
içkilərin  səbəbilədir.  Spirtli  içkilər  sidiyin  miqdarini  da 
çoxaldaraq, bir sıra üzvün, o cümlədən qarının, ayaqların 
və kipriklərin iltihabına səbəb olur.
2
 
4- Boyun
 
Spirtin,  xüsusilə  pivənin  istifadəsi  nəticəsində  bəzən 
boyun  piyi  çoxalaraq  cərrahlıq  əməliyyatına  ehtiyaclı 
olur.
3
 
5- Spirtli içkilərin qaraciyərə zərəri
 
                                                 
1
 "Hocume xamuş", səh. 195. 
2
 "Həkim və qocanın münazirəsi", səh. 327, "Spirtli içkilərin ziyanları" 
kitabına istinadən. 
3
 Həmin qaynaq. 


 
52 
Kəskin  surətdə  spirtli  içkilərə  qurşanan  şəxslər, 
yüksək  dərəcədə  böyrək  və  qaraciyərdə  problemin 
təhlükəsi 
astanasındadırlar. 
"MOONSHİNE" 
sizin 
böyrəkləriniz  üçün  son  dərəcə  zərərli  ola  bilər,  çünki 
onun ehtiva etdiyi qurğuşun, böyrəkləri zəhərləyə bilər.
1
 
Qaraciyərin əsas işlərindən biri də, daxil olmuş zəhərli 
maddələri  ayırmaq  və  zərərsizləşdirməkdir.  Lakin 
təəssüf ki, spirtin zəhəri qarşısında acizdir və sonda spirt 
öz təhrik qüvvəsini qaraciyər üzərində həyata keçirir.
2
 
6- Spirtli içkilərin qan dövranına zərəri
 
Mütəxəssislərin dediyinə əsasən, spirt tərkib hissəsini, 
mahiyyətini dəyişmədən, qana daxil olaraq, qan dövranı 
sistemini  problemlə  üzləşdirir.  Mikroblar  qarşısında 
müdafiəçi  əsgər  rolunu  oynayan  ağ  qan  cisimciklərini 
aradan  aparır,  dəmir  tərkibini  təşkil  edən  qan 
hemoqlobinini məhv edərək, bədəni son dərəcə qanazlığı 
təhlükəsi ilə üzləşdirir. 
7- 
Spirtli 
içkilər, 
qidanın 
həzmində 
pozğunluğun amili
 
Spirt  qida  maddələrini  bərkləşdirir,  belə  ki  əti  bir  az 
spirt içərisinə atsaq, aşılanmış dəri kimi olar. Belə olduğu 
təqdirdə,  mədənin  başına  hansı  bəlanın  gəldiyi 
məlumdur.  Bundan  əlavə  spirt,  mədə  südlərini 
azaldararaq, xarab edir və qida üzərində təsirediciliyinin 
                                                 
1
 "Ailə sağlamlığı", qış 1381 (h.ş), 3-cü sayı, səh. 27. 
2
 "Hocume xamuş" səh. 192 və 193. 


 
53 
qarşısını  alır,  beləcə  həzm  olunmamış  qida  mədə 
üzərində qalır. Spirt həmçinin iştahanı da azaldır.
1
 
8-  Spirtli  içkilər,  ruhi  xəstəliyin  (dəliliyin) 
səbəbidir.
 
 
Dəlixanaların  dəqiq  statistikası  göstərir  ki,  dəlilərin 
çoxu, uzun illər şəraba aludə olmuş şəxslərdir. Bir xəbərə 
əsasən,  Amerikada  ailənin  yeddi  üzvü  ata-anasının 
şərabiçən olduğu üçün şüuri cəhətdən zəif-axmaq idilər. 
Nyuyorkun  tanınmış  həkimlərindən  sayılan  doktor 
Parker, bildirib ki, dəlilik və səfehlik hadisələrinin yarısı 
spirtli içkilər səbəbilədir. 
1902-ci  ildə  İngiltərədə  götürülən  statistikaya  əsasən, 
spirtli  içkilər  səbəbilə  dəliliyə,  ruhi  xəstəliyə  düçar  olan 
insanların sayı 2249 kişiyə və 976 qadına bərabərdir. 
İngiltərədə  alimlərin  araşdırmaları  isbatlamışdır  ki, 
təqribən 95% dəlilik, spirtə adət etməkdən qaynaqlanır.
2
 
İmam Rza (ə) buyurur: "Allah-taala şərabı haram etdi: 
çünki  şərab,  fəsad  (cinayət)  gətirir,  şərab  içənlərin 
əqlini  alt-üst  edir,  onları  Allah-taalanı  inkar  etməyə, 
onun  ve  Rəsulunun  adından  yalan  danışmağa,  töhmət 
vurmağa  vadar  edir,  eləcə  də  cinayətkarlıq  və  ölüm 
hadisələri şərab içənlər tərəfindən həyata keçirilir".
3
 
                                                 
1
 "Böyük günahlar" səh.249. 
2
 "Həkim və qocanın münazirəsi", səh. 327. 
3
 "Hərrəməllahu  lima  fiha  minəl-fəsad,  min  təğyiri  ma  uqulə 
şaribiha,  həmliha  iyyahum  əla  inkarillah  əzzə  və  cəllə  vəl-fəriyəti 
ələyhi və əla rusulihi və sairi ma yəkunu minhum minəl-fəsadi vəl-
qətli", "Muntəxəbu Mizan əl- Hikmə", c. 1, səh. 334. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə