İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix29.11.2023
ölçüsü0,6 Mb.
#143407
  1   2   3   4   5   6   7   8   9   ...   22
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003




İŞGÜZAR YAZIŞMALAR FƏNNİ ÜZRƏ 
 KOLLOKVİUM SUALLARININ CAVABLARI 
Mövzu 1. MÜASİR AZƏRBAYCAN DİLİNİN İŞGÜZAR ÜSLUBU. 
Sual 1. İşgüzar üslubun özəllikləri nədir? 
Rəsmi-işgüzar üslub rəsmi işgüzar sənədlərin dilidir. Üslubda fikir müəyyən qəlibə 
düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas 
səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi – işgüzar üslub hamı üçün eynidir, yəni
standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli 
rəsmi-işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşmışdır.
Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi-işgüzar üslubda bir 
sıra arxaik sözlər və köhnəlmiş sintaktik qəliblər uzun müddət qorunub saxlanılır.
Rəsmi-işgüzar üslub 2 yerə ayrılır: a) rəsmi sənədlərin dili, b) işgüzar sənədlərin 
dili.
Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan 
sənədlər (məsələn, Prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, 
Konstitusiya və s.) rəsmi sənədlər sayılır.
Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
-
dilin maksimum mükəmməlliyi; 
-
fikrin tam aydınlığı; 
-
fikrin (sözlərin) birmənalılığı; 
-
fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması)
-
dil yığcamlığı 
Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi 
sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin 
sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir.
İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur. Ərizə, tərcümeyi-hal, akt, 
xasiyyətnamə, elan, reklam və s. işgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün 
eyni olan standart formalarda hazırlanır. Belə sənədlər xüsusi dövlət əhəmiyyəti 
daşımır.
Rəsmi-işgüzar üslubun şifahi forması olmur.




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə