İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

 
87 
(hətta  təbii  xına  rəngi)  xərçəng  xəstəliyi  törədən 
maddələrə malikdirlər". 
Ekspertlərdən bəzisinin fikrincə, süni rənglərin əksinə 
olaraq 
təbii 
rənglərin 
sabit 
kimyəvi 
quruluşu 
olmadığından,  dərhal  parçalanaraq  zərərləri  maddələri 
qan  dövranına  ötürürlər.  Bu  baxımdan  demək  olar  ki, 
təbii  rənglərlə  Tatuirovka  etmək,  hətta  süni  rənglərdən 
daha  təhlükəlidir.  Bu  növ  Tatuirovkada  allergiyaya  və 
eqzimaya yoluxma daha tez baş verə bilər.
1
 
SİQARET 
Siqaret  haqqında  mərcəi-təqlidlərin  çoxunun  fətvası 
bundan  ibarətdir  ki,  siqaret  diqqətçəkici  və  ağır  zərərə 
səbəb olarsa, onun istifadəsi caiz deyildir, haramdır. 
İndi  isə,  tütün  məhsullarının  zərərlərini  qeyd  edirik. 
Bu 
zərərlərin 
əhəmiyyətli 
olub-olmaması 
haqda 
mühakimə  yürütməyi  isə,  oxucunun  öz  öhdəsinə 
buraxırıq. 
Tütün məhsullarının bəzi cismani zərərləri 
aşağıdakılardan ibarətdir. 
1. Xərçəngə yoluxma 
Siqaret  bədəndə  20  növ  xərçəng  xəstəliyinin 
yaranmasında  başlıca  amil  və  ya  köməkçi  rolunu 
oynayır.
2
 Buna  misal  olaraq  qida  borusu  xərçəngini, 
                                                 
1
 “Səlamət” həftəlik jurnalı. 
2
 "Soğate mərg", səh.51. 


 
88 
bütün tənəffüs üzvləri xərçəngini, o cümlədən ağciyərləri 
göstərmək olar. 
"Daneşmənd"  jurnalı  yazır:  "Siqaret  nikotin  və 
menoksidkorben  kimi  öz  öldürücü  tərkib  hissəsi  ilə, 
bədən  üzvlərində,  ağciyər  və  bağırsaqlarda  ölümlə 
sonlanan  xərçəngyaradıcı  virusların  törənməsinə  zəmin 
yaradır. 
"Səlamət"  həftəlik  jurnalı  yazır:  "İspanıyalı  alimlər 
geniş  araşdırmadan  sonra  kəşf  etmişlər  ki,  siqaretin 
tərkibi  müxtəlif  zəhərli  və  xərçəngtörədici  maddələrlə 
doludur.  İndiyə  kimi  həkimlər  siqaretdə  4560  zəhərli 
maddə və 60 xərçəngə səbəb olan maddə aşkar etmişlər.
1
 
2. Yaddaşı zəiflədir 
Əgər  siqaret  çəkir  və  ağciyər  xərçəngindən  və  70  cür 
digər  xəstəliklərdən  nigəran  deyilsizsə,  yeni  bir 
araşdırmanın  nəticəsinə  diqqət  yetirin.  "Fukus"  alman 
jurnalında  yazılmışdır  ki,  siqaret  çəkmək  insan 
sağlamlığına  ziyan  yetirməklə  yanaşı,  beyinin  iş 
fəaliyyətinin  ölçüsünü  azaldaraq,  şəxsi  kütbeyin  edir. 
Almaniya  və  İngiltərədə  tədqiqatçılar  11  və  64  yaş  arası 
şəxslərin  qavrama  dərəcəsini  ölçərkən  bu  nəticəyə 
çatmışlar  ki,  üzün  illər  boyu  siqaret  çəkən  şəxs 
qocaldıqda,  sağlam  və  qüdrətli  fikrə,  düşüncəyə  malik 
olmur.
2
 
3. İştahanı azaldır 
4. Qidanın həzmini ağırlaşdırır. 
                                                 
1
 “Səlamət” həftəlik jurnalı, 58-ci sayı, 1384-ci il (h.ş), səh. 11. 
2
 “Səlamət” həftəlik jurnalı, 4-cü sayı, 1384-ci il (h.ş), səh. 16. 


 
89 
"Daneşmənd"  aylıq  jurnalında
1
 gəlmişdir  ki,  yeməyin 
qıcqırmasının  və  qaytarılmasnın  səbəblərindən  biri  də 
siqaretdir. 
5. Sümük boşluğu (Revmatizm). 
Sözügedən  jurnal
2
 yazır:  "Sümüklərin  boşalmasının 
faktorlarından  biri  də,  tütün  məhsullarının  istifadəsi 
tanıtdırılmışdır". 
6. Ürək infarktı. 
"İnfarktla  nəticələnən  təhlükəli  amillərdən  biri  də, 
siqaret çəkməkdir. Tütün məhsullarının  istifadəsi ürəyin  
ürək  əzələlərində  qan  dövranını  azaldır.  Ürəyiniz  üçün 
görəcəyiniz ən gözəl iş, siqareti kənara qoymaqdır".
3
 
"Beynəlxalq gigiyena mərkəzinin ən yeni statistikasına 
əsasən,  ürəklə  bağlı  ölənlərin  ən  azı  40%-i  və  dünyada 
ölənlərin  12,5%-nın  səbəbi,  həmin  arıq  əndamlı  qatildir. 
Həkimlər xəbərdarlıq edirlər ki, hər 10 saniyədə bir nəfər 
siqaret  çəkilməsi  ucbatından  dünyanın  bir  guşəsində 
həyatını əldən verir. Eləcə də, 2025-ci ilə kimi, siqaretdən 
ölənlərin sayının on milyona çatması proqnozlaşdırılır.
4
 
7.  Cinsiyyət  üzvünün  iş  qabiliyyətini  və  fəaliyyətini 
zəiflədir.
5
 
8. Yuxu sistemini qarışdırır və oyanmanı çətinləşdirir. 
9. Dərinin qırışlarını artırır.
6
 
10. Ümumi iş qabiliyyətini və faliyyəti azaldır. 
                                                 
1
 "Daneşmənd" aylıq jurnalı, 461-ci sayı, 1380-ci il (h.ş) səh. 21. 
2
 "Daneşmənd" aylıq jurnalı, 405-ci sayı, səh. 54. 
3
 "Daneşmənd" aylıq jurnalı, 419-cu sayı, 1377-ci il (h.ş), səh. 64. 
4
 "Daneşmənd" aylıq jurnalı, 58-ci sayı, 1384-ci il (h.ş) səh.11. 
5
 
"
Hucume xamuş
"
, səh 49. 
6
 
"
Hucume
"
, səh 48.
 


 
90 
11. Tənəffüsü qoxulu edir (ağız iyi). 
12. Görmə qabiliyyətində əngəl yaradır. 
13. 
Nəfəs 
borularını 
qıcıqlandırır 
(boru 
qıcıqlanmalarının xarici amillərə təsirinə girişi). 
14.  Hormonları  və  daxili  və  xarici  selikli  qişaları 
zəhərləyərək  fasid  edir  (çünki  zəhər  bu  yollarla  dəf 
edilir). 
15.  Bədənin  C  vitaminini  tələf  edərək,  bədəni  C 
vitamini çatışmazlığı ilə üzləşdirir. 
16. Dişləri saraldaraq çürümələrini tezləşdirir.
1
  
Həyat yoldaşları üçün siqaretin təhlükələri 
Amerikalı  tədqiqatçılar  ərlərin  siqaret  çəkməsini  və 
onların  siqaret  çəkməyən  qadınları  arasında  beyin 
infarktının  yayılmasını  Çinin  Şankhay  şəhərində  60  min 
kişi  arasında  araşdırmışlar.  Tədqiqat  bəlli  etmişdir  ki, 
ərləri  hazırda  siqaret  çəkən  qadınlar,  ərləri  heç  vaxt 
siqaret çəkməyən qadinlarla müqayisədə, 47% daha artıq 
beyin infarktına məruz qalırlar".
2
 
Öz uşaqlarınıza rəhminiz gəlsin 
Doktor  Qulamrzanejad  öz  müsahibəsində  deyir: 
"Uşaqlar  (valideynlərinin  siqaret  çəkməsi  nəticəsində) 
çox  zərər  görürlər,  çünki  həssasdırlar.  Mən  həmişə 
deyirəm, bizim damarlarımızın cəftəsi, bu gün vurduğun 
lakin sabah səsi çıxacaq təbilə bənzəyir. Bu uşaqlar bu ata 
                                                 
1
 
"
Soğate  mərg
"
  kitabında  10-dan  16-cı  sayına  qədər,  48-ci  səhifədən  50-ci 
səhifəyə kimi gəlmişdir. 
2
 “Səlamət” aylıq jurnalı, 15-ci sayı, 1383-ci il (h.ş), səh.5. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə