İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Məktuba olan müasir tələblər bunlardır: aydınlıq, dəqiqlik, məntiqlilik və



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix29.11.2023
ölçüsü0,6 Mb.
#143407
1   2   3   4   5   6   7   8   9   ...   22
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003

Məktuba olan müasir tələblər bunlardır: aydınlıq, dəqiqlik, məntiqlilik və 
kifayət qədər yığcamlıq.
Əgər telefon zəngi ilə kifayətlənmək olarsa, məktub yazmayın.
İşgüzar məktubları adətən bir səhifə həcmində yazırlar. Əgər məktub bir neçə 
səhifədən ibarətdirsə, birincidən başqa, digər bütün səhifələr ərəb rəqəmləri ilə 
nömrələnir. İşgüzar məktublar xüsusi blanklarda sənədləşdirilir. Onların üzərində 
şirkətin emblemi, tam adı, poçt ünvanı, telefonlar və bank rekvizitləri göstərilir. 
Məzmunundan asılı olaraq, yazı kağızlarında da bu məktublar sənədləşdirilə bilər. 
Bəzi vacib işgüzar məktubları bükmürlər, xüsusi böyük zərflərdə göndərirlər. 
Böyük müasir şirkətlərin xüsusi şəffaf pəncərəcikli zərfləri olur. Belə zərflərdə 
ünvan yazılmır. İşgüzar məktubları əllə yazmırlar. Onlar mütləq çap 
olunmalıdırlar. 
 
 
 
 
Mövzu 2. ƏRIZƏ, TƏRCÜMEYI-HAL. 
 
Sual 6.
 
Ərizə haqqında məlumat verin. 
Hüquqi və mülki işlərin geniş yayılmış kargüzarlıq sənədlərindən biri 
ərizədir. “Ərizə” sözü ərəbcə “ərz” sözündəndir.



A. 
Ərizənin
 
mahiyyəti
– 
Ərizənin hüquqi sənəd kimi mahiyyətcə şərhi 
aşağıdakı kimidir. Şəxsin (bir neçə şəxsin) idarəyə və yaxud vəzifəli şəxsə rəsmi 
müraciəti. Şikayətdən fərqli olaraq, vətəndaşın hüquqlarının və qanuni 
mənafeyinin pozulması ilə əlaqədar olmur və həmin pozulmanın aradan 
qaldırılması tələbi deyildir. Ərizə ilk növbədə, vətəndaşın hüququnun, yaxud 
qanuni mənafeyinin həyata keçirilməsi (məsələn, işə qəbul haqda ərizə, öz xahişi 
ilə işdən çıxmaq haqqında ərizə, mənzil verilməsi haqqında ərizə) üçün və 
müəssisələrin işini yaxşılaşdırmaq haqqında təkliflər irəli sürmək üçün verilir. 
Ərizə yazılı və şifahi verilir. Şifahi ərizə xüsusi jurnala qeyd edilir və 
sonradan yazılı ərizələrlə (onlar da qeydə alınmalıdır) eyni əsaslarla baxılır. 
Ərizədə qaldırılmış məsələ həmin idarənin səlahiyyətinə aid olmadıqda ərizə 
müvafiq səlahiyyətli orqana göndərilir və bu, ərizəçiyə bildirilir. 
Ərizənin xarakterindən asılı olaraq bəzən müxtəlif hüquqi aktlardan, cinayət 
məcəlləsinin və mülki məcəllənin maddələrindən istifadə etmək lazım gəlir. 
Adətən belə ərizələri vəkillərə yazdırırlar.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə